Azərbaycanda


“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə42/43
tarix14.04.2018
ölçüsü1,01 Mb.
#38315
növüXülasə
1   ...   35   36   37   38   39   40   41   42   43

“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

Cinayət  işinin  materiallarında  mənimsənildiyi  iddia  edilən  məbləğlə  həbs  zamanı  Baş

Prokurorluğun məlumatlarında açıqlanan məbləğlər arasında ciddi fərqlər olub. Cənab İnsanov

bütün vergiləri ödədiyini və təkcə 2005‐ci ildə 85000 manat vergi ödədiyini sübut edən qəbzləri

məhkəməyə  təqdim  edib.  Qanunsuz  özəlləşdirmə  həyata  keçirməkdə  ittiham  edilən  cənab

İnsanov bu prosesin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov və keçmiş

İqtisadi İnkişaf naziri Fərhad Əliyev tərəfindən həyata keçirildiyini bildirib və onların şahid kimi

məhkəməyə  gətirilməsi  ilə  bağlı  vəsatət  versə  də,  bu,  təmin  edilməyib.  Cənab  İnsanovun  həbs

edildiyi  gün  verdiyi  ifadənin  böyük  bir  hissəsi  itirilmiş,  nəticə  etibarilə  cinayət  işinin

materiallarına əlavə edilməmişdir.

Keçmiş nazirin İnsan Hüquq və Əsas Azadlıqları haqqında Avropa Konvensiyanın 3‐cü (işgəncəyə

məruz  qalmamaq)  və  6‐cı  (ədalətli  məhkəmə  hüququ)  maddəsində  nəzərdə  tutulmuş

hüququnun pozulması ilə bağlı Avropa Məhkəməsinə şikayət verilmişdir. 2013‐cü ilin martın 14‐

də  Avropa  Məhkəməsi  keçmiş  nazirin  hər  iki  hüququnun  pozuntusunu  tanıyıb

43

.  Məhkəmə



keçmiş  nazirin  müdafiə  hüququ  və  digər  prosessual  qaydaların  pozulduğunu,  əlavə  araşdırma

aparılmasına  ehtiyac  olduğunu  və  Azərbaycan  hökumətinin  10  min  avro  cərimə  ödəməli

olduğunu  qət  edib.  2013‐cü  il  noyabrın  15‐də  Ali  Məhkəmə  Avropa  Məhkəməsinin  qərarına

əsasən  işin  yenidən  baxılması  üçün  Bakı  Apellyasiya  məhkəməsinə  göndərib.  Apellyasiya

məhkəməsində işə baxılarkən cənab İnsanov hakimiyyət, konkret prezident İlham Əliyev barədə

kəskin tənqidi fikirlər səsləndirib. Növbəti məhkəmə zamanı Əli İnsanov şüşə qəfəsə salınıb və

hakim  onun  danışmasına  icazə  verməyib  (keçmiş  nazir  tənqidi  fikirlər  səsləndirərkən  hakim

səsin  eşidilməsini  təmin  edən  mikrofonu  söndürüb).  25  fevral  2014‐cü  ildə    Apellyasiya

Məhkəməsi  Əli  İnsanov  barəsində  çıxarılan  11  illik  azadlıqdan  məhrum  edilmə  barədə  hökmü

qüvvədə  saxlayıb.

   

AŞ  PA‐nın  2007‐ci  ildə  qəbul  etdiyi  1545  saylı  qətnaməsində  Əli  İnsanov



barəsində  ədalətli  məhkəmə  keçirilməsi  tövsiyə  olunmuşdur

44

.  AŞ  PA‐nın  Azərbaycan  üzrə



keçmiş  həmməruzəçiləri  cənab  Andres  Herkel  və  xanım  Jivkovanın  apardıqları  monitorinqin

əticələrinə dair 2008‐ci il mart ayında yayılmış hesabatda və AŞ PA‐nın 2008‐ci il 24 iyul tarixli

ətnaməsində də cənab İnsanovla bağlı narahatlıq əks olunmuşdur.

n

q



9

3.

 

Quliyev Nicat Əmir oğlu

Saxlanma

ust 2013‐cü il



tarixi:

07 avq


İttiham:

CM‐nin  228.1‐ci  (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı



(yivsiz  odlu  ov  silah

rtlayıcı  maddələr  və

qurğular əldə etmə,

ı  və  həmin  silah  üçün  döyüş  sursatı  istisna  olmaqla)  pa

başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi

Saxlandığı yer:

3 saylı Bakı İstintaq Təcridxanası (Şüvəlan Təcridxanası)



İş üzrə qısa arayış:

Cənab Quliyev 1993‐95‐ci illərdə xarici iqtisadi əlaqələr naziri vəzifəsini

müvəqqəti icra edib. Sonra Acarıstana gedib, 2004‐cü ilədək orada prezident Aslan Abaşidzenin

müşaviri  postunda  çalışıb.  Bundan  sonra  Azərbaycana  qayıdıb,  Türkiyə  və  Azərbaycanda

bizneslə məşğul olub. N.Quliyev 2005‐ci il oktyabrın 19‐da parlament seçkilərindən əvvəl həbs

edilmiş,    ona  qarşı  dövlət  çevrilişinə  cəhddə  iştirak  ittihamı  irəli  sürülsə  də,  az  sonra  azadlığa

buraxılıb. O, 2013‐cü il prezident seçkilərinə 2 ay qalmış 2005‐ci ildə olduğu kimi yenidən MTN

əməkdaşları  tərəfindən Abşeronda  yerləşən  bağ  evində  həbs  edilib.  Həbsindən əvvəl  prezident

seçkiləri  üçün  müxalifətin  ilkin  vahid  namizəd  seçilmiş  tanınmış  kinorejissor  Rüstəm

İbrahimbəyov

ış  və  təzyiqlərlə  üzləşən  İbrahimbəyova  dəstəyini  ifadə

e

öz müsahibələrində cənab Quliyevlə çoxdan tanış olduğunu və



83

la  telefonla  danışm

tmişdir. Cənab İbrahimbəyov da

43

http://bit.ly/1myxEK1



44

http://bit.ly/P93hLW






“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

d

Quliyevin  ona  zəng  edərək  hal‐əhval  tutduğunu  və  məhz  buna  görə  də  həbs  e ildiyini



bildirmişdir.

Nicat  Quliyevin  evində  axtarış  aparılıb,  həyat  yoldaşı  bağa  girənlərin  hərəkətlərinə  nəzarət

etmək  iqtidarında  olmayıb.  Ailə  üzvlərinin  mobil  telefonları  əllərindən  alınıb,  onlara  evdən

çıxmaq  qadağan  edilib.  Nə  axtardıqlarını  izah  etməyən  MTN  əməkdaşları  Nicat  Quliyevin

sənədlərini,  evdəki  kompüterləri,  foto  və  video  materialları,  dəmir  seyfi  müsadirə  ediblər.  O

ı

t



ə

v

cümlədən  bağ n  həyətində  olan  yardımçı  ikilidən  v   cənab  Quliyevə  məxsus  a tomobildən



silahın tapıldığı iddia edilib.

Nicat  Quliyev  saxlandıqdan  dərhal  sonra  öz  vəkili  ilə  təmin  edilmək  və  evə  zəng  etmək

hüququndan məhrum edilib. Avtomobilə baxış zamanı cənab Quliyevin iştirakı təmin edilməyib.

saxlandıqdan sonra avtomobili onun nəzarətindən kənarda ‐ MTN əməkdaşlarının sərəncamında

olub. Cənab Quliyev ittihamın saxta hesab edərək, ifadə verməkdən imtina edib. Abşeron rayon

Məhkəməsinin  02  aprel  2014‐cü  il  tarixli  qərarı  ilə  cənab  Quliyev  3 il müddətinə azadlıqdan



əhrum etmə cəzasına məhkum edilmişdir.

m

9

4.

 

Lətifov Asif Aydın oğlu

Saxlanma

ust 2012‐ci il



tarixi:

29 avq


İttiham:

CM‐nin  228.1  (qanunsuz  olaraq  odlu  silah,  onun  komplekt  hissələrini,  döyüş  sursatı



(yivsiz  odlu  ov  silahı  və  həmin  silah  üçün  döyüş  sursatı  istisna  olmaqla)  partlayıcı  maddələr  və

qurğular əldə etmə, başqasına vermə , satma, saxlama, daşıma və ya gəzdirmə) və  232.1‐ci  (odlu

silahı, onun komplek

artlayıcı maddələri və qurğuları talama, yaxud

hədə‐qorxu ilə tələb

t hissələrini, döyüş sursatını, p

etmə) maddələri

Saxlandığı yer:

9 saylı Cəzaçəkmə Müəssisəsi



İş  üzrə  qısa  arayış:

Cənab  Lətifov  Dövlət  Xüsusi  Mühafizə  Xidmətinin  (DXMX)  zabiti,

prezidentin mühafizəçisi olub, 17 il Xüsusi Təyinatlı "Beta" dəstəsində xidmət edib. Bu müddət

ərzində dəfələrlə mükafatlara layiq görülüb. 2011‐ci il martın 5‐də cənab Lətifovun həmin gün

hava  limanında  birgə  xidmət  etdiyi  həmkarı  Emin  Ələkbərov  tabeçiliyində  olan  patronu  itirib,

cənab Lətifov isə patronu tapıb. Ziddiyyətdə olduğu üçün patronu “Beta” dəstəsinin komandirinə

yox, DXMX Müfəttiş Təşkilat İdarəsinə təhvil verib, bu hadisədən 4 gün sonra, o, Mülki Məcəllənin

156‐cı  (xidməti  uyğunsuzluq)  maddəsi  əsas  gətirilərək  işdən  azad  edilib.  “Beta”  dəstəsinin

komandiri  Fikrət  Rzayevlə  cənab  Lətifov  arasında  ziddiyyət  sonuncunun  XDMX‐də  baş  verən

qanunsuzluqlara,  xüsusən  “Beta”  dəstəsinin  komandiri  Fikrət  Rzayevin  qanunsuz  əməllərinə

etiraz etməsi nəticəsində yaranıb. Fikrət Rzayev hər ay “Beta” dəstəsinin üzvlərindən 30 manat

tələb  etmiş,    cənab  Lətifov  buna  etiraz  edərək  XDMX‐nin  Müfəttiş  Təşkilat  İdarəsinə  şikayət

etmişdir.  İşdən  çıxarılmağı  ilə  barışmayan  cənab  Lətifov  həm  bu,  həm  də  üzləşdiyi  digər

qanunsuzluqları  ictimailəşdirməyə  başlamış,  müxalifət  və  müstəqil  qəzetlərdə  müsahibələr  və

yazılarla çıxış etmiş, bir neçə dəfə ictimaiyyət üçün mətbuat konfransları keçirmişdir. O, XDMX‐

nin rəhbərliyini məhkəməyə vermişdir.  

Bir  neçə  dəfə  xəbərdarlıq  alan  cənab  Lətifov  tənqidlərindən  və  ictimailəşdirmə  fəaliyyətindən

vaz  keçmədiyi  üçün,  üstündən  1  il  3  ay  ötməsinə  baxmayaraq,  patronun  itməsi  və  sonradan

cənab  Lətifov  tərəfindən  tapılması  hadisəsi  onun  əleyhinə  yönəldilmiş,  o,  patronun  qəsdən

Hərbi  Prokurorluq

84

oğurlanmasında  və  vəzifələrini  aşmaqda  ittiham  edilərək,  barəsində



tərəfindən cinayət işi başlanılmışdır.

Cənab Lətifov 2013‐cü il yanvarın 28‐də Bakı Hərbi Məhkəməsinin qərarı ilə 5 il 6 ay müddətinə



azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin hakimi


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə