Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə94/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   91   92   93   94   95   96   97   98   99

 
283
Peter. And they can’t prove it! My wife and her uncle 
can never sow it paid. 
Tramp. Certainly (Goodman K.S) 
(“Əlbəttə şəksiz”). 
Boy. Don’t leave until I’ve found out! 
Man. Of course not (Huges G.) 
(“Əlbəttə ki, yox!”). 
Dialoci nitqdə nisbi əlaqələr də öz əksini tapır. Bu, sual-
cavabın (daha doğrusu, cavabın) bir-birinin struktur-
semantik tutumunu təkrar etməsi ilə bağlıdır. 
Miss Hart. Did she break off? 
Lady Wartuzton. Yes, she broke it off (Baring M.) 
(“Bəli, o (qadın) aranı kəsib”) 
Qarşılıqlı nisbətdə olan struktur-semantik əlaqələrdən 
aşağıdakı tipləri qeyd edə bilərik. 
Cavab sualı yarımçıq cümlə şəklində təkrar edir: 
Stella. Are you ready? 
Charles. Ready (Weiting C.) 
(“Hazır[am]”). 
Cavab sualın transformasiyaya uğramış şəkli kimi özünü 
göstərir. 
Axel. You had a son and he dead? 
Serena. I had a son and he died (Coward N.) 
(“Mənim oğlum olub (var idi) və o ölüb”). 
Atmacaların bir qismi əvəzolunmalarla müşayiət olunur. 
Bunlar  “I (don’t) think so” modeli üzrə  tərtib olunur. “So” 
əvəzedici rolu oynayır. 
Paul. Is the weather going to be fine? 
Stella. I think so (Whiting S.) 
(“Mən belə düşünürəm(Mən də bu fikirdəyəm)”). 
Bu qəbildən olan cavab atmacalarının bir qismi “(Yes). I 
do” “(No) I don’t” modeli üzrə yaranır. 
Rath. You mean he ought to go away? 
Dr.Bradman. I do (Coward R.) 
(“Elədir ki, var”). 
Cavab atmacaların bir qismində  həm təkrar, həm də 
əvəzetmələrdən istifadə olunur. Məsələn: 
Rupert. Oh you really love me, dearest? 
Cessie. Do, dearest, I do (Tarnington B). 


 
284
(“Ah, əzizim, elədir ki, var”). 
Qeyd: Bu və bundan qabaqkı cümlələrdə biz ingilis 
dilində  I do ifadəsini azərbaycanca “elədir ki, var” şəklində 
verdik. Həmin ifadə üsulları tamamilə bir-birinə müvafiq 
gəlir. Ancaq unutmamalıyıq ki, do feldir, var sözü isə 
predikativ olsa da, fel deyil. 
Felicity. I wonder if we ought to send for Patridge! 
Cristwell. I think not, my lady (Coward R.) 
(“Mən (belə) düşünmürəm, mənim gözəlim”). 
Sual-cavabın qarşılıqlı nisbətindən danışarkən bunu qeyd 
etmək lazımdır ki, cavab-atmaca sualın bütün məzmun və 
strukturuna da aid ola bilir. Həmin qarşılıqlı nisbət  yes, no, 
sure, of course, certainly, no doubt kimi  modal söz və 
ifadələri,  brash, alas, fie, nonsense kimi nida söz-cümlələri 
vasitəsilə ifadə edilir. Məsələn: 
- You want to hear all of it?.. 
- Sure. (Brown C.). 
(“Doğrudur”, “Əlbəttə”). 
Maury. You’re serious, aren’t you? 
Sharon. Yes! Yes! (Levin M.) 
(“Bəli! Bəli!”) 
Vladimir. You didn’t notice anything out of the ordinary?  
Estragon. Alas! (Becket S.) 
(“Heyhat! ”) 
Nina. You do love me, don’t you? 
Ordon. Of course. (O’Neill En.)  
(“Təbii”). 
Əlavələrin bir qismi sualda çatışmayanı, yaxud ona 
ehtiyac duyulmayanı tamamlamaq, doldurmaq məqsədi 
güdür. Bunun aşağıdakı tiplərini qeyd edə bilərik. 
a) Yarımçıq cümlə şəklində olan tamamlayıcı. 
Miss Brown. You’re a teacher too, aren’t you? 
Mr. Ferrel. Of the dance. (Frings U.). 
(“Rəqs [müəllimiyəm] ”). 
Sualda, gördüyümüz kimi, ümumi şəkildə adresantın 
müəllim olub-olmaması barəsində soruşulur. Adresat həmin 
suala konkret şəkildə cavab verir, özü də müəllim sözünu 
təkrar işlətmədən. 


 
285
b) Cavab atmacasında  əvəzetmə  və doldurma bir 
yerdə çıxış edə bilir: 
Bully. You will come to me? Won’t you? 
Cean. I will tomorrow (Osborn S.). 
(“Mən sabah [gələ]cəyəm”). 
c) Təkrar və doldurma da bir yerdə çıxış edə bilir: 
Lanus. And you believed him? 
Ludy. I believed him at the time (Taylor P.). 
(“Mən ona vaxtında (bir vaxt) inanmışam”). 
Doctor. Don’t you want to sit down now? 
Venable. Yes, indeed I do before. I fall down (Williams 
C.). 
ç) Əvəzetmə cümlə üzvləri arasında da işlənə bilir: 
Simon. Mother, do you think I was sometime, a bit harsh?  
Morland. I think you sometimes were, my son (Barry 
C.M.). 
Pat. Did old Benthan know? 
Cimmi. Know? He knew before (King). 
Beləliklə, biz görürük ki, dialoci nitq modallıq 
kateqoriyasının ifadə üsullarının zənginliyi baxımından çox 
lazımlı material verir.  
 


 
286
N Ə T İ C Ə 
 
Azərbaycan və ingilis dillərinin materialları  əsasında 
modallıq kateqoriyasının struktur-semantik təhlili aşağıdakı 
nəticələri çıxarmağa əsaslar verir: 
1. Modallıq fəlsəfi-məntiqi və linqvistik kateqoriya olmaqla 
ünsiyyət prosesinin iştirakçısının, yəni danışanın özünün 
ifadə etdiyi fikrinin məzmununa və gerçəkliyə münasibətini 
əks etdirir. Məhz belə ikili münasibət tipindən asılı olaraq 
modallıq kateqoriyasını obyektiv və subyektiv modallıq 
olaraq iki növə ayırırlar. Bu baxımdan modallıq kateqoriyası 
obyektiv və subyektiv münasibətin insan təfəkküründə əksini 
tapmış dialektik vəhdətindən ibarətdir. Modallığın iki aspekti
yəni obyektiv və subyektiv modallıq bir-birini tamamlayaraq 
bütövlükdə ümumi modallıq məzmununu yaradır.  
2. Modallıq kateqoriyası dilin kommunikativ vəzifəsi ilə 
bağlı olan kateqoriyadır. O, cümlə, mətnin köməyi ilə 
ünsiyyətin təmin olunmasının ilkin şərti və son məhsuludur. 
Modallıq kateqoriyası nitq subyektinin (danışanın, yazanın) 
kommunikativ niyyəti ilə bağlıdır. Belə ki, danışan, yazan 
müəyyən ünsiyyətə qoşulmaq, yaxud onun baş verməsinə 
səbəb olmaq istərkən ümumi nitq strategiyasından çıxış 
edir. O, kimə müraciət etdiyini, nədən bəhs edəcəyini və bu 
münasibətlə hansı vasitələrdən istifadə edəcəyini ümumi 
şəkildə  təsəvvür edir. Nitq subyekti konkret şəraitdə 
müəyyən məlumatı adresata çatdırmaq, onda həmin 
məlumata arzuolunan münasibət yaratmaq məqsədi güdür. 
Həm ingilis dilinin, həm də Azərbaycan dilinin materialları bu 
mülahizənin haqlı olduğunu təsdiq edir. 
3. Modallıq kateqoriyası üç cür münasibət ifadə edir: 
obyektiv gerçəkliyin əşya və hadisələrinin münasibəti, eləcə 
də onlarla onlara xas olan əlamət və keyfiyyətlərin 
münasibəti; danışanın ifadə edilən mülahizəyə (fikrə) 
münasibəti; ifadə olunan mülahizənin hadisələrin təbii 
gedişinə münasibəti. Aralarındakı genetik və tipoloci fərqlərə 
baxmayaraq, Azərbaycan və ingilis dillərinin materialları bu 
üç münasibəti ehtiva edir və onun hüdudlarından kənara 
çıxmır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə