Aзярбайъанда латын ялифбасына кечид



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə15/18
tarix08.07.2018
ölçüsü2,03 Mb.
#54603
1   ...   10   11   12   13   14   15   16   17   18

50 

 İsaxan İSaxanlı 

 

 

təklif  verilməsi  haqqında  RSFSR  Xalq  Maarifi  Komissarlığı 



kollegiyasının 23 may 1928-ci il tarixli qərarı.  

 



1 yanvar 1929-cu ildən etibarən rəsmən latın əlifbasına keçiril-

məsi  haqqında  Azərbaycan  Mərkəzi  İcraiyyə  Komitəsinin  21 

iyul 1928-ci il tarixli qərarı. 

 



latın  əlifbasının  dövlət  əlifbası  elan  olunması  haqqında  Dağıs-

tan Mərkəzi İcraiyyə Komitəsinin qərarı.  

Bu proses getdikcə daha da geniş vüsət alırdı. 

1928-ci il fevralın 20-də, Daşkənt plenumunun nəticələrinə uyğun 

olaraq,  ÜMYTƏK  respublikalardakı  bütün  yerli  təşkilatlarına 

onların  fəaliyyət  prinsiplərini  özündə  əks  etdirən  müraciət 

göndərir.  Müraciətdə  qeyd  edilir  ki,  Yeni  əlifbanın  həyata 

keçirilməsi  üçün  tədbirlər  planı  əsasən  aşağıdakı  2  hissədən 

ibarət olmalıdır. 

1.  ÜMYTƏK-nin  yerli  təşkilatlarının  əsas  vəzifəsi  olan  təbliğat 

işlərinin geniş miqyasda həyata keçirilməsi. 

 



Xüsusi  təşkil  edilmiş  kurslarda  yeni  əlifba  ideyasını  həyata 

keçirəcək təbliğatçıların hazırlanması; 

 

Yeni əlifba ilə savadsızlığın ləğv edilməsi üçün xüsusi kursların 



yaradılması; 

 



Yeni əlifba lehinə və köhnə ərəb əlifbası əleyhinə nəşrlərin hə-

yata keçirilməsi; 

 

Yeni əlifba hərəkatının həyata keçirilməsi üçün könüllü cəmiy-



yətlərin  xidmətindən  istifadə  etmək  və  onların  bu  yolda 

fəaliyyətini istiqamətləndirmək; 

 

Yeni əlifba ilə qəzet və jurnalların dərc olunması. 



2.  Əlifba  islahatının  həyata  keçirilməsində  müxtəlif  dövlət  təşki-

latları ilə birgə işlərin aparılması. 

 

Yeni  əlifba  ilə  dərs  deyəcək  müəllim  kadrlarının  hazırlanması 



və tədris metodikasının öyrədilməsi məqsədilə xüsusi kursların 

təşkilində  Xalq  Maarif  Komissarlığına  (XMK)  köməklik 

göstərmək. 

 



Mövcud mürəttiblərin (yazı makinaçıları) yeni əlifba ilə işləmə-

lərini  təmin  etmək  məqsədilə  yenidənhazırlanma  kurslarının 




Fərhad Ağazadə və latin əlifbasina keçid  

51 


 

 

təşkili,  eləcə  də  yeni  mürəttiblərin  hazırlanması  üçün  xüsusi 



kursların  yaradılması  və  s.  işlərdə  poliqrafiya  təşkilatlarına 

köməklik göstərmək; 

 

Məktəblərin və xüsusi kursların yeni əlifba ilə olan dərsliklərlə 



təmin edilməsi; 

 



Yeni Türk Əlifbasının tətbiqində meydana çıxan elmi problem-

lərin XMK ilə birlikdə həll edilməsi. 

Digər  tərəfdən  ÜMYTƏK-in  yerli  təşkilatları  ictimai  təşkilatlar 

olduğundan  onların  yeni  əlifbanın  həyata  keçirilməsi  ilə  bağlı  qanun 

layihələrinin hazırlanmasında, eləcə də, bu məsələlərlə bağlı hökumə-

tin keçirdiyi bütün tədbirlərdə iştirak etmələrinin vacibliyi vurğulanır-

dı.  

Yeni əlifba hərəkatı uğur qazandıqca, fəaliyyət dairəsi də geniş-



lənir və təbii ki, maliyyə xərcləri də artırdı. Hələlik çox ciddi problem-

lər olmasa da, mərkəzdən ayrılan vəsaitin tədricən azalacağı görünür-

dü.  Bu  hal  ÜMYTƏK-ni  yeni  maliyyə  mənbələri  axtarmağa  məcbur 

edirdi. Bunun üçün vilayətlərdə, quberniyalarda və başqa ərazi vahid-

lərində yerləşən hər cür yerli təşkilatların - dövlət və ictimai (komso-

mol, həmkarlar və. s) təşkilatların yerli əlifba komitələrinin maliyələş-

dirilməsinə  cəlb  olunması  lazım  idi.  Bu  məqsədlə,  1928-ci  il  aprelin 

25-də ÜMYTƏK özünün bütün yerli təşkilatlarına onların maliyyələş-

mə  xüsusiyyətlərini  və  bunun  mümkün  yollarını  özündə  əks  etdirən 

müraciət göndərir. Bu məsələdə yerli əlifba komitələrinin fəallığı yer-

lərdə  ümumi  işin  necə  gedəcəyinə  birbaşa  təsir  göstərən  amil  kimi 

qiymətləndirilirdi. 

 

Yeni əlifba tarixinin yazılması 

  

Daşkənd plenumunda çıxış edənlərdən biri - professor Yakovlev 



artıq  yeni  əlifba  yolunda  görülən  işlərin  sistemləşdirilməsi,  bütün 

mövcud sənədlərin, protokolların toplanması və bu tarixi hərəkat haq-

qında ciddi bir əsərin yazılmasının vacibliyini qeyd etmişdi. Bu məsə-

lə ilə bağlı ÜMYTƏK-nin müraciət etdiyi şəxs məhz Fərhad Ağazadə 

oldu. 1928-ci il martın 26-da ÜMYTƏK Fərhad Ağazadəyə yazılı mü-



52 

 İsaxan İSaxanlı 

 

 

raciət edərək yeni türk əlifbasının tarixi haqqında kitab yazmağı xahiş 



edir. Bununla bağlı Fərhad Ağazadə 2 aprel 1928-ci il tarixli məktubla 

ÜMYTƏK-ə  müraciət  edərək  məsələnin  bir  qədər  konkretləşdirilmə-

sini  (bu  kitabda  əsasən  hansı  məsələnin  üzərində  geniş  dayanılması 

zərurəti,  kitabın  həcmi,  başa  çatdırılması  müddət  və  s.),  eləcə  də 

ÜMYTƏK-də və yerli komitələrdə bununla bağlı olan bütün material-

ların verilməsini xahiş edir. Nəhayət, məktublaşmalar nəticəsində (11, 

24 aprel 1928 tarixli məktublar) Yeni əlifba tarixi haqqında yazılacaq 

kitabda aşağıdakı məqamların nəzərə alınması müəyyənləşdirilir. 

 

Ümumiyyətlə əlifbanın tarixi haqqında qısa məlumat 



 

Ərəb əlifbasının qavranılmasında olan çətinliklər 



 

Yeni əlifba uğrunda  mübarizənin tarixçəsi (M.F.Axundovun 



bu  yolda  fəaliyyəti,  birinci  türkoloji  qurultay,  yeni  əlifba 

yolunda müxtəlif respublikalarda aparılan işlər və s.) 

 

«Ərəbistlər»  və  «latınçılar»ın  mübarizəsi  geniş  miqyasda 



(Azərbaycan, Tatarıstan və s.) 

 



ÜMYTƏK  birinci  və  ikinci  plenumlarının  bu  məsələlərdə 

rolu 


 

Respublikalarda  yeni  əlifbanın  həyata  keçirilməsində  atılan 



addımlar. 

 



Kitabın həcmi, təhvil verilmə tarixi və yazılma dili. 

 Eyni  zamanda,  ÜMYTƏK  Fərhad  Ağazadənin  istədiyi  kimi 

mövcud olan bütün mümkün materiallarla onun vaxtlı-vaxtında təmin 

olunacağını öz üzərinə götürür. 

Beləliklə,  Fərhad  Ağazadə  12  çap  vərəqi  həcmində,  ümumi  qo-

norar 120 rubl, ilk ödəniş 36 rubl (ümumi məbləğin 30%) olmaqla ye-

ni əlifba tarixini rus dilində, 1 oktyabr 1928-ci il tarixə qədər yazmağı 

öhdəsinə götürür. Monoqrafiyanın Bəkir Çobanzadə ilə birlikdə yazıl-

ması  nəzərdə  tutulsa  da,  (ÜMYTƏK-nin  Fərhad  Ağazadəyə  yazdığı 

11 aprel 1928-ci il tarixli məktubda monoqrafiyanın yazılması ilə bağ-

lı  Bəkir  Çobanzadənin  razılığının  olduğu  da  bildirilirdi)  bu  kitab, 

Azərbaycanın  ilk  tarixçi-etnoqraflarından  biri,  ÜMYTƏK-nin  üzvü 

Qəhrəman  Qaraqaşlı  ilə  birlikdə  yazıldı.  Təəssüf  ki,  bu  dəyişikliyin 

səbəbini arxiv materiallarında və başqa mənbələrdə tapa bilmədik. Ki-




Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə