Aзярбайъанда латын ялифбасына кечид



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə10/18
tarix08.07.2018
ölçüsü2,03 Mb.
#54603
1   ...   6   7   8   9   10   11   12   13   ...   18

Fərhad Ağazadə və latin əlifbasina keçid  

35 


 

 

sızlığın  ləğvi  prosesinin  1930-cu  ilin  aprelinə  -  Azərbaycanda  Sovet 



Hakimiyyətin qurulmasının 10 illik yubileyinə qədər başa çatdırılması 

planlaşdırılmışdı. 

1924-cü ilin yanvar ayında ASM idarəsində, “məhv olsun savad-

sızlıq” (doloy neqramotnost) cəmiyyətinin yaradılması məsələsi geniş 

müzakirə  edildi  və  iyulun  17-də  bu  cəmiyyət  təsis  edildi.  İlk  dövrdə 

cəmiyyətə  Həmid  Sultanov  rəhbərlik  edirdi.  Sonradan  onu  Səməd 

Ağamalıoğlunun  əvəz  etməsi  cəmiyyətin  işlərinin  daha  sürətlə  get-

məsinə təkan verdi. Qısa müddət ərzində Bakıda və rayonlarda cəmiy-

yətin şöbələri yaradıldı. Bu cəmiyyət öz vəsaiti hesabına savadsızlığın 

ləğvi məktəbləri, kursları, dərnəkləri və s. açmaqla savadsızlığın ləğv 

edilməsində mühüm işlər gördü.  

AYTƏK-nin  1  oktyabr  1923  -  1  oktyabr  1924-cü  il  aralığında 

fəaliyyəti haqqında hesabatda göstərilir ki, bu 1 il müddətində komitə 

tərəfindən,  savadsızlığın  ləğvi  yolunda,  26  adda  334.000  tirajla  dərs-

lik, uşaq ədəbiyyatı, müxtəlif kitabça və broşürlər çap edilmişdi. Qeyd 

edək ki, bu zaman ən böyük tirajla (50.000 ədəd) Hacı Kərim Sanılı-

nın “Böyüklər əlifbası” kitabı, Arjennikovun “1-ci məsələ kitabı”, Fər-

had  Ağazadənin  müəlliflərdən  biri  olduğu  (Süleyman  bəy  Əbdürrəh-

manzadə, Süleyman Sani Axundzadə, Abdulla Talıbzadə, Abdulla bəy 

Əfəndizadə və Mahmud bəy Mahmudbəyovla birlikdə) «ikinci il» və 

«Yeni türk əlifbası» (S.S Axundzadə və M.C. Məhəmmədzadə ilə bir-

likdə)  kitabları  çap  olunmuşdu  (1,  iş-38).  Bir  faktı  da  qeyd  edək  ki, 

yeni  əlifba  ilə  savadlanma  yolunda  Yeni  Türk  Əlifbası  Komitəsi  və 

başqa nəşriyyatlar tərəfindən 1928-ci ilin noyabr ayının 1-ə qədər 473 

adda, 2.377.350 tirajla kitab çap edilmişdi.  

Bakı və onun dairəsində savadsızlığın ləğv edilməsi kampaniya-

sının həyata keçirilməsində AYTƏK-nin qarşısında 2 yol dururdu. Bi-

rincisi,  komitə  öz  vəsaiti  və  öz  kadrları  hesabına  yeni  əlifba  kursları 

açıb savadsızlığı ləğv edir. İkincisi, komitə Bakı Maarif Şöbəsi (BMŞ) 

ilə birlikdə işləyir, bu  missiyanın həyata keçirilməsinə  yalnız nəzarət 

və mənəvi rəhbərlik edir. Komitənin maddi durumu kifayət qədər yax-

şı olmadığından, birinci yolun seçilməsi məqsədəuyğun olmur və ko-

mitə ikinci yolu seçir.  



36 

 İsaxan İSaxanlı 

 

 

BMŞ ilə birlikdə işləyərək komitə aşağıdakıları həyata keçirməli 



idi. 

 



BMŞ  tərəfindən  açılmış  və  açılacaq  savadsızlığın  ləğv 

edilməsi  kursları  üçün  müəllimlər  seçib  hazırlamaq  və 

mövcud  müəllimlərin  bu  istiqamətdə  bilik  və  səviyyələrini 

BMŞ-nin nümayəndələri ilə birlikdə yaradılmış komissiyada 

araşdırmaq. 

 



BMŞ tərəfindən açılan kurslarda işin gedişinə nəzarət etmək, 

onu  təftiş  etmək  və  ortaya  çıxan  qüsurların  aradan 

qaldırılmasına çalışmaq. 

 



2-ci  maddəni  həyata  keçirmək  üçün  xüsusi  təlimatçılar 

müəyyənləşdirmək. Bunları ya BMŞ-dən almaq, ya da başqa 

yerlərdən dəvət etmək. 

 



Aparılan işlər barəsində mükəmməl statistika aparmaq. 

 



Nəşriyyat  işlərini  gücləndirmək,  yeni  əlifba  öyrənənləri 

həvəsləndirmək  məqsədi  ilə  təlim  kitablarından  başqa 

müxtəlif məcmuələr və kitabçalar çap etdirmək. 

 



2  həftədə  bir  dəfə  BMŞ  ilə  birlikdə  yığıncaq  keçirərək 

nöqsanları 

və  onların  aradan  qaldırılması  yollarını 

müəyyənləşdirmək. 

 

 «Yeni yol» qəzetini kurslarda yeni əlifba öyrənənlərə çatdır-



maq, eləcə də Azərbaycan Həmkarlar İttifaqı Şurası vasitəsi 

ilə fəhlələr arasında bu qəzetə ucuz abunə yazılmasını təşkil 

etmək, lazım gələrsə bəzi yerlərdə qəzeti pulsuz paylamaq. 

 



Yeni  əlifbanın  yayılması  və  bunun  faydalı  olduğunu 

göstərmək  və  sübut  etmək  üçün  Rayon  Komitələrinin 

təbliğat  və  təşviqat  şöbələri  ilə  birlikdə  geniş  fəhlə  iclasları 

çağırmaq və ya çağırılmış iclaslardan istifadə etmək. 

 

Qadınlar  arasında  bu  işin  həyata  keçirilməsi  üçün  qadın 



təşkilatları  (məsələn,  Əli  Bayramov  Qadınlar  Klubu)  ilə 

işbirliyi qurmaq.  

 

Lenin  Kommunist  Gənclər  İttifaqı  ilə  birlikdə  gənc  Türk 



kommunistlər 

arasında  savadsızlığın  ləğv  olunması 

xüsusunda təbliğat və təşviqat aparmaq. 



Fərhad Ağazadə və latin əlifbasina keçid  

37 


 

 



 

Bakı şəhərində bütün xərcləri müdavimlərdən almaq şərti ilə 

bir-iki kurs açmaq. 

1925-ci  il  iyulun  6-da  rayon  partiya  komitələri  təbliğat-təşviqat 

şöbələri  nümayəndələrinin  iştirakı  ilə  Bakı  şəhər  partiya  komitəsində 

keçirilən  iclasda  AYTƏK-nin  məsul  katibi  Yusif  Nazirov  komitənin 

apardığı işlər haqqında məruzə edir. Bu  məruzə əsasında  Azərbaycan 

Kommunist (Bolşeviklər) Partiyası Bakı Şəhər Komitəsinin sərəncamı 

ilə Bakı və rayon partiya komitələri nəzdində AYTƏK-nin şöbələrinin 

yaradılması qərara alınır. 

Şöbələrin yaradılmasında məqsəd Bakıda və rayonlarda yerləşən 

bütün təşkilatlarda (azərbaycanlılar və ya azərbaycan dili bilənlər var-

sa) YTƏ dərnəklərinin yaradılması, onların ədəbiyyatla təmin edilmə-

si, geniş təbliğat-təşviqat kampaniyasının aparılması, yerli nəşriyyatla-

rın  yeni  əlifba  ilə  ədəbiyytların  buraxılmasına  cəlb  edilməsi,  «Yeni 

yol»  qəzetinə  geniş  abunə  kampaniyasının  aparılması  və  s.  işlər  gör-

məklə yeni əlifbanın öyrənilməsini sürətləndirmək idi.  

Partiya  komitələri  nəzdində  belə  şöbələrin  yaradılması,  artıq 

AYTƏK-nin rayonlarda olan filiallarının böyük vəsait hesabına saxla-

nılmasını lüzumsuz edirdi. Məhz bunları nəzərə alaraq 1926-cı il yan-

varın  1-də  Komitə  özünün  rayon  filiallarının  fəaliyyətini  dayandırdı. 

Bundan sonra Komitənin yalnız 2 tip filialları fəaliyyətdə idi. 

Birincisi,  Komitənin  hesabına  fəaliyyət  göstərən  filiallar:  Tiflis-

də, İrəvanda və Naxçıvanda. İkincisi, komitədən heç bir vəsait alma-

dan  fəaliyyət  göstərən  filiallar:  Dağıstan,  Başqırdıstan,  Çeçenstan, 

Krım,  Kabardin  Balkar,  Özbəkistan,  Türkmənistan  və  Qazaxstanda. 

Komitə  bu  filialları  yalnız  lazımi  göstərişlər  –  instruksiyalar  və  ədə-

biyyatla təmin edirdi. 

Komitənin 23 oktyabr 1925-ci tarixli qərarı ilə 18 noyabr 1925-

ci ildə  AYTƏK və ASM arasında savadsızlığın ləğv edilməsi ilə əla-

qədar bir müqavilə imzalandı. 

Müqaviləyə görə komitə, Azərbaycanın rayonlarında savadsızlı-

ğın  ləğv  edilməsi  kurslarının  açılması  hüququnu  ASM-ə  verir,  ASM 

komitənin  hesabına  Azərbaycanın  müxtəlif  rayonlarında  160  ədəd  5 

aylıq savadsızlığın ləğv edilməsi kursları açmağı öhdəsinə götürür və 



Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə