Azərbaycanda



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə11/43
tarix14.04.2018
ölçüsü1,01 Mb.
#38315
növüXülasə
1   ...   7   8   9   10   11   12   13   14   ...   43

“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

23

İş üzrə qısa arayış:

Cənab Məmmədov Salyanda fəaliyyət göstərənDemokratiyaya yardım”

İctimai  Birliyinin  rəhbəridir.  Təşkilat  2007‐ci  ildə  Ədliyyə  Nazirliyində  qeydiyyatdan  keçib  və

insan  hüquqlarının  müdafiəsi  ilə  məşğuldur.  Cənab  Məmmədov  həmçinin  Vətəndaş  Nəzarəti

Şəbəkəsinin Salyan rayon üzrə əlaqələndiricisidir.

Cənab  Məmmədov  Azərbaycan  regionlarında  fəal  olan  vətəndaş  cəmiyyəti  nümayəndələrindən

biridir.  O,  Salyan  və  ətraf  rayonlarda  olan  korrupsiya  hallarının,  konkret  olaraq  rayon  icra

hakimiyyətləri  və  digər  icra  strukturları  tərəfindən  elan  edilmiş  tenderlərdəki  qeyri‐şəffaflığın

ictimailəşdirilməsi ilə tanınmışdır. Məhz bu fəaliyyətinə görə cənab Məmmədov dəfələrlə Salyan

Rayon  İcra  hakimiyyətini  başçısı  Tahir  Kərimov  və  rayondakı  digər  məmurlar  tərəfindən

təzyiqlərə  məruz  qaldığını,  polisə  çağırılaraq  onunla  profilaktik  söhbətlər  aparıldığını

ictimaiyyətə açıqlamışdı.

Cənab Məmmədov  Salyanda  baş  verən  qanunsuz  hallarla  bağlı  2013‐cü  ilin  dekabr  və  2014‐cü

ilin  fevral  aylarında  prezident  İlham  Əliyevə  və  Prezident  Administrasiyasının  rəhbəri  Ramiz

Mehdiyevə yazılı şəkildə müraciət ünvanlamışdır.

Cənab Məmmədov faktiki fəaliyyətlərini tənqid etdiyi şəxslərin – Salyan rayon maliyyə şöbəsinin

müdiri  Mahir  Kərimovun  və  Salyan  rayon  Telekommunikasiya  Qovşağının  müdiri  Faiq

Nəcəfovun  şikayətləri  əsasında  həbs  edilib.  Cənab  Məmmədovun  özünün  həbsindən  əvvəl

“Demokratiyaya  yardım”  İB‐nin  əməkdaşı  Tofiq  Qasımov  həbs  edilib.  Belə  ki,  Tofiq  Qasımov

2014‐cü il aprelin 4‐də xırda xuliqanlıq ittihamı ilə 10 sutka inzibati qaydada həbs edilib, aprelin

14‐də isə ona qarşı Cinayət Məcəlləsinin 182.2.2‐ci maddəsi üzrə cinayət işi açılıb və barəsində 3

ay  müddətinə  həbs  qətimkan  tədbiri  seçilib.  Cənab  Məmmədov  əməkdaşı  olmuş  Tofiq

m

it



Qasımovdan  polisdə onun  əleyhinə  ifadənin  alınmasına  cəhdlərin  olduğunu  ətbuat  vas əsilə

yerli ictimaiyyətin diqqətinə çatdırmışdır.

Cənab  Məmmədov  saxlanılan  zaman  yaxınları  ilə  əlaqə  saxlamağa  və  görüşməyə  icazə

erilməyib. Saxlanılarkən cənab Məmmədov dövlət tərəfindən təyin edilən vəkildən imtina etsə

ə onun dərhal müstəqil vəkillə təmin olunmasına şərait yaradılmayıb.

v

d



18.

 

Məmmədov Qurban Cəlal oğlu

Saxlanma

3‐cü il


tarixi:

5 iyun 201



İttiham:

CM‐nin


263.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı

qaydalarını  pozma) və  299.1  (şahidin,  zərərçəkmiş  şəxsin  yalan  ifadə

verməsi məqsədi ilə və ya ekspertin yalan rəy və ya yalan ifadə verməsi

məqsədi ilə, habelə t

əsi məqsədi ilə onları

ərcüməçinin yanlış tərcümə etm

pulla ələ alma) maddələri

Saxlandığı yer:

14 saylı Cəzaçəkmə Müəssisəsi



İş  üzrə  qısa  arayış:

Azərbaycanda  tanınmış  hüquqşünaslardan

olan  cənab  Məmmədov  hüquq  firması  olan  “Çalxan”  MMC‐nin  rəhbəri

kimi  və  fərdi  qaydada  hüquq  müdafiə  fəaliyyəti  göstərirdi

21

.  Cənab



Məmmədov  2013‐cü  ilin  əvvəllərindən  hakimiyyəti  və  onun  apardığı  siyasəti  sərt  və  intensiv

tənqid etməyə başlamış, eyni zamanda oktyabrın 9‐da keçiriləcək prezident seçkiləri ilə əlaqədar

bir sıra müxalifət partiyaların və vətəndaş cəmiyyəti nümayəndələrinin birləşdiyi Milli Şuranın

üzvü olmuşdur.

Cənab  Məmmədov  2012‐ci  ildə  baş  vermiş  avtoqəzanın  törədilməsində  və    bunun  nəticəsində

maşınlar  üçün  dayanacaqda  çalışan  gözətçiyə  xəsarət  yetirməkdə  ittiham  olunmuş,  onun

barəsində heç bir əsas gətirilmədən həbs qətimkan tədbiri seçilmişdir. Onun həbsdə olduğu 3‐cü

ayda cənab Məmmədova qarşı yeni ittiham irəli sürülmüşdür. Cənab Məmmədov Nəsimi rayon

Məhkəməsinin  6  dekabr  2013‐cü  il  tarixli  qərarı  ilə  3 il müddətinə azadlıqdan məhrumetmə

cəzasına  məhkum  edilib.    Bakı  Apellyasiya  Məhkəməsi  09  iyul  2014‐cü  il  tarixində  bu  qərarı

dəyişdirmədən qüvvədə saxlayıb.

21

http://bit.ly/1i1wrFx




“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

Məhkəmə prosesi zamanı bütün ifadələr və sübutlar, hətta istintaqın əldə etdiyi sübutlar əslində

cənab Qurbanovun təqsirsiz olduğunu sübut etsə də, məhkəmə hadisə şahidi kimi təqdim edilən

keçmiş  polis  əməkdaşı  İsa  Mansurovun  ifadəsinə  əsaslanaraq  hökm  çıxarıb.    Mansurov  hüquq

müdafiəçisinin  maşınla  gözətçinin  ayağının  üstündən  keçdiyini  bildirib,  amma  vəkillərin  və

cənab Qurbanovun hadisə ilə bağlı verilən digər suallarına “yadımda deyil”, “xatırlamıram” kimi

cavablar  verib.  Məhkəmə  hadisə  yerinin  3‐4  metrliyində  olan  TŞ3‐098  saylı  təhlükəsizlik

kamerasının qeydə aldığı görüntülərə baxmaqdan və işin mahiyyətinə təsir edəcək digər halların

araşdırılmasından  imtina  edib,  müdafiə  tərəfinin  onlarla  vəsatətini  təmin  etməyib.  Cənab

Məmmədovun ittiham edildiyi maddələrin heç biri üzrə ümumi rejimli cəzaçəkmə müəssisəsində

çəkilməli  3  il  azadlıqdan  məhrum  etmə  cəzası  nəzərdə  tutulmadığı  halda,  dövlət  ittihamçısı

məhkəmədən cənab Məmmədovun 3 il azadlıqdan məhrum edilməsini istəyib və məhkəmə də bu

barədə qərar çıxarıb.

24




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə