Aid olan kitabxanaları vahid strukturda özünd



Yüklə 464,98 Kb.
səhifə1/3
tarix14.01.2018
ölçüsü464,98 Kb.
#20604
  1   2   3

«Eyni sistemə aid olan kitabxanaları vahid strukturda özündə könüllü birləşdirən şəhər (rayon) Mərkəzləşdirilmiş Kitabxana Sistemi (bundan sonra - MKS) dövlət mədəniyyət sisteminə və dövlətin mülkiyyətinə daxil olan mədəniyyət təsisatıdır. MKS öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Mədəniyyət haqqında” və “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının qanunlarını, digər qanunvericilik aktları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnaməni, Nazirliyin əmr, sərəncam və Kollegiya qərarlarını, şəhər (rayon) İcra Hakimiyyətinin əmr və sərəncamlarını, habelə bu Əsasnaməni rəhbər tutur. 1.3. MKS Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir və müstəqil balansda olan büdcə təşkilatıdır. O, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, yerli xəzinədarlıq orqanlarında hesablarına, üzərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, şəhər (rayon) Mədəniyyət və Turizm İdarəsinin (Şöbəsinin) və öz adı həkk olunmuş möhürə, müxtəlif ştamplara və blanka malikdir. 1.4. MKS hüquqi şəxsdir. O, öz öhdəliklərinə görə sərəncamında olan pul vəsaitlərinə cavabdehdir. MKS öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, öhdəliklər daşımaq, məhkəmədə iddiaçı və cavabdeh olmaq hüququna malikdir. 1.5. MKS-in tərkibinə aşağıdakı struktur bölmələr daxildir: - şəhər (rayon) Mərkəzi kitabxanası; - şəhər (rayon) Uşaq kitabxanası; - şəhər kitabxana filialları; - qəsəbə kitabxana filialları; - kənd kitabxana filialları. 1.6. MKS təşkilati-hüquqi və mülkiyyət formalarından asılı olmayaraq hüquqi şəxslərin, habelə təhsil səviyyəsi, ixtisas, dinə münasibətdə məhdudiyyətlər qoyulmadan vətəndaşların, habelə bütün əhalinin onun fondundan və xidmətlərindən istifadə etmələrinə imkan verir. 1.7. MKS-in fondlarından istifadə qaydası, istifadəçilərlə münasibətlərin hüquqi forması «Kitabxana işi haqqında» Azərbaycan Respublikası Qanununa, bu Əsasnaməyə, MKS-in Nizamnaməsinə və MKS-in direktoru tərəfindən «Kitabxanadan istifadə qaydaları»na müvafiq olaraq müəyyən edilir. 1.8. Şəhər (rayon) MKS-i haqqında Əsasnamə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilir. MKS-in fəaliyyətinin predmeti, məzmunu və məqsədi . MKS-in fəaliyyətinin predmeti informasiya, elm, mədəni-maarif və təhsil işidir. Bu işə ilk növbədə fondların formalaşdırılması, elmi cəhətdən işlənməsi və mühafizəsi, kitabxanalardan istifadə edənlərə kitabxana, informasiya və sorğu-biblioqrafiya xidmətlərinin göstərilməsi, kitabxanalararası və beynəlxalq abonementin təşkili, kitabxanaların elmi və metodik təminatı daxildir. MKS özünün əsas fəaliyyətinə və onun məqsədlərinə müvafiq olaraq: - fondların komplektləşdirilməsini, sistemləşdirilməsini, elmi və texniki cəhətdən işlənməsini, qorunub saxlanmasını, fondlardan sorğu tam istifadə edilməsini həyata keçirir; - kitabxanadan istifadə edənlərə kitabxana, informasiya, biblioqrafiya xidmətləri sistemini təşkil edir; - fonduna daxil olan kitablardan, digər mətbuat nümunələrindən, səs yazılarından, habelə müxtəlif informasiya daşıyıcılarından əhalinin kütləvi istifadəsini təşkil edir; - informasiya və sorğu-biblioqrafiya işləri aparır, ənənəvi, habelə elektron kataloq və kartotekaları, habelə informasiyanın əks etdirilməsi, axtarışı və istifadəsi üçün elektron vasitələri əhatə edən informasiya-axtarış sistemini yaradır və onu daim təkmilləşdirir; - biblioqrafik göstəriciləri və informasiya nəşrlərini həm müstəqil şəkildə, həm də başqa müəssisələrlə birlikdə hazırlayır və nəşr edir; - öz səlahiyyətləri həddində əhaliyə və kitabxanalara metodik məsləhətlər verir və s. köməklik göstərir; - ölkədaxili və xarici ölkələrdəki kitabxanalarla əlaqələr yaradır. MKS-in əsas məqsədləri aşağıdakılardır: - vətəndaşların və bütün əhalinin informasiyadan və sənədlərdən sərbəst istifadə etmək imkanını, onların bəşər fəaliyyətinin bütün sahələrində milli və dünya mədəniyyətinin nailiyyətləri ilə tanış olmasını təmin etmək; - əhatə etdiyi şəhərin (rayonun) ərazisindəki bütün yaşayış məntəqələrində əhalinin bütün təbəqələrinə kitabxana və informasiya xidmətini həyata keçirmək; - ümumi əlyetərlik prinsipi əsasında cəmiyyətin informasiyaya olan tələbatını təmin etmək, informasiyadan sistemli ictimai istifadəni təşkil etmək, bununla da şəxsiyyətin peşə, təhsil və ümumi mədəni inkişaf səviyyəsinin artırılmasına kömək göstərmək; - əhaliyə kitabxana xidmətinin təşkilində kitabxana sahəsinin bütün mütərəqqi formalardan istifadə etmək; - sistemdaxili kitab mübadiləsindən və Kitabxanalararası Abonementdən istifadə etməklə bütün şəhər (rayon) əhalisinin informasiyadan istifadəsini təmin etmək; - MKS-in kitab fonduna daxil olan yeni ədəbiyyat haqqında oxuculara mütəmadi şəkildə informasiya verilməsini təşkil etmək; - oxucu sorğularını nəzərə almaqla MKS-in kitab fondunun komplektləşdirilməsini, daxil olan ədəbiyyatın kitabxana qaydası ilə işlənməsini və onların kitabxana filialları arasında bölüşdürülməsini təşkil etmək; - MKS-ə daxil olan kitabxana filiallarına təşkilati, metodik və biblioqrafik köməkliyin göstərilməsini təmin etmək; - stasionar kitabxanası olmayan yaşayış məntəqələrində, idarə, müəssisə və təşkilatlarda səyyar kitabxana xidmətini təşkil etmək; - müəyyən olunmuş qaydada MKS-in vahid kitab fondunun, oxucularının və kitab verilişinin uçotunu və hesabatını təşkil etmək; - “İnternet” sistemi vasitəsilə respublika və xarici ölkələrin kitabxanaları arasında məlumat-biblioqrafiya və kitabxana işini əlaqələndirmək; - müasir cəmiyyətin bütün sahələrində cərəyan edən proseslər barədə informasiya əldə etmək; - maraqlar üzrə formalaşmış qruplarda asudə vaxtın keçirilməsini və ünsiyyəti təşkil etmək; - oxucu sorğularını daha dolğun ödəmək üçün elektron informasiya mənbələrindən geniş şəkildə istifadə etmək; - şəhər (rayon) uşaq kitabxanası, kitabxana filiallarının uşaq bölmələri tərəfindən uşaq və yeniyetmələrin informasiya və ümumi mədəni tələbatının ödənilməsinə, böyüməkdə olan nəslin müstəqil təhsil almasına və özünütərbiyəyə, qiraət və kitabxana fondlarından istifadə mədəniyyətinin tərbiyə edilməsinə şərait yaratmaq; - ənənəvi və qeyri-ənənəvi informasiya daşıyıcılarındakı sənəd-informasiya resurslarının və mədəni dəyərlərinin toplanması, qorunub saxlanması və yayılmasını təmin etmək. 2.4. MKS özünün əsas fəaliyyəti ilə yanaşı Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan başqa fəaliyyəti də həyata keçirə bilər. MKS-in hüquq və vəzifələri. 3.1. MKS aşağıdakı hüquqlara malikdir: - Əsasnamədə göstərilmiş məqsəd və vəzifələrə müvafiq olaraq öz fəaliyyətinin məzmununu və konkret formalarını müstəqil müəyyən etmək; - «Kitabxana işi haqqında» Qanuna müvafiq olaraq fondların komplektləşdirilmə mənbələrini müstəqil müəyyən etmək; - MKS-in fondunu oxucuların tələbatına uyğun yeni nəşrlərlə komplektləşdirmək, beynəlxalq və respublikadaxili kitab mübadiləsini həyata keçirmək məqsədi ilə mübadilə fondu üçün kitab almaq; - MKS-in strukturu, ştatları, əməyin ödənilməsi forması, sistemi və məbləğləri, habelə mövcud vəsaitlər həddində əməkdaşların sosial təminatı il
Yüklə 464,98 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə