Azərbaycanda



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə35/43
tarix14.04.2018
ölçüsü1,01 Mb.
#38315
növüXülasə
1   ...   31   32   33   34   35   36   37   38   ...   43

“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

70



Nurçular”ın işi

1086 saylı cinayət işi Azərbaycan Respublikası  Milli Təhlükəsizlik Nazirliyi tərəfindən 

aparılır. İş üzrə  təqsirləndirilən şəxs qismində cəlb olunmuş Məmmədov İsmayıl İsax oğlu və 

Hacıyev Eldəniz Balamət oğlu  cari ilin 12 aprel tarixində həbs edilmiş və 14 aprel tarixində 

onlar barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Digər təqsirləndirilən  şəxs 

Səbzəliyev Rəvan Həkim oğlu barəsində isə 23 may tarixində  2 ay müddətinə həbs qətimkan 

tədbiri seçilmişdir.  Sonradan hər 3 təqsirləndirilən  şəxsin həbsdə saxlanılma müddəti 2 ay 

uzadılmışdır. İşin materiallarında göstərilir ki, Bakı şəhərinin bir neçə sakini polisə müraciət 

edərək, qonşuluqdakı  həyət evində müxtəlif  vaxtlarda yığışan dini qurumun üzvlərinin 

onların sakit yaşayışına, normal gediş-gəlişinə və rahatlığına mane olan hərəkətlər etməsindən 

şikayət etmişlər. Elə həmin günü  Azərbaycan Respublikası  Milli Təhlükəsizlik Nazirliyi və 

Daxili İşlər Nazirliyi həmin ünvanda birgə əməliyyat keçirmiş, orada ibadət etmək və kitab 

oxumaqla məşğul olan şəxsləri saxlamışdır.  İttihama görə, bununla həmin  3 şəxs dini 

ayinlərin icrası adı altında digər  şəxslərin hüquqlarını pozmuş  və bu hərəkətlərinə 2 nəfər 

yetkinlik yaşına çatmayan şəxsi də cəlb etmişlər. Qonşudan şikayətə iki nazirliyin operativ və 

sərt reaksiya verməsi bu hadisənin hüquq-mühafizə orqanları  tərəfindən qabaqcadan 

hazırlanması  və  nəyin bahasına olursa olsun dindar şəxslərin həbsinə yönəlmiş  əməliyyat 

olmasını nümayiş etdirir. Halbuki bu qrupun əsas qayəsi heç bir siyasi məqsəd güdmədən  

dinc surətdə islam dininin sünni məzhəbindən olan Səid Nursinin kitablarına  əsaslanan, 

“Nurçu” adlandırılan cərəyanının “Sunqurçu” qanadının təbliğatı olub. Təbliğatın dinc 

xarakterli olmasına, ittiham olunan şəxslərin hər hansı zorakı  əməl həyata keçirməsi və 

Azərbaycan respublikası qanunlarına zidd hərəkətlər etməsi ilə bağlı nəinki sübutların, hətta 

ehtimalların mövcud olmadığına  baxmayaraq, bu iş üzrə təqsirləndirilən şəxslər haqqında ilk 

gündən həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxslərə  istinad olunan AR  CM 

168.2. maddəsində  cərimə  və ya ən ağır cəza kimi 3 ilədək azadlıqdan məhrumetmə 

sanksiyaları nəzərdə tutulduğu halda,  təqsirləndirilən şəxslərin dərhal həbs edilməsi, cinayət 

işinin materiallarında müttəhimlərin təqsirləndirilməsi üçün kifayət qədər əsaslar olmamasına 

məhkəmənin heç bir məhəl qoymaması bu iş üzrə adı keçən  şəxslərin dini inanclarına görə 

məsuliyyətə  cəlb olunduğunu deməyə  əsas verir. Bu şəxslərdən tapılmış  ədəbiyyatın rəsmi 

dini ekspertizası bu iş üzrə  təqsirləndirilən  şəxslərin oxuduğu və yaydığı kitabların qanuna 

zidd məzmunda olmadığını müəyyən etmişdir.  

84.

 

Məmmədov İsmayıl İsax oğlu



Saxlanma tarixi: həbs qətimkan tədbiri  14 aprel 2014‐cü ildə seçilib 

İttiham: CM‐nin 168.2 Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə 

(bu işə yetkinlik yaşına çatmamışları cəlb etməklə) 

Saxlandığı yer: Milli Təhlükəsizlik Nazirliyinin Təcridxanası 

İş üzrə qısa arayış:

Cinayət işinin materiallarından Məmmədov İsmayıl İsax oğlunun 

sadəcə dini dərslər təşkil etmək, gizli toplantılar keçirərək, dini təbliğat aparmaqda 



“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

71

günahlandırıldığı görünür. Onun və  bu iş üzrə təqsirləndirilən digər şəxslərin dini ayinlər 



keçirdiyi ünvandan müsadirə olunan ədəbiyyat, audio və video materialların ekspertizası 

keçirilib və ekspertiza Azərbaycan qanunları ilə ziddiyyət təşkil edən məzmun aşkarlamayıb. 

Bununla belə Məmmədov İsmayıl İsax oğlu və digərləri həbsdə saxlanmaqda davam edir. 

Məmmədov haqqında 14 apreldə seçilən həbs qətimkan tədbiri iki ay sonra yenidən uzadılıb 

və o, Milli Təhlükəsizlik Nazirliyinin Təcridxanasında saxlanılır. İsmayıl Məmmədov vərəmdən 

əziyyət çəkir. Vəkili onun sağlamlığı üçün uyğun şəraitdə saxlanmadığını deyir.  

 

8

5.

 

Səbzəliyev Rəvan Hakim oğlu

Saxlanma tarixi: həbs qətimkan tədbiri  23 may  2014‐cü ildə seçilib  

İttiham: CM‐nin 168.2 Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə 

(bu işə yetkinlik yaşına çatmamışları cəlb etməklə) 

Saxlandığı yer: Milli Təhlükəsizlik Nazirliyinin Təcridxanası 

İş üzrə qısa arayış:

Cinayət işinin materiallarından 



Səbzəliyev Rəvan Hakim

oğlunun sadəcə dini dərslər təşkil etməkdə, gizli toplantılar keçirərək dini təbliğat 

aparmaqda günahlandırıldığı görünür. Onun və  bu iş üzrə təqsirləndirilən digər şəxslərin dini 

ayinlər keçirdiyi ünvandan müsadirə olunan ədəbiyyat, audio və video materialların 

ekspertizası keçirilib və ekspertiza Azərbaycan qanunları ilə ziddiyyət təşkil edən məzmun 

aşkarlamayıb. 

Bununla belə, o, hələ də Milli Təhlükəsizlik Nazirliyinin Təcridxanasında saxlanılır. Haqqında 

seçilən həbs qətimkan tədbiri uzadılıb.  

 

8

6.

 

Hacıyev Eldəniz Balamət oğlu

Saxlanma tarixi: həbs qətimkan tədbiri  14 aprel 2014‐cü ildə seçilib  

İttiham: CM‐nin 168.2 Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə 

(bu işə yetkinlik yaşına çatmamışları cəlb etməklə) 

Saxlandığı yer: Milli Təhlükəsizlik Nazirliyinin Təcridxanası 

İş üzrə qısa arayış:

Eldəniz Hacıyev Səid Nursinin kitablarının tədris olunduğu dərsxananı 

təşkil edənlərdən biridir. Cinayət işinin materiallarından Hacıyev Eldəniz Balamət oğlunun 

sadəcə dini dərslər təşkil etmək, gizli toplantılar keçirərək, dini təbliğat aparmaqda 

günahlandırıldığı görünür. Onun və  bu iş üzrə təqsirləndirilən digər şəxslərin dini ayinlər 

keçirdiyi ünvandan müsadirə olunan ədəbiyyat, audio və video materialların ekspertizası 

keçirilib və ekspertiza Azərbaycan qanunları ilə ziddiyyət təşkil edən məzmun aşkarlamayıb. 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə