Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə13/30
tarix04.11.2017
ölçüsü0,75 Mb.
#8148
1   ...   9   10   11   12   13   14   15   16   ...   30

 

37 


 Onun  modelinə  istinad  edərək,  bazarda  (  həmçinin  əmtəə-xidmətlər  bazarında  ) 

rəqabət  mühitini,münasibətlərini,  vəziyyətini  5  rəqabət  gücü  ilə  təhlil  etmək  olar: 

rəqiblər arasında rəqabətin intensivliyi; bazarda potensial yenilər tərəfindən təhdidlər; 

alıcıların iqtisadi potensialı; malgöndərənlərin iqtisadi potensialı;  əvəzedici malların 

yaranması.  Bu  model  təkcə  kommersiya  müəssisələrinə  yox,  həm  də  qeyri 

kommersiya və dövlət təşkilatlarına da  fayda verə biləcək nəzəriyyədir. 

İstehlak  malları  bazarında  bu  modeldən  istifadə  olunması  rəqabət  üstünlüyünün 

müxtəlif  aspektlərini,  bu  üstünlüyün  dəstəklənməsi  üçün  müxtəlif  şəraitləri  (həm 

əlverişli, həm də əlverişsiz ) aşkara çıxarmağa imkan verir.  

      Rəqabət mühitinin yaradılması, formalaşması üzrə  ümumi prinsiplərə Maykl 

Porter  tərəfindən  hazırlanmış  «milli  romb»  aid  edə  bilərik.  «Milli  romb» 

komponentləri  qarşılıqlı  təsir  və  əlaqədə  yerləşməklə  bütövlük  effekti  yaradan,  bir 

sözlə,  ölkənin  müəssisələrinin,firmalarının  rəqabət  üstünlüklərinin  potensial 

səviyyəsini daha da gücləndirən yaxud zəiflədən rəqabət üstünlüyünün determinantlar 

sistemini  özündə  birləşdirir.  Əmtəə-xidmətlər  bazarına  uyğun  olaraq  belə 

determinantlar  eyniadlı  bazar  subyektlərinin  özünün  rəqabət  üstünlüyünün 

formalaşması, eləcə də onun əsaslandırılması üçün zəruri hesab edilən, dəyər ifadə-

sində  maddi  və  əşyavi  əmtəələri  (natural  ifadədə  əmtəələr  və  qeyri  -  maddi  şərtlər) 

özündə ehtiva edən amillərin parametrlərini birləşdirə bilər.[94, s. 111] Müəssisənin, 

geniş  formada  ölkələrin  rəqabət  üstünlüyünü  aydınlaşdıran  bu  konsepsiya  («milli 

romb»)  istehsal parametrləri; təlabat parametrləri; firmanın strukturu və strategiyası; 

qohum  və  köməkçi  sahələrindən  ibarətdir.  M.Porterin  modelinin  tərkibinə  istehlak 

malları  bazarının  subyektlərinin  müəyyən  düzülüşü,  onun  struktur  quruluşu  və 

rəqabət  aid  edilir.  Burada  qeyd  etmək  yerinə  düşər  ki,  istehlak  bazarının  bu  vəya 

digər  iştirakçıları(firma,müəssisə)  arasındakı  rəqabət  sıfıra  enibsə,yəni  yox 

dərəcəsindədirsə,  o  zaman  deməyə  əsas  var  ki  prinsipcə  rəqabət    mühiti  də  yoxdur. 

Modelin  təhlilində  digər  vacib  hissə  tələb  şəraiti  ilə  bağlı  formalaşan  parametrlər 

hesab  olunur.  Bu  rəqabət  zamanı  daxili  bazarın  tələbinə,  müxtəlif  gəlirlilik 

səviyyələrinə,  qiymət  üzrə  tələb  elastikliyinə  vəs  əsaslanan  istehlakçıların  istehlak 

keyfiyyətlərindən  ibarətdir.  Modeldə  son  hissə  kimi  istehsalın,  eləcə  də  ona 




 

38 


yaxın(bazarın  qohum-dəstəklənən  sahələri)  olan  sahələrin  durumunu,  inkişaf 

səviyyəsini,  maliyyə-iqtisadi  quruluşunu  vurğulamaq  olar.  Belə  tip  sahələr  əmtəə-

xidmətlər  bazarının  iştirakçılarını  həm  dəyər,  həm  də  rəqabət  ifadəsində  zəruri 

materiallarla təchiz edirlər. 

İstehlak  malları  bazarında  qısamüddətli  yaxud  uzunmüddətli  dövrdə  rəqabət 

üstünlüyünə nail olmaq o qədər asan deyil.  Bu problemi geniş formada tədqiq edən 

müəyyən  alim-tədqiqatçılar  «rəqabət  üçbucağı»  vasitəsilə  qiymət  zəncirinin  təhlil 

edilməsi təklifini irəli sürürlər. Buna aşağıdakıları aid edə bilərik: 

-qəbul edilən qiymət zəncirinin üstünlüyü; 

-məsrəflər üzrə üstünlük

-rəqabətqabiliyyətliliyin benç marketinqi.  

Qəbul  edilən  qiymət  üstünlüyündə  deyilir  ki,  istehlakçılar(alıcılar)  əmtəə 

qazanmır,  onlar  fayda  (faydalılıq-fərdin  istehlak  etdiyi  əmtəə  və  xidmətlərdən  əldə 

etdiyi 


qarşılıqlı 

məmnuniyyətlikdir) 

əldə 

edir. 


Belə 

faydalar 

hiss 

edilməyən(duyulmayan)  olur.  Yəni  bu  faydalar  ancaq  əmtəənin  konkret 



xarakteristikalarına  deyil,  eyni  zamanda  imic  və  nüfuza  aid  oluna  bilərlər.  Qəbul 

edilən  qiymət-bazara  təklif  olunan  əmtəə-xidmətin  istehlakçılar  tərəfindən 

qiymətləndirilməsidir. Belə ki, isteklakçıların bazara təklif olunan əmtəə-xidmətlərin 

hansı  səviyyədəki  qiymətini  axtardığının  müəyyənləşdirilməsi  fəaliyyət  növlərinin 

qiymətini  yaradan  ,  formalaşdıran  düzgün  və  real  kompleksin  yaranması  üçün  çıxış 

nöqtəsi hesab olunur. 

 İstehlakçı  üçün  qiymət-məhsul  və  ya  xidmətin  əldə  edilməsinə  görə  qəbul 

olunacaq gəlir axınıdır[13] Gəlir axını büdcə məhdudiyyətilə bağlıdır. İstehlakçıların 

əmtəələri  əldə  etmək  üçün  malik  olduğu  gəlirlərin  məhdud  olması  onun  istehlak 

xərclərini də məhdudlaşdırır. Belə vəziyyətə,xərc imkanlarının pulla ifadəsinə büdcə 



məhdudiyyəti  deyilir.  Qiymət  alıcıların  bu  prosesə  əsasən  ödəməyə  hazır  olduğu 

məbləğdir.  Burada  qeyd  etməliyik  ki,  təklif  olunan  əmtəə-xidmətlərin  qiyməti 

yüksəkdirsə,  o  zaman  onlar  yüksək  dəyərə,keyfiyyətə  də  malik  olmalıdır.  Əksi  baş 

verdiyi halda o əmtəə-xidmətlər mövcud bazardan sıxışdırılaraq kənarlaşdırılacaqlar. 

Təklif  olunan  əmtəə-xidmətlərin  keyfiyyəti  və    dəyəri  aşağıdırsa,  o  zaman  onların 



 

39 


qiyməti  də  aşağı  olmalıdır.  Burda  da  əksi  olarsa,  onlar  bazardan  kənarda  qalacaq. 

Belə vəziyyətdə istehlakçı artıqlığı(rentası)  və istehsalçı artıqlığı məsələləri ön plana 

çıxır.  İstehlakçı  artıqlığı-tarazlıq  qiymətindən  artıq  qiymətlərdən  bir  əmtəəni  satın 

almağa razı olan istehlaçıların bu məhsulu tarazlıq qiymətindən aldıqları zaman əldə 

eydiyi mənfəətdir. İstehsalçı rentası-istehsalçının məhsulu tarazlıq qiymətindən aşağı 

səviyyədə  satmaga  hazır  oldugu  zaman  onu  tarazlıq  qiymətindən  satması 

vəziyyətində əldə etdiyi mənfəətdir.  

Beləliklə,  rəqabət  mühitində  müəyyən  vaxtdan  sonra  əmtəə,xidmətə  görə 

istehlakçıların ödəməyə  hazır olduğu qiymət,  onların dəyərinin həqiqi  ölçüsünü  əks 

etdirir.[94]  Burada  refleksivlik  nəzəriyyəsi  qismən  özünü  göstərir.  Bu  zaman 

subsititutlar,  yəni  istehlakda  bir  –  birini  əvəzləyən  əmtəələr  dəsti  olduqda  istehlakçı 

düşünür ki, onlardan biri digərindən pis deyil. Bu da rəqabət mühitini kəskinləşdirir. 

Nəticə  olaraq  hesab  edirəm  ki,    «rəqabət  üçbucağı»  vasitəsilə  qiymət  zəncirinin 

təhlili tam,təkmil şəkildə öz əksini əmtəə-xidmətlər bazarında tapa bilər. 

Hesab edirəm ki, müasir dövrdə əmtəə və xidmətlər bazarında rəqabət mühitinin 

formalaşdırılması,  yaradılması  və  rəqabət  üstünlüyünün  aşkara  çıxarılması  xeyli 

dərəcədə öz spesifikliyi ilə fərqlənir. Burada da əsas olaraq sahibkarlıq fəaliyyəti üzrə 

uyğun biznes subyektlərinin rəqabət fəaliyyətini qeyd etmək yerinə düşər.  

Məlumdur  ki,  istehlak  bazarında  iştirakçılar  arasında  rəqabət  fəaliyyəti  rəqabət 

üstünlüklərinin aşkara çıxarılması,əldə olunması və onlardan istifadə üsulu kimi çıxış 

edir. Odur ki, bazarda rəqabət üstünlükləri həmin iştirakçıların(subyektlərin) rəqabət 

potensialı nəticəsində əmələ gəlir. Rəqabət üstünlüklərininin mənbələri kimi texnika-

texnologiyanın  inkişaf  səviyyəsi;  innovasiya;  iqtisadi  resursların  bolluğu;  sosial-

mədəni  mühit; ölkənin iqtisadi durumu; strategiya amilləri çıxış edir. M.Porter milli 

rəqabət  üstünlüklərinin  formalaşmasında  dövlətin  mövqeyinin  vacib  olmasını 

vurğulayır.  Dövlətin  təsiri  determinantlar  vasitəsilə  həyata  keçirilir  və  həm  pozitiv, 

həm də neqativ nəticələnə bilər.

 

Rəqabət potensialını və onun inkişafını üzə çıxarmaq 



üçün  yuxarıda  qeyd  etdiyimiz  kimi  qiymət  və  qeyri-qiymət  rəqabət  metodlarından 

istifadə olunur. 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə