Aзярбайъанда латын ялифбасына кечид



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə12/18
tarix08.07.2018
ölçüsü2,03 Mb.
#54603
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

Fərhad Ağazadə və latin əlifbasina keçid  

41 


 

 

raiyyə  Komitəsi  yanında  yaradılmış  Azərbaycan  Yeni  Türk  Əlifba 



Komitəsinin (AYTƏK), sonralar isə Ümumittifaq Mərkəzi Yeni Türk 

Əlifba  Komitəsinin  (ÜMYTƏK)  elmi  şurasına  rəhbərlik  edir)  onun 

mənzilində çox qısa bir müddət söhbət etməklə yeni əlifba xüsusunda 

abu-havanı öyrəndikdən sonra, sentyabrın 13-də bir iclas keçirirlər. Bu 

səfər yolunda ilk iclas idi. Bu iclasda bir neçə iştirakçının ciddi etirazı 

ilə üzləşsələr də, son nəticə olaraq onların bəzilərini fikrindən döndər-

məyə,  qalanlarının  da  fikrində  yumşalmaya  nail  olurlar.  Bu  iclasda 

ərəb  hürufatının  ən  nüfuzlu  tərəfdarlarından  olan  Həsən  Səbri  Ayva-

zov  son  sözünü  belə  söyləyir:  “Hürufat  məsələsini  ümum  türk-tatar 

xalqlarının  rəyilə  bunların  qurultayında  həll  etmək,  maarif  və  mədə-

niyyətimizin istiqbalı üçün ən sağlam, ən əmin, ən təhlükəsiz və doğru 

bir yol olduğuna qaneəm». İclasdan sonrakı abu-havanı Xalid Səid be-

lə təsvir edir: «Səməd ağa sözünü qurtararkən çox həyəcanlı, çox coş-



qun  idi,  gözlərində  yeni  əlifbanın  eşq  və  sevdası  parlayırdı...  Səməd 

ağanın sevincinin hüdudu yox idi. İlk müvəffəqiyyət qazanan bir ordu 

komandanı  kimi  sevinirdi.  Artıq  Krım  türkləri  yeni  əlifbaçılar  tərəfə 

keçmiş hesab edilə bilərdi”

Baxçasaraya qısa səfər edən heyət “Tərcüman” qəzetinin mühər-

riri məşhur İsmayıl Qaspirinskinin evində qonaq olur. “Yeni 2 binanı 

ziyarət etmədən keçəməzdik. Bunlardan biri “Zəncirli mədrəsə”, ikin-

cisi  isə  Baxçasarayda  çıxan  “Tərcüman”  qəzetəsinin  mühərriri  məş-

hur İsmayıl Qasprinskinin evi idi. Qapı önündə İsmayıl bəyin oğlu Rü-

fət bəy bizi qarşıladı. Burası kiçik bir həyət idi. Həyətin solundakı al-

çaq bina “Tərcüman” qəzetəsinin mətbəəsi,  qarşıdakı ikiqat bina  isə 

İsmayıl  bəyin yaşadığı ev idi. Sağdakı kiçik  qapıdan evin baxçası ilə 

içəri  qisminə  girilirdi.  Baxçanın  o  biri  tərəfində,  yüksək  bir  yerdə 

yapılmış  şüşəbənd  otağın  Qasprinskinin  yaz  zamanlarında  çalışdığı 

otaq olduğunu söylədilər”.  

Bu  səfərdən  sonra  yenidən  Simferopola  dönən  heyət  sentyabrın 

15-də  maarif  evində  daha  bir  iclas  keçirir.  Bu  müzakirələrdə,  əsasən, 

ərəb əlifbasının islahı tərəfdarlarının fəallıq göstərməsinə baxmayaraq, 

geniş müzakirələrdən sonra burada da yeni əlifba tərəfdarlarının sayı-

nın artmasına nail olunur. Bu iclasda Xalid Səid ərəb əlifbasının islahı 




42 

 İsaxan İSaxanlı 

 

 

ideyasını Molla Nəsrəddinin məşhur lətifəsi ilə müqayisə edir: “Məş-



hur  Molla  Nəsrəddin  bir  gün  bir  leylək  tutmuş,  uzun  ayaqları  və  bi-

çimsiz dimdiklərindən bildiyi quşlara bənzəmədiyini görmüş, bunu qu-

şa bənzətmək istəmiş, çox biçimsiz olan dimdiyini dibindən, ayaqlarını 

da yarısından kəsmiş, “bax indi quşa bənzədin» demiş... Hurufatın is-

lahı  eynilə  Molla  Nəsrəddinin  leyləyidir.  Bilmirəm  belə  bir  leyləyin 

yaşayacağına ümid edəcək qədər sadəlövh bir adam aramızda tapıla 

bilərmi?”

Beləliklə, Krımdakı görüşlər ümidverici nəticələrlə başa çatır və 

heyət  Moskvaya,  oradan  da,  qısa  müddət  qaldıqdan  sonra,  Daşkəndə 

yola  düşür.  Daşkənddə  rəsmi  söz  sahibləri  ilə  fikir  mübadiləsi  apar-

maq mümkün olmasa da, keçirilən toplantılardan, müzakirələrdən belə 

nəticəyə gəlmək olardı ki, “özbək və türkmən mütəxəssisləri yeni əli-



fba tərəfində idi. Qazaxlar isə yeni əlifbanı qəti surətdə qəbul etməyə-

cəklərini bildirmişlərdi, lakin məsələnin ümumi türkoloji qurultayında 

həll edilməsinin əleyhinə deyildirlər. Belə bir qurultay çağırıldığı təq-

dirdə  iştirak  edəcəklərinə  dair  söz  verdilər.  Qurultayda  ərəb  əlifba-

sının qələbə çalacağına əmin kimi idilər”

Daşkənd  görüşləri  belə  qeyri-müəyyən  bir  ruhda  başa  çatsa  da, 

məsələnin türk-tatar xalqlarının ümumi qurultayında həll olunacağı sə-

viyyəsinə  gəlməsini,  müəyyən  mənada,  hər  iki  tərəf  üçün  ürəkaçan 

hesab etmək olardı. Çünki hər iki əlifba tərəfdarları bu qurultayda  öz 

qələbələrinə güvənir kimi görünürdülər. 

Daşkənddə keçirilən bu görüşlərdən sonra növbəti görüşlər Oren-

burqda,  Ufada  və  Kazanda  olmalı  idi.  Lakin  oktyabrda  Bakıda  dərslər 

başladığına görə texnikumda dil və ədəbiyyat müəllimi işləyən Xalid 

Səid oktyabrın 10-da geriyə – Bakıya qayıdır. Qarşıdakı görüşdər haq-

qında  qeydlər  aparmağı  Vəli  Xuluflu  öhdəsinə  götürür.  Təəssüf  ki, 

Vəli Xuluflunun bu barədə heç bir yazısına rast gəlmədik. Amma Xa-

lid Səidin xatirələrindən aydın olur ki, həmin səfər oktyabrın 25-də ba-

şa çatır. Xatirələrdən bu da aydın olur ki, Ufa görüşlərindən çox razı qa-

lan heyət, Orenburq və Kazandan narazı qayıtmışdı. Türk-tatar xalqları 

arasında  yeni  əlifba  ilə  bağlı  vəziyyət  bu  səfərdən  sonrakı  dövr  üçün 

belə  ümumiləşdirilirdi:  “1924-cü  ilin  axırlarında  Şuralar  İttifaqı  da-



Fərhad Ağazadə və latin əlifbasina keçid  

43 


 

 

xilindəki  cumhuriyyətlərdən  Azərbaycan,  Krım,  Dağıstan,  Başqırdıs-



tan  cumhuriyyətləri,  Gürcüstan  və  Ermənistan  türkləri  yeni  əlifbanı 

qəbul  edəcəklərinə  dair  son  sözlərini  vermişdilər.  Türkistan  cumhu-

riyyəti tərəddüd və şübhəli bir halda idi. Qazağıstan və Tatarıstanda 

qəbul edəmiyəcəklərini qəti olaraq bildirmişlər idi. Ancaq məsələ hələ 

tamamilə  həll  edilməmiş,  ayrı-ayrı  cumhuriyyətlər  tərəfindən  vaqe 

olan təklifə görə, ümumi bir qurultay çağırılmasının qəti surətdə lazım 

olduğu anlaşılmışdı”. Bu qurultayda  yuxarıda sadalananlardan başqa, 

bir sıra ayrı yerlərdən də (Türkiyə, İran, Əfqanıstan və. s) türklərin və 

xeyli sayda mütəxəssislərin dəvət olunacağını nəzərə alsaq, vəziyyətin 

kifayət qədər qeyri-müəyyən olduğunu anlamaq çətin deyil.  

Türkoloji  qurultayın  çağırılması  haqqında  bundan  əvvəl  də 

fikirlər  olsa  da,  məhz  türk-tatar  xalqlarının  yaşadıqları  yerlərə  edilən 

bu  səfər,  belə  bir  qurultayın  çağırılmasının  qaçılmaz  və  çox  vacib 

olduğunu sübut etdi.  

Bu işlərin davamı olaraq Bakıda Türkoloji qurultayın keçirilməsi 

məsələsi reallaşdı.  

Qurultaya  ciddi  hazırlıq  məqsədilə  qurultayqabağı  Ümumazər-

baycan müəllimlər konfransı çağırılmışdı. Bu konfrans fevralın 15-dən 

19-a  qədər  davam  etdi.  Konfransda,  Fərhad  Ağazadə  qurultayda  edə-

cəyi  məruzə  haqqında  geniş  məlumat  vermiş,  eləcə  də,  yeni  əlifbaya 

keçid prosesinin sürətləndirilməsi vacibliyindən danışmışdır. Onun bu 

fikri  konfransın  sonunda  qəbul  edilən  qərarda  da  öz  əksini  tapmışdır. 

Qərarda qeyd edilirdi ki, biz başqa türk-tatar xalqlarının latın əlifbası-

na  keçmələrini  gözləməməliyik.  Azərbaycan,  bir  dəqiqə  belə  dayan-

madan, əhalisinin savadsızlığını yeni əlifba ilə aradan qaldırmalı və bu 

məsələdə başqalarına nümunə olmalıdır.  

Birinci  Beynəlxalq  Türkoloji  Qurultayın  işində  Fərhad  Ağazadə 

böyük fəallıq göstərmiş, martın 1-də keçirilən sayca 6-cı iclasda “türk 

dilində yazı qaydaları” mövzusunda məruzə etmişdir. O, məruzəsində, 

əsasən,  belə  bir  tezis  irəli  sürür  ki,  «türk-tatar  dünyasında  mövcud 



olan 3 əlifbadan, dəyişilməmiş şəkildə köhnə ərəb əlifbası türk dilinin 

yazı qaydalarına heç  uyğun gəlmir, islah edilmiş ərəb əlifbası bu tə-

ləbləri qismən ödəyir, Azərbaycanda qəbul edilən yeni əlifba isə, heç 


Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə