Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə20/25
tarix08.10.2017
ölçüsü0,61 Mb.
#3786
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   25

 

64 


tağından  çıxarılan  neft  tankerlərlə  Bakıya  gətirilir,  Azərbaycan 

və  Gürcüstan  dəmiryolları  vasitəsilə  Avropaya  ixrac  olunurdu. 

Dübəndi  terminalının  istifadəyə  verilməsi  Müstəqil  Azərbaycan 

dövlətinin xarici iqtisadi əlaqələrinin inkişafında böyük uğur idi. 

Ümumiyyətlə, 1993-96-cı illər ərzində Azərbaycanın Böyük 

Britaniya, Fransa, Almaniya, Norveç, Belçika, o cümlədən Şərqi 

Avropa  dövlətləri  ilə  əlaqələri  möhkəmləndirilmişdir  ki,  bunun 

da  səbəbi  Azərbaycanın  əlverişli  mövqedə  yerləşməsi  idi. 

Azərbaycanın  bu  mövqeyindən  H.Əliyev  çox  böyük  məharətlə 

istifadə etdi. 

 

 

3.2. «Bakı Bəyаnnaməsi» 



 

“Böyük  İpək  Yolu”nun  bərpasında  beynəlxalq  Bakı 

konfransının  keçirilməsi  mühüm  mərhələ  olmuşdur.  Bakı 

konfransının çağırılmasına dünyanın aparıcı dövlətləri, xüsusilə 

ABŞ  böyük  hazırlıq  işləri  görmüşdü.  Bu  baxımdan,  1998-ci  il 

iyunun  23-də  ABŞ  senatının  xarici  əlaqələr  komitəsi  tərəfindən 

senator  Sem  Braunbeqin  təklif  etdiyi  “İpək  Yolu  strategiyası 

haqqında  akt”  adlı  qanun  layihəsinin  müzakirə  edilib  qəbul 

olunmasının əhəmiyyəti xüsusi qeyd olunmalıdır. 

Aparılmış  məqsədyönlü  işlərin  nəticəsi  olaraq  Prezident 

H.Əliyevin təşəbbüsü ilə region ölkələri və böyük dövlətlər tərəfin-

dən  1998-ci  il  sentyabr  ayında  Bakıda  “Böyük  İpək  Yolu”nun 

bərpa  edilməsinə  dair  beynələxalq  konfransın  keçirilməsi  qərara 

alındı.  1998-ci  il  sentyabrın  8-də  səhər  saat  10-da  iştirakçı 

ölkələrin  dövlət  bayraqları  ilə  bəzədilmiş  “Gülüstan”  sarayında 

“Tarixi İpək Yolunun bərpası üzrə beynəlxalq konfrans” təntənəli 

şəkildə öz işinə başladı.  

Konfransda  Azərbaycan,  Avstriya,  Ermənistan,  Belçika, 

Bolqarıstan, 

Macarıstan, 

Böyük 

Britaniya, 



Almaniya, 

Yunanıstan, Gürcüstan, İran, İspaniya, İtaliya, Qazaxıstan, Çin, 

Qırğızıstan, Moldova, Monqolustan, Niderland, Norveç, Polşa, 

Rusiya,  ABŞ,  Tacikistan,  Türkiyə,  Rumıniya,  Ukrayna, 




 

65 


Özbəkistan,  Finlandiya,  Fransa,  İsveç,  Yaponiya,  Birləşmiş 

Millətlər  Təşkilatı,  Avropa  Birliyi  Komissiyası,  Qara  Dəniz 

İqtisadi  Əməkdaşlıq  Təşkilatı,  Müstəqil  Dövlətlər  Birliyinin 

İqtisadi  Əməkdaşlıq  Təşkilatı,  Beynəlxalq  Dəniz  Təşkilatı, 

Dünya  Bankı,  Avropa  Yenidənqurma  və  İnkişaf  Bankı,  Bey-

nəlxalq  Avtomobil  Nəqliyyatçıları  İttifaqı,  Avropa  Nəqliyyat 

Nazirləri  Konfransı,  Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq 

Təşkilatı, 

Dəmir 

Yollarının 



Əməkdaşlığı 

Təşkilatının 

nümayəndə heyətləri iştirak etmişlər.  

Ümumilikdə konfransda 32 ölkənin və 13 beynəlxalq təşki-

latın nümayəndə heyətləri iştirak etmişdir. Konfransda 9 ölkəyə 

dövlət başçıları – prezidentlər, bir ölkədən nümayəndə heyətinə 

baş  nazir  rəhbərlik  etmişdir.  Təkcə  nümayəndə  heyətlərinin 

üzvlərinin  sayı  180  nəfər  olmuş,  konfransa  20  ölkədən  210 

mətbuat  nümayəndəsi  –  jurnalistlər,  kütləvi  informasiya 

orqanlarının nümayəndələri dəvət olunmuşdur. 

Konfransı giriş sözü ilə Azərbaycan Respublikasının prezi-

denti  Heydər  Əliyev  açaraq  bildirmişdir  ki,  konfrans  müstəqil 

dövlətlərə  kömək  sahəsində  Avropa  Birliyinin  göstərdiyi 

səmərəli  səylərin  nəticəsidir.  H.Əliyev  1993-cü  ilin  mayında 

qəbul  olunmuş  «Avropa  –  Qafqaz  –  Asiya  Transqafqaz 

nəqliyyat  dəhlizi»,  TRASEKA  proqramından  bəhs  edərək 

Avropa Birliyi komissiyasının təklifi ilə Azərbaycan, Gürcüstan, 

Qazaxıstan, 

Ermənistan, 

Tacikstan, 

Özbəkistan 

nümayəndələrinin  Brüsseldə  görüşdüyünü,  Avropa  –  Qafqaz  – 

Asiya  Transqafqaz  nəqliyyat  dəhlizinin  əhəmiyyətini,  onun 

inkişaf  etdirilməsi  sahəsində  əməkdaşlığın  konkret  istiqamət-

lərini, forma və  mexanizmlərini müəyyənləşdirən ilk beynəlxalq 

sənəd olduğunu bildirmişdi. 

Konfransda 45 nümayəndə çıxış etmşdir. 

Avropa  komissiyası  nümayəndə  heyətinin  başçısı  Fransua 

Lyamure  çıxışında  TRASEKA-nın  ümidverici  layihə  olduğunu 

vurğulayaraq bildirmişdi ki, bu proqramın son məqsədi nəqliyyat 

sistemini infrastrukturlar və daşıma sistemləri ilə birləşdirməkdən 



 

66 


ibarətdir. Natiq çıxışında Avropa komissiyasının TASİS, FARE, 

MEDA kimi texniki yardımlar proqramları ilə bütün ölkələr üçün 

maraq doğuran sahələrə, xüsusilə TRASEKA və İNOGEYT kimi 

regional layihələrə diqqəti artıracağını qeyd etmişdi. 



Avstriya  nümayəndə  heyətinin  başçısı  Martin  Sacinin  çıxı-

şında  İpək  yolu  üstündə  br  çox  əsrlər  ərzində  yaşamış  insanlar 

arasında  əməkdaşlıq  qığılcımının  yenidən  alovlanmasında 

“Böyük  İpək  yolu”nun  bərpasının  əhəmiyyətindən,  İpək  yolu 

dirçəldilərkən  mədəniyyətlərin,  ideya  və  dəyərlərin  qarşılıqlı 

surətdə  zənginləşməsindən  bəhs  etmişdir.  O,  həmçinin  qeyd 

etmişdir  ki,  beynəlxalq  nəqliyyata  dair  saziş  ətraf  mühitin 

mühafizəsinə,  əmtəə  dövriyyəsinin  intensivləşməsinə  təsir 

göstərəcəkdir. Martin Sacin sazişə görə katibliyin yaradılmasını 

müvəffəqiyyətin əldə edilməsində mühüm addım hesab etmişdir. 



Bolqarıstan  prezidenti  Peter  Stoyanov  Avropa  –  Qafqaz  – 

Asiya  Transkontinental  nəqliyyat  dəhlizinin  yaradılmasının 

Bolqarıstanın  Avropa  və  Transatlantik  inteqrasiya  proseslərinə 

qoşulma,  eyni  zamanda  qonşu  dövlətlərlə  münasibətləri  inkişaf 

etdirmək  baxımından  əhəmiyyət  kəsb  etdiyini  vurğulayaraq  bu 

mühüm  vəzifənin  yerinə  yetirilməsi  üçün  ikitərəfli  və  çoxtərəfli 

təşəbbüslər edildiyini, Gürcüstanla əməkdaşlıq barədə protokol, 

Özbəkistanla  memorandum  imzalandığını,  Qara  dəniz  və  çay 

limanlarını,  Beynəlxalq  hava  limanlarını  genişləndirmək  və 

modernləşdirmək,  yeni  nəqliyyat  terminalları  və  anbarları 

tikmək,  avtomobil  və  dəniz  yol  magistrallarının  çəkilişini  başa 

çatdırmaq  kimi  milli  və  beynəlxalq  layihələrin  həyata 

keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırdı. O, bildirdi 

ki,  Bolqarıstan  Burqas  və  Qərbi  Varna  limanlarının  inkişaf 

etdirilməsini istəyir və Avropanı Qafqaz vasitəsilə Asiya ilə bir-

ləşdirən  Transkontinental  dəhlizin  tərkib  hissəsi  kimi  Varna  – 

Poti  dəniz  yolu  bərə  keçidinin  açılışına  böyük  ümidlər  bəsləyir. 

Bolqarıstan  ərazisindən  keçib  Makedoniya  və  Albaniya 

vasitəsilə  İtaliyaya  gedən  8  №  li  nəqliyyat  dəhlizinin  inkişafına 

xüsusi maraq göstərir. 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə