Aзярбайъанда латын ялифбасына кечид



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə5/18
tarix08.07.2018
ölçüsü2,03 Mb.
#54603
1   2   3   4   5   6   7   8   9   ...   18

20 

 İsaxan İSaxanlı 

 

 

məlumata  rast  gəlmədiyimizdən  burada  onun  haqqında  bir  qədər 



danışmağı lazım bildik. 

Mirzə  Riza  Xan  1853-cü  ildə  Təbrizdə  anadan  olub.  Hələ  gənc 

yaşlarında  türk,  fars,  ərəb  dillərini  yüksək  səviyyədə  öyrənərək,  ədə-

biyyat, riyaziyyat kimi elmlərə yiyələnən Mirzə Riza Xan xarici dilləri 

öyrənmək məqsədilə İstanbula gəlir. İki il ərzində fransız, yunan, ingi-

lis  və  alman  dillərini  öyrənərək  İstanbuldan  Tiflisə  gəlir.  Burada  rus 

dilini də öyrənir və 1877-ci ildə İranın Tiflisdəki Baş Konsulluğunda 

tərcüməçi, sonra isə baş tərcüməçi işləyir. 1880-ci ildə Tiflisdə  yaşa-

yan iranlılardan ibarət «Maarif» məclisi  yaradır və yuxarıda adı çəki-

lən əlifba kitabını fransız dilinə tərcümə edərək bu məclisin gəliri he-

sabına  çap  etdirir.  1882-ci  ildə  «Xan»  ləqəbi  alır  və  1886-cı  ildə  Ru-

siyada İran səfirinin müşaviri təyin edilir. 3 ilə yaxın burada işləyir və 

1889-cu ildə Mirzə Rıza xan Baş General rütbəsi alır və elə həmin il 

İranın Qafqazda Baş Konsulu vəzifəsinə təyin edilir. 1890-cı ildə Tif-

lisdə kasıblar, imkansızlar və müəllimlərə yardım məqsədilə xeyriyyə 

cəmiyyəti yaradır. 

Bundan sonra da, davamlı olaraq, müxtəlif ölkələrdə dövlət vəzi-

fələrində çalışan Mirzə Rıza Xan müxtəlif vaxtlarda İran, Türkiyə, Ru-

siya,  İtaliya,  Fransa  və  bir  sıra  başqa  Avropa  dövlətlərinin  müxtəlif 

dərəcəli orden və nişanları ilə təltif edilib.  

20-yə yaxın kitabın müəllifi olan Mirzə Rıza Xan, eyni zamanda, 

“Daneş”  ləqəbi  ilə  fars  və  fransız  dillərində  şirin  şerlər  və  hekayələr 

yazmışdır. O, fars dilində olan şer və hekayələrini bir yerə toplayaraq 

“Müntəxəbe  Daneş”  adlı  kitab  halında  çap  etdirmişdir.  Mirzə  Rıza 

Xanın  həyatı  ilə  bağlı  bu  məlumat  da  elə  onun  “Müntəxəbe  Daneş” 

kitabından götürülmüşdür.  

Ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsi ideyası bir variant 

olaraq M.F. Axundovdan gəlsə də bu məsələ uğrunda heç kim ciddi və 

planlı iş görməmişdi. Düşünmək olar ki, M.F. Axundovdan sonra ərəb 

əlifbasının latın əlifbası ilə əvəz edilməsi yolunda mübarizə yeni vüsət 

almalı  idi.  Çünki,  ortada  M.F.  Axundov  tərəfindən  irəli  atılan  latın 

əlifbası ideyası və konkret layihə artıq mövcud idi. Lakin bu baş ver-

mədi. Əlifba uğrunda əsas mübarizə yenə də ərəb əlifbasının ciddi is-



Fərhad Ağazadə və latin əlifbasina keçid  

21 


 

 

lahı  üzərində  qurulurdu  və  latın  əlifbası  ideyası  sanki  unudulmuşdu. 



Faktik  olaraq  bundan  sonra  heç  kim  yeni  latın  hərfli  layihələr  irəli 

sürməmiş (Mirzə Riza Xanın yuxarıda deyilən əlifba kitabçası istisna 

olmaqla) və bunu ciddi müzakirə obyektinə çevirməmişdir.  

 

Əlifba məsələsi müəllimlər qurultayında  

 

1906-1907-ci illərdə əlifba məsələsi yenidən gündəmə gəldi. Bu-



nunla bağlı Bakıda keçirilən birinci (1906) və ikinci (1907)  müəllim-

lər qurultayı haqqında qısaca danışmaq zəruridir.  

1906-cı  il  may  ayının  21-də  Nəriman  Nərimanov  (1870-1925), 

Həsən bəy Zərdabi (1842-1907), Fərhad Ağazadə (1880-1931) və baş-

qalarının fəal iştirakı ilə bir sıra müəllimlər Bakıda, “Nicat” Cəmiyyə-

tində bir yerə yığışaraq rus-azərbaysan məktəblərindəki vəziyyəti mü-

zakirə edirlər. Ətraflı müzakirələrdən sonra 3 bənddən ibarət aşağıdakı 

qərar qəbul edilir. 



1.  Avqust  ayının  15-də  Bakıda  müsəlman  müəllimlərindən  bir 

iclas  (qurultay)  tərtib  olunsun  və  iclasa  Qafqazın  hər 

yerindən müəllimlər dəvət olunsunlar. 

2.  Müəllimlərə  bu  iclasda  müzakirə  olunacaq  məsələlər  yazılıb 

məlum olunsun. 

3.  Əgər  məclisə  qeyri  yerlərdən  müəllimlər  az  gəlsələr,  Bakı 

müəllimlərinin  iclasını  iclasi-ümumi  hesab  etsinlər  və  onun 

qətnaməsinə  külli  müəllimlər  itaət  etsinlər  (burada  və 

bundan sonrakı bütün sitatlarda orfoqrafiya saxlanılmışdır). 

Bundan sonra qurultaya hazırlıq işlərinin  yüksək səviyyədə apa-

rılması  üçün  Nəriman  Nərimanov  (sədr),  Həsən  bəy  Zərdabi,  Fərhad 

Ağazadə, Əlisgəndər Cəfərzadə və Yusif Əfəndizadədən ibarət xüsusi 

komissiya  təşkil  edilir.  Qurultayda  müzakirə  ediləcək  hər  hansı  bir 

məsələyə  aid  bütün  suallarla  yalnız  3  nəfərə-  Nəriman  Nərimanov, 

Həsən  bəy  Zərdabi  və  Fərhad  Ağazadəyə  müraciət  edilməsi  tövsiyə 

edilirdi. May ayının 21-dən avqust ayının 11-nə qədər 12 iclas keçiri-

lir  və  müzakirələr  nəticəsində  keçiriləcək  müəllimlər  qurultayına  ha-

zırlıq işləri tam başa çatdırılır və qurultay avqustun 15-də başlayır. 



22 

 İsaxan İSaxanlı 

 

 

Birinci  qurultayda,  əsasən,  yeni  tədris  proqramları,  bu  tədris 



proqramlarına uyğun dərsliklərin hazırlanması, tədrisdə «lal metod»un 

ləğv  edilməsi,  yeni  təlim  metodunun  müəyyənləşdirilməsi  yolu  ilə 

məktəblərdə  tədrisin  vəziyyətinin  yaxşılaşdırılması,  müəllimlərin  hü-

quqlarının  qorunması,  Azərbaycan  dili  dərslərinin  həftəlik  saatlarının 

artırılması və bir sıra başqa məsələlər üzrə vacib qərarlar qəbul edilir. 

Fərhad Ağazadə qurultayın katibi olmuşdur. 

İkinci qurultayın bir il sonra keçirilməsi planlaşdırılır və bu döv-

rə qədər Azərbaycan dilində müxtəlif dərs kitablarının yazılması tövsi-

yə edilir.  

İkinci  qurultay  1907-ci  il  avqust  ayının  25-də  başlayır.  Birinci 

qurultayın tövsiyələrinə uyğun olaraq, Fərhad Ağazadə Abdulla Əfən-

dizadə və Süleyman Sani Axundovla birlikdə ərəb əlifbasının ciddi is-

lahı  üzərində  qurulmuş  bir  “əlifba”  kitabının  layihəsini  hazırlamışdı-

lar.  


Qurultayın 28 avqust tarixli iclasında bu “əlifba”nın üstünlüklə-

rini  sübut  etmək  üçün  Fərhad  Ağazadə  ətraflı  çıxış  edir  və  əlifbanın 

tətbiq  edilməsi  məsələsini  qaldırır.  Bu  məsələ  ətrafında  iclasda  möh-

kəm  müzakirələr  və  hətta  mübahisələr  olur.  Sonda  belə  qərara  alınır 

ki,  şərti  olaraq  Fərhad  Ağazadəyə  və  başqa  bir  müəllimə  (təəssüf  ki, 

mənbələrdə bu müəllimin kimliyi haqqında məlumat əldə etmək müm-

kün olmadı) bu əlifbanı tətbiq etməyə müvəqqəti icazə verilsin, müəy-

yən müddətdən sonra bunun məktəblilər tərəfindən necə qavranılması, 

uşaqların hansı zaman  ərzində kitab və  ya qəzet oxumaq səviyyəsinə 

çatması yoxlanılsın və sonra qəti qərar qəbul edilsin. Başqa mənbələr-

də bu məsələnin sonralar necə cərəyan etməsi haqda məlumat tapa bil-

məsək də, Fərhad Ağazadəyə istinad edərək deyə bilərik ki, qurultay-

da qəbul olunan bu qərar elə oradaca unudulmuş və nəticəsiz qalmışdı. 

Fərhad  Ağazadə  yazır:  «Qurultayın  sədarətində  əyləşmiş  şəxslərin 



məharəti  buradadır  ki,  nə  şişi  yandırdılar,  nə  də  kababı,  əlifbamızın 

qüsurlarını inkar etmədilər. Bizə də izn verdilər ki, yeni əlifbamızı təc-

rübədən  keçirək.  Lakin  Maarif  direktoru  bizə  izn  verərdimi  ki,  höku-

mət məktəbində hələ misli görünməmiş, nəticəsi bəlli olmamış bir əlif-

banı təlim edəydik, rəsmi məktəbdə təcrübələr yapaydıq? İştə, qüsur-


Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə