Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə25/30
tarix04.11.2017
ölçüsü0,75 Mb.
#8148
1   ...   22   23   24   25   26   27   28   29   30

 

73 


vasitəsidir.  Kənd  təsərrüfatına  yararlı  torpaqlardan  səmərəli  istifadə  etmək,  əmək 

məhsuldarlığını artırmaq, iqtisadi səmərəliliyi yüksəltmək, rəqabətə davamlılığı təmin 

etmək  funksiyalarına  malikdir.  İstehsal  kooperativində  görülən  işlərin  ən  azı  70%-i 

kooperativ  üzvləri  tərəfindən  yerinə  yetirilməlidir.  İstehsal  kooperativlərinin  əsas 

növləri  müxtəlif  istiqamətli  kənd  təsərrüfatı  istehsal(  taxılçılıq,  pambıqçılıq, 

üzümçülük,  maldarlıq  və  s)  kooperativləridir.  Horizontal  (üfüqi)  əlaqələr  üzrə 

yaradılır. [17, s 125] 

       Aqrar-sənaye  kompleksi  sahələri  üzrə  istehlak  kooperativi  kənd  təsərrüfatı 

istehsal kooperativlərinə birbaşa texnoloji və müxtəlif xarakterli yardımçı xidmətlərin 

göstərilməsi funksiyalarını yerinə yetirən hüquqi və fiziki şəxslərin könüllü birliyidir. 

Kənd  təsərrüfatı  istehsal  kooperativlərinə  tədarük  və  satış,  təchizat,  məişət,  anbar 

təsərrüfatı, nəqliyyat-daşıma, emal, təmir, aqrokimya, pərakəndə ticarət, müxtəlif növ 

texnoloji və sair əlavə xidmətlərin göstərilməsi funksiyalarını yerinə yetirir. İstehlak 

kooperativləri 5-dən az olmayan fiziki və ya hüquqi şəxs tərəfindən yaradılır. İstehlak 

kooperativlərinin  yerinə  yetirdiyi  işin  həcminin  pul  ifadəsində  ən  azı  70%-i 

kooperativ  üzvləri  tərəfindən  həyata  keçirilməlidir.Belə  kooperativlər  adətən  kənd 

təsərrüfatı  istehsal  kooperativlərinə  vaxtı-vaxtında  və  keyfiyyətlə  peşəkar  xidmətlər 

göstərmək məqsədilə yaradılır. Vertikal (şaquli) əlaqələr üzrə yaradılır. [17, s 126] 

İstehsal-istehlak  kooperativləri  isə kənd  təsərrüfatı  məhsulları  istehsalı  ilə  yanaşı 

istehlak kooperativlərinin fəaliyyət növünün birini yaxud bir neçəsini yerinə yetirir. 

Hər 3 kooperativin həm iqtisadi, həm də sosial səmərəliliyi vardır.  

 

     Hökumətlərin  istehlak  kooperasiyasına,  o  cümlədən  istehlak  kredit  birliklərinin 



yaradılmasına  artan  diqqəti,  hazırda  Avstraliya,  ABŞ,  İrlandiya,  Kanada,  Koreya, 

Tayvan  və  bir  sıra  digər  ölkələrdə  bu  hərəkatın  genişlənməsinin  həlledici 

amillərindəndir.  Bəzi  keçid  ölkələrində  də  kənd  istehlak  -  kredit  birliklərinin 

formalaşmasında dövlətin müvafiq qurumlarının fəal mövqeyi müşahidə edilir. Xeyli 

dərəcədə  bunun  nəticəsidir  ki,  Rusiya  Federasiyasında,  Ukraynada,  Belarusda, 



 

74 


Latviyada  və  digər  postsovet  məkanı  dövlətlərində  kənd  istehlak  kooperasiyasının 

təşəkkülündə inamlı artım müşahidə olunur [63, 72]. 

      Təbii  ki,  bazarın  səmərəli  fəaliyyətinin  təmin  edilməsində  və  istehlak 

kooperasiyasının  dəstəklənməsində  dövlət  tərəfindən  həyata  keçirilən  məqsədyönlü 

təsirin, müdaxilənin əsas istiqaməti “tənzimləmə” hesab olunur. Tənzimləmə obyektiv 

vəziyyətə  uyğunlaşmaq,  zəruri  nisbətləri  gözdəməklə  əlaqədar  olan  davranışdır. 

Kooperasiyalarda müvafiq tənzimləmə funksiyaları icra edən bu və ya digər qurumun 

effektli  fəaliyyəti  üçün  hüquqi  zəmin  yaradılması,  təşkilati  -  hüquqi  əsasların 

formalaşması  və  istehlak  kooperativlərinə  münasibətdə  dövlət  siyasətinin 

prioritetlərinin əsaslandırılması labüd hesab edilməlidir. 

İstehlak  kooperativlərinin  mövcud  olması  və  normal  fəaliyyəti  üçün  hüquqi 

zəmin  yaradılması  məqsədi  ilə  dövlət  kooperativlərin  fəaliyyətini  tənzimləyən 

normativ-hüquqi  aktlar  işləyib  hazırlayır  və  qəbul  edir,  kooperativlərin  payçılarının 

hüquq və vəzifələrini müəyyənləşdirir. İstehlak kooperativlərinə münasibətdə dövlət 

siyasətinin həyata keçirilməsi istiqamətlərinin işlənib hazırlanması əhəmiyyətli vəsait 

və  vaxt  sərfi  tələb  edir.  Belə  ki,  dövlət  büdcə-vergi  və  pul-kredit  siyasəti 

vasitələrindən  istifadə  etməklə,  istehlak  kooperativlərinə  vergi,  kredit  və  sığorta 

güzəştləri təqdim edir [71]. 

Görülmüş  sistemli  tədbirlər  nəticəsində  son  onillikdə  kooperasiyaların  inkişafı 

kənd  təsərrüfatının  inkişafının  institusional  formasına  çevrilməkdədir.  Belə  ki, 

dünyada  fermerlər  çətin  vəziyyətdən  çıxmaq  və  səmərəli  fəaliyyət  göstərmək  üçün 

müxtəlif  kooperativlərdə  birləşirlər.  İnkişafında  xeyli  yol  qət  etmiş  ölkələrin  bir 

çoxunda  istehlak  kooperasiyası  kooperativ  formada  yaradılan  təşkilatın  vacib 

elementinə,  onun  inkişafı  üzrə  sürətləndirici  indiqatora  çevrilmişdir.  Təsərrüfat 

kateqoriyalarından  asılı  olmayaraq  əmtəə  istehsalçılarının,  xüsusilə  bu  sahədə 

fəaliyyət  göstərən  fərdi  sahibkarların  kooperasiyasının  dövlət  tərəfindən 

mütləq,lazimi səviyyədə dəstəklənməsi indiki şəraitdə iqtisadiyyatın inkişafına təkan 

verə bilər. 

Mərkəzləşdirilmiş  planlı  iqtisadiyyat  şəraitində  istehlak  kooperasiyasının 

inkişafında,  həmçinin  onun  maliyyələşməsi  və  kreditləşməsində  inzibati  elementlər 




 

75 


üstünlük  təşkil  edirdi.  Həmin  dövrdə  qısamüddətli  kreditlər  aşağı  faiz  dərəcəsi  ilə 

verilirdi.  Lakin  təsərrüfatlar,  adətən  kredit  üzrə  yaranmış  borclarını  ödəmir,  həmin 

kreditlərin daim hesabdan silinməsi isə kreditin mahiyyətinə ziyan vururdu. 

İstehlak  kooperasiyasının  ötən  əsrin  90-cı  illərinin  ortalarından  etibarən  iqtisadi 

cəhətdən  böhrana  məruz  qalması,  nəticə  etibarilə  bir  sıra  təsərrüfatların,  anbarların, 

istehsal  və  tədarük  müəssisələrinin  itirilməsinə  gətirib  çıxarmışdır.  Bu  isə  onunla 

bağlı  olmuşdur  ki,  istehlak  kooperasiyaları  bazar  şəraitində  təsərrüfat  hesabı  və  öz 

xərcini  ödəmə  prinsipi  əsasında  işləmək  iqtidarında  olmamışdırlar.  Bundan  əlavə, 

uzun illər formalaşmış iqtisadi əlaqələrin kəsilməsi, eləcə də daxili istehlak bazarının 

çevik  şəkildə  qorunmaması  nəticə  etibarilə  istehlak  kooperasiyasında  fəaliyyət 

göstərən  strukturların  maliyyə  maraqlarını  tam  mənası  ilə  zərbə  altında  qoymuşdur 

[61, 71]. 

Aparılan    araşdırmalar  göstərir  ki,  20-ci  əsrin  90-cı  illərinin  ortalarından 

başlayaraq    istehlak  kooperasiyalarının  inkişafında  güzəştli  kreditin  rolu  xeyli  

dərəcədə  azalmışdır.  Bu,  Mərkəzi  Bankın  təkrar  kreditləşdirmə(%)  dərəcəsini 

yüksəltməsi ilə bağlı olmuşdur. Eyni zamanda, kompensasiya ödənilmədən kreditlərə 

görə  faiz  dərəcəsi  artırılmış  və  bu  dərəcə  bazar  konyukturasına  əsasən 

müəyyələşdirilmişdir. 

Bildiyimiz  kimi  istehlak  kooperasiyaları  çox  zaman  kənd  yerlərində  fəaliyyət 

göstərdiyi  üçün    banklar  üçün  arzuolunan  dərəcədə  cəlbedici  sayılmır.  Kənd 

təsərrüfatı istehsalında riskin yüksək olması, digər sahələrlə müqayisədə bu fəaliyyət 

formasının  rentabellik göstəricisinin aşağı olması, borc alanın girov təminatının zəif 

olması, kreditin məbləği kiçik olduqda bank tərəfindən vəsaitin rəsmiləşdirilməsi ilə 

bağlı baha başa gələn prosedurlar üçün səmərəsiz xərclər belə vəziyyəti şərtləndirən 

amillərdir. Bu təsərrüfatlarda maliyyə hesabatının sadələşdirilmiş formasının onların 

rentabellik  səviyyəsi  və  kredit  qabiliyyəti  haqqında  dəqiq  təsəvvür  yaratmaması 

aspekti də bu baxımdan az rol oynamır. 

Tədqiqatlar  və  xarici  təcrübə  göstərir  ki,  fiziki  və  hüquqi  şəxslərin  üzvlük 

əsasında, yaşayış yerlərinin, əmək fəaliyyətinin, peşə mənsubluğunun ümumi olması 

və  ya  qarşılıqlı  kreditvermə  yolu  ilə  xüsusi  pul  vəsaitlərinin  yığılması  üçün  şərait 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə