Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə95/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   91   92   93   94   95   96   97   98   99

 
287
4. Modallıq kateqoriyası dilin praqmatik aspekti ilə 
qırılmaz surətdə bağlıdır. Həmin zəmində dilin məqsədə (və 
intonasiyaya) görə növləri meydana gəlmiş  və gündəlik 
ünsiyyətdə müvəffəqiyyətlə fəaliyyət göstərir. Bunlar, məlum 
olduğu kimi, aşağıdakılardır: nəqli cümlə, sual cümləsi, əmr 
cümləsi və nida cümləsi. Həmin cümlə tiplərinə modallığın 
xüsusi tipləri müvafiq gəlir: nəqletmə (təhkiyə) modallığı 
(yaxud: təsdiq modallığı), sual modallığı,  əmr (təhriketmə) 
modallığı və emosional – ekspressiv münasibət modallığı. 
Qeyd edilən cümlə tipləri və müvafiq modal mənalar dilin 
adlandırma və ifadəetmə (kommunikativlik) imkanlarından 
özünəməxsus  şəkildə istifadə edirlər.  Əlavə etmək lazımdır 
ki, hər iki istiqamətdə bunların imkanları qeyri – məhduddur. 
5. Dilin praqmatik aspekti onun leksikasına, morfoloci 
sisteminə  və sintaktik quruluşuna müəyyən bucaq altında 
baxmağa imkan verir. Dilin lüğət tərkibindəki leksik inventar 
içərisində elə sözlər vardır ki, onların əsas vəzifəsi müəyyən 
münasibət bildirməkdir. Bura ilk növbədə modal sözlər və 
modal fellər aiddir. 
Modallıq kateqoriyasının mühüm ifadə vasitələrindən 
birini modal sözlər təşkil edir. Bunlar danışanın öz nitqində 
ifadə edilən fikrə münasibətini obyektiv gerçəkliyə nisbət, 
ağıl və düşüncə qaydalarına müvafiqlik, emosional 
qiymətvermə, insan həyatı  və taleyində oynadığı rola görə 
ifadəsinə xidmət edən sözlərdir. Təsadüfi deyil ki, 
Azərbaycan və ingilis dillərində modal sözlər sahəsində 
birbaşa təmas nöqtələri olmasa da, həmin dillərin modal 
sözlərinin əsas sinifləri bir-birinə uyğun gəlir.  
Modal sözlər sadə  və mürəkkəb cümlələrdə, dialoci 
nitqdə, nitq parçaları  və nitq situasiyaları ilə  sıx  əlaqədə 
istifadə olunur. Onlar cümlənin müxtəlif yerlərində  gələrək, 
olduqca rəngarəng cümləyaratma imkanları, qabiliyyəti 
nümayiş etdirir. Azərbaycan və ingilis dillərinin cümlə 
modellərini nəzərdən keçirdikdə görmək olur ki, onlar 
arasında həmin sahədə ümumi, oxşar cəhətlər çox olduğu 
kimi, fərqli cəhətlər də az deyil. Məsələn, bir çox modal 
sözlər ingilis dilində cümlənin ortasında və axırında gəldiyi 
halda, Azərbaycan dilində onların normal işlənmə mövqeyi 
cümlənin  əvvəlindədir. Modal sözlərin seçilib-işlədilməsi 


 
288
şifahi nitqdə danışanın, yazılı nitqdə isə yazanın, müəllifin 
linqvistik məqsəd və niyyətindən asılıdır. Məsələn, 
Azərbaycan və ingilis dillərinə məxsus olan dil materiallarını 
müqayisə edərək görürük ki, eyni modal məna müxtəlif 
şəkillərdə, iki cür, üç cür ifadə edilir.Modal münasibət başqa 
yollarla, üsullarla ifadə olunsa da, modal sözlər həmin 
münasibətlərə daha çox konkretlik, əyanilik verir. Hər iki dilin 
materialları bu fikri təsdiq edir. 
Bundan başqa, dildə kommunikasiyasının fəal üzvü olan 
danışanın nitq aktına münasibətini bildirən fellər və 
səciyyələndirici sözlər vardır ki, bunlar cümlənin, mətnin 
tərtibində mühüm rol oynayırlar:  demək, soruşmaq,  əmr 
etmək, məsləhət görmək, tövsiyə etmək və s. 
Dildə substansiya və  əlamət bildirən sözlər vardır ki, 
bunlarda predikativlik münasibəti modallıq münasibəti ilə üst 
– üstə düşür. Məsələn: Kağız ağdır.  The paper is white. 
Həmin cümlələr dil tipi ilə bağlı olan xüsusiyyyətlərinə görə 
bir – birindən fərqlənsələr də, ağlıq əlamətinin kağıza isnad 
verilməsi mənasında onlar arasında elə bir mühüm fərq 
yoxdur. 
6. Modal mənanın birbaşa və dolayısı ilə olan ifadə 
vasitələri vardır. Birincilər sırasına modal sözlər, modal 
fellər, felin müəyyən  şəkilləri aiddir. İkincilər sırasına birinci 
funksiyası başqa kateqoriyanın ifadəsi ilə bağlı olub, 
modallığı ikinci funksiya kimi ifadə edən vasitələr aiddir. 
Bundan başqa, modallıq kateqoriyasını müşayiət edən 
ifadələr də vardır ki, onlar bilavasitə olaraq modal mənanı 
əks etdirməyib, həmin mənanın gerçəkləşdiyi  şəraiti, 
doğurduğu əhvali – ruhiyyəni, əks – sədanı verirlər. 
7. Modallıq kateqoriyası ümumi linqvistik kateqori-
yalardan olsa da, onun bu və ya başqa dildəki ifadəsi heç 
də eyni, bir tipli olmaya bilir. Məsələn, ingilis dilində modal 
fellər, felin mümkünat şəkli, felin sual şəkli kimi vasitələr 
vardır ki, Azərbaycan dilində bunların birinci funksiyada 
ifadə vasitələri yoxdur. Ancaq bu o demək deyildir ki, 
Azərbaycan dilində  həmin modal mənaları ifadə etmək 
mümkün deyildir. Azərbaycan dilində müvafiq vasitələrdən 
sual intonasiyası, felin arzu, lazım, vacib şəkilləri, “keçmişdə 
gələcək” formalarının adını çəkə bilərik. 


 
289
8. Ümumi dilçilik nəzəriyyəsindən hər bir dil mənasının 
çoxifadəliliyi və  hər bir dil formasının çoxmənalılığı faktı 
yaxşı  məlumdur. Bu müddəa modallıq kateqoriyası ilə 
əlaqədar olaraq da öz qüvvəsini saxlayır: belə ki, eyni bir 
modal məna bir çox paralel vasitələrlə ifadə edilə bildiyi 
kimi, eyni bir modallıq vasitəsi də bir çox mənalarda işlənə 
bilir. Məsələn, yaxşı  məlumdur ki, əmr modallığı ilə bağlı 
olan  əmr cümlələri, felin əmr şəkli təkcə əmr məzmununun 
ifadəsi ilə  məhdudlaşmayıb, arzu, xahiş, məsləhət, öyüd – 
nəsihət mənalarının da ifadəsinə xidmət edir. İngilis dilində 
shall/will köməkçi fellərinin  əsas vəzifəsi gələcəyə aid olan 
hərəkəti bildirməkdir. Həmin mənanın zəminində güman 
modal mənası yaranmışdır. Belə  də olur ki, təzə meydana 
çıxmış modal məna ilkin mənanı  sıxışdırıb aradan çıxarır. 
Məsələn, Onu allah vurmuşdu. sintaktik konstruksiyasını 
götürək. Onun işləndiyi konteksdə allahın kimi isə harada və 
nə zaman vurması kimi məsələlərlə maraqlanmaq lüzumsuz 
bir məşğuliyyət olardı. Həmin ifadənin aktual mənası kimə 
isə ikrah, nifrət hissinin ifadə olunması ilə  əlaqədardır. Bu 
sintaktik konstruksiyasının mənası yalnız həmin modal 
mənanın ifadəsi ilə məhdudlaşır. 
9. Modallıq kateqoriyası yalnız modal sözlər, modal fellər, 
felin bəzi şəkilləri, mülahizəni gerçəklik–yalanlıq baxımından 
qiymətləndirən sintaktik konstruksiyalar, danışanın 
emosional münasibətini bildirən vasitələrlə  məhdudlaşmır. 
Modallıq kateqoriyası modal məna və qiymətləndirici 
münasibət bildrən hər bir dil vahidinə xasdır. 
Modallıq kateqoriyasının  əsas fəaliyyət sahəsi cümlədir. 
Amma bununla yanaşı, modal məna cümlələrarası sahədə, 
mətndə də özünü büruzə verir. 
Bundan başqa, modallıq kateqoriyası  təkcə monoloci 
nitqdə yox, həm də dialoci nitqdə özünü göstərir. Burada 
təkcə danışanın deyil, dinləyənin, haqqında söhbət edənin 
də söylədiyi mülahizəyə qiymətverici münasibət öz əksini 
tapmış olur. 
Modal mənalar həm bir-birilə, həm də başqa dil mənaları 
ilə korrelyasiya münasibətində olur. Amma cümlədə  və 
mətndə modallıq vasitələrinin xətti münasibətdə  çıxış 
etdiyini görürük. Onlar nitqin, nitq parçasının ümumi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə