Aзярбайъанда латын ялифбасына кечид



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə17/18
tarix08.07.2018
ölçüsü2,03 Mb.
#54603
1   ...   10   11   12   13   14   15   16   17   18

56 

 İsaxan İSaxanlı 

 

 

Azərbaycanda  bu  proses  artıq  5  ay  əvvəl,  Azərbaycan  Mərkəzi 



İcraiyyə Komitəsinin 21 iyul 1928-ci il tarixli qərarı ilə başa çatdırıl-

mışdı və bu münasibətlə plenum adından, Azərbaycan Yeni Türk Əlif-

ba Komitəsinə, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə və Azərbay-

can Xalq Komissarları Sovetinə təbrik göndərildi. 

Bu  plenumun  bir  vacib  əhəmiyyətini  də  qeyd  etmək  lazımdır. 

Belə ki, Bakıda keçirilən Türkoloji Qurultaydan sonra türk-tatar xalq-

larının yaşadıqları bütün yerlərdə yeni əlifba hərəkatı daha geniş vüsət 

alsa da, bəzi yerlərdə ərəb əlifbası tərəfdarları bu əlifbanı əldən burax-

mamaq  üçün  yeni  həmlələr  edirdilər.  Bu  həmlələr  xüsusən  Kazanda 

vüsət almışdı. O vaxt Kazan, yeni əlifba hərəkatının həyata keçirilmə-

sinə ən çox  müqavimət göstərilən  mərkəz idi. Bunun nəticəsi olaraq, 

Tatarıstan nümayəndə heyəti Birinci Beynəlxalq Türkoloji Qurultayda 

qərarın əleyhinə olmuşdu (bundan əlavə Qazaxıstan əleyhinə, Türkiyə 

isə  bitərəf  qalmışdı!).  Tezliklə,  qurultaydan  sonra,  Tatarıstanın  rəsmi 

dairələrində ciddi yumşalma hiss olundu. Lakin buna baxmayaraq heç 

cür  fikirlərindən  dönmək  istəməyən  82  nəfər  köhnə  əlifba  tərəfdarla-

rından ibarət böyük bir qrup 1927-ci ilin mayında bir müraciət hazır-

ladı.  Müraciətin  bir  nüsxəsi  Tatarıstan  hökumətinə,  bir  nüsxəsi  də 

Moskvaya - İosif Stalinə göndərildi. (Bu müraciət yeni əlifba tarixində 

“82-lər” adını aldı). Bu addım o vaxt yeni əlifba hərəkatına ciddi mane 

olmaq  istəyənlərin  son  təzyiqi  idi.  «Ərəb  əlifbasının  tərəfdarları  Ta-

tarıstanda  mühüm  bir  yekun  təzyiq  edir  və  gözəçarpacaq  qədər  yeni 

əlifba  cərəyanına  mane  ola  biləcək  bir  tərzdə  fəaliyyət  göstərirlərdi. 

“82-lər” ərizəsi bu fəaliyyətin nəticələrindən birisi idi» . 

Lakin bütün bu cəhdlərə baxmayaraq ÜMYTƏK-nin və Kazanda 

1926-cı ilin aprel ayının 8-də Seyfi Kazanlının başçılığı altında yaran-

mış “Yanalif” cəmiyyətinin fəal işi nəticəsində tezliklə bu dəstənin tə-

siri zəiflədi və onların böyük bir hissəsi plenumda və mətbuatda çıxış 

edərək  öz  fikirlərindən  döndüklərini  elan  etdilər  və  beləliklə  Tatarıs-

tanda da yeni əlifba yolunda heç bir ciddi maneə qalmadı. 

Bu plenumda, eləcə də, SSRİ-nin bütün respublika və  vilayətlə-

rində  yeni  əlifbanın  tərəfdarları  üçün  vahid  “Yanalif”  marşı  qəbul 

edildi (marşın müəllifləri Qabaşa və Almuxamedov idi) və bütün res-




Fərhad Ağazadə və latin əlifbasina keçid  

57 


 

 

publikaların  əlifba  komitələrinin  bu  marşın  notu  ilə  təmin  edilməsi 



qərara alındı.  

Fərhad Ağazadə bu plenumun işində də çox fəal iştirak etmişdir. 

Plenumun başlanğıcında Fərhad Ağazadənin Qəhrəman Qaraqaş-

lı ilə birlikdə yeni əlifbanın həyata keçirilməsi tarixi ilə bağlı əsəri ple-

num  iştirakçılarına  paylanmış  və  ÜMYTƏK  elmi  şurasına  bu  istiqa-

mətdə işləri davam etdirmək tövsiyə edilmişdi. 

Plenumun 21 dekabrda keçirilən sayca 6-cı iclasında ÜMYTƏK-

nin üzvü, Türkmənistan YƏK-nin sədri Aytakov dekabrın 23-nə qədər 

plenumu  başa  çatdırmaq  məqsədilə  bəzi  məsələləri,  o  cümlədən, 

AYTƏK-nin fəalliyyəti haqqında məruzəni gələn plenuma qədər təxi-

rə salmağı təklif edir. Buna Fərhad Ağazadə ciddi etiraz edərək bildirir 

ki, AYTƏK öz işini başa çatdırmışdır və bu onun, demək olar ki, son 

hesabatıdır. Odur ki, AYTƏK-nin məruzəsi məhz bu plenumda dinlə-

nilməlidir ki, onun fəaliyyəti zamanı buraxılan səhvlər indi başqa res-

publikalarda təkrar olunmasın. Səməd Ağamalıoğlu da Fərhad Ağaza-

dənin  fikrini  təsdiqləyir  və  AYTƏK-nin  məruzəsinin  qısa  şəkildə  də 

olsa, bu plenumda dinlənilməsi qərara alınır. Plenumun 23 dekabr tari-

xində  keçirilən  sayca  10-cu  iclasında  Fərhad  Ağazadə  AYTƏK-nin 

fəaliyyəti haqqında məruzə edir. 

Elə həmin iclasda Fərhad Ağazadə yeni əlifbanın həyata keçiril-

məsi yolunda fəaliyyət göstərən müxtəlif cəmiyyətlərin birləşdirilməsi 

ideyasını irəli sürür və bu fikir plenumun qəbul etdiyi son ümumi qə-

rarın 9-cu bəndində öz əksini tapır. Bu iclasda, Fərhad Ağazadə həm 

də  Tatarıstan  və  Qazaxıstan  YƏK-nin  məruzələri  üzrə  nəticə  qərarın 

hazırlanması üçün yaradılan komissiyanın 7 üzvündən biri seçilir.  

Plenumun 23 dekabr tarixli son iclasında ÜMYTƏK Elmi Şura-

sının 28 nəfərlik heyəti müəyyənləşdirilir və Fərhad Ağazadə də elmi 

şuranın üzvü kimi təsdiq edilir. 

Bu  dövrdə  yeni  əlifba  elə  nüfuz  qazanmışdı  ki,  yalnız  SSRİ-də 

yaşayan  türk  və  bir  sıra  türk  olmayan  xalqlar  deyil,  xaricdə  yaşayan 

bəzi xalqlar da bu əlifbanı qəbul etmək üçün maraq göstərirdilər. Bu 

məsələdə  də  yenə  əsas  kömək  yeri  ÜMYTƏK  idi.  Belə  layihələrin 

hazırlanmasında ÜMYTƏK-nin elmi şurasının üzvü olan Fərhad Ağa-



58 

 İsaxan İSaxanlı 

 

 

zadə də fəal iştirak etmişdir. Yeni Türk Əlifbasının belə sürətlə yayıl-



ması  və  populyarlaşması,  artıq  bu  əlifbanı  “yeni  türk  əlifbası»  yox, 

“yeni şərq əlifbası”, “yeni latın əlifbası” və  ya “yeni əlifba”, komitə-

nin özünü isə «beynəlxalq əlifba komitəsi» adlandırmaq kimi fikirlərin 

meydana gəlməsinə səbəb olurdu. Bu məsələ ÜMYTƏK-nin 6-13 may 

1930-cu ildə Alma-Atada keçirilən 4-cü plenumunda (Fərhad Ağazadə 

xəstəliyi ilə əlaqədar bu plenumda iştirak edə bilməmişdi) reallaşdı və 

plenumda  qəbul  edilən  qərara  görə  “yeni  türk  əlifbası”  “yeni  latın 

əlifbası” adlandırıldı. 

 

Fərhad Ağazadənin ÜMYTƏK-də fəaliyyəti haqqında rəylər və 

ona ġəxsi Təqaüd verilməsi 

  

Fərhad Ağazadənin Ümumittifaq Mərkəzi Yeni Türk Əlifba Ko-



mitəsində  fəaliyyəti  komitə  tərəfindən  yüksək  qiymətləndirilmişdir. 

Bu haqda təşkilatın sədri Səməd Ağamalıoğlu tərəfindən verilən 7 fev-

ral 1929-cu il tarixli, 203 saylı və təşkilatın elmi şurası tərəfindən veri-

lən 11 mart 1929-cu il tarixli, 369 saylı iki yüksək rəy onun şəxsi fon-

dunda saxlanılır. 

1929-cu  ilin  fevralında  Fərhad  Ağazadə  ÜMYTƏK-nin  sədri 

Səməd Ağamalıoğluna yazılı müraciət edərək, ona şəxsi təqaüd təyin 

edilməsi  barəsində  Azərbaycan  Xalq  Komissarları  Soveti  qarşısında 

məsələ qaldırmağı xahiş edir. “İndiki halda ayaq və mədə naxoşluğu-

mun  davamedici  haləti  mənim  dəftərxana  qaydasıyla  müntəzəm  və 

uzun müddətlərlə çalışmağıma artıq imkan vermir; hətta səhhətimi da-

ha da artıq pozur və məcbur edir ki, mən bundan sonra ağır işlərdən 

çəkinib, yüngül işlərlə məşğul olam. Böylə olursa, mənim və külfətimin 

maddi  cəhəti  lazımınca  ödənilməmiş  qalar.  Sizdən  rica  edirəm,  səh-

hətimin bu cəhətini və keçmişdəki həm pedaqoji, həm də yeni əlifba yo-

lundakı  çalışqanlığımı  nəzərdə  tutub,  mənə  şəxsi  təqaüd  verilməsi 

məsələsini  Xalq  Komissarları  Şurasında  qaldırasınız.  Bunu  da  əlavə 

edirəm  ki,  yeni  əlifba  işləri  bütün  türk-tatar  aləmində  qurtarmayınca, 

çalışmaqdan çəkinməyib, ancaq vəzifəmi bir az yüngülləşdirəcəyəm. Bu 

məsələ ilə bağlı ÜMYTƏK-nin sədri Səməd Ağamalıoğlunun 1929-cu 




Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə