Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə23/30
tarix04.11.2017
ölçüsü0,75 Mb.
#8148
1   ...   19   20   21   22   23   24   25   26   ...   30

 

67 


şəklində geri alır. Bunun köməyilə bir neçə vacib problemin həllinə nail olunur. Həm 

də  dövlət  orqanları  öz  ərazisində  ticarət  şəbəkəsi,  onun  əmtəə  dövriyyəsi  haqqında 

dəqiq məlumatlara malik olur, vergi müfəttişliyinin isə istənilən ticarət müəssisəsini 

obyektiv  surətdə  yoxlamaq  işi  asanlaşır.  Eyni  zamanda,  qeyri-qanuni  ticarət,  ara 

alverçiləri sıxışdırılmış olur,  yəni  onlar  mallarını  istənilən  vergi ödəyən subyektdən 

ucuz satmağa məcbur olurlar. Beləliklə, bütün əhali ölkədə ticarət şəbəkəsində qayda-

qanun yaradılmasında iştirak etməklə, dövlət büdcəsinə daxil olan vergi gəlirlərinin 

artırılmasını təmin edirlər. Nəticədə cəmiyyətin inkişafı təmin olunur. Əgər hər hansı 

satıcı alıcıya «qəbz» təqdim etməzsə, ona qarşı elə bir cərimə sistemi tətbiq olunur ki, 

qanun  pozucusu  bununla  ya  tam  iflasa  uğraya  bilər  yaxud  da  satdığı  məhsulun 

qiymətindən  100-500  dəfə  çox  olan  inzibati  cəriməni  ödəyə  bilmədikdə  cinayət 

məsuliyyətinə cəlb edilə bilər [30 və 75]. 



Azərbaycanda  mövcud isteklak bazarının əsas problemləri: 

1. Bazarın təminatı (xüsusən xammal bazarının) idxaldan çox asılıdır 

2.  Əhalinin  real  gəlirlərinin  və  alıcılıq  qabiliyyətinin  aşağı  səviyyədə  olması 

fonunda qiymətlərin ümumi səviyyəsinin yüksək olması 

3. Milli məhsulun rəqabət qabiliyyətliliyinin   aşağı olması 

4. Hərbi şəraitin movcudluğu 

5. Texnika və texnologiyaların böyük əksəriyyətinin idxaldan asılı olması 

6.

 Bazarda tələbatın tam ödənilməsi üçün istehsalın təşkilinin xarici kreditlərdən, 



investisiyalardan asılı olması 

7. Milli valyutanın (manat) real durumu 

Göstərilən problemlər həll edilərkən hər şeydən əvvəl, sənaye və ticarətin iqtisadi 

müstəqilliyindən çıxış etmək lazımdır. Məhz sənaye müəssisələri istehsal mallarının 

reallaşdırma  kanallarının  tədarük  şərtlərini  seçərək  onları  idarə  edir,  topdansatış 

ticarət  mərkəzləri  isə  hərəkətini  müstəqil  təşkil  edirlər.  Bu  mənada  Azərbaycanın 

MDB  respublikaları  ilə  təsərrüfat  əlaqələrinin  saxlanılması  və  genişləndirilməsi 

xüsusi  əhəmiyyətə  malikdir.  Bu  halda  vahid  iqtisadi  məkan  olan  MDB-nin 

formalaşması  mühüm  rol  oynayır.  Onun  yaradılması  təkcə  gömrük  sərhədlərinin 

olmaması  və  müxtəlif  dövlətlərdə  yerləşən  müəssisələrin  məhsul  mübadiləsinə 




 

68 


qoyulan  məhdudiyyətlər  deyildir.  Fikrimizcə,  hazırda  müxtəlif  müstəqil  dövlətlərdə 

mövcud  müəsissələrin  fəaliyyətini  tənzimləyən  təsərrüfat  mexanizmləri  oxşardır. 

Bunsuz vahid təsərrüfat kompleksinin formalaşması, inteqrasiya proseslərinin inkişafı 

mümkün deyildir. 

Bazar  iqtisadi  sistemində  əmtəələrin  istehsalı  və  tədavülünün  tənzimlənmə 

sistemində  (istehlak  bazarı)  əsas  vacib  həlqə  kimi  sənaye  ilə  ticarət  müəssisələri 

arasında iqtisadi münasibətlər çıxış edir. Prinsipial dəyişikliklər ondan ibarətdir ki, bu 

əlaqələr  birbaşa  xarakter  daşımağa  başlamışdır.  İqtisadi  münasibətlərin(əlaqələrin) 

təşkilatçısı  kimi  sahə  orqanları  deyil,  yeni  bazar  institutları  -  əmtəə  birjaları, 

yarmarkalar,  hərraclar,  vasitəçi  təşkilatlar,  istehsalçılar  assosiasiyası,  bazar 

münasibətlərinin  maraqlı  olan  subyektləri  tərəfdən  könüllü  əsasda  yaradılan  yerli 

koordinasiya  orqanları  çıxış  edirlər.  Bazar  iqtisadiyyatında  məhz  bu  əsas  aspekt, 

istehlak malları istehsalı üzrə inkişafın əsas tənzimləyicisi olmalıdır. İstehlak bazarı 

alqı-satqı prosesinin son mərhələsi  - yəni bilavasitə istehsal olunmuş malların satışı 

ilə məşğul olduğundan, yeni iqtisadi sistemə keçdikdə, bu sahədə  köklü dəyişiliklər 

baş  verməyə  bilməz.  Buna  görə  də  istehlak  bazarının  formalaşması  və  inkişafı 

istiqamətləri,  onun  müasir  vəziyyəti  və  qiymətləndirilməsi  böyük  əhəmiyyət  kəsb 

edir.  Hesab  edirəm  ki,  respublikamızda  istehlak  bazarını  formalaşdırmaq  və  inkişaf 

etdirmək üçün aşağıdakı üstünlük təşkil edən tədbirlər həyata keçirilməlidir: 

1.

 



əhalinin  artan  ictimai  tələbatının  tam  və  dolğun  ödənilməsinə  şərait 

yaradılmalı; 

2.

 

 əhalinin istehlak mallarına olan tələbini formalaşdıraraq istehlakın səmərəli 



strukturu formalaşdırılmalı; 

3.

 



 istehlak  mallarının  səmərəli  reallaşmasını  həyata  keçirmək  və  onların 

istehlakçıya çatdırılması təmin edilməli; 

4.

 

iqtisadi islahatların  sürətləndirilməsi,  daxili istehsalın stimullaşdırılması  ilə 



müşayiət olunmalıdır; 

5.

 



istehsal  ilə  istehlak  arasında  təsərrüfat  münasibətləri  bazar-iqtisadi 

qanunlarına müvafiq şəkildə  tənzimlənməlidir; 




 

69 


6.

 

tələb  və  təklif  arasında  dinamik  tarazlığa  nail  olmaq  və  onun  ənənəvi 



xarakter almasına şərait yaradılmalıdır; 

7.

 



istehlak bazarının səmərəli fəaliyyəti və onun inkişaf etdirilməsi üçün qeyd 

olunan  tədbirlərlə  yanaşı,  bu  sahədə  institusional  təsisatlandırmalar  da 

genişləndirilməlidir. 

Malların  istehsal,  satış  və  istehlak  proqnozlarının  işlənib  hazırlanması,  bazarda 

istehlak  mallarının  tələb  və  təklifi  arasında  proporsiyaların  saxlanılması,  əhalinin 

sosial  müdafiəsi  və  əsas  məhsul  növlərinin  istehlakı,  pul  tədavülünün 

normalaşmasının  təmin  edilməsi  üçün  zəruri  şərtdir.  Bazar  münasibətləri  şəraitində 

dövlət,  əsasən  əmtəə  istehsalının  inkişafına  iqtisadi  təsir  göstərən  metodlardan 

istifadə  etməlidir.  Fikrimizcə,  transformasiya  dövründə  tənzimlənmənin  miqyası 

daxili  və  xarici  siyasi  şəraitdən  əhəmiyyətli  dərəcədə  asılı  olur  ki,  həmin  dövrdə 

direktiv üsulların tətbiqindən faydalanmaq lazım gəlir. 

 İstehlak  malları  bazarının  inkişaf  perspektivlərinin  müəyyən  edilməsinin  və 

tənzimlənməsinin bir çox cəhətləri fərqləndirilir. İlk növbədə bilmək lazımdır ki, biz 

yerli  istehsal  hesabına    məcmu  istehlakın  hansı  nisbətdə  ödənilməsini  təmin  edə 

bilərik.  İkinci  tərəfdən    mütləq  şəkildə  demoqrafik  dəyişikliklər  nəzərə  alınmalıdır. 

Daha  bir  aspektə  görə  biz  idxal  mallarının  dövriyyəsinin  ümumi  həcmini,  həmin 

malların 

növ-çeşid 

tərkibini 

və 


nəticə 

olaraq 


ərzaq 

təhlükəsizliyini 

dəqiqləşdirməliyik.  Digər  aktual  və  vacib  cəhət  isə  gələcək  dövrdə  istehlak  malları 

bazarının    inkişafına  təsir  göstərmək  gücünə  malik  ola  bilən    bazar 

infrastrukturununun təşkili,yaradılması məsələsidir. 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə