Азярбайжан республикасы тящсил назирлийи


 İstehlak bazarının inkişafında dövlət tənzimləməsi məsələləri



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə24/30
tarix04.11.2017
ölçüsü0,75 Mb.
#8148
1   ...   20   21   22   23   24   25   26   27   ...   30

 

70 


3.2. İstehlak bazarının inkişafında dövlət tənzimləməsi məsələləri 

Araşdırmalardan  aydın  olur  ki,  istehlak  bazarının  formalaşdırılması  sahəsində 

ölkədə  çox  ciddi  işlər  görülür.  Ölkədə  aparılan  iqtisadi  islahatlar  nəticəsində 

sahibkarlığın  inkişaf  etməsi  son  nəticədə  ərzaq  və  qeyri-ərzaq  malları  istehsalının 

artmasına  səbəb  olur.  İqtisadiyyatda  istehlak  kooperasiyasının  dinamik  və  səmərəli 

inkişafına  yönəldilmiş  tədbirlər,  nəticə  etibarilə  əhalinin  ərzaq  məhsullarına  olan 

tələbatının ödənilməsi və satış (təchizat) problemlərinin həllində önəmli rol oynayır. 

Bu  sırada  istehlak  kooperasiyasının  inkişafı,  o  cümlədən  istehlak  birliklərinin 

inkişafına yardım göstərilməsi ilə bağlı dövlət dəstəyinin həyata keçirilməsi mühüm 

əhəmiyyət kəsb edir.  

İqtisadi  islahatların  mühüm  şərtlərindən  biri  də  əhalinin  ərzaqla  təmin  edilməsi 

məsələsidir.  Müstəqil  dövlətçiliyimizi  qoruyub  saxlamaq,  onun  müdafiə  qüdrətini 

gücləndirmək, elm və mədəniyyətimizi inkişaf etdirmək, dünya dövlətləri səviyyəsinə 

çatdırmaq  üçün  xalqımızın  maddi  rifahını  yaxşılaşdırmaq  məqsədilə  əhalinin  ərzaq 

məhsullarına  olan  tələbatını  ödəmək  əsas  şərtlərdən  biridir.  Ölkə  əhalisinin  ərzaq 

məhsullarına olan tələbatını ödəmək üçün daxili istehsalı inkişaf etdirmək zəruri şərt 

kimi həmişə ön plana çəkilməlidir. Problemin uğurlu həlli üçün əhalinin bütün ərzaq, 

o cümlədən taxıl məhsullarına tələbatını təmin etmək və adambaşına taxıl istehsalını 

fizioloji  normaya  çatdırmaq  lazımdır.  Geniş  ərzaq  potensialına  malik  olan 

respublikamız  hələlik  ərzaq  məhsullarına,  o  cümlədən  çörəyə  olan  tələbatını  daxili 

istehsal  hesabına  ödəyə  bilmir.  Ölkəmizdə  ət  və  ət  məhsulları,  süd  və  süd 

məhsullarına  olan  tələbatın  60%-i  idxal  hesabına  ödənilir.  Odur  ki,  ölkəmizin 

idxaldan  asılılığını  azaltmaq  və  əhalinin  ərzaq  məhsullarına  olan  tələbatının  təmin 

edilməsi  üçün  elmi  cəhətdən  əsaslandırılmış  proqramların  işlənib  hazırlanması 

lazımdır [86]. 

Əhalinin  həyat  səviyyəsinin  yüksəldilməsi,  ərzaq  təhlükəsizliyinin  təmin 

edilməsi,  yoxsulluğun  aradan qaldırılması  torpaqlardan  səmərəli  istifadə  edilməsini, 

kənd  təsərrüfatının  intensiv  inkişaf  etdirilməsini  tələb  edir.  Bazar  münasibətləri 

şəraitində 

əhalinin 

sosial 

müdafiəsinin 



etibarlı 

təminat 


mexanizminin 


 

71 


formalaşdırılması  istehlak  bazarının  tənzimlənməsini  obyektiv  zərurətə  çevirmişdir. 

İstehlak bazarında bolluq və sabitlik yaratmadan əhalinin etibarlı sosial müdafiəsini 

təmin  etmək  mümkün  deyildir.  Dünya  təcrübəsinə  əsaslanaraq  deyə  bilərik  ki, 

dövlətlərin istehlak bazarını tənzimləmə imkanları və üsulları ölkənin iqtisadi inkişaf 

səviyyəsindən,  təbii  -  iqtisadi  xüsusiyyətlərindən  və  s.  amillərdən  asılı  olaraq 

müxtəlifdir.  Materialların  təhlilindən  irəli  gələrək  belə  bir  fikir  söyləımək 

mümkündür ki, istehlak bazarının tənzimlənməsi aşağıdakı tələblərlə bağlı ola bilər: 

1)

 



ölkənin  özünü  zəruri  istehlak  malları,  əsasən  də  ərzaqla  təminetmə 

səviyyəsinin yüksəldilməsi (ərzaq təhlükəsizliyinin təmini); 

2)

 

qiymətlərin süni dəyişməsinin qarşısının alınması; 



3)

 

istehsal sahələri arasında əlaqə və münasibətlərin optimallaşdırılması; 



4)

 

kənd  təsərrüfatı  istehsalı  ilə  məşğul  olan  işçilərin  gəlirləri  ilə  digər 



sahələrdə çalışan işçilərin gəlirləri arasında uyğunsuzluğun aradan qaldırılması; 

5)

 



yerli istehsalçıların xarici rəqabətin mənfi təsirlərindən müdafiəsi; 

6)

 



əhalinin alıcılıq qabiliyyətli olmasının təmin edilməsi. 

İstehlak  bazarının  tənzimlənməsi  istiqamətləri  aşağıdakı  tədbirlərin  aparılmasından 

ibarətdir: 

-tələbə təsir göstərmək məqsədilə qiymətlərin tənzimlənməsi; 

-təklifə  təsir  göstərmək  məqsədilə  vergi,  kredit  və  subsidiya  kimi  vasitələrlə 

istehsalın tənzimlənməsi; 

-istehsalın səviyyəsindən asılı olmayaraq əmtəə istehlakçılarına (aztəminatlı əhali 

təbəqələrinə) dövlət yardımı; 

-bazarın  öyrənilməsində  beynəlxalq  təcrübənin  yerli  şəraitimizə  uyğun  formada 

tətbiqi; 

-istehlak  mallarının  idxal  hesabına  yox,  özümüzdə  mövcud  istehsalının  bərpa  və 

inkişaf etdirilməsi, daha da müasirləşdirilməsi; 

-xarici ticari-iqtisadi əlaqələrin tənzimlənməsi ; 

-milli  istehsalın  inkişafına  nail  olmaq  üçün  investisiya  mühitinin  daha  da 

optimallaşdırılaraq xarici kapital axınının sürətləndirilməsi və s. 



 

72 


Məlum olduğu kimi, bazar münasibətləri şəraitində istehlak bazarında təklif daxili 

istehsal  və  idxal  mənbələri  hesabına,  tədiyyə  qabiliyyətli  tələb  istehlakçıların  gəlir 

mənbələri  hesabına,  qiymət  isə  tələb  və  təklif  əsasında  daxili  və  dünya  bazar 

qiymətlərinin qarşılıqlı təsiri altında formalaşır. Deməli, ölkədə bazar iqtisadiyyatının 

təşəkkülü  və  inkişafı  şəraitində  normal  istehlak  bazarının  formalaşması  istehsal, 

xarici  ticarət  -  iqtisadi  əlaqələr  və  gəlirlər  arasında  dinamik  tarazlığın  təmin 

olunmasını nəzərdə tutur. Bu reallıq qloballaşma tələblərindən də irəli gəlir. 

Hər  bir  dövlət  öz  iqtisadi  siyasətini  ölkənin  strateji  maraqları  nəzərə  alınmaqla 

milli  iqtisadi  təhlükəsizliyin  təmin  edilməsi  baxımından  qarşıda  duran  vəzifələrə 

müvafiq  surətdə  həyata  keçirir.  İqtisadiyyatda  istehlak  kooperasiyası  sahəsində 

münasibətlər əsasən hüquqi və iqtisadi metodlarla tənzimlənir.  

      Ġstehlak  kooperativləri -  bir  qayda  olaraq  kənd  yerlərində  fəaliyyət  göstərərək 

istehlak cəmiyyətləri formasında ticarət, tədarük, kənd təsərrüfatı məhsulunun emalı, 

əhaliyə məişət xidməti, bağ evləri və qaraj tikintisi sahəsində ixtisaslaşan kooperativ 

təsisatlar  hesab  olunur.  İstehlak  kooperasiyası  formasında  yaradılan  kooperativlər 

tarixən  şəhər  və  kənd,  sənaye  və  kənd  təsərrüfatı  arasında  əmtəə  mübadiləsini 

realizasiya  edərək  formalaşıbdır.  Bü  cür  kooperasiya  təşkilatları  19-cu  əsrin 

sonlarından  yaradılmağa  başlamış,  ASSR-idə  də  fəaliyyət  göstərmişdir.  Hazırda  bu 

təşkilat  forması  ölkəmizdə  Azərbaycan  Mərkəzi  Kooperativlər  İttifaqı  (Azərittifaq) 

adı ilə fəaliyyət göstərir. İttifaqın 2008-ci ilin sonuna 530 mindən artıq payçısı vardır 

ki, bunlar da 981 məntəqədə yaşayırlar. [25;88]. İstehlak kooperasiyasının mülkiyyəti 

kollektiv mülkiyyətin bir növü hesab olunur. Bu mülkiyyətin formalaşması, fəaliyyəti 

və müdafiəsi «Kooperasiya haqqında» Azərbaycan Respublikasının Qanunu(1996) ilə 

tənzimlənir.  

     Məlumdur  ki,  kooperativlər  fəaliyyət  xarakterinə  görə  istehsal,  istehlak  və 

istehsal-istehlak formalarda ola bilər. 

Əsas  məqsədi  kənd  təsərrüfatı  məhsullarının  istehsalından  ibarət  olan  kooperativ 

kənd  təsərrüfatı  istehsal  kooperativi  hesab  edilir.  Əsasən  orta  və  kiçik  təsərrüfat 

subyektlərini  özündə  birləşdirmək  yolu  ilə  iri  təsərrüfat  subyektləri  yaratmaq 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə