Aзярбайъанда латын ялифбасына кечид



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə9/18
tarix08.07.2018
ölçüsü2,03 Mb.
#54603
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

32 

 İsaxan İSaxanlı 

 

 

ildə keçirilən 28-ci iclasda ona məvacibi qabaqcadan ödənilməklə iyu-



nun  15-dən  etibarən  yenidən  2  aylıq  məzuniyyət  verilir.  O,  xəstə  ol-

masına baxmayaraq, onu yeni əlifbanın bəzi hərflərinin dəyişdirilməsi 

ilə  bağlı  yaradılan  komissiyanın  tərkibinə  daxil  edirlər.  (Cəlil  Məm-

mədquluzadə,  Hacı  Kərim  Sanılı,  Abdulla  Tağızadə,  rəssam  Əzim 

Əzimzadə  ilə  birlikdə)  və  sonradan,  7  mart  1924-cü  il  tarixli  iclasda 

bu məsələ ilə yalnız Abdulla Tağızadə və Fərhad Ağazadənin məşğul 

olması məqsədəuyğun hesab edilir.  

10  yanvar 1924-cü ildə keçirilən ilin 1-ci iclasında Fərhad Ağa-

zadə komitənin nəşriyyat işləri haqqında danışır, eləcə də Azərbaycan-

da  şrift  tökən  fabrikin  vacibliyindən  söhbət  açır  və  onun  təklifi  ilə 

Azərbaycan Xalq Komissarları Şurasına müraciət edilməsi qərarlaşdı-

rılır.  


30  yanvar  1924-cü  ildə  keçirilən  2-ci  iclasda  Fərhad  Ağazadə 

komitə  tərəfindən  nəşr  edilən  kitabların  məzmununa  ciddi  fikir  veril-

məsi və bunun üçün xüsusi müsabiqə keçirilməsi təklifi ilə çıxış edir. 

AYTƏK-nin 31 dekabr 1923-cü il tarixli sərəncamı ilə komitə 4 

şöbəyə bölünsə də, 30 mart 1924-cü il tarixli iclasda müzakirələr nəti-

cəsində komitənin aşağıdakı 5 şöbəyə bölünməsi qərara alındı: Nəşriy-

yat  şöbəsi  (müdir  Fərhad  Ağazadə),  Bakı  və  dairəsi  (müdir  Bəhram 

Bəhramov), Qəzalar (müdir Cabbar Məhəmmədzadə), Qəzet (idarə he-

yəti  üzvləri  Bəhram  Bəhramov  və  Cəlil  Məmmədquluzadə),  İdarə 

(müdir İdris Həsənli). 

25  aprel  1924-cü  ildə  AYTƏK-nin  fəaliiyəti  haqqında  ümumi 

məruzədə  komitənin  təxminən  2  illik  fəaliyyəti  ümumilikdə  yüksək 

qiymətləndirilməsə  də,  Fərhad  Ağazadənin  (həmçinin  Abdulla  Tağı-

zadənin) səmərəli fəaliyyəti xüsusi qeyd edilmişdir.  

1924-cü il iyulun 22-dən etibarən Fərhad Ağazadə müalicə məq-

sədilə Moskvaya göndərilir və sentyabrın 9-da qayıdaraq öz vəzifəsi-

nin icrasına başlayır. 

 24  dekabr  1924-cü  ildə  keçirilən  iclasda  “Gələcək”  adlı  məc-

muənin  buraxılması  qərara  alınır  və  məcmuəyə  plan  tərtib  edilməsi 

Fərhad Ağazadəyə tapşırılır.  




Fərhad Ağazadə və latin əlifbasina keçid  

33 


 

 

24 fevral 1925-ci ildə keçirilən ilin ilk iclasında Fərhad Ağazadə 



komitənin  nəşriyyat  şöbəsinin,  komitə  yaranandan  bu  günə  qədərki 

fəaliyyəti  haqqında,  geniş  məruzə  edir.  Bu  iclasda  Fərhad  Ağazadə 

Qəhrəman Qaraqaşlı ilə birlikdə “Yeni yol” qəzetinin nəşriyyat kolle-

giyasına da üzv seçilir. 

25  mart  1925-ci  ildə  keçirilən  iclasda,  4-cü  Azərbaycan  Şuralar 

Qurultayının qərarına uyğun olaraq, 1925-1926-cı tədris ilindən etiba-

rən 1-ci dərəcəli  məktəblərin hansı  qruplarında YTƏ-nın tətbiq olun-

ması məsələsi müzakirə edilir. Bunu müəyyənləşdirmək üçün 3 nəfər 

AYTƏK-dən və 1 nəfər də XMK-dan olmaqla bir komissiya yaradılır. 

Fərhad Ağazadə də bu komissiyaya daxil edilir.  

5  may  1925-ci  ildə  komitə  nəzdində  Fərhad  Ağazadə,  Vəli  Xu-

luflu, Qəhrəman Qaraqaşlı, Həsən İmanov və Yusif Əlizadədən ibarət 

daimi nəşriyyat komissiyası yaradılır. 

6 may 1925-ci ildə keçirilən iclasda Fərhad Ağazadəyə xəstəliyi 

ilə əlaqədar 200 (iki yüz) manat maddi yardım göstərilir. 

AYTƏK RH-nin 22 avqust 1925-ci ildə keçirilən iclasında Fər-

had Ağazadə Akademiyanın Leninqradda keçiriləcək 200 illik yubiley 

mərasimi haqqında məruzə edir və komitənin bu tədbirdə təmsil olun-

ması üçün uyğun təlimatın hazırlanması da ona tapşırılır. Qərara alınır 

ki, hazırda komitənin işlərinin çoxluğu ilə bağlı komitə nümayəndələ-

rinin  bu  tədbirdə  iştiraketmə  imkanı  olmadığından,  tədbirdə  komitəni 

prof.  A.N.  Samoyloviç,  prof.  Bəkir  Çobanzadə  və  həmin  dövrdə  Le-

ninqradda  təhsil  alan  tələbə  Abdulla  Tağızadə  təmsil  etsinlər.  Bu 

məqsədlə  avqustun  23-də  Fərhad  Ağazadə  adı  çəkilənlərə  komitə 

adından müraciət göndərir.  

AYTƏK  RH-nin  23  oktyabr  1925-ci  ildə  keçirilən  iclasında 

Fərhad  Ağazadə  komitənin  nəşriyyat  işləri  haqqında  məruzə  edir.  2 

həftə ərzində nəşriyyat şöbəsinin gələcək fəaliyyətinin planlaşdırılma-

sı üçün M.C.Məhəmmədzadə (sədr), Fərhad Ağazadə, Bəkir Çobanza-

də,  Teymur  Hüseynov  və  M.S.Ordubadidən  ibarət  xüsusi  komissiya 

yaradılır.  

3  noyabr  1925-ci  ildə  AYTƏK-nin  Bakıda  keçiriləcək  Birinci 

Beynəlxalq  Türkoloji  Qurultayda  iştirakı  ilə  əlaqədar  hazırlıq  görən 



34 

 İsaxan İSaxanlı 

 

 

komissiyanın iclası keçirilir. Qurultayda komitənin fəaliyyəti xüsusun-



da məruzə edilməsi Fərhad Ağazadəyə həvalə edilir.  

AYTƏK-nin 25 dekabr 1925-ci ildə keçirilən ilin son iclasında, 

Azərnəşrdə  nadir  kitabların  çap  edilməsi  üçün  lazımi  vəsaitin  müəy-

yən  edilməsi  məqsədi  ilə  5  nəfərdən  ibarət  (Yusif  Nazirov,  Əhməd 

Pepinov, Dadaş Zeynallı, L.M. Lifşits və Fərhad Ağazadə) xüsusi ko-

missiya yaradılır və Fərhad Ağazadə komissiyanın sədri seçilir. 

 

Yeni əlifba yolunda savadsızlığın ləğv edilməsi kompaniyası 

 

AYTƏK-in yaradılmasından sonra yeni əlifba yolunda savadsız-



lığın ləğv edilməsi kompaniyası geniş vüsət alır. Bu məsələdə də Fər-

had Ağazadə ən fəallardan olmuşdur. Yeni əlifbanın öyrədilməsi  me-

todları ilə bağlı o, müxtəlif təlimatlar hazırlayır, prosesə ciddi nəzarət 

edirdi. Onun yeni əlifbanın öyrədilməsi məsələsinə aid qeydləri, eləcə 

də  «ikiillik  müddətdə  SSRİ  respublikalarında  yeni  əlifbanın  həyata 

keçirilməsi üçün metod və tədbirlər»i xeyli maraq kəsb edir.  

Əslində savadsızlığın ləğv edilməsi kompaniya hələ AYTƏK ya-

ranmamışdan əvvəl-1920-ci ildən başlanmışdı. Həmin ilin sentyabrın-

da Xalq Maarif Komissarlığı nəzdində “savadsızlıqla mübarizə komis-

siyası”  yaradıldı  və  bu  komissiyanın  rəhbərliyi  altında  Bakıda  və  ra-

yonlarda savadsızlığın ləğv edilməsi kursları və məktəblərinin açılma-

sı  prosesi  başlandı.  1921-ci  ilin  aprelində  isə  bütün  siyasi  maariflən-

dirmə  işlərini  birləşdirmək  və  koordinə  etmək  məqsədilə  XMK-da 

“Ali Siyasi Maarif” (ASM) idarəsi yaradıldı və savadsızlıqla mübarizə 

məsələsinə  bu  idarə  nəzarət  etməyə  başladı.  Rayonlarda  savadsızlıq 

daha  böyük  miqyas  aldığı  üçün  onunla  mübarizə  də  geniş  müstəvidə 

aparılmalı  idi.  Bu  məsələdə  ASM  idarəsinin  həyata  keçirdiyi  savad-

sızlığın  ləğv  edilməsi  üzrə  səyyar  məktəblər  xüsusi  rol  oynadı.  Bu 

səyyar  məktəblər  kəndlərdə  bu  işlə  məşğul  olacaq qüvvələrin  kifayət 

qədər  olmaması  səbəbindən  yaradılmışdı  və  kənddə  yaşayanların  ən 

savadsız hissələri ilə iş aparırdı. 

1923-cü ilin dekabrında XKS nəzdində Q.Musabəyovun sədrliyi 

ilə “Savadsızlıqla Mübarizə Komitəsi” yaradıldı. Azərbaycanda savad-



Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə