Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə92/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   88   89   90   91   92   93   94   95   ...   99

 
277
olmazdı. Və,  əlbəttə, o, təkid edərdi ki, mən özüm 
bazarlıq eləyim”. 
6.  Şərt modallığı artıq ifadə olunmuş  mətləbə atmaca 
(replika) şəklində də işlənə bilir. Məsələn: 
Flatt. You’d swear to that in a court of law! 
Maclaehlan.  İf necessary (Bridie C.) “Siz divanxanada 
(məhkəmədə) buna and içə bilərdiniz? Zəruridirsə; zərurət 
olsa”. 
Either you eat your dinner, or I’ll spank you, if you don’t! 
“Ya sən yeməyini yeyirsən, ya da mən səni 
şapalaqlayacağam – yeməsən!” 
 
3.6. “Gələcək zaman” modallığı. 
İngilis dilində  gələcək zamanın modal xarakteri güclü 
təzahür edir. Keçmiş zaman fel formalarından da xüsusi 
modal mənalar inkişaf etmişdir. 
N.A.Slüsareva göstərir ki, shall/will modal fellərinin, daha 
dəqiq deyilsə, onların müştərək  ‘ll variantı  və  should/would 
keçmiş zaman forması şərtilik, irəlicədən gümanetmə, faktik 
qeyri – reallıq kimi düşünülən modal mənalar sayəsində 
ingilis dilində  gələcək zaman formalarının modal xarakteri 
ön plana keçir [146, s.71].  
Güman modal mənası mülahizənin məzmununun 
gerçəkliyə müvafiqliyi ehtimalı  dərəcəsi  will felinin infinitivlə 
calaşması yolu ilə  də ifadə oluna bilir. Bu felin ifadə etdiyi 
modal mənanın  must,  can, may, should  və  ought fellərinin 
ifadə etdiyi modal mənalarla müqayisəsindən aydın olur ki, 
həmin fellərin bildirdiyi güman mənalarından ötrü onların 
leksik mənaları istinad rolu oynayırsa,  will felinin infinitivlə 
birlikdə bildirdiyi güman mənasını onun leksik mənasından 
(buyruq, arzu, izharetmə) çıxarmaq mümkün deyildir. Bu isə 
o deməkdir kiwill felinin infinitivlə calaşmasının ifadə etdiyi 
güman mənası  gələcək zaman forması  zəminində inkişaf 
edir [146, s.101]. 
N.A.Slüsareva qeyd edir ki, ingilis dilində güman mənası 
bir neçə zaman forması ilə verilə bilər.  Will felinin qeyri – 
perfekt infinitivlə calaşması o deməkdir ki, nəzərdə tutulan 
hərəkət gələcək zamana yox, indiki zamana aiddir. 
Məsələn: 


 
278
Let me introduce Mrs. Honeychorc, whose sister you 
will remember at Florence  “İcazə verin xanım Honeyçörçü 
sizə təqdim edim; onun bacısını siz, yəqin ki, Florensiyadan 
tanıyırsınız (xatırlayırsınız)”. 
Will felinin perfekt infinitivlə calaşması qabaqca baş 
vermiş  hərəkət barəsində hal – hazırda bildirilmiş güman 
deməkdir. 
I know his father Professor Harold S. Pyle. You’ll have 
heard of him? “Mən onun atası professor Harold S. Pileni 
tanıyıram – Siz, yəqin onun barəsində  eşitmisiniz (eşitmiş 
olarsınız)”. 
Biz bu tədqiqatın gələcək zaman fel formalarına həsr 
olunmuş bəhsində müvafiq modal mənalardan kifayət qədər 
bəhs etmişik. Orada deyilənləri bir də burada təkrar etməyə 
lüzum görmürük. Bununla belə, qeyd etmək lazımdır ki, 
gələcək zamanı ifadə edən vasitələr (“adi gələcək” və 
“keçmişdə  gələcək”) həm ingilis, həm də Azərbaycan 
dillərində kifayət qədərdir. 
“Gələcək zaman” modal mənası  təkcə fel formaları ilə 
ifadə olunmur. N.A.Slüsarevanın göstərdiyi kimi, modal 
məna yalnız morfoloci sahədə (dairədə) deyil, həmçinin 
leksik, sintaktik konstruksiyaların spesifikasında 
toplanmışdır. Modal məna bütün leksik – sintaktik 
strukturunda səpələnmişdir, bəzi hallarda isə onun 
hüdudlarından kənara adlayıb, mətn kateqoriyası kimi 
qarşıya çıxır [146, s.75]. 
“Gələcək zaman” modallığının ifadə olunmasında zaman, 
tərzi – hərəkət zərfləri və modal sözlər də  iştirak edir. 
Məsələn: 
Cohn will see a revived Boston “Con yenidən dirçəlmiş 
Bostonu görəcək”. 
I’ll either be with Arlene or with Suzi “Bu axşam mən ya 
Arlenlə, ya da Suzi ilə olacağam”. 
An idiot will always remain an idiot “Heyvərə  həmişə 
heyvərə olaraq qalacaq”. 
I think I’ll cust go to the ladies room. I expect I’ll be all 
right “Deyirəm, bəlkə, ayaqyoluna gedim. Məncə, orada 
keçib – gedər” (AHA, a, 216). (“Belə bilirəm (düşünürəm) ki, 


 
279
düz ledinin otağına gedim (getməliyəm). Ümidvaram ki, 
yaxşı olaram”). 
Well, I suppose in the end I’ll do what’s sensible. I’ll have 
an abortion. I cust have to think it through, talk it out, first 
(AHA, 222) “Yaxşı, deyəsən, əvvəl – axır bu ağlabatan yolu 
tutacağam. Abort elətdirəcəyəm. Amma əvvəlcə  hər  şeyi 
götür – qoy eləyib, bəzi məsələləri aydınlaşdırmalıyam” 
(AHA. a, 205). (Yaxşı, mən belə zənn edirəm (düşünürəm) 
ki, axırda mən ağlabatan nədirsə, onu eləyəcəm. Mən abort 
elətdirməliyəm. Artıq bu barədə düşünüb – daşınmışam”). 
 
3.7. Dialoci nitqdə modallıq. 
Məlumdur ki, ünsiyyət iki tərəf arasında baş verir. Həmin 
tərəflər bir şəxslə də, bir neçə şəxslə də təmsil oluna bilər. 
Bundan başqa, həmin tərəf “danışan” - “dinləyən” və 
“danışan” - “danışan” olmaq üzrə də formalaşa bilər. Üstəlik, 
monoloci nitqdə dialoci mətnin ünsürləri də öz əksini tapa 
bilər. Yəni, bir şəxs təkcə özünün bildiyi şeydən yox, 
birisindən eşidib-oxuduğu  şeylərdən də danışıb, onlara 
özünün və başqalarının münasibətini söyləyə bilər. Bu, 
modallığın müxtəlif təzahürlərinə geniş meydan açan bir 
sahədir. Biz burada dialoci nitqlə bağlı olaraq modallığın 
təzahür formaları  məsələsini nəzərdən keçirəcəyik. Qeyd 
etməyi lazım bilirik ki, bizim materiallarımız yalnız iki konkret 
tərəf arasında baş verən nitq aktı nümunələri ilə 
məhdudlaşır. 
Müsahiblər arasında nitq ünsiyyətinin formaları çox 
müxtəlif ola bilər. Tərəflərdən biri o birinin rəyi ilə tam 
razılaşa, qismən razılaşa bilər; o onun rəyinə  bəzi  əlavələr 
edə bilər, hətta onun dediyini rədd edə, təklifini yerinə 
yetirməkdən boyun qaçıra bilər. Bunun olduqca müxtəlif 
nümunələrini  şifahi danışıqda, bədii  əsərlərdə, xüsusən də 
dram əsərlərində müşahidə etmək olur. 
İndi isə konkret nümunələrə müraciət edək. Danışan 
(tərəflərdən biri) müsahibinin fikrini qismən qəbul edir və 
müvafiq dil vasitələrindən istifadə etməklə bunu bildirir. 
Müvafiq mətnlərin azərbaycanca ifadəsində biz əsasən 
həmin ikinci tərəfin ifadə etdiyi modal mənalara fikir 
verəcəyik. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə