Aзярбайъанда латын ялифбасына кечид



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə7/18
tarix08.07.2018
ölçüsü2,03 Mb.
#54603
1   2   3   4   5   6   7   8   9   10   ...   18

26 

 İsaxan İSaxanlı 

 

 

lar” (ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsini israr edənlər) və 



“ərəbistlər”  (ərəb  əlifbasının  islahı  tərəfdarları).  Yanvar  ayının  13-də 

hər  iki  tərəfdən  ayrıca  komissiya  yaradıldı.  “Latınçılar”  komissiyası-

nın ümumi tərkibi 8 nəfərdən ibarət idi. Fərhad Ağazadə (sədr), Xuda-

dat Məlik Aslanov, Abdulla Tağızadə, Məhəmməd Əmin Əfəndizadə, 

Həmid Şaxtaxtlı, Azad Əmirov, Əhməd Pepinov, və Hüseyn İsrafilbə-

yov.  “Latınçılar”  komissiyasına  Fərhad  Ağazadənin  sədr  seçilməsi 

onun əlifba məsələsində latınçılar arasında böyük hörmət və söz sahibi 

olduğunu göstərirdi. O dövrdə Azərbaycanda istifadə olunan ərəb əlif-

basına  müəyyən  dəyişikliklər  etməklə  bu  əlifbanın  saxlanılmasının 

xeyli tərəfdarları olsa da, əlifbanın yeni latın əlifbası ilə əvəz olunma-

sını  yeganə  düzgün  yol  hesab  edənlər  daha  sistemli  və  əsaslı  dəlillər 

gətirməklə bu mübarizədən qalib çıxdılar. 

O zaman “ərəbistlər” aşağıdakı 7 müddəanı ortaya qoyaraq latın 

əlifbasına keçidə heç bir ehtiyac olmadığını israr edirdilər.  



1) Hurufatın çətinliyi mədəniyyətə mane ola bilməz, olsaydı, sa-

biqədə ərəblərin və indi də yaponların mədəniyyəti olmazdı. 

Firənglərin və ingilislərin də imlaları çətindir, fəqət onların 

da mədəniyyəti bundan müşkülə düşməmişdir. 

2) Ərəb hurufatının çətinliyindən farslar və ərəblər özləri heç bir 

şikayət etmirlər. 

3) Hərgah ərəb hurufatının təbdilinə ehtiyac vardırsa, latın 

hurufatına nə için tərcih verilsin? Başqası yaramazmı? 

4) Latın hurufatı qəbul edilərsə, köhnə ədəbiyyatımızın başına nə 

gələcəkdir? 

5) Latın hurufatını camaət qəbul edərmi? 

6) Latın hurufatını qəbul edub-etməmək məsələsi için 

Azərbaycan cumhuriyyəti dar bir yerdir. Yalnız burada qəbul 

edilərsə, islam millətlərindən ayrılmış qalar. 

7) Hərgah latın hurufatına ehtiyac vardırsa, bunun qəbulu 

inqilab yolilə deyil, təkamül yolilə icra etməlidir.  

 Məhz Fərhad Ağazadə bütün bu suallar üzrə kəsərli dəlillərlə bu 

fikirlərin  səhv  olduğunu  və  latın  əlifbasına  keçidin  ən  düzgün  və 



Fərhad Ağazadə və latin əlifbasina keçid  

27 


 

 

qaçılmaz  yol  olduğunu  sübuta  yetirdi  və  faktik  olaraq  bundan  sonra 



ərəbistlərin mövqeləri ciddi surətdə zəiflədi. 

Bir neçə həftə ərzində keçirilən bu çox vacib müzakirələrin nəti-

cəsi olaraq həm “ərəbistlər”ə, həm də «latınçılar»a öz vahid layihələri-

ni hazırlayıb hökumətə təqdim etmək təklif edildi. “Ərəbistlər” vahid 

layihə hazırlaya bilmədilər, lakin «latınçılar» bir neçə müzakirələr ke-

çirərək  aprel  ayında  vahid  layihə  hazırlayıb  hökumətə  təqdim  etdilər 

və bu layihə hökumət tərəfindən təsdiq edildi. 

 

Azərbaycan Yeni Əlifba Komitəsinin fəaliyyəti 

 

1922-ci  ildə  Azərbaycan  Mərkəzi  İcraiyyə  Komitəsi  yanında 



Yeni  Əlifba  Komitəsi  (AYTƏK)  təşkil  edildi.  Komitənin  yaradılma-

sında məqsəd dilimizi, yazı və oxu sistemimizi sadələşdirmək məqsə-

dilə ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsi prosesini tənzimlə-

mək  və  həyata  keçirmək  idi.  Komitənin  ilk  tərkibi  5  nəfərdən  ibarət 

idi.  Səməd  Ağamalıoğlu,  Fərhad  Ağazadə,  Xudadat  Məlik  Aslanov, 

Abdulla Tağızadə və Əhməd Pepinov.  

Komitənin  dəqiq  yaranma  tarixi,  ilk  tərkibi,  sədrin  seçilməsi  və 

bir  sıra  başqa  məsələlərlə  bağlı  konkret  arxiv  materiallarına  rast  gəl-

mədik, olan materiallar arasında isə xeyli uyğunsuzluqlar var. Müxtə-

lif mənbələrdə komitənin yaranma tarixi olaraq müxtəlif tarixlər gös-

tərilir. Komitənin keçirdiyi iclasların protokolları da bu tarixlərin han-

sının doğru, hansıının yanlış olduğunu haqqında dəqiq mənzərə yarat-

mır.  

Komitənin  ilk  sədrinin  kimliyi  haqqında  da  qarışıq  məlumatlar 



var. Məsələ ilə bağlı dərc olunmuş bütün mənbələrdə komitə sədrinin 

Səməd Ağamalıoğlu olduğu göstərilsə də, arxiv materialları bü məsə-

ləyə tam aydınlıq gətirir. Komitənin 1922-ci ildə müxtəlif təşkilatlarla 

çoxsaylı yazışma sənədlərindən, o cümlədən Azərbaycan Mərkəzi İc-

raiyyə  Komitəsinin  sədri  Səməd  Ağamalıoğlunun  özünün  imzası  ilə 

aparılmış yazışmalardan tam aydın olur ki, 1922-ci ilin noyabr ayının 

20-nə qədər komitənin sədri Fərhad Ağazadə olmuş, Səməd Ağamalı-

oğlu isə komitənin fəxri və siyasi sədri olmuşdur. 1922-ci ilin noyab-




28 

 İsaxan İSaxanlı 

 

 

rın  20-dən  etibarən  (Fərhad  Ağazadənin  ayağının  təşrih  olunması  ilə 



bağlı),  sədr  vəzifəsini  müəyyən  müddət  Abdulla  Tağızadə  icra  etmiş 

və  təxminən  1923-cü  ilin  mart  ayında  Səməd  Ağamalıoğlu  komitəyə 

sədr seçilmişdir. Bundan sonra Fərhad Ağazadə komitənin sədr müa-

vini, nəşriyyat şöbəsinin müdiri vəzifələrində çalışmışdır.  

Komitənin yaranmasıyla, yeni əlifba hərəkatı daha sistemli, daha 

planlı şəkildə həyata keçirilməyə başladı. 

Fəaliyyətinin ilk dövründə komitə öz işini 3 istiqamətdə aparırdı: 

1. Redaksiya və nəşriyyat şöbəsi 

 



 Komitənin  qəzet,  jurnal  və  materiallarının  dərc  olunması  və 

onların yayılması. 



2. Təlim və elm şöbəsi 

 



 Uşaqlar və böyüklər üçün əlifbanın tərtibi; 

 



 Yeni əlifba hərəkatı yolunda lazımi kitabların yazılması. 

3.

 

Təşkilati şöbə 

 



 Azərbaycanda və  Türk-tatar xalqlarının  yaşadıqları başqa  yer-

lərdə komitənin şöbələrinin yaradılması; 

 

 Mühazirələr, disputlar təşkil edilməsi yolu ilə yeni əlifba fikri-



nin  xalq  arasında  geniş  miqyasda  həyata  keçirilmə  ideyasını 

reallaşdırmaq  və  onu  həyata  keçirmək  yollarını  müəyyənləqş-

dirmək məqsədilə bütün türk xalqlarının iştirakı ilə bir qurultay 

çağırılmasına hazırlıq işlərinin aparılması; 

 

 Uşaqların və böyüklərin yeni əlifbaya öyrədilməsi, eləcə də, bu 



yolda  xüsusi  təlimatçı  və  təbliğatçıların  hazırlanması  üçün 

nümunəvi məktəblərin açılması.  

AYTƏK-nin 14 iyul 1922-ci ildə Fərhad Ağazədənin sədrliyi ilə 

keçirilən  iclasında  Azərbaycanın  rayonlarında  və  Azərbaycandan 

kənarda  komitənin  bir  sıra  yerli  təşkilatlarının  yaradılması  məsələsi 

müzakirə edilir və çox keçmir ki, komitənin aşağıdakı yerli təşkilatları 

yaradılır.  

 1922-ci  ildə  Şuşada,  Qazaxda,  Tovuzda,  Gəncədə,  Şəkidə,  Ağ-

damda, Şəmkirdə, Zakatalada, Göyçayda, Ağdaşda, Sabirabadda, Sal-

yanda,  Şamaxıda,  eləcə  də  Azərbaycandan  kənarda  Türküstanda, 

İrəvanda, Tiflisdə, 1923-cü ildə Qubada, Cəbrayılda. 



Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə