Azərbaycanda


“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə36/43
tarix14.04.2018
ölçüsü1,01 Mb.
#38315
növüXülasə
1   ...   32   33   34   35   36   37   38   39   ...   43

“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

72

Bununla belə Eldəniz Hacıyev həbsdə saxlanmaqda davam edir. Hacıyev haqqında 14 apreldə 



seçilən həbs qətimkan tədbiri iki ay sonra yenidən uzadılıb və o, Milli Təhlükəsizlik 

azirliyinin Təcridxanasında saxlanılır.  

N

 

 



 

 



“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

73

F. Ömürlüklər





a.

 

Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) üzvlərinin işi

Xüsusi  Təyinatlı  Polis  Dəstəsi  (XTPD)  1987‐ci  ildə  Rövşən  Cavadov  və  qardaşı  Mahir  Cavadov

tərəfindən yaradılan Təkamül partiyasının əsasında qurulub. 1988‐ci ildən Azərbaycanın Dağlıq

Qarabağ  bölgəsində  başlanan  separatçı  hadisələr  və  nəticədə  90‐cı  illərin  əvvəllərində  Sovet

İttifaqının  dağılması  nəticəsində  müstəqillik  qazanmış  Azərbaycan  və  Ermənistan  arasında

başlayan  müharibəyə  görə  Rövşən  Cavadov  Təkamül  Partiyasının  hərbi  birləşməyə  çevrilməsi

barədə  təlimat  vermişdir.  Münaqişə  zamanı  ilkin  döyüşlərdən  sonra  cənab  Cavadov  polkovnik

rütbəsi  almış  və  onun  rəhbərlik  etdiyi  hərbi  birləşmə  XTPD  adını  almışdır.  1991‐ci  ildə

müharibədə  göstərdikləri  qəhrəmanlığa  görə  bir  sıra  XTPD‐çilər  Milli  Qəhrəman  adı  almışlar.

Cənab  Cavadov  1993‐cü  ildə  hakimiyyətə  gəlməsində  misilsiz  rol  oynamış  keçmiş  prezident

Heydər Əliyev (hazırkı Prezident İlham Əliyevin atası) tərəfindən daxili işlər nazirinin müavini

təyin edilmiş, XTPD isə nazirliyin tərkibində saxlanılmışdır. Siyahıda adı olan Elçin Əmiraslanov

XTPD‐nin  Qazax  bölməsinin  komandiri  təyin  edilib.  Bununla  belə,  bir  müddətdən  sonra  cənab

Cavadovla  cənab  Heydər  Əliyev  arasında  ciddi  fikir  ayrılıqları  yaranmış  və  bu  getdikcə

dərinləşməyə  başlamışdır.  1995‐ci  ilin  yanvarında  Elçin  Əmiraslanov  və  Qazax  XTPD‐çiləri

rayonun  Şıxlı  kəndindən  Ermənistan  ərazisinə  neft  keçirilməsinin  qarşısını  almış,  22

sisterni

Qazax  rayon  Polis  Şöbəsinə  təhvil  vermiş  və  bununla  bağlı  cənab  Əmiraslanov  dövlət

televiziyasında çıxış edərək neft keçirmək istəyən şəxslərin tutulmamasına görə tənqidi fikirlər

səsləndirmişdir.  Məhz  bundan  sonra  XTPD‐çilərlə  Heydər  Əliyev  arasında  ziddiyyətlər  açıq

mübarizə xəttinə keçmişdir, 1995‐ci il matın 13‐də XTPD‐nin Qazax bölməsinə hücum olmuş və

qanlı döyüş baş vermişdir. Martın 14‐də daxili işlər naziri Ramil Usubov (hazırda da bu vəzifəni

daşıyır)  XTPD‐nin  buraxılması  və  3  gün  ərzində  silahların  təhvil  verilməsi  barədə  əmr

imzalamışdır.  Bununla  belə  martın  16‐dan  17‐ə  keçən  gecə  XTPD‐nin  Bakıdakı  qərargahı

ətrafında XTPD‐çilərlə daxili qoşunlar arasında silahlı toqquşma baş vermiş, nəticədə XTPD‐nin

rəisi  cənab  Cavadov  aldığı  yaralar  nəticəsində  Daxili  İşlər  Nazirliyinin  hospitalında  dünyasını

dəyişmişdir.

Bundan  sonra  ölkə  boyu  XTPD  üzvlərinin  həbsi  həyata  keçirilmişdir.  Həbs  edilən  və  sonradan

azadlıqdan məhrum edilən çoxsaylı XTPD‐çilərə qarşı qiyam ittihamı ilə yanaşı müxtəlif illərdə

törədilmiş səs‐küylü qətllərin törədilməsi ittihamları da irəli sürülmüşdür. Azadlıqdan məhrum

edilmiş  XTPD‐çilər  ya  həbsxanalarda  dünyalarını  dəyişmiş,  ya  da  sonrakı  illərdə  siyasi  və  ya

ehtimal edilən siyasi məhbuslar qismində bir qayda olaraq əfv vasitəsilə azadlığa buraxılmışlar.

onuncu  dəfə  əfv  fərmanı  ilə  XTPD  üzvü  olmuş  Şəmsi  Abdullayev  2012‐ci  ilin  dekabrında

S

azadlığa buraxılmışdır. Bununla belə, bir neçə XTPD‐çi hələ də həbsdə saxlanılırlar.



Məhbusların  üzərinə  qoyulmuş  əsas  ittihama  əsasən,    Elçin  Əmiraslanovun  tapşırığı  ilə  Səfa

Poladov  və  Arif  Kazımov  Qazax  rayonunda  yerləşən  “Akasiya”  restoranında  Qazax  rayon  Polis

Şöbəsinin  rəisini  və  Qazax‐Ağstafa  rayonları  üzrə  MTN  idarəsinin  rəisini  öldürmüşlər.  Hər  3

məhbus  vətənə  xəyanət  maddəsi  ilə  təqsirli  bilinərək  ölüm  cəzasına  məhkum  edilsələr  də,  bu

ittihamın mahiyyəti nə istintaq tərəfindən, nə də məhkəmə tərəfindən sübut edilməmişdir. Daha

sonra cənab Əmiraslanov Xüsusi İdarənin rəisi Şəmsi Rəhimovun və Milli Məclisin sədr müavini

Afiyəddin Cəlilovun qətlində iştirakçılıqda da ittiham edilmişdir.

Məhkəmə  iclaslarında  Qazax  rayonunda  baş  vermiş  hadisə  ilə  bağlı  ittiham  sübuta  yetməmiş,

vəfat etmiş şəxslərin yaxınları həbs edilənlərə qarşı heç bir şikayət və tələblərinin olmadığını və

bu şəxslərin onların yaxın qohumlarını öldürmədiklərini, vəfat etmiş şəxslərin Ermənistana neft

keçirilməsi ilə bağlı istintaqla əlaqədar öldürüldüklərini bildirmişlər.

Bununla belə, cənab Əmiraslanov, cənab Kazımov və cənab Poladov Azərbaycan Respublikası Ali

Məhkəməsinin  28  noyabr  1997‐ci  il  tarixli  qərarı  ilə  Azərbaycan  SSR‐nin  08  dekabr  1960‐cı  il

tarixli qanunu ilə təsdiq edilmiş Cinayət Məcəlləsinə əsasən ölüm cəzasına məhkum edildilər.

Ərizəçilər  məhkum  edilən  vaxt  onların  hökmündən  apellyasiya  şikayətinin  verilməsi  qanunla

nəzərdə tutulmurdu. Bundan əlavə, cənab Əmiraslanov Ali Məhkəmənin 22 sentyabr 2000‐ci il

tarixli  qərarı  ilə  15  il  müddətinə  azadlıqdan  məhrum  edilmiş,  bununla  belə  həmin  qərara

əsasən  onun  əvvəlki  ömürlük  azadlıqdan  məhrumetmə  cəzası  (ölüm  cəzası  bu  cəza  ilə  əvəz

edilmişdi) saxlanılmışdır.



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə