Aзярбайъанда латын ялифбасына кечид



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə8/18
tarix08.07.2018
ölçüsü2,03 Mb.
#54603
1   ...   4   5   6   7   8   9   10   11   ...   18

Fərhad Ağazadə və latin əlifbasina keçid  

29 


 

 

Ərəb  əlifbasının  latın  əlifbası  ilə  əvəz  edilməsində  bu  komitə 



həlledici rol oynadı və Yeni Türk əlifbasının düzülüşü müəyyənləşdi-

rildi. Bu əlifba qəbul edilərkən təqdim edilən 4 layihədən Abdulla Ta-

ğızadə və Mirəziz Seyidovun layihəsi daha çox istifadə edilmişdi (Qa-

lan 2 layihə Abdulla Əfəndizadə və Məhəmməd Şaxtaxtlının layihələri 

idi).  Burada  bir  məqama  diqqət  yetirək.  1919-cu  ildə  Maarif  Naziri 

yanında yaradılan komissiyada müzakirə edilən 3 layihədən biri məhz 

Abdulla  Tağızadə  və  Mirəziz  Seyidovun  birlikdə  təqdim  etdikləri 

layihə idi. Lakin o zaman bu layihə deyil, Abdulla Əfəndizadənin layi-

həsi  əsas  olaraq  götürülmüşdü.  Göründüyü  kimi  keçən  2  il  ərzində 

Abdulla  Tağızadə  və  Mirəziz  Seyidov  hər  biri  öz  layihəsini  hazırla-

mış, «latınçılar» komissiyasında öz layihələrinin əsasən qəbuluna nail 

ola  bilmişdilər.  Ümumiyyətlə,  latınlaşma  uğrunda  müburizə  bir  hərə-

kat şəklini aldığı vaxtdan, bu prosesin sonuna qədər bir sıra şəxslər, o 

cümlədən  Fərhad  Ağazadə,  Məhəmməd  Ağa  Şaxtaxtlı,  Həmid  bəy 

Şaxtaxtlı,  Abdulla  Əfəndizadə,  Abdulla  Tağızadə,  Mirəziz  Seyidov 

müxtəlif  layihələr  təklif  etməkdə  daha  fəal  olmuşlar.  Adı  çəkilənlər-

dən hər birinin öz əlifba layihəsi olmuşdur. 

Aparılan işlər nəticəsində «Azərbaycan Mərkəzi İcraiyyə Komi-

təsinin 1923-cü il 20 oktyabr tarixli qərarı ilə yeni əlifba, ərəb əlifbası 

ilə  bərabərhüquqlu  və  1924-cü  il  27  iyun  tarixli  qərarla  məcburi  və 

dövlət əlifbası hesab olundu» .  

Qeyd edək ki, bu komitə yeni əlifba ilə bərabər, müsəlman dün-

yasında istifadə olunan rəqəmlərin əvəzinə indiki Avropa rəqəmlərini 

də  qəbul  etmişdi.  Onu  da  qeyd  edək  ki,  bu  avropa  rəqəmlərini 

Azərbaycanda  ilk  dəfə  F.Ağazadə  işlətmişdir.  Fərhad  Ağazadənin 

AYTƏK-dəki  fəaliyyəti  o  qədər  genişəhatəli  və  məhsuldardır  ki,  bu 

rolu  dərk  etmək  və  əyani  surətdə  görmək  üçün  onun  təşkilatın  iclas-

larında iştirakı və fəaliyyəti ilə bağlı məqamların xronoloji ardıcıllıqla 

verilməsini ən doğru yol hesab edirik. Beləliklə: 

AYTƏK-nun 13 iyun 1922-ci il tarixdə keçirilən sayca 1-ci icla-

sında  Səməd  Ağamalıoğlunun  təklifi  ilə,  “komitənin  işlərinin  tez  və 

səliqəli  getməsi,  təşkilatın  qüvvətlənməsi  və  canlanması  məqsədilə” 

komitə  daxilində  8  nəfərdən  ibarət  xüsusi  idarə  yaradılır,  Fərhad 



30 

 İsaxan İSaxanlı 

 

 

Ağazadə  idarənin  sədri  seçilir  və  27  iyul  tarixdə  ona  bu  vəzifəsini 



təsdiq edən vəsiqə verilir.  

AYTƏK-nun 23 iyun 1922-ci il tarixdə keçirilən sayca 2-ci icla-

sında  əlifbanın  yenicə  çapdan  çıxması  münasibəti  ilə  tədbir  təşkil 

olunması  qərara  alınır  və  tədbirdə  əsas  mühazirəçi  olaraq  Fərhad 

Ağazadə çıxış edir. Elə bu iclasda ona xəstəliyi ilə əlaqədar iyul ayının 

1-dən  etibarən  2  aylıq  məzuniyyət  verilməsinə  baxmayaraq  işlərin 

çoxluğu cəmi 3 həftədən sonra onu işə qayıtmağa məcbur edir.  

AYTƏK-nun  14  iyul  1922-ci  il  tarixdə  keçirilən  sayca  4-cü  ic-

lasında Fərhad Ağazadəyə xəstəliyi ilə bağlı məzuniyyət verilməsi və 

bununla bağlı maddi köməklik göstərilməsi qərara alınır. Eyni zaman-

da qərara alınır ki, Moskvada yaşayan başqa türk millətləri nümayən-

dələri ilə əlaqələr yaratmaq və komitənin bir şöbəsinin orada açılması 

üçün Səməd Ağamalıoğlu Moskvaya ezam olunsun.  

AYTƏK-nun 25 iyul 1922-ci il tarixdə Fərhad Ağazadənin sədr-

liyi ilə keçirilən sayca 5-ci iclasında yeni əlifbaya alışanların oxuması 

üçün qəzetlərdə yeni əlifba ilə ayrıca sütun verilməsi, M.F.Axundovun 

hürufat  xüsusunda  olan  əlyazmalarının,  pulla  da  olsa,  Salman  Mum-

tazdan alınması və s. məsələlərlə yanaşı Fərhad Ağazadənin «nə üçün 

ərəb hərfləri türk dilinə yaramır?” əsərinin çap edilməsi məsələsi mü-

zakirə  olunur  və  kitab  bəyənilərək  tezliklə  2.000  nüsxə  ilə  çap  edil-

məsinə qərar verilir. 

Komitənin 4 avqust, 14 avqust və 27 avqust tarixlərində keçirilən 

sayca  6-cı,  7-ci  və  8-ci  iclaslarında  Fərhad  Ağazadənin  “Yeni  imla” 

kitabçası  geniş  müzakirə  edilir,  təklif  olunan  dəyişikliklərin  Əhməd 

Pepinov  tərəfindən  düzəldilməsindən  sonra  çapa  verilməsi  qərara  alı-

nır.  


Komitənin  27  avqust  tarixində  keçirilən  iclasında  xüsusi  qəzet 

buraxmaq məsələsi əsas yer tutur. 

Müzakirələr nəticəsində bununla bağlı aşağıdakı qərar qəbul edi-

lir: “Müvəqqəti olaraq “Kommunist” qəzetində əvvəlki kimi bir sütun 



buraxmaq ilə (yeni əlifba ilə - İ. İsaxanlı) bərabər, həftəlik “Yeni yol” 

adlı  bir  qəzetin  də  çıxarılmasına  çalışmalı  və  bu  xüsusda  hazırlıqlar 

görməli”.  


Fərhad Ağazadə və latin əlifbasina keçid  

31 


 

 

18 oktyabr 1922-ci ildə keçrilən sayca 13-cü iclasda Fərhad Ağa-



zadə  yeni  əlifba  yolunda  qəzet  və  jurnalların  rolundan  danışır  və  bu 

haqda geniş məlumat verir. Bu iclasda Səməd Ağamalıoğlunun təklifi 

ilə belə bir qərar qəbul edilir ki, qısa müddətdə yeni kitablar nəşr edil-

sin. Əgər komitə tərəfindən yeni kitablar təklif edilməzsə, ərəb əlifbası 

ilə yazılmış kitablardan bəziləri yeni əlifba ilə çap etdirilsin. Bu məsə-

lənin  müzakirəsində  Fərhad  Ağazadə  qəti  olaraq  belə  bir  fikrin  üzə-

rində durur ki, ərəb əlifbasıyla  yazılmış kitabların  məzmunsuzluğunu 

nəzərə  alıb,  yeni  kitablar  nəşr  etmək  lazımdır.  Bu  məsələ  ilə  ciddi 

məşğul olmaq üçün Cəlil Məmmədquluzadə (sədr), Abdulla Tağızadə 

və  Hacı  Kərim  Sanılıdan  ibarət  bir  komissiya  yaradılır.  Bu  iclasda 

Fərhad Ağazadənin təklifi ilə komitə üzvlərinin məvacibinin 50 manat 

artırılması qərara alınır. 

15 noyabr 1922-ci ildə keçirilən 16-cı iclasda Fərhad Ağazadəyə 

ayağının təşrih edilməsi ilə bağlı noyabrın 20-dən müalicəsi qurtarana 

qədər məzuniyyət verilir və onun işlərinin aparılması Abdulla Tağıza-

dəyə tapşırılır.  

9  fevral  1923-cü  ildə  keçirilən  19-cu  iclasda  Mirzə  Cabbar  Mə-

həmmədzadə  Fərhad  Ağazadənin  “Nə  üçün  ərəb  hərfləri  türk  dilinə 

yaramır?” kitabı haqqında məruzə edir və kitabın yenidən 1500 nüsxə 

çap edilməsi qərara alınır. 

20 fevral 1923-cü ildə keçirilən 20-ci iclasda «Yeni yol» qəzetin-

də  keyfiyyətin  yüksəldilməsi  üçün  komitə  üzvləri  X.  Məlik  Aslanov, 

Əhməd Pepinov və C. M. Əfəndiyevin qəzet ilə yaxından əlaqədə işlə-

mələri qərara alınır. Üstəlik qərara alınır ki,  qəzetdə kənar adamların 

yazdıqları yazıya görə hər sətrə 1 qəpik verilsə də, komitə əməkdaşla-

rına bu işlərə görə sətirhesabı deyil, yalnız hər ayın sonunda müəyyən 

kompensasiya verilsin. 

11  aprel  1923-cü  ildə  keçirilən  22-ci  iclasda  komitə  üzvlərinin 

məvacib  məsələsi  müzakirə  edilir  və  Fərhad  Ağazadəyə,  Cəlil  Məm-

mədquluzadə ilə birlikdə, ən yüksək 17-ci dərəcəli məvacib təyin edi-

lir. 

Bu  dövrdə  Fərhad  Ağazadə  səhhətində  olan  problemlərlə  bağlı 



komitənin  iclaslarında  müntəzəm  iştirak  edə  bilmir.  5  iyul  1923-cü 


Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə