Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə14/30
tarix04.11.2017
ölçüsü0,75 Mb.
#8148
1   ...   10   11   12   13   14   15   16   17   ...   30

 

40 


Bununla əlaqədar olaraq biz  Belarus alimi M.V.Petroviçin belə bir fikrinə nəzər 

salırıq  ki,  tələbin  məhsulun  qiymətindən  asılılığını  tələb  qanunu  kimi  şərh  etmək 

olmaz. Çünki daha aşağı qiymət ilə daha çox məhsul alınacağı ehtimalı heç də bütün 

məhsullar üzrə və bütün istehlakçı qrupları üçün təsdiq olunmur. Yüksək gəlirə malik 

istehlakçı  qruplarında  məhsulun  qiyməti  ləngidici  amil  hesab  olunur.Hətta  bir  çox 

hallarda isə «Veblin effekti» kimi məlum olan əks əlaqə izlənir.[42] «Veblin effekti» 

istehlak tələbinin artması effekti, məhsulun daha yüksək qiymətə malik ( daha aşağı 

deyil ) olması ilə bağlıdır.  

Bu  vəziyyət  istehlakçıların  məhsulun  qiymətinin  aşağı  düşməsi  ilə  onun 

nüfuz,imicinin,  keyfiyyətinin  də  aşağı  düşməsi  vəziyyətinə  inandığı  şəraitdir.  Bu 

ziddiyyətə görə məhsulun qiyməti artanda istehlakçılarda həmin məhsulu almaq istəyi 

daha da şişir. Bu effekt «Snob effekti»  də adlanır. 

      Müasir  dövrdə  istehlak  bazarında    rəqabət  mühitinin  yaradılması  üçün  yeni 

metodlardan  da  istifadə  artıq  labüddür.  Avstriyalı  iqtisadçı-alim  Yozef  Şumpeter 

(1883-1950) sahibkar-novator nəzəriyyəsində rəqabəti köhnənin yeniliklə,innovasiya 

ilə  yarışı,  mübarizəsi  kimi    qeyd  etmişdir.  Rəqabəti  cəmiyyətdə  ,  iqtisadiyyatda 

oynadığı çox mühüm roluna əsasən belə fərqləndirmişdir. 

 

Alıcı bazarda təklif edilən malları qiymətləndirərkən onların istehlak keyfiyyətləri 



ilə  yanaşı,  onları  əldə  etməklə  və  onlardan  istifadə  etməklə  əlaqədar  onun  sərf 

edəcəyi  xərclərin  ölçüsünü,  yəni  istehlak  qiymətini  nəzərə  alır.[5]  İstehlak  bazarını 

təhlil  edərkən  islehlak  qiymət  indeksini  (İQİ)  xüsusi  vurğulamaq  lazımdır.  İstehlak 

qiymətlərinin  indeksi  –  istehlak  “səbətinə”  daxil  olan  mal  və  xidmətlərin  dəyərinin 

dinamikasını əks etdirən indeksdir.[6] İstehlak qiymət indeksi əhali tərəfindən alınan 

əmtəə və xidmətlərin istehlak səbətinin dəyərinin dəyişməsini xarakterizə edən nisbi 

göstəricidir.  Bu  göstərici  müəyyən  dövr  ərzində  istehlak  edilən  malların  və 

xidmətlərin dəyişməz qaldığı şəraitdə əhalinin istehlak xərclərinin ümumi məbləğinin 

dəyişməsini əks etdirir. Bu indeks ölkədə istehlak məqsədi ilə istifadə edilən məhsul 

və xidmətlərin qiymətlərində meydana gələn illik orta dəyişmələri göstərir. 




 

41 


İstehlak  qiyməti  məhsulun  bütün  xidməti  dövrü  ərzində  alıcının  onun  əldə 

edilməsinə və istismarına (və ya istehlakına) çəkdiyi tam xərcləri səciyyələndirir.[7] 

İstehlak  qiymət  indeksinin  başlıca  təyinatı  istehlak  mallarının  və  xidmətlərinin 

qiymət dinamikasını müəyyənləşdirməkdən ibarətdir. İstehlak qiymət indeksi istehlak 

sektorunda  inflyasiyanın  səviyyəsini  xarakterizə  edir  və  milli  hesablar  sisteminin 

göstəricilərinin  müəyyənləşdirilməsində,  ümumi  daxili  məhsulun  (ÜDM)  son 

istifadəsinin  ən  mühüm  komponentlərindən  olan  ev  təsərrüfatlarının  son  istehlakına 

çəkilən xərclərin sabit qiymətlərlə hesablanmasında, eləcə də əhalinin gəlirlərinin və 

əmanətlərinin  indeksləşdirilməsində  istifadə  olunur.  İstehlak  mallarının  pərakəndə 

satış  qiymətlərinin  indeksləri  baza  ilində  bütün  mülkiyyət  formalarında  olan  rəsmi 

qeydiyyatdan  keçmiş  müəssisələrdən  baza  və  hesabat  dövrlərinin  qiymətləri  ilə 

əhaliyə satılmış bütün əmtəə kütləsinin Laspeyres düsturu ilə qiymətləndirilməsi yolu 

ilə müəyyənləşdirilir:  

[7] 


Burada:  p

1

  hesabat  dövrünün  qiymətlərini,  p



0

  baza  dövründə  qiymətlərin 

səviyyəsini, q

0

 malların baza dövründəki həcmini göstərir. 



İstehlak  bazarının  formalaşması  üçün  böyük  miqdarda  xırda  müstəqil 

iştirakçıların  mövcudluğu  şərtdir.  Kiçik  mağazaların  üstünlüyü,  pərakəndə  təklifin 

(qiymət, çeşid, məhsulların keyfiyyəti, xidmətin səviyyəsi, mağazanın planlaşdırması, 

mağazanın  yeri,  ixtisaslaşdırılmış  piştaxtaların  mövcudluğu,  təmizliyin  səviyyəsi, 

avtodayanacağın  mövcudluğu,  mağazanın  iş  qrafiki  və  s.)  keyfiyyət  səviyyəsinin 

səmərəliliyi ilə səciyyələnir.  

Respublikamızda  istehlak  bazarının  inkişafı  3  dekabr  1992-ci  ildə  “Əhalinin 

sosial müdafiəsinin gücləndirilməsi və daxili bazarın tənzimlənməsi sahəsində əlavə 

tədbirlər  haqqında”  Azərbaycan  Respublikasi  Prezidentinin  fərmanının  qəbulundan 

sonra  vüsət  almışdır.

 

Məhz  bundan  sonra,  ölkəmizdə  qeyri-neft  sektorunun,  o 



cümlədən  kənd  təsərrüfatının  inkişafı  dövlət  tərəfindən  iqtisadi  siyasətin  prioritet 

istiqamətlərindən  biri  kimi  müəyyən  edilmiş  və  ərzaq  təhlükəsizliyinin  təmin 




 

42 


edilməsi  sahəsində  kompleks  tədbirlərin  həyata  keçirilməsi  məqsədi  ilə  Azərbaycan 

Respublikası  Prezidentinin  sərəncamı  ilə  “Azərbaycan  Respublikasında  əhalinin 

ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” təsdiq edilmişdir.  Bu 

kimi  tədbirlər  istehlak  bazarının  sabitliyini  qoruyub  saxlamaq,  həmçinin  artan  və 

dəyişən  tələbatın  ödənilməsi  məqsədi  ilə  sərəncamda  qalan  məhsulun  istehsalçıdan 

istehlakçıya çatdırılması mərhələsində mövcud maneələrin aradan qaldırılması, ərzaq 

bazarında  süni  qiymət  artımının  qarşısının  alınması,  kənd  təsərrüfatı  və  ərzaq 

məhsullarının  qəbulu  üzrə  ixtisaslaşmış  terminalların  və  anbarların  yaradılması, 

həmin  məhsulların  daşınmasına  xidmət  edən  nəqliyyat  infrastrukturunun  təşkili, 

xüsusi  ərzaq  mağazaları  şəbəkəsinin  genişləndirilməsi  istiqamətində  təxirəsalınmaz 

tədbirlərin görülməsinə yönəlmişdir. [85, 90] 

 

  



Bu  gün  iqtisadi  siyasəti  reallaşdırarkən  istehlak  bazarının  təhlükəsizliyinə  təsir 

edən amillər sırasında ölkə iqtisadiyyatına barbaşa deyil, dolayı yolla təsir edənləri də 

nəzərə almaq mütləqdir. Bu amillərə aşağıdakıları aid edə bilərik: 

 



Milli məhsulun rəqabət qabiliyyətliliyinin və ya keyfiyyətinin aşağı olması; 

 



Əhalidə  gəlirlərin  axırıncı  hadisələrdən  sonra  tələbatın  ödənməsinə 

uyğunlaşmaması,  buna  misal  olaraq  banklara  ödənilməyən  maliyyə  öhdəliklərini 

göstərmək olar; 

 



Texnika və texnologiyanın idxaldan asılı olması; 

 



Ölkədən maliyyə kapitalın kənara axını; 

 



Dünya bazarlarında yerli məhsula qarşı ayrı-seçkiliyin qoyulması; 

 



Bazarda  tələbatın  tam  ödənilməsi  üçün  istehsalın  təşkilinin  xarici  kreditlərdən, 

investisiyalardan asılı olması; 

 

Dövlətin xarici borcunun  olması, hərbi şərait. Qeyd etmək olar ki, dövlət belə 



şəraitdə istehlak bazarına investisiya şəklində qismən az maliyyə vəsaiti cəlb edir; 

 



Beynəlxalq  maliyyə  qurumlarının  ölkədə  istehlak  bazarında  yenidənqurma 

proseslərinə müdaxilə etməsi. 

Son  dövrlərdə  beynəlxalq  məkanda  baş  vermiş  iqtisadi  dəyişikliklər  ölkəmizin 

istehlak bazarına təsirsiz ötüşməmişdir. Təbiidir ki, istehlak bazarında tələbatın 50% 

indən çoxu idxaldan asılı olduğu üçün neftin qiymətinin aşağı düşməsi və 2015-ci ilin 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə