Azərbaycanda


“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə16/43
tarix14.04.2018
ölçüsü1,01 Mb.
#38315
növüXülasə
1   ...   12   13   14   15   16   17   18   19   ...   43

“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

vəkillə təmin edilməyiblər. Həbsdən bir neçə saat sonra tək yaşayan Əzizovun və ailələri ilə birgə

yaşayan  Quliyev  və  Novruzovun  evində  axtarış  aparılıb,  gənclərin  evindən  narkotik  maddə  və

“Molotov”  kokteyllərnin  tapıldığı  iddia  edilib.  Onların  ilkin  dindirmələri  və  barələrində  həbs

qətimkan tədbirinin seçilməsi öz vəkillərinin iştirakı olmadan aparılmışdır. Şahin Novruzlu həbs

edilərkən  azyaşlı  olduğu  üçün  qanunun  tələbinə  görə  onun  dindirilməsində  mütləq  qanuni

nümayəndəsi  iştirak  etməli  olduğu  halda,  istintaq  bu  tələbə  əməl  etməmişdir.  Hər  3  gənc  ilk

izahatlarında  heç  bir  qanunsuz  əmələ  yol  vermədiklərini  bildirmişlər.  Lakin  bir  gün  sonra

g

o

ş



33

iş əncə  və  psixol ji  təzyiq  altında,  öz  vəkilləri  olmayan  əraitdə  özlərinə  və  digərlərinə  qarşı

ifadələr verməyə məcbur ediliblər.

9  mart  2013‐cü  il  tarixində  Azərbaycanda  yayımlanan  bütün  ümumrespublika  telekanalları

gənclərin  martın  10‐da  keçiriləcək  aksiya  zamanı  “Molotov”  kokteyllərindən  istifadə  etməklə

iğtişaş salınması kimi “cinayət törətmək istəklərinin olduğunu etiraf etmələrini” nümayiş etdirən

videomateriallar  yayımlayıb.  Həmin  videomateriallar  istintaq  tərəfindən  hazırlanıb  və  bu

süjetlərdə  həbs  edilən  gənclərin  “NİDA”  Vətəndaş  Hərəkatının  İdarə  Heyətinin  üzvlərinin

əleyhinə ifadələri, onların da “cinayət” törədilməsində iştirakı barədə “etiraflar” yer almışdır. Bu

videolardan  da  açıq  şəkildə  görünür  ki,  gənclər  qorxu  içindədirlər  və  onlara  qarşı  fiziki  zor

işlədilib. Gənclərin Sovet hakimiyyəti dövründə olduğu tərzdə “etirafedici” videolarının yayılması

bu həbsin siyasi sifariş olduğunu sübut edən amillərdən biridir. Qısa müddətdən sonra hər 3 gənc

artıq  öz  vəkillərinin  iştirakı  ilə  verdikləri  ifadələrdə  ilk  ifadələrini  işgəncə  altında  verdiklərini

bəyan  etmişlər  və  işgəncə  faktlarının  araşdırılması  ilə  bağlı  prokurorluq  orqanlarına  şikayət

o

,

ünvanlamışlar.  Lakin  bu  şikayətlər  üzrə  araşdırma  f rmal  aparıldı   çünki  işgəncəni  törədən  və



onu araşdıran orqan eyni idi.

Bu  həbslərə  və  yayımlanan  videolara  baxmayaraq  martın  10‐da  yüzlərlə  insan,  o  cümlədən

t

“NİDA”  Və əndaş  Hərəkatının  digər  fəalları  polislərin  kobudluğu  və  güc  tətbiqi  ilə  dağıdılan



tamamilə dinc aksiyada iştirak etdilər.

Aksiyadan  sonrakı  günlərdə  “NİDA”  Vətəndaş  Hərəkatının  İdarə  Heyətinin  üzvlərinin  həbsinə

başlanıldı.  İdarə  Heyətinin  üzvləri  Rəşad  Həsənov,  Rəşadət  Axundov,  Üzeyir  Məmmədli  və

Hərəkatın fəalı Zaur Qurbanlı həbs edildilər.

Gənclərə ilkin olaraq qanunsuz olaraq partlayıcı maddə və narkotik maddə saxlamaq ittihamları

irəli  sürülmüş,  həbslərindən  6  ay  sonra,  yəni  2013‐cü  il  sentyabrında  onlara  yeni  daha  ağır  ‐

kütləvi  iğtişaşlar  törətmə  və  ya  belə  iğtişaşlarda  iştirak  etmə  ittihamı  da  verilmişdir.  Məhz  bu

yeni  ittihamın  irəli  sürülməsinə  görə  Hərəkatın  İdarə  Heyətinin  üzvü  Rəşadət  Axundovun  74

yaşlı babası Əyanət Axundov damarlarını kəsərək özünə qəsd etmiş, bunun nəticəsində bir neçə

gün sonra xəstəxanada vəfat etmişdir

25

.

Gənclərin  işi  üzrə  məhkəmə  prosesi  başlayana  qədər  onlar  barəsində  seçilmiş  həbs  qətimkan



tədbiri dəyişdirilməyib. 2013‐cü il noyabrın 6‐dan məhkəmə prosesi başladı və ilk olaraq martın

7‐də həbs edilmiş 3 gənc məhkəmədə ifadə verərək, istintaqda işgəncələrə məruz qaldıqlarını və

məhz buna görə etirafedici ifadələr verdiklərini bildirdilər və ilkin ifadələrindən imtina etdilər.

Prosesdə  ifadə  verən  şahidlər  də  gənclərin  əleyhinə  qiymətləndirilə  bilən  istintaqa  verdikləri

ifadələrdən imtina ediblər. Bundan əlavə şahid kimi dindirilmiş MTN əməkdaşları gənclərin və

onların vəkillərinin suallarına qatışıq və dəqiq olmayan cavablar veriblər.

Telekanallarda “etirafedici” çıxışları yayımlanan və faktiki cinayətkar adlandırılan “NİDA” üzvləri

təqsirsizlik prezumpsiyasını pozduqları üçün Milli Təhlükəsizlik Nazirliyini, Baş Prokurorluğu və

bəzi telekanalları məhkəməyə veriblər.

Həbs edilmiş bütün “NİDA”‐çılar Amnesty İnternational təşkilatı tərəfindən vicdan məhbusu elan

ediliblər

26

.



Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun 6 may 2014‐cü il tarixli qərarı ilə

Axundov Rəşadət, Qurbanlı Zaur və Rüstəmzadə İlkin 8 il, Əzizov Məmməd və Həsənov Rəşad

7 il 6 ay, Quliyev Bəxtiyar və Məmmədli Üzeyir 7 il, Novruzlu Şahin 6 il müddətinə azadlıqdan

məhrum edilmə cəzasına məhkum ediliblər.

25

http://bit.ly/1pBvQNz



26

http://bit.ly/1gJG6nt






“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

34

2



4.

 

Axundov Rəşadət Fikrət oğlu

Saxlanma

0 mart 2013‐cü i



tarixi:

3

l



İttiham:

CM‐nin 28 (cinayətə hazırlıq), 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi,



əmlakın  məhv  edilməsi  ilə  müşayiət  olunan  kütləvi  iğtişaşları  təşkil  etmə  və  ya  belə  iğtişaşlarda

iştirak etmə) və 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz

odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular

əldə etmə, başqasına

təşəkkil

dəstə tərəfindən

törədildikdə) maddə

vermə, satma, saxlama, daşıma və ya gəzdirmə, mü

ləri


Saxlandığı yer:

Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)



Şəxs barəsində qısa arayış:

Cənab Axundov Şirvan rayonunda Özəl Türk Liseyində orta

təhsilini tamamladıqdan sonra Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil alıb. Daha

nra Mərkəzi Avropa Universitetində (Macarıstan) təhsilini davam etdirib. Həbs edilənə qədər

P‐Azərbaycan şirkətinin aparıcı maliyyə mütəxəssislərindən biri olub.

so

B



25.

 

Əzizov Məmməd Rasim oğlu

Saxlanma

mart 2013‐cü il



tarixi:

7

İttiham:

CM‐nin 28 (cinayətə hazırlıq), 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi,

əmlakın  məhv  edilməsi  ilə  müşayiət  olunan  kütləvi  iğtişaşları  təşkil  etmə  və  ya  belə  iğtişaşlarda

iştirak  etmə)  və  234.1‐ci  (satış  məqsədi  olmadan  qanunsuz  olaraq  narkotik  vasitələri  və  ya

sixotrop  maddələri

etmə  və  ya  saxlama)

addələri



p

 şəxsi  istehlak  miqdarından  artıq  miqdarda  əldə

m

Saxlandığı yer:

Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

Şəxs barəsində qısa arayış: 

Cənab Əzizov orta təhsilini Şəki şəhərində alıb.

2010‐cu ildən

həbs edilənədək Bakı Dövlət Universitetinin Sosiologiya və Psixologiya fakültəsində sosiologiya

ixtisası  üzrə  təhsil  alırdı.    2012‐ci  ilin  yayında  "Nİda"  Vətəndaş  Hərəkatına  qoşulub.    Sosial

şəbəkələrdə  aktiv  olmuş  və  Azərbaycanda  Facebook  məkanında  məşhur  olan  satirik  "Heydər

Əliyev adına Səhifə"nin həmtəsisçisi və adminlərindən olmuşdur. 2013‐cü il yanvarın 11‐də bir

ün sonra keçiriləcək "Əsgər ölümlərinə son" mitinqinə hazırlıq işləri görərkən polis tərəfindən

axlanılmış, 9‐cu polis bölməsində qeyri‐insani davranışa və pis rəftara məruz qalmışdır.

g

s




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə