Azərbaycanda


“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə37/43
tarix14.04.2018
ölçüsü1,01 Mb.
#38315
növüXülasə
1   ...   33   34   35   36   37   38   39   40   ...   43

“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

Fransada yaşayan və siyasi sığınacaq alan MTN‐nin keçmiş əməkdaşı Ramin Nağıyev 2010‐2011‐

ci illərdə mətbuata verdiyi açıqlamalarında və yazılarında, XTPD‐çilərin ittiham edildiyi qətllərin

onlar tərəfindən deyil, 2005‐ci ildə həbs edilmiş DİN‐nin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş

əməliyyat  müvəkkili

Hacı  Məmmədov  və  onun  dəstəsi  tərəfindən  törədildiyini  bəyan  etmişdir.

Cənab  Nağıyev  Şəmsi  Rəhimov  və  Afiyəddin  Cəlilovun  qətli  ilə  bağlı  istintaq  qrupunun

üzvlərindən  biri  olub  və  1995‐ci  ildə  heç  bir  səbəb  göstərilmədən  istintaqdan

kənarlaşdırılmışdı

74

əyin etməsi ilə bağlı təşəbbüsünü t



36

. Cənab Nağıyevin bəyanatları rəsmi şəkildə təkzib edilməmişdir.

 

 

Ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilməzdi 

 

10.02.1998-ci il tarixdə Azərbaycan Respublikasında ölüm  cəzasının ləğv olunması ilə əlaqədar 

Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və İslah-Əmək Məcəllələrinə  dəyişikliklər 

və əlavələr edilməsi haqqında Milli Məclis tərəfindən Qanun qəbul edilmişdir. Bu Qanunun 4-cü 

bəndində göstərilmişdir ki, bu Qanun qüvvəyə mindiyi  günədək ölüm  cəzasına məhkum olunmuş 

şəxslərin cəzası ömürlük  azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin.  Faktiki olaraq ölüm cəzası 

həmin dövr üçün heç bir qanunvericilik aktında mövcud olmayan cəza növü ilə əvəz edildi.  

 

1995-ci ilin noyabr ayının 12-də  qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 147-ci 



maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək 

hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə 

malikdir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik 

sisteminin  əsasıdır. Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə  əsasən  fiziki və hüquqi 

şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən 

normativ hüquqi aktların qüvvəsi geriyə  şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə 

şamil edilmir. XTPD-çilərin məhkum olunduqları Cinayət Məcəlləsinin 23-cü maddəsinə əsasən ölüm 

cəzası bağışlama qaydasında azadlıqdan məhrumetmə ilə əvəz edildikdə, azadlıqdan məhrumetmə 15 

ildən çox müddətə, lakin 20 ildən çox olmayaraq təyin edilə bilərdi. 

Göründüyü kimi, ölüm cəzasının ömürlük azadlıqdan məhrum etmə  cəzası ilə  əvəz edilməsi XTPD-

çilərin məhkum olunduğu Azərbaycan SSR-nin 08 dekabr 1960-cı il tarixli qanunu ilə təsdiq edilmiş 

Cinayət Məcəlləsi ilə  nəzərdə tutulmuş alternativ cəzalara nisbətdə onların hüquqi vəziyyətlərini 

ağırlaşdırır. Belə ki, Azərbaycan SSR-nin 08 dekabr 1960-cı il tarixli qanunu ilə təsdiq edilmiş Cinayət 

Məcəlləsində ölüm cəzası  hər-hansı bir formada ləğv edildikdə (bağışlandıqda,  əfv edildikdə) həmin 

cəza 15 ildən çox, lakin 20 ildən çox olmayan azadlıqdan məhrumetmə cəzası ilə əvəz oluna bilərdi. 

Deməli, Azərbaycan SSR-nin 08 dekabr 1960-cı il tarixli qanunu ilə  təsdiq edilmiş Cinayət 

Məcəlləsində ölüm cəzasının alternativi cəza 15 ildən çox, lakin 20 ildən çox olmayan azadlıqdan 

məhrumetmə cəzası olmuşdur. Yəni 1998-ci ildə ölüm cəzası maksimum 20 il müddətinə azadlıqdan 

məhrumetmə cəzası ilə dəyişdirilməli idi.  

Konstitusiyanın 149-cu maddəsinin 7-ci hissəsinə  əsasən, Milli Məclis 10 fevral 1998-ci il tarixli 

qanunla ölüm cəzasına məhkum olunan şəxslərin cəzasını ömürlük azadlıqdan məhrumetmə cəzası ilə 

əvəz edə bilməzdi. Çünki 10 fevral 1998-ci il tarixli qanun XTPD-çilərin məhkum olunduqları 

Azərbaycan SSR-nin 08 dekabr 1960-cı il tarixli qanunu ilə  təsdiq edilmiş Cinayət Məcəlləsində 

nəzərdə tutulanlara əsasən məhbusların hüquqi vəziyyətlərini ağırlaşdırıb. 

Bundan başqa XTPD-çilərin ölüm cəzasını ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edən 10 

fevral 1998-ci il tarixli qanun yeni Cinayət Məcəlləsinin qüvvəyə minməsi ilə 01 sentyabr 2000-ci 

ildən qüvvədən düşüb. Hazırda XTPD-çilərin ölüm cəzalarının ömürlük azadlıqdan məhrum etmə 

cəzası ilə  əvəz olunması barədə qanun qüvvədən düşdüyündən onların ömürlük azadlıqdan 

məhrumetmə  cəzalarının çəkməyə  məcbur edilməsi qanunsuzdur. Çünki 10 fevral 1998-ci il tarixli 

qanununun özü artıq qüvvədən düşmüşdür. 

 

Avropa Şurası bu 3 şəxsi artıq siyasi məhbus hesab edir 

 

Azərbaycan və Ermənistan 2001-ci il yanvarın 25-də Avropa Şurasının (AŞ) üzvü olduqdan bir neçə 

gün sonra, yəni yanvarın 31-də AŞ  Nazirlər Komitəsinin Baş Katib Valter Şvimmerin Azərbaycanda 

siyasi məhbus olduğu ehtimal edilən 716 nəfərlik siyahının araşdırılması üçün 3 müstəqil ekspertin 

t

əsdiqlədi və 2001-ci ilin fevralında Baş Katib bu ekspertləri təyin 



36

http://bit.ly/1f0C3kt






“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

75

ışdır.   



etdi. Ekspertlər 2001-ci ilin iyulunda Azərbaycan və Ermənistanda ehtimal edilən siyasi məhbuslarla 

bağlı araşdırmalarının nəticələrini  əks etdirən hesabat hazırlayaraq yaydılar. Bu hesabatın 19-cu 

bəndində ekspertlər qrupunun siyasi məhbus hesab etdiyi və etmədiyi 23 şəxsin siyahısı (vaxt 

məhdudiyyəti və zəruri informasiyalar olmadığından yalnız bu qədər iş araşdırılmışdı) verilmişdir ki, 

cənab  Əmiraslanov və  cənab Kazımov burada yer almış  və onlar siyasi məhbus hesab edilmişlər

37



Avropa Şurasının Parlament Assambleyası 2002-ci il yanvarın 24-də “Azərbaycanda siyasi məhbuslar” 

adlanan 1272 saylı  Qətnamə  qəbul edib və  həmin Qətnamənin 10-cu bəndində  AŞ PA Azərbaycan 

hakimiyyətini digər siyasi məhbuslar kimi cənab  Əmiraslanov və  cənab Kazımovu azad etməyə 

çağırmışdır

38

.  


Yeni mandatı üzrə fəaliyyətini davam etdirən müstəqil ekspertlər 12 may 2003-cü ildə hazırladıqları 

rəydə cənab Poladovun da siyasi məhbus olduğu qənaətinə gəlmişlər

39

. AŞ PA 27 yanvar 2004-cü ildə  



“Azərbaycanda siyasi məhbuslar” adlanan 1359 saylı  Qətnamə  qəbul etmiş  və bu sənəddə müstəqil 

ekspertlər tərəfindən siyasi məhbus kimi tanınan  şəxslərin azadlığa buraxılmasına çağırış yer 

almışdır

40

. AŞ PA 31 may 2005-ci ildə 1359 saylı Qətnamənin davamı olaraq hesabat qəbul etmişdir 



və bu sənədin 26-cı  bəndində müstəqil ekspertlərin müəyyən etdiyi 3 siyasi məhbus – cənab 

Əmiraslanov, cənab Kazımov və  cənab Poladovun hələ  də  həbsdə qaldığı vurğulanmış  və bundan 

narahatlıq ifadə edilmişdir

41

. AŞ PA-nın sonrakı illərdəki sənədlərində də hər 3 şəxsin siyasi məhbus 



olduğu vurğulanm

Müstəqil ekspertlər qrupu tərəfindən siyasi məhbus hesab edilməyən şəxslərin böyük hissəsi müxtəlif 

illərdə azadlığa buraxılmış, ömürlük azadlıqdan məhrum edilmiş digər XTPD-çi Dəyanət Kərimovun 

və keçmiş Baş nazir Sürət Hüseynovun dayısı oğlu Kəramət Kərimovun bu cəzaları əfv fərmanı ilə 25 

il müddətinə azadlıqdan məhrum edilmə ilə  əvəzlənsə  də, bu münasibət cənab  Əmiraslanova, cənab 

Kazımova və cənab Poladova göstərilməyib.  

Hər üç məhbus Avropa Məhkəməsinə müraciət ediblər, səhhətlərində ciddi problemləri var, cənab 

Əmiraslanov epilepsiya xəstəliyindən  əziyyət çəkir, bir dəfə  əməliyyat olunub, cənab Kazımov və 

Poladov da müvafiq olaraq baş və bel nahiyələrindən əməliyyat olunublar.    

 

 



8

7.

 

Əmiraslanov Elçin Səməd oğlu

Saxlanma

6‐cı il


tarixi:

10 dekabr 199



İttiham:

1960‐cı  il  CM‐nin  57  (vətənə  xəyanət);  57‐1‐ci  maddənin  2‐ci  hissəsi  (Azərbaycan



Respublikasının  Silahlı  Qüvvələrindən  və  Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə

tutulmuş  digər  silahlı  birləşmələrdən  Azərbaycan  xalqına  və  ya  konstitusiyalı  dövlət  orqanlarına

qarşı istifadə etmə, ağır nəticələrə səbəb olduqda);  15  (cinayətə hazırlıq və cinayətə sui‐qəsd),  59‐

cu  maddəsinin  1‐ci  hissəsi  (dövlət  xadimini  və  ya  ictimai  xadimini  yaxud  hakimiyyət



nümayəndəsini siyasi niyyətlərlə öldürmə); 17 (iştirakçılıq), 59‐cu maddəsinin 1‐ci hissəsi (dövlət

xadimini  və  ya  ictimai  xadimini  yaxud  hakimiyyət  nümayəndəsini  siyasi  niyyətlərlə  öldürmə);  15

(cinayətə hazırlıq və cinayətə sui‐qəsd), 17 (iştirakçılıq), 59 (dövlət xadimini və ya ictimai xadimini



yaxud  hakimiyyət  nümayəndəsini  siyasi  niyyətlərlə  öldürmə);  70  (dövlət  müəssisələrinə,

idarələrinə,  təşkilatlarına  və  ya  ictimai  müəssisələrə,  idarələrə,  təşkilatlara,  yaxud  ayrı‐ayrı

şəxslərə basqın etmə məqsədilə silahlı bandalar təşkil etmə, habelə belə bandalarda və onların

etdikləri  basqınlarda  iştirak  etmə);  70‐2‐ci  maddənin  1‐ci  hissəsi  (qanunvericilikdə  nəzərdə



ə  ya  qruplar  yaratma,  eləcə  də  onların  yaradılmasında  və

tutulmayan  silahlı  birləşmələr  v

37

http://bit.ly/1hEhLL3



38

http://bit.ly/1h3hjoL

39

http://bit.ly/P93b7e



40

http://bit.ly/1dUqbwR

41

http://bit.ly/1gJUxIg






Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə