Azərbaycanda


“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə41/43
tarix14.04.2018
ölçüsü1,01 Mb.
#38315
növüXülasə
1   ...   35   36   37   38   39   40   41   42   43

“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

üçün  yerli  icra  strukturlarının  hədəfinə  çevrilmiş,  onun  özü  və  yaxınları  bir  neçə  dəfə

çin

81

hədələnmişdir.  Bundan əlavə,  məhz  El



İsmayıllı  bütün  Azərbaycanda  səs  salmış  İsmayıllı

etirazları barədə sosial şəbəkələrdə məlumatlar, foto və videolar yaymışdır.

Cənab  Elşən  İsmayıllı  bir  neçə  dəfə  rayon  icra  hakimiyyətinin  başçısının  müavini  Rafael

Əhmədov tərəfindən “başına oyun açılacağı ilə” hədələnib, belə ki, cənab Elşən İsmayıllı yaşadığı

Hacıhətəmli  kəndinin  yol‐nəqliyyat,  su,  işıq  və  digər  sosial  problemləri  barədə  şikayətlər  edir,

jurnalist qardaşına məlumatlar ötürürdü.

Cənab İsmayıllı etirazların baş verdiyi ilk gün, yəni yanvarın 23‐də ümumiyyətlə hadisə yerində

olmayıb,  o,  yaşadığı  Hacıhətəmli  kəndində  olub  ki,  bu  kənd  rayon  mərkəzindən  34  km  aralıda

yerləşir. Yanvarın 24‐də cənab Elşən İsmayıllı mərhum babası Xəlil Xəlilovun yas mərasimində

iştirak etmək məqsədilə valideynləri ilə birgə rayon mərkəzinə gəlib. Yas mərasimi M.F.Axundov

küçəsində  olub,  əsas  toqquşmalar  da  bu  küçədə  baş  verib.  Cənab  İsmayıllı  da  başqaları  kimi

hadisələrlə  maraqlanmaq  məqsədilə  əhalinin  içində  olub.  Bu  zaman  rayon  icra  hakimiyyəti

başçısının müavini Rəfael Əhmədov qəflətən cənab İsmayıllının üzərinə yeriyərək ona təhqiramiz

sözlər deyib və bildirib ki, “hadisələri siz təşkil etmisiniz”. İstintaqın təqdim etdiyi videoda üzü

dəqiq görünən cənab İsmayıllının hadisələri müşahidə etdiyi və qanunsuz hərəkətlər törətmədiyi

görünür. Bununla belə, onu etirazlardan 10 gün sonra həbs etmişlər. Fevralın 3‐də polislər onu

yaşadığı  kənddən  rayon  mərkəzinə  gətiriblər  və  rayon  polis  şöbəsində  dindiriblər.  Elşən

İsmayıllını  rayon  polis  rəisinin  müavini  Şöhrət  Kərimov  dindirib,  daha  sonra  rayon

prokurorluğunda  ondan  izahat  alınıb.  Bundan  sonra  o,  fevralın  4‐də  yenidən  prokurorluğa

gəlmək şərti ilə sərbəst buraxılıb. Fevralın 4‐ü saat 13 radələrində isə onu prokurorluqdan bir

xta yola salıblar və onu Bakıda

maşına mindirərək, istintaqın Bakıda aparıldığını deməklə payta

həbs ediblər.

əki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014‐cü il qərarı ilə 5 il 6 ay müddətinə azadlıqdan



əhrumetmə cəzasına məhkum edilmişdir.

Ş

m




“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

82

b.



 

Keçmiş dövlət məmurları



9

2.



 

İnsanov Əli Binnət oğlu

S

tarixi 

20 okty b



axlanma

:

a r 2005



İttiham:

CM‐nin  179.3.2  (mənimsəmə  və  israf  etmə  külli  miqdarda  törədildikdə),  306.2

(məhkəmənin  hökmünü,  qərarını,  yaxud  digər  aktını  icra  etməmə  vəzifəli  şəxs  tərəfindən  təkrar

törədildikdə),  308.1  (vəzifə səlahiyyətlərindən sui‐istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin

icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq

səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb

etdiyi  halda  istifadə  etməməsi  fiziki  və  ya  hüquqi  şəxslərin  hüquqlarına  və  qanuni  mənafelərinə,

yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda),  311.3.1

(rüşvət  alma  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  tərəfindən  törədildikdə),  311.3.2  (rüşvət  alma



təkrar  törədildikdə),  311.3.3  (rüşvət  alma  külli  miqdarda  törədildikdə)  və  313‐cü  (vəzifə

saxtakarlığı,  yəni  vəzifəli  şəxs  tərəfindən  rəsmi  sənədlərə  və  ya  informasiya  resurslarına  bilə‐bilə

yalan  məlumatların  daxil  edilməsi,  habelə  göstərilən  sənədlərdə  və  ya  informasiya  resurslarında

onların  həqiqi  məzm

 edilm si,  bu  əməllər  tamah  və  ya  sair  şəxsi

ununu  təhrif  edən  düzəlişlərin

ə

) maddə

ə

niyyətlərlə törədildik

ləri

Saxlandığı yer:

13 saylı Cəzaçəkm  Müəssisəsi



İş  üzrə  qısa  arayış:

Cənab  İnsanov  hakim  Yeni  Azərbaycan  Partiyasının  (YAP)

qurucularından  biri  hesab  edilir,  o,  1993‐cü  ildən  həbs  edilənə  qədər  Azərbaycan

Respublikasının səhiyyə naziri vəzifəsində çalışmışdır.  

2005‐ci  ilin  noyabrında  keçirilmiş  parlament  seçkilərindən  əvvəl  və  seçkilər  ərəfəsində  cənab

İnsanov  YAP‐ın  İdarə  Heyətinin  iclaslarında  kəskin  tənqidi  çıxışlar  etmiş,  hakimiyyətdə

cinayətkarların təmsil olunduğunu, aparılan siyasətin yanlışlığını və dəyişdirilməli olduğunu, əks

halda  xalqı  aldatmış  olacaqlarını  bildirmişdir.  YAP‐ın  qurultayından  əvvəl  keçirilən  idarə

heyətinin  iclasında  tənqidi  fikirlərini  davam  etdirərək,  partiyaya  dəvət  etdiyi  və  ona  görə

partiyaya qoşulan şəxslərdən buraxılan səhvlərə və yanlış siyasətə görə üzr istəmək dərəcəsinə

çatdırıldığını vurğulayıb. Cənab İnsanov həbsindən 7 ay əvvəl, yəni 2005‐ci ilin mart ayında həm

YAP‐dan,  həm  də  səhiyyə  naziri  vəzifəsindən  istefa  vermək  üçün  ərizə  ilə  Prezident  İlham

Əliyevə müraciət etsə də, onun istefası qəbul edilməmişdir. Həbsindən iki ay əvvəl cənab İnsanov

izləndiyini, hətta Bakıdan çıxdıqdan sonra da bu izləmənin davam etdiyini və bununla da bağlı

prezidentə müraciət etdiyini bəyan etmişdir. Müraciətdə elə hakimiyyətdə təmsil olunan qruplar

tərəfindən izləndiyini vurğulamışdır.

Parlament seçkilərinə 16 gün qalmış cənab İnsanov həbs edilərkən ona qarşı ilkin olaraq dövlət

çevrilişi etməyə hazırlıq ittihamı sürülsə də (dövlət mediası da bu barədə məlumatlar yayırdı),

sonradan  bu  ittiham  sırf  iqtisadi  cinayətlər  üzrə  ittihamlara  çevrildi.  Onun  həbsi  Milli

Təhlükəsizlik  Nazirliyi  tərəfindən  həyata  keçirilib  və  barəsində  dərhal  həbs  qətimkan  tədbiri

seçilib.  

Keçmiş nazir həbs edilərkən işgəncəyə məruz qaldığını, işgəncələrin Bayıl həbsxanasında, 5 saylı

istintaq təcridxanasında, 13 saylı cəzaçəkmə müəssisəsində davam etdiyini bildirmişdir.

2007‐ci  ildə  cənab  İnsanovun  cinayət  işi  üzrə  istintaq  yekunlaşıb,  ancaq  onun  vəkillərinə  iş

materialları  ilə  tanış  olmaq  və  surətlər  götürməyə  imkan  verilməyib.    O,  20  aprel  2007‐ci  ildə

Bakı  Ağır  Cinayətlər  Məhkəməsinin  qərarı  ilə  11  il  müddətinə  azadlıqdan  məhrum  edilib.

2007‐ci il sentyabrın 21‐də Bakı Apellyasiya Məhkəməsi, 16 yanvar 2008‐ci ildə isə Ali Məhkəmə

bu qərardan verilən şikayətləri təmin etməyib.

 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə