Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə17/30
tarix04.11.2017
ölçüsü0,75 Mb.
#8148
1   ...   13   14   15   16   17   18   19   20   ...   30

 

49 


Bazar  iqtisadiyyatına  keçid  dövründə  istehlak  bazarlarının  inkişafında,  xüsusən 

məhsulun  keyfiyyətinin  yüksəldilməsində  dövlət  və  nəzarət  orqanlarının  rolu  artır. 

Dövlət  və  ictimai  nəzarət  orqanları  arasında  Dövlət  ticarət  nəzarət  müfəttişliyi, 

həmçinin  istehlakçıların  hüquqlarını  müdafiə  edən  ictimai  orqanlar  mühüm  rol 

oynaya bilərlər. 

Ölkənin  istehlak  bazarının  formalaşmasında  daxili  amillərlə  yanaşı  xarici 

amillərin rolu da böyükdür. 

Azərbaycan  dövlət  müstəqilliyinin  bərpasından  sonra,  bu  müstəqilliyi  yaşatmaq 

və daha  da  möhkəmləndirmək  gücünə  malik  olan  bütöv  iqtisadi  sistemin,  müstəqil 

milli  iqtisadiyyatın  yaradılması  zərurəti  ilə  üzləşmişdir.  Dünya  təcrübəsi  göstərir ki, 

müasir  dövrdə  xarici  iqtisadi  əlaqələrə  malik  olmadan  heç  bir  dövlət  inkişaf  edə 

bilməz.  İndi  hər  bir  ölkənin  iqtisadi  inkişafı  dünya  təsərrüfat  sisteminə  səmərəli 

şəkildə  inteqrasiyasının  təmin  edilməsindən  asılıdır.  Bu  onunla  izah  edilir  ki, 

dünyada baş verən köklü keyfiyyət dəyişiklikləri beynəlxalq iqtisadi münasibətlərdə 

inteqrasiya prosesini obyektiv zərurətə çevirmişdir. 

Dünya  təsərrüfat  sisteminə  inteqrasiya  həm  də  ona  görə  əhəmiyyətlidir  ki,  ölkə 

iqtisadiyyatını  xarici  dövlətlərin,  beynəlxalq  təşkilatların  üzünə  açmadan  və 

onlarla  qarşılıqlı  faydalı  əlaqələr  yaratmadan,  nə  onların  maliyyə  imkanlarına 

arxalanmaq,  nə  mütərəqqi  idarəçilik  və  təsərrüfatçılıq  təcrübəsi  qazanmaq,  nə  də ki, 

müasir texnika və texnologiya əldə etmək yolu ilə ümumi tərəqqiyə çatmaq olar. 

İqtisadiyyatın  dünya  təsərrüfat  sisteminə  inteqrasiyasının  Azərbaycan  üçün 

əhəmiyyəti  daha  böyükdür.  Bunu  1-ci  cədvəlin  məlumatlarından  görmək  olar  (Bax: 

cədvəl 1).  

Cədvəldən  gördüyümüz  məlumatlara  görə,  Azərbaycanın  istehlak  bazarının 

formalaşmasında  qardaş  Türkiyə  ilə  yanaşı,  İtaliya,  Almaniya,  İndoneziya,  Rusiya, 

İsrail, Fransa, ABŞ, Böyük Britaniya və Çin mühüm rol oynayır. Buna misal olaraq, 

Azərbaycanla  Türkiyə  arasındakı  xarici  ticarət  əlaqələrinin  dinamikasını  göstərə 

bilərik.  Həmin  dinamikanın  təhlili  göstərir  ki,  1998-ci  ildə  Türkiyə  idxal  həcminə 

görə  ölkələr  arasında  lider  mövqeyə  malik  olsa  da  (1998-ci  ildə  Türkiyə  idxalın 



 

50 


həcminə  görə  1-ci  yeri  tutmuşdur),  sonrakı  illərdə  bu  mövqeyi  əldən  vermiş  və 

nəticədə 2001-ci ildə 3-cü, 2014-cü ildə isə 5-ci yeri tutmuşdur.  

Cədvəl 2.1. 

Azərbaycan  Respublikasının  idxalı  üzrə  əsas  tərəfdaĢların  xüsusi  çəkisi  [9. 

s.16; 88]

1

 

 Dövlətlər 

Xüsusi çəkisi (faizlə) 

Yeri 


1998  2001  2008 

2014  1998  2001 

2008 

2014 


 

ABŞ 



3,7  16,1 

3,7 


4,2 



 



Rusiya 


18,0  10,7 

18,8 


6,3 



 



Türkiyə 


20,4  10,4 

11,3 


5.8 



 



Türkmənistan  2,5 

9,4 

0,7 


5,3 

10 


24 


 



Qazaxıstan 

4,1 


7,0 

2,8 


0,8 



10 

12 


 

Almaniya 



4,3 

9,1 


8,4 

8,5 




 



İtaliya 

0,0 


4,7 

3,4 


16,4 

34 




 

İndoneziya 



4,0 

3,9 


1,4 

6,7 


15 



 



Ingiltərə 

6,4 


3,8 

5,4 


3,6 



 



Çin 


0,6 

2,9 


6,7 

2,5 


22 

10 


10 


 

Ukrayna 



8,6 

2,7 


7,9 

1,5 


11 


11 


 

Fransa 



1,8 

1,8 


1,9 

5,4 


12 

12 


13 

 Digər ölkələr  25,6  17,5 



27,6 

33,09 


 

 

 



 

Müqayisə  üçün  göstərmək  lazımdır  ki,  Rusiya  Azərbaycanın  idxal  siyasətində 

həmişə  yuxarı  yerlərdən  birini  tutmuşdur.  Əgər  1998  və  2001-ci  illərdə  Rusiya  əsas 

tərəfdaş  dövlətlər  arasında  2-ci  yeri  tutmuşdursa,  2008-ci  ildə  1-ci,  2014-cü  ildə 

isə  4-cü  yeri  tutmuşdur.  Bu  arada  İtaliya,  Almaniya  və  İndoneziya  öz 

mövqelərini  Azərbaycanın  istehlak  bazarında  möhkəmlətmişdirlər.  Bu  da 

Azərbaycanın istehlak bazarının inkişafında müsbət amillərdən biri kimi təzahür 

oluna bilər. 

Son  illər  dünya  bazarında  baş  verən  davamlı  konyunktur  dalğalanmaları 

ölkəmizin  daxili  istehlak  bazarına  öz  təsirini  göstərmişdir.  Lakin  bununla  belə, 

                                                 

1

 



Cədvəl  ədəbiyyat  siyahısında  göstərilən  statistik  məcmuələr  əsasında  müəllif tərəfindən tərtib edilmişdir. 

 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə