Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə26/30
tarix04.11.2017
ölçüsü0,75 Mb.
#8148
1   ...   22   23   24   25   26   27   28   29   30

 

76 


yaradan hər hansı başqa ümumilik prinsipi üzrə könüllü şəkildə birləşməsindən ibarət 

olan kooperativ kredit institutları vacib rol oynaya bilər. 

Kənd  istehlak  kooperativlərinin  inkişafının  təhlili  göstərir  ki,  kooperasiya 

hərəkatını  fəal  surətdə  dəstəkləməyə  ehtiyac  vardır.  Bu  vasitə  ilə  kənddə  sosial 

problemlərin  həlli  istiqamətində  böyük  imkanların  yaranacağı  görünür.  Həmçinin 

regionlarda  istehlak  kooperasiyası  aqrar  sahibkarlığın  inkişafına,  əhalinin  sosial-

mədəni  şəraitinin  yaxşılaşdırılmasına,  məşğulluğun  təmin  edilməsinə  və  kənd 

əhalisinin maddi rifah səviyyəsinin yüksəldilməsinə kömək edə bilər. 

Təhlillər  və  araşdırmalar  sübut  edir  ki,  müvafiq  proqramlarda  kənd  təsərrüfatı 

kooperativlərinin  səmərəli  fəaliyyəti  üçün  hüquqi,  iqtisadi  və  təşkilati  şərait 

yaradılması;  məhsulun  emalı  və  satışı,  kreditvermə  və  sığorta,  aqroservis 

infrastrukturunun  formalaşması;  təsərrüfatçılığın  birgə  formalarına  kredit  dəstəyi 

mexanizminin  təkmilləşdirilməsi;  kənd  təsərrüfatı  kooperativlərinin  və  onların 

ittifaqlarının  elmi,  informasiya-konsultasiya  və  kadr  təminatı  sisteminin  inkişaf 

etdirilməsi nəzərdə tutulmalıdır. 

İstehlak  kooperasiyasının  inkişafına  dair  xarici  təcrübədə  müvafiq  prioritetlər 

kimi aşağıdakılar şərh olunur [76, 82]: 

1.

 



istehlak kooperativlərinə qanunla reqlamentləşdirilən vergi güzəştləri təqdim 

edilməsi yolu ilə onların yaradılmasının stimullaşdırılması; 

2.

 

istehlak  kooperativləri  qarşılıqlı  yardım  və  qarşılıqlı  kreditvermə  kassaları 



kimi  işləməli  olduğuna  görə,  onların  Mərkəzi  Banka  ayırmalar  etməsi  və  bank 

normativlərini yerinə yetirməsi tələb olunmur. Bu isə, kredit dərəcələrini kommersiya 

kreditləri ilə müqayisədə əhəmiyyətli dərəcədə azaltmağa imkan verir

3.

 



dövlət  kreditləri  verilərkən  və  istehlak  kooperativini  təşkil  etmiş  kənd 

təsərrüfatı müəssisələrinə sərmayə qoyularkən istehlak kooperativləri zəmanətçi rolu 

oynaya bilər; zəmanət fondlarının və kənd istehlak kooperativlərinin dəstəklənməsi. 

İnkişafın  əsas  istiqamətləri:  kənd  istehlak  kooperativləri  üçün  təminat  və  dəstək 

fondlarının  yaradılması;  kənd  istehlak  kooperativləri  üçün  start  kapitalının  təmin 

edilməsi; kənd  istehlak kooperativlərində əmtəə  istehsalçılarına  verilən borclar üzrə 

faiz dərəcələrinin subsidiyalaşdırılması. 



 

77 


Kənd  istehlak  kooperativlərinin  inkişafına  dair  keçid  iqtisadiyyatlı  ölkələrdə 

hazırlanmış məqsədli proqramlarda qeyd edilir ki, kənd istehlak kooperativləri elə bir 

sistemdir  ki,  regionlarda  investisiya  prosesinin  bərpa  edilməsi,  xırda  əmtəə 

istehsalının  və  şəxsi  sahibkarlığın  inkişafı,  kənd  əhalisinin  həyat  səviyyəsinin 

artırılması  bu  proses  vasitəsi  ilə  həyata  keçiriləcəkdir.  Həmin  proqramlarda  kənd 

istehlak kooperativlərinin inkişafının aşağıdakı vəzifələri xüsusi qeyd edilir [71, 76]: 

1)

 

kiçik  və  orta  aqrobiznesin  özünümaliyyələşdirmə  mexanizminin 



formalaşması və effektiv inkişafı üçün təşkilati, iqtisadi və sosial şəraitin yaradılması 

təmin edilməsi

2)

 

əmtəə  istehsalçılarının,  sahibkarların,  kənd  əhalisinin  münasib  aqrobiznes 



vasitələri ilə təmin edilməsi; 

3)

 



kənd sakinlərinə göstərilən maliyyə xidmətləri spektrinin genişləndirilməsi; 

4)

 



 sahibkarlığın 

inkişafı 

və 

təsərrüfat 



subyektlərinin 

istehsalının 

genişləndirilməsi hesabına yeni iş yerləri yaradılması; 

5)

 



kənddə sahibkarlığın informasiya dəstəyinin təmin edilməsi

6)

 



 istehlak  kooperasiyası  sistemi  vasitəsi  ilə  kənddə  mənzil  tikintisi 

proqramlarının reallaşdırılması. 

Belə  ki,  istehlak  kooperasiyasının  inkişafında  dövlətin  fəal  tənzimləyici  rolu 

məqsədli  proqramların  işlənib  hazırlanması  və  icrası,  yeniliklərin  tətbiqi  və 

dəstəklənməsi,  ixracın  subsidiyalaşması  və  başqa  istiqamətlər  üzrə  həyata  keçirilə 

bilər. 


Beynəlxalq  təcrübədə  kənd  təsərrüfatı  məhsullarının  ixracını  daha  da 

stimullaşdırmaq  üçün  dövlət  kooperativlərə  ixrac  subsidiyaları  ayırır.  Dövlət 

kreditlərinin,  subsidiyaların,  dotasiyaların,  dövlətin  əhəmiyyətli  köməyinin 

nəticəsində  Fransa,Yaponiya,Almaniya,Yeni  Zellandiyada  kənd  təsərrüfatı  istehlak 

kooperativi  sistemi  formalaşmışdır.  Qabaqcıl  təcrübə  sübut  edir  ki,  kredit 

ittifaqlarının  işinin  əsas-baza  istiqamətləri  bunlardır:  kənd  istehlak  kooperativləri 

ittifaqının  iştirakçılarının  yerli  özünüidarə  orqanlarında,  ictimai  təşkilatlarda  təmsil 

edilməsi,  onların  hüquq  və  mənafelərinin  müdafiəsi;  istehlak  kooperativlərinin 

fəaliyyətinin  koordinasiyası;  normativ  texniki  bazanın    hazırlanması;  istehlak 



 

78 


kooperativlərinin  inkişafı  üçün  Azərbaycan  və  beynəlxalq  maliyyə  təşkilatlarının 

investisiya    yardımının  cəlb  edilməsi;  ölkədə  istehlak  kooperasiyası  ilə  bağlı 

beynəlxalq  layihələrin  reallaşmasına  kömək;  istehlak  kooperativləri  üçün  kadrların 

öyrədilməsi və hazırlanması; kənd istehlak kooperativlərinin yaradılması və fəaliyyət 

məsələlərinə dair məsləhət xidmətləri; mövcud istehlak kooperativlərinə və təşəbbüs 

qruplarına  praktiki  və  metodik  kömək;  istehlak  kooperativlərinin  yaradılması  və 

fəaliyyəti ilə bağlı tədris(metodiki) vəsaitlərinin işlənib hazırlanması və yayılması. 

Dövlətin  istehlak  kooperasiyasının  fəaliyyətinə  və  inkişafına  aşağıdakı 

istiqamətlərdə dəstək olması məqsədəmüvafiqdir: 

1)

 



kənd  təsərrüfatı  istehlak  kooperativlərinin  yaradılmasına  və  fəaliyyətinə  dair 

normativ-texniki  sənədlər  paketinin  işlənib  hazırlanması,  biznes  planların 

hazırlanması,  mühasibat  uçotu  və  maliyyə  təhlili  məsələlərinə  aid  sistem  proqram 

təminatının mənimsənilməsi; 

2)

 

kredit  ittifaqları  çərçivəsində  daxili  nəzarət  (audit)  sisteminin  yaradılması, 



ittifaqın üzvləri, dövlət və nəzarət orqanları arasında normativ-hüquqi münasibətləri 

tənzimləmək  üçün  kənd  istehlak  kooperativlərinin  fəaliyyət  standartlarının  işlənib 

hazırlanması,  ittifaqın  özülü  olan  kənd  istehlak  kooperativləri  üçün  vahid  qaydada 

mühasibat  uçotu  və  hesabat  sisteminin  tətbiqi,  regional  tədris  mərkəzlərinin  və 

məsləhət konsultasiya xidmətlərinin yaradılması; 

3)

 



kredit  əməliyyatlarının  elektronlaşdırılmasına  kömək,  vahid  informasiya 

idarəetmə sisteminin təşkili və s. 

İstehlak  kooperasiyasının  çoxsəviyyəli  sisteminin  dövlətin  fəal  təsirinə, 

tənzimləyici  rolunun  yüksəldilməsinə  ehtiyac  vardır.  Xüsusi  kənd  təsərrüfatı  əmtəə 

istehsalçılarının  iqtisadi  potensialının  və  sosial  statusunun  möhkəmlənməsinə,  kənd 

təsərrüfatı  fəaliyyəti  üçün  makroiqtisadi  şəraitin  yaxşılaşdırılmasına,  məhsulun 

keyfiyyətinin yüksəldilməsi üçün müxtəlif proqramlarda nəzərdə tutulmuş stimulların 

yaradılmasına  yönəlmiş  tədbirlər  kompleksi  şaquli  (çoxsəviyyəli)  kooperativlərin 

fəaliyyətinə və inkişafına bu vəya digər dərəcədə yardım edəcəkdir. 

Bu mərhələdə aşağıdakı fərqləndirilən məsələlər xüsusi əhəmiyyətlidir: 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə