Aзярбайъанда латын ялифбасына кечид



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə11/18
tarix08.07.2018
ölçüsü2,03 Mb.
#54603
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

38 

 İsaxan İSaxanlı 

 

 

komitə  hər  kursa  görə  ASM-ə  200  rubl  vəsait  ödəyir.  Kurslarla  bağlı 



qalan bütün xərclər və tədbirlər ASM-in hesabına həyata keçirilir. Ko-

mitənin 1 oktyabr 2005 – 1 oktyabr 2006 aralığında fəaliyyəti haqqın-

da  hesabatından  aydın  olur  ki,  həmin  kurslar  göstərilən  sayda  açılsa 

da,  onların  fəaliyyəti,  alınan  vəsaitin  hara  və  necə  xərclənməsi  və  s. 

məsələlər  barədə  ASM-dən  ətraflı  məlumatlar  almaq  mümkün  olma-

mışdır  və  bununla  bağlı  göstərilən  hesabatda  ASM-in  fəaliyyəti  qə-

naətbəxş hesab edilməmişdir. 

Göstərilən  1  il  ərzində  müxtəlif  təşkilatların  hesabına  Azərbay-

canda 2.212 savadsızlığın ləğv edilməsi kursları açılmış və bu kurslar-

da  ümumilikdə  40.134  adam  (orta  hesabla  hər  kursda  18  nəfər)  YTƏ 

ilə savadlanmışdır. 

Bu kurslardan 160-ı (ümumilikdə 2880 nəfər) AYTƏK-nin hesa-

bına açılmışdı. 

Maraq üçün qeyd edək ki, belə kurslarda 1 nəfərin savadsızlığı-

nın ləğvi komitəyə təxminən 11-12 rubla başa gəlirdi.  

Komitənin  müxtəlif  dövrləri  əhatə  edən  hesabatlarına  və  başqa 

statistik  arxiv  materiallarına  əsaslanaraq  deyə  bilərik  ki,  əgər  1922-

1925-ci  illərdə  yeni  əlifba  ilə  savadlananların  sayı  cəmi  24.774  nəfər 

idisə, 1928-ci ilə qədər bu rəqəm sürətlə dəyişərək 200.000-ni ötmüş-

dü.  Ümumiyyətlə,  məlum  statistik  rəqəmlərə  görə  1922-1927-ci  illər 

arasında  yeni  əlifba  ilə  savadlananların  sayı  231.447  (aşağıdakı  mən-

bədə  bu  rəqəm  231.531  göstərilmişdir)  nəfər  idi  ki,  bu  da  əhalinin, 

təxminən, 13%-i demək idi. Fərhad Ağazadə qeyd edir ki, əgər savad-

sızlığın ləğv edilməsi ilə bağlı bütün təşkilatlardan məlumatlar vaxtlı-

vaxtında dəqiq verilmiş olsaydı, ehtimal ki, bu rəqəm 300.000 ətrafın-

da olardı.  

Savadsızlığın ləğv edilməsi kurslarının açılması ilə ASM, BSM, 

Kultotdel,  Soyuz  Qornyakov,  müxtəlif  cəmiyyətlər  (məsələn,  «Məhv 

olsun savadsızlıq» cəmiyyəti), AYTƏK və onun şöbələri, Maarif Na-

zirliyi (məktəblilər arasında) və s. təşkilatlar məşğul olurdu. Bütün bu 

təşkilatlar,  başa  çatmış  yeni  türk  əlifba  kursları  haqqında  komitəyə 

xüsusi  anket  vərəqi  təqdim  edirdi.  Bu  vərəqədə  kursda  dərs  deyən 

müəllim, kursun açıldığı yer, kursun açıldığı və başa çatdığı vaxt, kur-



Fərhad Ağazadə və latin əlifbasina keçid  

39 


 

 

sun xərcini ödəyən təşkilat, kursda iştirak edənlərin və kursu müvəffə-



qiyyətlə bitirənlərin sayı, iştirakçıların cinsi, ictimai vəziyyəti, milliy-

yəti və s. haqqında dəqiq statistik  məlumatlar öz əksini tapırdı və  bu 

da kurslarda savadsızlığını ləğv edənlər haqqında komitənin əsas sta-

tistik mənbə sənədləri idi. Anket vərəqinə müəllimin imzası ilə kursda 

iştirak edənlərin tam siyahısı da əlavə olunurdu. Belə kurslarda iştirak 

edənlərin təxminən 5-10%-i köhnə əlifba ilə savadlı olur, qalanları isə 

hər iki əlifbada tam savadsızlar olurdu.  

Savadsızlığın  ləğv  edilməsi  yolunda  təbliğat-təşviqat  işləri  ilə 

həmkarlar ittifaqları, komsomol təşkilatları, müxtəlif cəmiyyətlər, Or-

duda  təbliğat  şöbələri  (əsgərlər  arasında),  müxtəlif  klublar  (məsələn 

Əli Bayramov Qadınlar Klubu), partiya təşkilatları nəzdində təbliğat-

təşviqat şöbələri, müəssisələr nəzdində yaradılmış dərnəklər və s. məş-

ğul olurdu.  

 

Birinci Beynəlxalq Türkoloji Qurultayın çağırılması zərurəti 

 

Azərbaycanda 1922-ci ildən fəaliyyət göstərən Yeni Türk Əlifba 



Komitəsinin  apardığı  işlər  nəticəsində  Azərbaycan  Mərkəzi  İcraiyyə 

Komitəsinin 1924-cü il 27 iyun tarixli qərarı ilə yeni əlifba məcburi və 

dövlət əlifbası hesab olundu. 

Belə  bir  dövrdə,  təbii  ki,  Sovetlər  Birliyi  ərazisində  yaşayan 

başqa  türk-tatar  xalqlarının  bu  məsələyə  münasibəti  və  bu  prosesin 

həmin xalqlar arasında yayılması diqqətdən kənarda qala bilməzdi.  

«Məhz bu məsələdə real mənzərəni öyrənmək üçün 1924-cü ildə 

Azərbaycan  Mərkəzi  İcraiyyə  Komitəsinin  sədri  Səməd  Ağamalıoğlu-

nun rəhbərliyi ilə xüsusi nümayəndə heyəti yaradıldı və bu heyət Simfe-

ropol,  Daşkənd,  Orenburq,  Ufa  və  Kazan  şəhərlərinə  səfər  edərək, 

orada yeni əlifbanın tərəfdarları və əleyhdarları ilə görüşlər keçirdilər». 

Bu  səfərin  yaranma  zərurəti,  səfər  zamanı  aparılan  görüşlər,  bu 

görüşlərdə ayrı-ayrı türk-tatar xalqları arasında  yeni əlifba ideyasının 

həyata keçirilməsi yolunda meydana çıxan çətinliklər və bunların ara-

dan  qaldırılması  tədbirləri  və  s.  haqqında,  yeni  əlifba  ideyasının  hə-

yata  keçirilməsinin  fəal  iştirakçısı,  milliyyətcə  özbək  olan  Xalid  Səid 




40 

 İsaxan İSaxanlı 

 

 

1929-cu  ildə  Bakıda nəşr etdirdiyi  «Yeni  əlifba  yollarında əski xatirə 



və duyğularım» adlı xatirə-memuarında geniş bəhs edir. Qeyd edək ki, 

bu  kitab  birləşmiş  yeni  türk  əlifbası  ilə  Azərbaycan  dilində  dərc  olu-

nan ilk kitabdır.  

Müəllif  bütün  türk-tatar  xalqları  arasında  yeni  əlifba  ideyası 

mənzərəsinin  öyrənilməsi  və  bununla  bağlı  xüsusi  səfərin  təşkil  edil-

məsi vacibliyini belə izah edir: “Zatən osmanlılar, qazaxlar, özbəklər 



arasında  da  bu  məsələ  (latın  əlifbası  məsələsi-İ.İsaxanlı)  yox  deyildi; 

ancaq  onlar  bu  məsələni  ortaya  atmağa  cəsarət  etməyirlərdi.  Yeni 

əlifba vasitəsilə əldə edilən müvəffəqiyyət komitəyə (Azərbaycan Yeni 

Türk Əlifba Komitəsi - İ. İsaxanlı) daha artıq cəsarət verdi. O, müvəf-



fəqiyyətlərin  yekununu  göstərməyə  və  qonşu  türk  cümhuriyyətlərinin 

fikrini  almağa  qərar  verdi.  Bunun  üçün  bir  konfrans  çağırmaq  lazım 

idi.  Komitə  bundan  əvvəl  onlar  ilə  (ayrı-ayrı  türk-tatar  xalqları  ilə-

İ.İsaxanlı) xüsusi surətdə görüşməyi daha müvafiq gördü. 1924-cü ilin 



sentyabr ayında bir heyət səfəriyyə təşkil edildi. Bunlar Şuralar ittifa-

qında  olan  bütün  türk  cümhuriyyətlərinin  mərkəzlərinə  gedəcək, 

səlahiyyatdar adamlar ilə görüşəcəklərdi”. 

Beləliklə,  Səməd  Ağamalıoğlu,  Cəlil  Məmmədquluzadə,  Vəli 

Xuluflu və Xalid Səiddən ibarət xüsusi heyət 1924-cü il sentyabrın 7-

də SSRİ ərazisində yaşayan türk-tatar xalqlarının müxtəlif təbəqəli nü-

mayəndələri  ilə  yeni  əlifba  xüsusunda  görüşlər  keçirmək  məqsədilə 

Bakıdan yola düşdülər. 

Dağıstanda  yeni əlifbanın qəbulu üçün xüsusi iş görməyə, təbli-

ğat  aparmağa  ehtiyac  olmadığını  yəqinləmiş  heyət,  Maxaçqalada  da-

yanmağı lazım bilmir. “Burada (Maxaçqalada – İ. İsaxanlı) qalmadıq, 

qalmaqda  da  lüzum  yox  idi.  Çünki  Dağıstan  çoxdan  öz  fikrini  bildir-

mişdi. Burada yeni əlifba xüsusunda müzakirə ediləsək heç bir şey yox 

idi. Dağıstan  Azərbaycanla həmrəy idi. Buna görə də boş vaxt keçir-

mək istəmədik”. 

Sentyabrın  10-da  heyət  Simferopola  çatır.  Burada  onlar  Krım 

Universitetinin  professoru  Bəkir  Çobanzadə  ilə  görüşür,  (Bəkir  Ço-

banzadə  tezliklə  Bakıya  dəvət  olunur,  Universitetdə  müəllimlik  et-

məklə  yanaşı,  əlifba  məsələləri  ilə  də  ciddi  məşğul  olur,  Mərkəzi  İc-



Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə