Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə22/30
tarix04.11.2017
ölçüsü0,75 Mb.
#8148
1   ...   18   19   20   21   22   23   24   25   ...   30

 

64 


keyfiyyətlərə,xüsusiyyətlərə    malik  idi.  Onlar  sahənin  idarə  edilməsinin  təşkilinin 

spesifikliyində  olduğu  kimi,  istifadə  olunan  tənzimlənmə  metodlarının  məzmununa 

görə  də  fərqlənirlər.  Qeyd  etmək  lazımdır  ki,  mərkəzləşdirilmiş  planlı  iqtisadiyyat 

sistemində  bazar  münasibətlərinin  elementlərindən  müəyyən  dərəcədə  istifadə  olun-

muşdur.  İstehlak  mallarının  istehsalı  və  məhsul  ehtiyatlarının  mərkəzləşdirilmiş 

bölüşdürülməsinin  planlı(direktiv)  xarakteri  bu  parametrlərin  qeyri-bərabər 

proporsiyalarla  müxtəlif  zaman  dövrlərində  bazarın  tənzimlənməsi  ilə  uyğunlaşırdı. 

Əgər  məhsulların  istehsalı  qiymətləndirilirsə,  onda  onun  struktur  -  assortiment 

parametrləri  müəyyən  dərəcədə  əhalinin  tələbatının  ifadə  forması  olan  istehsal  və 

istehlak  ilə  təyin  edilir.  Sistemin  digər  xüsusiyyəti  odur  ki,  burada  istehlak  malları 

istehsalçılarına  geniş  hüquqlar  verilmişdir  [61,  71].  Deməli,  istehsalı  idarəetmə 

sistemində  ənənəvi  şaquli  (müəssisə və  sahə  idarəetmə  orqanları  arasında)  və  üfüqi 

(ticarət və sənaye arasında) əlaqələrini koordinasiyalı - tənzimləyici xarakter daşıyan 

ərazi idarəetmə orqanları mərkəzləşdirilmiş qaydada tənzimləyirlər. 

 Özütənzimlənən  sistem  olub,  xüsusi  mülkiyyətə  əsaslanan  bazar  iqtisadiyyatına 

transformasiya,  istehlak  mallarının  istehsalının  idarəetmə  sisteminin  və  tədavülünün 

bütün  elementlərində  əsaslı  dəyişikliklər  edilməsini  tələb  edir.  Bazar  təsərrüfatı 

şəraitində nə mərkəzi iqtisadi, nə də sahə orqanları ticarət və sənaye müəssisələrinin 

fəaliyyətinə  artıq  direktiv  rəhbərlik  etmək  imkanlarına  malik  deyildir  və 

transformasiya  dövründə  istehlak  malları    bazarında  istehsal  və  tədavül  prosesinə 

birbaşa  inzibati  müdaxilə  absurd  xarakter  daşıyır.  Yeni  istehsal  münasibətləri 

şəraitində istehlak bazarında dövlətin başlıca vəzifəsi, iqtisadi tənzimləmə metodları 

vasitəsilə tələb və təklifin ümumi həcminin müvazinət halına gətirməkdən ibarətdir.  

Malların  istehlak,  satış  və  istehsal  proqnozlarının  işlənib  hazırlanması,  bazarda 

istehlak mallarına olan tələb və təklif arasında proporsiyaların saxlanılması, əhalinin 

əsas  məhsul  növlərinin  istehlakı  və  onun  sosial  müdafiəsi,  pul  tədavülünün 

normalaşmasının  təmin  edilməsi  üçün  zəruri  tədbirlər  sisteminin  hazırlanması  üçün 

mühüm  şərtdir.  Bu  məqsədlə  əsas  makroiqtisadi  və  sahə  göstəriciləri,  istehsal  və 

tədavülün inkişafı proqnozlaşdırılmalıdır [76]. 



 

65 


İstehlak və tədavülün dövlət tənzimlənməsi, hər şeydən öncə, bazar münasibətləri 

subyektlərinin qaydalarını müəyyən edir. Yeni iqtisadi qanunlar əmtəə və xidmətlər 

bazarının  formalaşması  və  normal  fəaliyyət göstərməsi  üçün  əlverişli şərait  yaradır. 

Bu zaman, xüsusən də qloballaşmanın dərinləşdiyi bir şəraitdə dövlət, əsasən əmtəə 

istehsalının inkişafına iqtisadi təsir göstərən metodlardan istifadə edir. 

 Fikrimizcə,  iqtisadi  transformasiya  dövründə  tənzimlənmənin  miqyası  daxili  və 

xarici siyasi şəraitdən əhəmiyyətli dərəcədə asılı olur, həmin dövrdə direktiv üsulların 

tətbiqindən tam imtina etmək olmaz[18, s. 113] 

Tətbiqi  dövlət  tərəfindən  həyata  keçirilən  metodların  arsenalı  geniş  və 

müxtəlifdir.  Burada  birbaşa  və  dolayı  tənzimlənmə  metodları  fərqləndirilir. 



Tənzimləmə obyektiv vəziyyətə uyğunlaşmaq, zəruri nisbətləri gözdəməklə əlaqədar 

olan davranışdır. Birbaşa metodlar inzibati,hüquqi qaydalarla tənzimləmədir. Aiddir: 

dövlət  mülkiyyətinin  idarə  olunması,  dövlət  sifarişləri,  qanunvericilik 

hüququ,standartlar və xarici investisiyalar üzərində nəzarət vəs. Məhsulların istehlakı 

və  tədavülünə  olan  dövlət  sifarişi  də  birbaşa  təsir  metodu  sırasına  daxildir.  Yeni 

şəraitə uyğun olaraq dövlət sifariş sistemi prinsipial dəyişikliklərə düçar olur. Keçid 

dəyişiklik  mərhəsində  dövlət  sifarişlərinin  məqsədəuyğunluğu  istisna  edilmir.  Buna 

baxmayaraq  dövlət  sifarişlərinin  qəbulu  və  həyata  keçirilməsində(realizasiyasında) 

müəssisələr maraqlı olmalıdır.  

Buna  rentabelliyi  təmin  edən  qiymətlərin,  vergi  imtiyazlarının,  güzəştlərin, 

zəmanətli maddi-texniki təminatın və s. tətbiqi hesabına nail olmaq olar. [13, s. 202] 

İstehlak  mallarının  istehsalını  tənzimləmək  və  inkişaf  problemlərinin  həlli 

istiqamətlərini  təkmilləşdirmək  üçün  xarici  iqtisadi  əlaqələrdən  də  səmərəli  istifadə 

etmək  məqsədəmüvafiqdir.  İstehlak  təyinatlı  məhsullar  üçün  idxal  prosesində 

əlverişli  gömrük  şəraitini  yaratmaq,  həmçinin  bu  malların  idxalını  sərt  formada 

tənzimləmək  lazımdır.  Bundan  sonra  hökümət  məhsul  (əmtəə)  bazarının  normal 

şəkildə fəaliyyəti və inkişafı üçün bazar infrastrukturu elementlərinin yaradılmasında 

fəal iştirak edərək məhsulların istehsalı və tədavülünə əhəmiyyətli təsir göstərməlidir.  

Onun əsas elementlərinə aşağıdakılar aid edilir [71]: 

 



tədavül sahəsinin maddi-texniki bazası, o cümlədən anbar və tara təsərrüfatı; 


 

66 


 

bazar  institutları:  əmtəə  birjası,  vasitəçi  təşkilatlar,  broker  kontorları, 



marketinq, regional mərkəzlər; 

 



bazar münasibətləri iştirakçılarını lazımi göstəricilərlə təmin edən rabitə və 

informasiya sistemi. 

İnfrastrukturun  yaradılması  böyük  kapital  qoyuluşu  tələb  edir.  Buna  görə  də, 

transformasiya  mərhələsində  ciddi təşkilati dəyişikliklərlə bağlı olaraq dövlət büdcə 

vəsaitlərindən istifadə etməklə, infrastrukturun yaradılmasında iştirak etməli, habelə 

bazar  infrastrukturunun  formalaşmasına  kömək  etməlidir.  Bu  fəaliyyət  ticarət  və 

sənaye  müəssisələrinin  təsərrüfat  əlaqələrinin  formalaşmasında  böyük  çətinliklər 

olduğu 


dövrdə 

xüsusi 


əhəmiyyətə 

malikdir. 

Hökümət 

bütün 


bazar 

iştirakçılarına(subyektlərinə)  vacib,lazimi  məlumatların  çatdırılması  üçün  rabitə 

kanallarının  inkişafına  və  ondan  istifadə  edilməsinə  əhəmiyyətli  dərəcədə  kömək 

göstərə bilər.  

Bu  növ  fəaliyyətdə  təkcə  mərkəzi  deyil,  həm  də  torpaq  sahələrinin  ayrılması, 

tikililərin icarəyə verilməsi, bazar institutları fəaliyyətinin təmin edilməsində köməyi 

asılı  olan  yerli  orqanlar  da  iştirak  etməlidir.  Dövlət  müstəqilliyinin  bərpa  olunması 

malların  istehsalı  və  tədavülünün  tənzimlənməsi  üzrə  hüquqi  funksiyaların  yenidən 

bölüşdürülməsinə  gətirib  çıxardı.  Yaranmış  vəziyyətdə  bu  mühüm  məsələnin  həlli 

siyasi proseslərlə müəyyən edilir və onların inkişafından asılı olacaqdır. 

Dolayı  tənzimləmə  metodları  fiskal(büdcə-vergi),  monetar,  qiymət,  valyuta 

siyasətləri  vasitəsilə  aparılır.Vergi siyasəti  istehlak bazarının inkişafına dolayı  yolla 

istiqamət verən iqtisadi siyasətlərdən biridir. 

 Vergi 


siyasətinin  həyata  keçirilməsində,  onun  yığılmasına  nəzarətin 

gücləndirilməsində  geniş  əhali  kütləsinin  iştirakını  təmin  etmək  lazımdır.  Bu 

baxımdan  Türkiyə  Respublikasının  təcrübəsindən  nümunə  götürmək  olar.  Məsələn, 

Türkiyədə  alıcı  mülkiyyət  formasından  asılı  olmayaraq  istənilən  ticarət 

müəssisəsindən  aldığı  məhsula  görə  qiyməti  üzərində  əks  olunan  qəbz  -  «fiş»  alır. 

Qəbzdə  mağazanın  və  ya  satıcının  adı,  ünvanı  və  s  göstərilir.  İstehlakçı  hər  ayın 

sonunda  aldığı  məhsulların  qəbzlərini  toplayıb  yaşadığı  ərazinin  (  regionun  ) 

bələdiyyə  orqanına  təhvil  verir  və  qəbzlərin  ümumi  məbləğinin  10-15%-ni  pul 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə