Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə29/30
tarix04.11.2017
ölçüsü0,75 Mb.
#8148
1   ...   22   23   24   25   26   27   28   29   30

 

85 


-yerli istehsalçıların xarici rəqabətin mənfi təsirlərindən müdafiəsi və s. 

Müasir  dövrdə  istehlak  bazarının  tənzimlənməsi  istiqamətləri  aşağıdakı 

tədbirlərin həyata keçirilməsindən ibarətdir: 

-tələbə təsir göstərmək məqsədilə qiymətlərin tənzimlənməsi; 

-təklifə  təsir  göstərmək  məqsədilə  vergi,  kredit  və  subsidiya  kimi  vasitələrlə 

istehsalın tənzimlənməsi; 

-istehsalın səviyyəsindən asılı olmayaraq əmtəə istehlakçılarına (aztəminatlı əhali 

təbəqələrinə) dövlət yardımı; 

-bazarın  öyrənilməsində  beynəlxalq  təcrübənin  yerli  şəraitimizə  uyğun  formada 

tətbiqi; 

-istehlak  mallarının  idxal  hesabına  yox,  özümüzdə  mövcud  istehsalının  bərpa  və 

inkişaf etdirilməsi, daha da müasirləşdirilməsi; 

-xarici ticari-iqtisadi əlaqələrin tənzimlənməsi ; 

-milli  istehsalın  inkişafına  nail  olmaq  üçün  investisiya  mühitinin  daha  da 

optimallaşdırılaraq xarici kapital axınının sürətləndirilməsi və s. 

Bu  gün  iqtisadi  siyasəti  reallaşdırarkən  istehlak  bazarının  təhlükəsizliyinə  təsir 

edən amillər sırasında ölkə iqtisadiyyatına barbaşa deyil, dolayı yolla təsir edənləri də 

nəzərə almaq mütləqdir. Belə təhlükələr sırasına aşağıdakıları aid edə bilərik: 

 

Milli məhsulun rəqabət qabiliyyətliliyinin və ya keyfiyyətinin aşağı olması; 



 

Əhalidə  gəlirlərin  axırıncı  hadisələrdən  sonra  tələbatın  ödənməsinə 



uyğunlaşmaması,  buna  misal  olaraq  banklara  ödənilməyən  maliyyə  öhdəliklərini 

göstərmək olar; 

 

Texnika və texnologiyanın idxaldan asılı olması; 



 

Ölkədən maliyyə kapitalın kənara axını; 



 

Dünya bazarlarında yerli məhsula qarşı ayrı-seçkiliyin qoyulması; 



 

Bazarda  tələbatında  tam  ödənilməsi  üçün  istehsalın  təşkilinin  xarici 



kreditlərdən, investisiyalardan asılı olması; 

 



Dövlətin xarici borcunun yüksək olması, hərbi şərait. Qeyd etmək olar ki, dövlət 

belə  şəraitdə  istehlak  bazarına  investisiya  şəklində  qismən  az  maliyyə  vəsaiti  cəlb 

edir; 



 

86 


 

Beynəlxalq  maliyyə  qurumlarının  ölkədə  istehlak  bazarında  yenidənqurma 



proseslərinə müdaxilə etməsi. 

Son  dövrlərdə  beynəlxalq  məkanda  baş  vermiş  iqtisadi  dəyişikliklər  ölkəmizin 

istehlak bazarına təsirsiz ötüşməmişdir. Ümumiyyətlə, neftin qiymətinin düşməsi və 

2015-ci  ilin dekabr ayında  ABŞ-ın  Federal  Ehtiyat  Sistemi  uçot  dərəcəsini  0,25–0,5 

faizədək  artırması  milli  valyutanın  devalivasiya  edilməsi  ilə  nəticələndi.  İstehlak 

bazarında  tələbatın  50%-indən  çoxu  idxaldan  asılı  olduğu  üçün  yaranmış  vəziyyət 

qiymət  dəyişməsi  ilə  müşahidə  edildi  ki,  bu  da  istehlak  bazarında  süni  qiymət 

artımının  baş  verməməsi  üçün  dövlətin  bir  sıra  sərt  inzibatı  tədbirləri  həyata 

keçirməsi ilə nəticələndi.  

İstehlak  bazarını  mənfi  xarici  təsirlərdən  qorumaq  üçün  daxili  istehsalı 

şaxələndirmək,  bazara  tələbatı  ödəyən  alternativ  əmtəələr  çıxartmaq,  süni  qiymət 

artımının  qarşısını  almaq  üçün  tədbirlər  görmək  daha  məqsədəuyğun  hesab  edilə 

bilər.  Əhalinin  sosial  müdafiəsi  sistemini  yenidən  qurmaq,  bazar  iqtisadiyyatının 

inkişafı  şəraitində  sosial  gərginliyi  azaltmaq  üçün  aztəminatlı  əhali  təbəqəsini 

minimum  yaşayışla  təmin  etmək  vacibdir.  Bazar  iqtisadiyyatının  tələb  etdiyi  oyun 

qaydalarına  əməl  edən  istehsal  subyektlərinin  iqtisadi  davranışında  müvafiq 

dəyişikliklər,  bazar  mexanizminin  milli  ənənələrə  və  yaranmış  normalara 

uyğunlaşması da həmin dəyişikliklərə aiddir. Bütün bunlar asan və tez bir zamanda 

görülən  iş  deyil.  Buna  görə  bu  məsələlər  diqqəti  özünə  cəlb  etməli,  ardıcıl  və 

məqsədyönlü istiqamət götürməlidir. 

Respublikamızda  istehlak  bazarının  formalaşması  və  inkişafı  prosesində  qarşıda 

duran vəzifələri aşağıdakı kimi ifadə etmək olar: 

1)

 

əhalinin getdikcə artan tələbatını daha tam və dolğun ödəmək, ölkənin iqtisadi 



təhlükəsizlik sisteminin formalaşmasına şərait yaratmaq; 

2)

 



əhalinin  istehlak  mallarına  tələbini  formalaşdırmaq  və  istehlakın  səmərəli 

strukturuna malik olmaq

3)

 

istehlak  mallarının  səmərəli  realizasiyasını  həyata  keçirmək  və  onların 



vaxtında istehlakçıya çatdırılmasını təmin etmək; 

4)

 



tələblə  mal  təklifi  arasında  dinamik  tarazlığa  nail  olmaq  və  onun  daimi 


 

87 


xarakter daşımasına şərait yaratmaq. 

Hazırki  şəraitdə  Azərbaycanda  normal  istehlak  bazarının  formalaşması  və 

inkişafının təmin olunması məqsədi ilə daxili istehsal potensialından tam və səmərəli 

istifadə hesabına ölkənin zəruri istehlak malları, həmçinin ərzaq məhsulları ilə özünü 

təminetmə  səviyyəsinin  yüksəldilməsi  vəzifəsi  əsas  götürülməklə  aĢağıdakı 

istiqamətlər üzrə əməli tədbirlər həyata keçirilməsi məqsədəuyğun olardı: 

-istehlak malları istehsal edən sahələrdə struktur islahatları və restrukturizasiyanın 

sürətləndirilməsi; 

-dövlət mülkiyyətində olan müəssisələrin idarəetmə sisteminin yeni təsərrüfatçılıq 

şəraitinin tələbləri nəzərə alınmaqla təkmilləşdirilməsi

-maliyyə,  pul-kredit  və  vergi  siyasəti  tədbirləri  vasitəsilə  istehlak  malları  üzrə 

daxili istehsalın inkişafının stimullaşdınlması; 

-istehsal, sosial və bazar infrastrukturu sahələrinin inkişafı; 

-daxili  bazarın  qorunması  və  inkişafına  yardım  sisteminin  konkret  şəraitin 

tələbləri nəzərə alınmaqla təkmilləşdirilməsi; 

- istehlak mallarının idxal hesabına yox, özümüzdə mövcud istehsalının bərpa və 

inkişaf etdirilməsi, daha da müasirləşdirilməsi; 

-  milli  istehsalın  inkişafına  nail  olmaq  üçün  investisiya  mühitinin  daha  da 

optimallaşdırılaraq xarici kapital axınının sürətləndirilməsi; 

- əhalinin istehlakı ilə bağlı minimum standartlara dair sistemli və yetkin hüquqi 

normativ baza və vahid metodika yaradılması; 

-  əhalinin,  xüsusi  ilə  də  aztəminatlı  əhalinin  real  gəlirlərinin  artırılması 

istiqamətində məqsədli proqramlar hazırlanması və həyata keçirilməsi

-  müəyyən  müddətli  çeşidindən  və  istehsal  edilməsi  yerlərinin  sayından  asılı 

olaraq  müvafiq  müəssisələrin  fəaliyyətinə  təkan  vermək  məqsədilə  vergilərin 

azaldılması və ya ləğv edilməsi

-  xarici  ticarət-iqtisadi  əlaqələrin  ökənin  beynəlxalq  və  regional  əmək 

bölgüsündəki üstünlükləri,  sosial-iqtisadi  inkişaf  perspektivləri,  daxili  bazar  təlabatı 

və iqtisadi təhlükəsizlik maraqları nəzərə alınmaqla təkmilləşdirilməsi və s. 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə