Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə28/30
tarix04.11.2017
ölçüsü0,75 Mb.
#8148
1   ...   22   23   24   25   26   27   28   29   30

 

82 


Tədqiqatın  üçüncü  mərhələsi  -  satış  kanalları,  satış  şəbəkəsi  və  bunların  inkişaf 

meyilləri barədə informasiya verməyə imkan verir. Bu,  əmtəənin daha optimal satış 

kanalının  seçilməsinə  imkan  verir.  Marketinq  tədqiqatlarının  dördüncü  istiqaməti  – 

müəssisə  son  qərarını  çıxarmaq  məqsədi  ilə  əmtəə  və  xidmətlərə  olan  tələb-təklifin 

uzunmüddətli  dövrdə  dinamikasını  qiymətləndirir.  Beləliklə,  balanslaşdırma  işin 

stabilliyini  təmin  etməklə  yanaşı,  strateji  istiqamətləri  müəyyən  edən  marketinq 

xidmətləri  əmtəə-bazar  münasibətləri  şəraitində  müəssisələrin,  firmaların  istehlak 

bazarında  səmərəli  fəaliyyət  göstərməsinə  imkan  verir.  Məhz  bu  şəraitdə  vahid 

iqtisadi, texniki və habelə istehsal-satış orqanizminin formalaşması prosesi baş verir.  

Daxili  ticarət  sisteminin  dövlət  tərəfindən  tənzimlənməsinin  əsas  istiqamətləri 

milli  istehsalçını  dəstəkləməklə  daxili  bazarın  səmərəli  qorunmasından;  sağlam 

rəqabət  mühitinin  formalaşdırılması  və  qorunub  saxlanmasından;  daxili  ticarət  və 

xidmət  sferasına  xarici  investisiyaların  cəlb  edilməsindən;  istehlakçı  hüququnun 

səmərəli  müdafiəsindən;  maldaşınma  prosesinin  institusional  təminatının 

gücləndirilməsindən  və  s.  əməli  tədbirlərin  həyata  keçirilməsindən;  logistika 

xidmətinin  inkişaf  etdirilməsindən;  ticarət  prosesinin  texnoloji  təminatından; 

vergiqoyma,  lisenziya,  kvotaların  tətbiqində  sahəvi  xüsusiyyətlərin  nəzərə 

alınmasından və s.-dən ibarətdir [50, 61]. 

       Yalnız 

sağlam 


milli  iqtisadiyyatın  və  təkmil  istehlak  bazarının 

formalaşması,təşəkkül  tapması  və  inkişafı  cəmiyyətin  milli  maraqlarına,  artmaqda 

davam  edən  təlabatlarına  cavab  verə  bilər,  dövlətin  iqtisadi  qüdrətinin  artmasına 

əlverişli imkanlar aça bilər. 

 



 

83 


NƏTĠCƏ 

Bazarın təyinatına görə fərqləndirilən növlərindən biri olan “İstehlak bazarı”-nın 

nəzəri-metodoloji əsaslarının tədqiqi göstərir ki, o mürəkkəb bir iqtisadi sistem olub, 

səmərəli  inkişafı  müasir  şəraitdə  bazar  iqtisadiyyatının  inkişafı  üzrə  əhəmiyyətli 

problemlərindən  biri  sayılır.  Məhz  istehlak  bazarının  göstəriciləri  bütovlükdə 

cəmiyyətin iqtisadi və sosial əmin-amanlılığının vacib indikatoru rolunu oynayır.  

Respublikamızda  istehlak  bazarının  inkişafı  Azərbaycan  Respublikasi 

Prezidentinin  “Əhalinin  sosial  müdafiəsinin  gücləndirilməsi  və  daxili  bazarın 

tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” adlı fərmanının qəbulundan sonra 

gündəmə gəlmişdir. Bundan əlavə, son dövrlərdə ölkəmizdə qeyri-neft sektorunun, o 

cümlədən  kənd  təsərrüfatının  inkişafı  dövlət  tərəfindən  iqtisadi  siyasətin  prioritet 

istiqamətlərindən  biri  kimi  müəyyən  edilmişdir.  Ərzaq  təhlükəsizliyinin  təmin 

edilməsi  sahəsində  tədbirlərin  sistemli  və  kompleks  şəkildə  həyata  keçirilməsi 

məqsədi  ilə  Azərbaycan  Respublikası  Prezidentinin  sərəncamı  ilə  “Azərbaycan 

Respublikasında  əhalinin  ərzaq  məhsulları  ilə  etibarlı  təminatına  dair  Dövlət 

Proqramı”  təsdiq  edilmişdir.[

85

]  Bu  kimi  tədbirlərin  hamısı  istehlak  bazarının 



müdafiəsinə yönəlmişdir. İstehlak bazarının stabilliyini qoruyub saxlamaq məqsədilə, 

həmçinin  bazarda  artan  və  dəyişən  tələbatın  ödənilməsi  istiqamətində  sərəncamda 

olan  məhsulun  istehsalçıdan  istehlakçıya  çatdırılması  mərhələsində  mövcud 

maneələrin  aradan  qaldırılması,  ərzaq  bazarında  süni  qiymət  artımının  qarşısının 

alınması,  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının  qəbulu  üzrə  ixtisaslaşmış 

terminalların və onların saxlanılması üçün anbarların yaradılması, həmin məhsulların 

daşınmasına xidmət edən nəqliyyat infrastrukturunun təşkili, xüsusi ərzaq mağazaları 

şəbəkəsinin  genişləndirilməsi  istiqamətində  təxirəsalınmaz  tədbirlərin  görülməsi  öz 

əksini tapmışdır. 

İstehlak  bazarının  fəaliyyəti  əhalinin  ehtiyacları  ilə  istehsal,  habelə  regional 

bazarda  tələb  və  təklif  arasındaki  əlaqələrlə  müəyyən  edilir.  Alıcı  bazarda  təklif 

edilən  malları  qiymətləndirərkən,  onların  istehlak  keyfiyyətləri  ilə  yanaşı,  istehlak 

qiymətini  də  nəzərə  alır.  İstehlak  bazarını  təhlil  edərkən  islehlak  qiymət  indeksini 



 

84 


(İQİ)  xüsusi  vurğulamaq  lazımdır.  İstehlak  qiymətlərinin  indeksi  –  istehlak 

“səbətinə”  daxil  olan  mal  və  xidmətlərin  dəyərinin  dinamikasını  əks  etdirən 

indeksdir.  İstehlak  qiymət  indeksi  əhali  tərəfindən  alınan  əmtəə  və  xidmətlərin 

istehlak  səbətinin  dəyərinin  dəyişməsini  xarakterizə  edən  nisbi  göstəricidir.  Bu 

göstərici  müəyyən  dövr  ərzində  istehlak  edilən  malların  və  xidmətlərin  dəyişməz 

qaldığı  şəraitdə  əhalinin  istehlak  xərclərinin  ümumi  məbləğinin  dəyişməsini  əks 

etdirir.  

İstehlak  bazarının  formalaşması  üçün  böyük  miqdarda  xırda  müstəqil 

iştirakçıların  mövcudluğu  şərtdir.  Kiçik  mağazaların  üstünlüyü,  pərakəndə  təklifin 

(qiymət, çeşid, məhsulların keyfiyyəti, xidmətin səviyyəsi, mağazanın planlaşdırması, 

mağazanın  yeri,  ixtisaslaşdırılmış  piştaxtaların  mövcudluğu,  təmizliyin  səviyyəsi, 

avtodayanacağın  mövcudluğu,  mağazanın  iş  qrafiki  və  s.)  keyfiyyət  səviyyəsinin 

səmərəliliyi  ilə  səciyyələnir.  Misal  üçün,  2014-cü  illə  müqayisədə  2015-ci  ildə 

ölkənin pərakəndə ticarət şəbəkəsindən əhaliyə satılan malların real həcmi 10,9 faiz 

və  ya  3.719,4  milyon  manat  artaraq  25.721,1  milyon  manat  təşkil  etmişdir.  İstehlak 

mallarının 99,8 faizi özəl təsərrüfat subyektlərində, o cümlədən 10,8 faizi hüquqi şəxs 

statuslu  özəl  müəssisələrdə,  55,4  faizi  fərdi  sahibkarlara  məxsus  ticarət 

subyektlərində,  33,6  faizi  əmtəə  bazarlarında,  0,2  faizi  hüquqi  şəxs  statuslu  dövlət 

müəssisələrdə  satılmışdır.  Özəl  sektor  üzrə  pərakəndə  ticarət  dövriyyəsinin  həcmi 

2014-cü  ilin  səviyyəsini  10,9  faiz  üstələyərək  25.682,7  milyon  manata  bərabər 

olmuşdur.[88] 

Beynəlxalq təcrübədən bizə məlumdur ki, istehlak bazarın tənzimlənməsi ölkənin 

iqtisadi inkişaf səviyyəsindən, təbii-iqtisadi xüsusiyyətlərindən və s. amillərdən asılı 

olaraq müxtəlif üsullara və vasitələrə əsaslanır və aşağıdakı məqsədlərə xidmət edir: 

-ölkənin  özünü  həyati  zəruri  istehlak  malları,  əsasən  də  ərzaqla  təminetmə 

səviyyəsinin yüksəldilməsi (ərzaq təhlükəsizliyinin təmini); 

-qiymətlərin kəskin dəyişməsinin qarşısının alınması; 

-istehsal sahələri arasında əlaqələrin optimallaşdırılması; 

-kənd  təsərrüfatı  istehsalı  ilə  məşğul  olan  işçilərin  gəlirləri  ilə  digər  sahələrdə 

çalışan işçilərin gəlirləri arasında uyğunsuzluqlann aradan qaldırılması; 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə