Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə12/30
tarix04.11.2017
ölçüsü0,75 Mb.
#8148
1   ...   8   9   10   11   12   13   14   15   ...   30

 

34 


Rəqabətin 2 forması: sahədaxili və sahələrarası; 2 metodu: qiymət və qeyri-qiymət; 2 

modeli: təkmil və qeyri-təkmil modelləri fərqləndirilir. 

      İstehlak  bazarında  rəqabət  mühitinin  yaradılması  üçün  istehlak  bazarının 

öyrənilməsi,  istehlakın  təhlili,  istehlaka  təsir  edən  amillərin  tədqiqi  son  dərəcə 

aktualdır. Bildiyimiz kimi  “istehlakçı” dedikdə, “alıcı”  başa düşülür. Belə ifadə tam 

olaraq  dəqiq  deyil.  Düzdür,  alıcı  öz  tələbatını  ödəmək  üçün  öz  istehlakını  fikirləşir, 

hər bir istehlakçı isə ən əvvəl alıcı kimi özünü göstərməlidir. Lakin bu prosesdə hər 

bir  istehlakçınınn  həmişə  alıcı  kimi  çıxış  etməsini  söyləmək  olmaz.  Belə  ki, 

istehlakçılar  vasitəçilərdən  istifadə  edərək  tələbatını  ödəyə  bilər.  Digər  prizmadan 

yanaşsaq, həm  də  alınan  əmtəənin  tez  şəkildə,dərhal  istehlak olunacağını da  demək 

olmaz, çünki hər bir əmtəə ehtiyat kimi də saxlanıla sonra isə satıla bilər. 

İstehlak  proseslərinin  təhlilində  istehlakçının  tələblərini,  rəyini  öyrənməyin 

üsullarından  biri    rəy  sorğularının  keçirilməsidir.Lakin  bu  sahədə  işlər  tam 

qaydasında  deyil.Aparılan  sorğular  obyektiv  gerçəkliyi  əks  etdirmir.  Digər  üsul 

metod kimi isə mövcud hesabat materiallarından istifadə hesab olunur. 

Rəqabət mühitinin formalaşdırılmasında istehlakı müəyyən edən vacib amillərdən 

biri  olan  tələbin  həcminə,strukturuna  bir  sıra  amillər  təsir  edir.Bu  amillərə 

iqtisadi,sosial,demoqrafik və digər amillər aiddir. 

İstehsalla  tələbat  arasında  qarşılıqlı  münasibət  istehsalla  istehlakın  bazar 

mexanizminin  əsasını,  bu  prosesin  məzmununu  müəyyən  edən  və  bütün 

elementlərdən  təzahür  edən  cəhətlərini  təşkil  edir.[4]  İstehlak  bazarının  səmərəli 

inkişafı  müasir  şəraitdə  bazar  iqtisadiyyatının  inkişafı  üzrə  əhəmiyyətli 

problemlərindən  biri  sayılır.  Bununla  birlikdə  o,  sahələrin  bütün  kompleksinin 

istehsal  prosesinə  aktiv  təsir  göstəricisi  qismində  çıxış  edir.  İstehlak  bazarının 

göstəriciləri  bütovlükdə  cəmiyyətin  iqtisadi  və  sosial  əmin-amanlılığının  vacib 

indikatorudur.  İstehlak  bazarının  formalaşmasında  əhalinin  ehtiyacları,  tələbatları 

özünü  təcəssüm  edir.  Əhali  bu  zaman  həm  təlabatını  maksimumlaşdırır,  həm  də 

müəyyən  faydalılıq  əldə  edir.  Bu  zaman  istehlakçıların  sayının  artması  və  onların 




 

35 


alıcılıq qabiliyyətinin yüksəlməsi bazarda onların fəaliyyətini,üzv sayını artıracaq və 

istehlak bazarının genişlənməsi baş tutacaq. 

İstehlak bazarının daha da genişlənməsi baş verdikcə, bazarda rəqabət mühiti də 

bu və ya digər dərəcədə kəskinləşir.Azərbaycanda istehlak bazarının normal,səmərəli 

və  effektiv  təşkili  üçün  rəqabət  mühitinin  sağlamlaşdırılması  son  dövrlər  daha  da 

inkişaf  etdirilmişdir.  Həm  iqtisadi,  həm  də  inzibati(hüquqi)  yollarla  prosesin 

fasiləsizliyi  təmin  edilir.  Rəqabət  mühitinin  sağlam  formada  olması  üçün  ölkənin 

iqtisadiyyata təsiri təkmil formada olmalıdır. Rəqabət mühitinin yaradılmasında az da 

olsa payı olan azad ticarət siyasətinin yaxud proteksionizm siyasətinin ikisinin də 100 

faizlik  ölkə  iqtisadiyyatına  tətbiq  edilməsi  labüd  hesab  edilmir.Lakin  ölkəmiz  daha 

çox proteksionizm siyasətinə üstünlük verir.  

İqtisadiyyatda  rəqabət  mühitinin  yaradılmasından  öncə  həmin  iqtisadiyyatda 

hansı  növ  bazarın  (  yaxud  istehlak bazarının  )  hökm  sürdüyünü  nəzərdən  keçirmək 

lazımdır. Bazarda rəqabətin modelləri fərqlidir: 

1.Təkmil rəqabət bazarı 

2.Qeyri-təkmil rəqabət bazarları 

2.1 inhisar     2.2 oliqopoliya      2.3 məhsulların differensasiyası 

Təkmil  rəqabət  bazarı  özünəməxsus  xüsusiyyətlərə  malik  olan  və  real  olaraq 

demək  olar  ki,  rast  gəlinməyən  və  hər  bir  ölkənin  milli  iqtisadiyyatında  həyata 

keçirilməsi  istənən  bazar  növüdür.  Bu  bazarın  xüsusiyyətlərinin  hər  hansı  biri 

pozulanda  meydana  qeyri-təkmil  rəqabət  bazarları  çıxır.Bu  problem  isə  istənilən 

səviyyədə  ölkənin  milli  iqtisadiyyatına,  dolayı  yolla  əmtəə-xidmətlər  bazarına  öz 

mənfi təsirini göstərir. 

Əmtəə-xidmətlər  bazarında  rəqabət  mühitinin  yaradılması  üçün  istifadə  olunan 

müxtəlif metodlar var. İstehlak bazarında ( ümumiyyətlə bazarda ) rəqabət metodları 

qiymət  və  qeyri-qiymət  formalarda  olur.  Belə  təsnifat  əvvəla  firmanın  işgüzar 

fəaliyyətinin  əsas  kəmiyyət  parametri  kimi  əsaslandırılır.  Qiymət  rəqabəti  istehsal 

xərclərini  dəyişməklə    qiymətə  təsir  göstərmək  və  rəqabət  qabiliyyətini  artırmaq 

vasitəsidir.(  əmtəənin  rəqabət  qabiliyyətliliyi-müəssisə  tərəfindən  bazarda  təklif 

olunan  məhsulların  rəqabətli  bazarın  tələbləri  nəzərə  alınaraq  vacib  keyfiyyətlərə, 



 

36 


digər oxşar məhsullarla müqayisədə istehlakçıların tələbatlarını daha da dolğun,tam 

ödəmə  qabiliyyətinə  malik  olmasına  deyilir  )  Qiymət  rəqabətində  qiymət 

diskriminasiyasından  (eyni  məhsullara  müxtəlif  qiymətlər  tətbiq  edilməklə  aparılan 

rəqabətdir)  istifadə  edilir.Üstəlik  mənfəət  əldə  etmək,  zəif  rəqibləri  bazardan 

kənarlaşdırmaq əsas məqsədlərdəndir.  Qeyri-qiymət rəqabəti marketinq,reklam və s 

təkmil üsullardan istifadə etməklə aparılan rəqabətdir.   

Əmtəələrin 

reallaşması 

şərtlərinə, 

 

onların 


qiymətlərinə 

bazar 


subyektlərinin(iştirakçı)  təsir  göstərmək  imkanları  olmadığı  zaman  bazar  rəqabətli 

olur.    Belə  olan  halda  bazar  azad  və  ya  xalis  rəqabətli  bazar  formasında 

formalaşır.[62] 

       Bazar  iqtisadiyyatı  şəraitində  mal  və  xidmətlərin  istehlak  bazarının  bazar 

münasibətləri sahəsinin strukturunun əvvəlki təhlili və müəyyən edilməsi göstərdi ki, 

tədqiq edilən bir çox sistem  ayrı-ayrı bazarlarla sıx qarşılıqlı  əlaqədə yerləşir. Məhz 

burada qeyd etmək lazımdır ki, hər bir ayrıca bazar öz rəqabət mühitinə malikdir və 

eyni  zamanda,  öz  təsirini  mal  və  xidmətlərin  istehlak  bazarının  özünün  rəqabət 

mühitinə  göstərir.  Odur  ki,  vacib  problem  tədqiqatların  ,  bir  tərəfdən,  “ayrı  –ayrı” 

bazarlarının  rəqabət  mühiti  istiqamətində,  digər  tərəfdən  istehlak  malları  və 

xidmətləri  bazarı  ilə  qarşılıqlı  əlaqədə  rəqabət  mühiti  istiqamətində  aparılması  sa-

yılır.[13]  Digər  bazar  növləri  kimi,  əmtəə-xidmətlər  bazarının  da  öz  rəqabət  mühiti 

var.  İstehlak  malları  bazarının  onun  formalaşmasına  təsir  etməyə  malik  rəqabət 

mühitinin  ümumi  və  xüsusi  prinsipləri  fərqləndirilir.  Belə  ümumi  prinsiplər  mikro-

makroiqtisadiyyat  nəzəriyyəsi  kursunda  və  digər  iqtisad  yönümlü  ədəbiyyatlarda 

geniş  formada  təhlil  edilibdir.  Misal  üçün,  amerikalı  iqtisadçı,  professor  Maykl 

Porterin  bu  sahədə  öz  konsepsiyasını  irəli  sürmüşdür.  Son  dövrlərdə  rəqabət 

mühitinin  təhlilində  istifadəsi  geniş  yayılan  modellərdən  biri  də  Porterin  «rəqabət 

gücləri» nəzəriyyəsidir. 

M.Porterin rəqabətin “beş güc” modeli bazarda rəqabət gərginliyinin diaqnostikası 

və biznesin gəlirliyinə rəqib qüvvələrin təsirinin əhəmiyyətliliyi üçün fəaliyyətdə olan 

konseptual alətdir. [42 s. 66] 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə