Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə21/30
tarix04.11.2017
ölçüsü0,75 Mb.
#8148
1   ...   17   18   19   20   21   22   23   24   ...   30

 

61 


məlumatların təhlilindən görünür ki, 2014-cü ildə əhaliyə göstərilən pullu xidmətlərin 

həcmi  29974,1  mln.  manat  olmuşdur  ki,  bu  da  2007-ci  illə  müqayisədə  12,8  dəfə 

çoxdur. 2014-cü ildə hüquqi şəxslər üzrə əhaliyə göstərilən pullu xidmətlərin həcmi 

8201,1  milyon  manat  təşkil  etmişdir  ki,  bu  da  2007-ci  illə  müqayisədə  4,6  dəfə 

yüksək  olmuşdur.  Təhlil  göstərir  ki,  əhaliyə  göstərilən  pullu  xidmətlərin  həcmində 

hüquqi şəxslərin xüsusi çəkisi 27,4% təşkil etmişdir. Bu isə onu göstərir ki, istehlak 

bazarında məhsul satışı ilə müqayisədə əhaliyə göstərilən pullu xidmətlər sistemində 

hüquqi şəxslər aşağı xüsusi çəkiyə malikdir. Adambaşına pullu xidmətlərin müqayisə 

olunan dövr ərzində artımı ilk növbədə, qiymətlərin səviyyəsinin yüksəlməsi və pullu 

xidmətlərin spektrinin genişlənməsi ilə sıx bağlı olmuşdur[9, 88]. 

Tədqiqatlarımız  belə  deməyə  əsas  verir  ki,  istehlak  malları  bazarının  effektiv 

fəaliyyəti və inkişafının təmini üçün aşağıdakı tədbirlərin realizə olunması labüddür: 

 

iqtisadi  islahatların  sürətləndirilməsi,  daxili  istehsalın  stimullaşdırılması  ilə 



müşayiət olunmalıdır; 

 



liberallaşma  prosesinin  istehlak  bazarının  formalaşmasına  və  inkiaşafına 

zərərli təsiri neytrallaşdırılmalıdır; 

 

istehsal  bazarında  mülkiyyətin  müxtəlif  formaları  arasında  sağlam(haqlı) 



formada rəqabətin təmin olunması həyata keçirilməlidir; 

 



bazara təklif olunması üçün yığılmış məhsulların miqdarı həm natural, həm də 

dəyər göstəricisində qiymətləndirilməli və  hesablanmalıdır; 

 

istehsal  ilə  istehlak  arasında  təsərrüfat  münasibətləri  bazar-iqtisadi 



qanunlarına müvafiq şəkildə  tənzimlənməlidir; 

 



əhalinin getdikcə artan ictimai tələbatlarının tam, dolğun şəkildə ödənilməsinə 

şərait yaradılmalıdır; 

 

əhalinin  istehlak  mallarına  olan  tələb  formalaşdırılaraq  istehlakın  səmərəli 



strukturuna nail olunmalıdır; 

 



istehlak  mallarının  səmərəli  reallaşması  həyata  keçirilməli  və  onlar 

istehlakçıya çatdırılmalıdır; 

 

tələb  ilə  təklif  arasında  tarazlığa  nail  olmaq  və  onun  ənənəvi  xarakter 




 

62 


almasına şərait yaratmaq lazımdır; 

 



istehlak  bazarının  səmərəli  fəaliyyəti  və  onun  inkişaf  etdirilməsi  üçün  qeyd 

olunan  tədbirlərlə  yanaşı,  bu  sahədə  institusional  təsisatlandırmalar  da 

genişləndirilməlidir. 

 

       Əmtəə  və  xidmətlər  bazarında  mövcud  son  vəziyyətin  təhlili  və  statistik 



göstəricilər  göstərir  ki,  bu  ilin  (2016)  ilk  4  ayında    istehlak  təyinatlı  mal-

xidmətlərin  qiymətləri  əvvəlki  ilin  eyni  dövrü  ilə  müqayisədə  10,5%  artmışdır. 

Daha  dəqiq  desək,  ərzaq  məhsullarının  qiyməti  12,2%  ,  qeyri-ərzaq  məhsulları 

15,2%  ,  əhaliyə  göstərilən  pullu  xidmətlərin  qiyməti  isə  4%  artıbdır.  Dövlət 

Statistika Komitəsinin statistik məlumat bazasına əsasən 2016 cı ilin aprel ayında  

mart ayına nisbətən İQİ 0.2% artmışdır. Bu artım inflyasiyaya səbəb olmayaraq 

artıb və bu cuzi artım hesab olunur.  

      İstehlak  bazarında  bu  növ  qiymət  artımları  müxtəlif  amillərdən  yaranır.Əsas 

məsələ bu artımların yol açacağı mənfi istiqamətlərin, süni qiymət artımının,vaxtı 

ötmüş məhsulların satılaraq əlavə gəlir əldə edilməsinin və s qarşısını almaqdır. 

İqtisadiyyat  nazirliyinin  müvafiq  qurumu  bu  tədbirlərin  qarşısını  almaq  üçün 

konsepsiyaya,  qanunvericiliyə(İstekçıların  hüquqlarının  müdafiəsi  haqqında 

qanun, Cinayət məcəlləsi, İnzibati Xətalar məcəlləsi, Yeyinti məhsulları haqqında 

qanun, Sahibkarlıq fəaliyyəti haqqında qanun və s) uyğun olaraq tədbirlər həyata 

keçirir.  Bu  tip  inzibati  metodlar  təqdirəlayiqdir.  Lakin  burada  maarifləndirmə 

tədbirləri  də  aparılmalıdır.    İstehlakçıların  hüquqlarının  müdafiəsi  sahəsində, 

eləcə də istehlak bazarında bu vəya digər xoşagəlməz halların qarşısının alınması 

sahəsində  nazirliyinin  müvafiq  xidməti  qurumu  tərəfindən  ölkədə  bir  çox 

maarifləndirmə konfransları həyata keçirilmişdir. 

 

 

 



 

63 


FƏSĠL 3. ĠSTEHLAK BAZARININ DÖVLƏT TƏNZIMLƏNMƏSININ ƏSAS 

ĠSTĠQAMƏTLƏRĠ 

3.1.

 

İstehlak bazarının inkişaf problemləri və onların həlli istiqamətləri 

Bildiyimiz  kimi  hər  bir  dövlətin  taktiki  və  strateji  milli  maraqları  mövcuddur. 

Məlumdur ki, istehlak bazarının təminatı dövlətin milli strateji maraqlarının qorunub 

saxlanılmasında vacib rol oynayır. İstehlak malları bazarının milli iqtisadiyyat,daxili 

bazar  hesabına  təmin  edilməsi  ölkənin  ərzaq  təhlükəsizliyinin  təmin  və  bərpa 

edilməsində  son  dərəcə  vacib  əhəmiyyət  kəsb  edir.  Bu  baxımdan  dövlətin  iqtisadi 

siyasəti, istehlak bazarının daxili istehsal hesabına təmin edilməsinə istiqamətlənərək 

istehsalın  stimullaşdırılması,  istehsal  və  tədavül  prosesinin  tənzimlənməsi 

istiqamətində  vacib  tədbirlərlərin  həyata  keçirilməsindən  asılı  olmalıdır.  Bu 

baxımdan  1995-2005  ci  illər  ərzində  transformasiya  prosesini  yaşayan  ölkəmizdə 

istehlak  bazarında  baş  verən  iqtisadi  proseslərin  səmərəli,elmi  əsaslarla  təşkili  və 

idarə edilməsi vacib əhəmiyyət kəsb edir.  

Transformasiya  dövrü  bazar  iqtisadiyyatının    zəruri  elementlərinin 

formalaşmasında  əhəmiyyətli  paya  malikdir.  Bildiyimiz  kimi,  mərkəzi  idarəetməyə 

əsaslanan  və  ictimai  mülkiyyət  əsasında  inkişaf  edən  inzibati-amirlik  sistemində 

iqtisadiyyatı  idarə  edərkən  planlar  direktiv  olaraq  «yuxarıdan»  verilirdi.  İndi  isə 

«komandanı» bazar və onun tələbatı verməlidir. İstənilən səviyyədə hər bir təsərrüfat 

qərarı (ələxsus da ən yüksək səviyyədə olan) və onun nəticələri bazarın reaksiyası ilə 

müşahidə  olunmalıdır.  Bu  növ  idarəetmə  qərarlarının  səhv  formada  verilməsi 

iqtisadiyyatda qismən də olsa nöqsanların, problemlərin mənbəyi kimi çıxış edir. 

İqtisadiyyatda  artım,  məlumdur  ki,  bazar  münasibətlərinin  inkişafı  nəticəsində 

yarana  bilər.  İstehsalın  və  istehlak  malları  dövriyyəsinin  idarəetmə  sisteminin  əsas 

cəhətlərinin təhlil edilməsi, burada baş verən dəyişikliklərin prinsipial istiqamətlərini, 

iqtisadiyyatın  bu  sahəsinin  normal  funksiyasını  təmin  edən,  mühüm  element  və 

həlqələri  müəyyən  etməyi  tələb  edir.  İnzibati  amirlik  iqtisadi  sistemində 

iqtisadiyyatın  mərkəzləşmiş  formada  idarəedilməsi  formalaşmışdır.  Planlı 

iqtisadıyyatın  xüsusiyyətlərinə  əsaslanan  sistem  həm  də  müəyyən  fərdi 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə