Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə27/30
tarix04.11.2017
ölçüsü0,75 Mb.
#8148
1   ...   22   23   24   25   26   27   28   29   30

 

79 


1)

 

nəqliyyat  vasitələri,  yollar  şəbəkəsi,  anbar  təsərrüfatının  təşkili,  nəqliyyat 



tariflərinin aşağı salınması; 

2)

 



əmtəələrin  və  kənd  təsərrüfatı  xammalının  bazarlara  çıxışında  və  satış 

fəaliyyətinin  təhlükəsizliyinin  təmin  olunmasında  inzibati  maneələrin  aradan 

qaldırılması, azaldıması; 

3)

 



dövlət aqrar və ərzaq siyasəti haqqında, kreditlər, vergilər, ticarətin həcmi, 

qiymətlər və s.  məsələlər  haqqında vaxtında və keyfiyyətli  məlumat təqdim etməyə 

malik olan informasiya sistemlərinin inkişafı. 

Hesab  edirəm  ki,  milli  və  regional  proqramların  işlənib  hazırlanması,  həyata 

keçirilməsi yolu ilə kooperativ hərəkatına dövlət dəstəyi gücləndirilməlidir. 

Kənd  təsərrüfatı  kooperativlərinin  və  onların  birliklərinin  dəstəklənməsinin  əsas  

vacib istiqamətləri aşağıdakılardır: 

1.

 



kooperativ 

müəssisələrin 

maddi-texniki 

bazasının 

və 

istehsal 



infrastrukturunun formalaşması; 

2.

 



kooperativlərin  köməyi  ilə  satılan  kənd  təsərrüfatı  məhsulları  və  onlardan 

hazırlanmış, dövlətin ehtiyacları üçün göndərilən ərzaq mallarının zəmanətli minimal 

satınalma qiymətlərinin tətbiq edilməsi

3.

 



kooperativlər  tərəfindən  öz  üzvləri  üçün  istehsal  vasitələri  alınarkən  digər 

kənd  təsərrüfatı  istehsalçıları  üçün  qüvvədə  olan  dotasiya  və  kompensasiyaların 

təqdim olunması; 

4.

 



kooperativ  müəssisələrə  ehtiyac  duyulan  texnikanın  lizinq  vasitəsilə  əldə 

edilməsi üçün ilkin ödəniş hesablaşmaları aparılmasında güzəştlərin təqdim edilməsi

Qeyd  etmək  istərdim  ki,  indiki  dövrdə  kənd  təsərrüfatı  kooperativlərinin 

yaradılması və idarə edilməsi praktikası azdır. Regionlarda,kəndlərdə bu istiqamətdə 

konsultativ  informasion  xidmət  və  məsləhət  işləri  zəifdir.  Buna  görə  də  təsərrüfat 

sahibləri  yeni  formalara  inana  bilmirlər.    Müasir  şəraitdə  kadrların  hazırlanması  və 

onların  ixtisasının  artırılması  məsələlərinə  ciddi  önəm  verilməlidir.  Deməli,  ciddi 

dövlət  dəstəyi  tədbirləri  kompleksi  həyata  keçirilmədən  kənd  təsərrüfatı 

kooperasiyasının uğurla idarə edilməsi və inkişaf etdirilməsi mümkün deyil. 



 

80 


Kreditin  kooperativlərin  informasiya  və  kadr  təminatının  yaxşılaşdırılması 

dövlətin fəal iştirakı ilə həyata keçirilə bilən aşağıdakı tədbirləri nəzərdə tutur[37, 52, 

53]: 



 



aqrar islahatın həyata keçirilməsi və kənd təsərrüfatı kooperasiyasının inkişaf 

etdirilməsi üzrə regional əlaqələndirmə-məsləhət və informasiya mərkəzlərinin təşkil 

edilməsi.  Bəzi  regionlarda  kənd  təsərrüfatı  kooperativlərinin  səmərəli  fəaliyyətinin 

iqtisadi  mexanizmini  və  dövlət  dəstəkləmə  tədbirlərinin  baza  modelləri  şəbəkəsinin 

yaradılması məqsədəuyğundur; kənd təsərrüfatı kooperativlərinin inkişaf göstəriciləri 

sisteminin işlənib hazırlanması və bu məlumatların sistematik olaraq Dövlət Statistika 

Komitəsinin nəşrlərində dərc edilməsi

 



kənd  təsərrüfatı  profilli  ali  məktəblərdə  və  kolleclərdə  fənn  kimi  kənd 

təsərrüfatı kooperasiyasının iqtisadiyyatı və təşkili kursunun tədris edilməsi; 

 

kənd  təsərrüfatı  tədris  müəssisələri  nəzdində  ixtisasartırma  ilə  aqrar-sənaye 



kompleksi  idarəetmə  orqanlarının  kooperasiya  məsələləri  üzrə  işçilərinin  və  kənd 

təsərrüfatı istehsalçılarının hazırlanması sisteminin genişləndirilməsi. 

Respublika  əhalisinin  mallara  olan  tələbatının  öyrənilməsinin  qeyri-

səmərəliliyinin əsas səbəbi, qeyd edildiyi kimi, malların istehsalı və satışı sistemində 

rəqabətin olmaması, sənayenin, kənd təsərrüfatının qeyri-mobilliyi, eləcə də tələbatın 

öyrənilməsinin  sənaye  müəssisələrində  deyil,  ticarətdə  təmərküzləşməsidir.  Sənaye 

müəssisələrində  tələbatın  öyrənilməsi  ilə  ən  yaxşı  hallarda  satış  şöbələri 

məşğuldurlar. Satış bazarlarının tədqiq olunması bazarda baş verən bütün situasiyalar 

haqqında  məlumatın  daimi  toplanması  və  işlənməsi  əsasında  həyata  keçirilir.  Əldə 

olunmuş məlumatlar əsasında bazarın əsas yönümü haqqında nəticə və satışın gələcək 

proqnozu  verilir.  Proqnozun  əsas  metodlarına  ekspert  qiymətləndirmə,  trendlərin 

ekstrapolyasiya  metodu,  modelləşdirmə,  korrelyasiya  analizi  metodları  aid  edilir. 

Qeyd etmək lazımdır ki, əhalinin tələbatının öyrənilməsi üçün bütün bu metodlardan 

istifadə  edilir.  Statistik  məlumatların  təhlili  və  proqnozlaşdırılması  metodları 

baxımından bazarın öyrənilməsi texnologiyası xarici firmaların marketinq tədqiqatları 

ilə  praktiki  olaraq  eynilik  təşkil  edir.  Tələbatın  öyrənilməsinin  son  mərhələsi  




 

81 


istehsalın həcminin artması və ya azaldılması əhalinin tələbatının həcminin müəyyən 

edilməsidir [61]. 

          İstehlak bazarının tənzimlənməsində və inkişaf strategiyasının hazırlanmasında 

marketinq  tədqiqatları  son  dərəcə  vacibdir.  Bildiyimiz  kimi  marketinq – "market" 

sözündən(ingilis  dili  üzrə)  əmələ  gəlib,  “bazar”  mənasını  kəsb  edir.  Azərbaycan 

dilində  “bazarda  fəaliyyət”  anlamına  gəlir.  Marketinq  mübadilə,satış,reklam 

fəaliyyətini  təşkil  etmək  üçün  bazarda  aparılması,idarə  edilməsi  labüd  hesab  edilən 

məqsədyönlü  işdir,  fəaliyyətdir.  Bu  prosesi  effektiv  şəkildə  realizə  etmək  üçün 

istehlakçıların  təlabatının  müəyyənləşdirilməsi,  təlabata  müfaviq  əmtəə-xidmətlərin 

hazırlanması, əmtəə-xidmətlərin alıcı ilə satıcının görüş məkanına çıxarılması, anbar 

və  logistika  işinin  təşkili,  satışdan  əvvəl  və  sonrakı  fəaliyyət  mexanizminin  həyata 

keçirilməsi,  reklam  işi  tələb  olunur  və  bu  proses  bütövlükdə  marketinq  tərəfindən 

həyata  keçirilir.  Bazarda  marketinq  tədqiqatlarının  aparılmasında  əsas  məqsəd 

bazarın inkişaf trayektoriyasını qiymətləndirmək, istehlakçı davranış qaydasını təhlil 

etmək,  rəqiblərin  və  digər  subyektlərin  fəaliyyətinin  təhlili,  qiymət,  satış,  çeşid 

siyasəti və stimullaşdırmanın tətbiqi istiqamətlərini təsbit etməkdən ibarətdir. İstehlak 

bazarı həmin bazarda fəaliyyət göstərən həm ayrı-ayrı müəssisələr tərəfindən, həm də 

həmin  bazarın  formalaşması  və  inkişafına  qəbul  etdiyi  qərarlarla  təsir  edə  bilən 

müvafiq  orqanlar  tərəfindən  tədqiq  oluna  bilər.  Əgər  müəssisə  tərəfindən  istehlak 

bazarı  (yaxud  onun  hansısa  seqmenti)  tədqiq  olunursa,  onda  bu  zaman  əldə  olunan 

informasiyalar  müəssisənin  çıxdığı  bazar  seqmenti  üzrə  inkişaf  strategiyasının 

hazırlanması  və  reallaşdırılması  zamanı  istifadə  olunur.  Digər  formada  aparılan 

marketinq tədqiqindən alınan məlumatlar isə həmin bazarın makro səviyyədə inkişaf 

strategiyasının  hazırlanması  və  reallaşdırılması  mexanizminin  müəyyənləşdirilməsi 

zamanı  istifadə  olunur.  Bazarın  marketinq  tədqiqatlarının  ilk  mərhələsini  bazarda 

istehlakçı  davranışı  üzrə  təlabatların  ödənilməsi  probleminin  müəyyənləşdirilməsi, 

marketinq metodunun tapılması təşkil edir. 

       Bazarın  marketinq  tədqiqatlarının  ikinci  mərhələsini  müəssisələrin  fəaliyyətinin 

öyrənilməsi  və  təhlili  təşkil  edir.  Belə  ki,  mövcud  olan  və  potensial  rəqiblərin 

müəyyən edilməsi həyata keçirilir. 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə