Azərbaycanda



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə40/43
tarix14.04.2018
ölçüsü1,01 Mb.
#38315
növüXülasə
1   ...   35   36   37   38   39   40   41   42   43

“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

79

G. Digər işlər





a.

 

İsmayıllı etirazlarına görə həbs edilənlərin işi

2013‐cü  il  yanvarın  23‐ü  axşam  saatlarında  İsmayıllıda  yerləşən  keçmiş  Əmək  və  Əhalinin

Müdafiə  naziri  Füzuli  Ələkbərovun  oğlu  Vüqar  Ələkbərova  məxsus  olan  “Çıraq”  otelinin  (bunu

həmin  hadisələrə  görə  həbs  edilən  İlqar  Məmmədov  rəsmi  sənədlər  yayaraq  sübut  etmişdi)

inzibatçısı  Emil  Şəmdinov  və  onun  tanışı  Elməddin  Məmmədov  içkili  vəziyyətdə  yerli  taksi

sürücüsünün maşınını vurduqdan sonra taksi sürücüsünün özünə də zərbələr endiriblər. Hər iki

şəxs hadisə yerinə yığışan çoxsaylı İsmayıllı sakinlərini təhqir etmişlər. Bu, hadisə yerində olan

və sonradan gələn İsmayıllı sakinlərinin etirazına səbəb olmuş, qəzəblənmiş kütlə “Çıraq” otelinə

daşlar atmağa başlamış və otel yandırılmışdır. Etiraz edənlər nazir Füzuli Ələkbərovun qardaşı

olan  yerli  icra  hakimiyyətinin  başçısı  Nizami  Ələkbərovun  da  istefasını  tələb  etmişlər  və  onun

evinə  tərəf  gedərək  etirazlarını  burada  davam  etdirmiş,  evi  və  həyətdə  olan  avtomobilləri

yandırmışlar. Etirazlara görə Bakıdan və qonşu rayonlarından çoxsaylı polis qüvvələri və Daxili

Qoşun əsgərləri İsmayıllı rayonuna yeridilmiş və həbslər aparılmışdır. Hadisələrə görə cinayət işi

açılmış və yanvarın 23‐də Emil Şəmdinov və Elməddin Məmmədovdan başqa 8 İsmayıllı sakini

barədə  həbs  qətimkan  tədbiri  seçilmiş,  23  nəfər  inzibati  qaydada  müxtəlif  müddətlərə  həbs

edilmişlər.  Yanvarın  24‐də  həbs  edilənlərin  azadlığa  buraxılması  və  icra  başçısının  istefaya

t

göndərilməsi  çağırışları  ilə  aksiyalar  davam  etdirilmiş,  e irazları  yatırmaq  üçün  polis



gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə etmişdir.

Cinayət  işi  çərçivəsində  hadisələrə  görə  ümumilikdə  18  nəfər  həbs  edilmişdir  ki,  onların  16‐ı

İsmayıllı  sakini,  2  nəfər  isə  hadisələri  yerində  öyrənmək  üçün  İsmayıllıya  səfər  etmiş

Respublikaçı  Alternativ  Hərəkatının  sədri  İlqar  Məmmədov  və  jurnalist  Tofiq  Yaqubludur  (hər

ikisinin  işi  i   müvafiq  olaraq  “Siyasətçilər”,  “Jurnalistlər  və  bloggerlər”  bölməsindən  tanış  ola



bilərsiniz).

Barələrində  həbs  qətimkan  tədbiri  seçilmiş  şəxslərə  ilkin  olaraq  polisə  müqavimət    və  ictimai

qaydanı kobud surətdə pozmaq ittihamları irəli sürülsə də, sonradan ictimai qaydanı pozma daha

ağır ittihamla ‐ kütləvi iğtişaşlar törətmə və ya bu iğtişaşlarda iştirak etmə ilə əvəz edilmişdir.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynovun 17 mart 2014‐cü il qərarı ilə həbs

edilmiş şəxslərdən 10 nəfər 4 ildən 8 ilə qədər müddətlərə azadlıqdan məhrumetmə cəzalarına

məhkum edilmiş, 8 nəfərə şərti cəza kəsilərək onlar məhkəmə zalından azadlığa buraxılmışlar.

Təqsirləndirilən şəxslərin bir neçəsi özlərini qismən təqsirli bilsələr də, onların arasında saxta və

sifarişli ittihamlarla həbs edilən şəxslər də var. Başqa sözlə, İlqar Məmmədov və Tofiq Yaqublu

ilə  yanaşı,  İsmayıllı  sakinlərindən  də  açıq  siyasi  motivlərlə  həbslər  edilənlər  olmuşdur.  Bu

şəxslərin cinayət əməllərində iştirakı məhkəmədə sübuta yetirilməmişdir, hətta şahid kimi ifadə

verən  çoxsaylı  polislər  yanğın  törədən  və  daş  atan  şəxslərin  üzlərini  görmədiklərini,  çoxsaylı

ümumi  etirazların  getdiyini  vurğulayıblar.  Otelin  sahibləri  və  oteldə  qalanlar  zərərçəkmiş  kimi

tanınsalar  da,  onlar  təqsirləndirilənlərə  qarşı  heç  bir  iddialarının  olmadığını  məhkəmə

proseslərində qeyd ediblər.  

 

 



 

90.

 

İbrahimov Vasif Ədalət oğlu

Saxlanma

:

r l 2013‐cü il



tarixi 

25 fev a


İttiham:

CM‐nin  220.1  (zorakılıqların,  talanların,  yanğınların  törədilməsi,  əmlakın  məhv



edilməsi,  odlu  silahın,  partlayıcı  maddələrin  və  ya  qurğuların  tətbiq  edilməsi,  yaxud  hakimiyyət


“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

80

nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və



ya  belə  iğtişaşlarda  iştirak  etmə)  və  315.2‐ci  (xidməti  vəzifələrini  yerinə  yetirməsi  ilə  əlaqədar

hakimiyyət  nümayəndəsinə  zor  tətbiq  etmə,  zor  tətbiq  etməklə  müqavimət  göstərmə  və  ya  onun

yaxın qohumlarına qar

n təhlükəli olmayan zor tətbiq etmə və ya belə zor

tətbiq etmə hədəsi il

şı həyat və sağlamlıq üçü

ə hədə

ı

ləmə) maddələri

Saxlandığ  yer:

Şəki Penitensiar Müəssisəsi



İş üzrə qısa arayış:

Cənab İbrahimov İsmayıllı rayonunda baş verən haqsızlıqlara qarşı cıxış

edən  və  bu  haqsızlıqlara  görə  tənqidlər  səsləndirən  sakinlərdən  biri  olub.  Heç  bir  müxalifət

partiyasının  üzvü  olmasa  da,  ölkədə,  xüsusən  yaşadığı  İsmayıllı  rayonunda  yerli  icra

strukturlarına  müxalif  olub.  Cənab  İbrahimov  sahibkarlara  qarşı  təzyiqlər,  onların  günlərlə

işıqsız  qalması,  sahibkarlara  məxsus  mağazaların  qapadılması,  o  cümlədən  müxtəlif  sosial

problemləri  ANS  telekanalı  və  çap  mətbuatı  vasitəsilə  ictimailəşdirmiş,  İsmayıllıda  yaşayan

jurnalist Elçin İsmayıllıya rayonun müxtəlif yerlərində olan qanunsuzluqlar və sosial problemlər

barədə  məlumatlar  ötürmüş,  bunların  nəticəsində  cənab  İbrahimov  yerli  icra  strukturlarının

hədəfinə çevrilmişdir.

Cənab  İbrahimov  İsmayıllı  etirazlarının  başlandığı    gün,  yəni  yanvarın  23‐də  əraziyə  gəlmiş

jurnalistlərə  müsahibə  vermiş  və  müsahibəsində  “Çıraq”  otelinin  tikintisini  qanunsuz

adlandırmış, otelin olduğu tikilidə 35 aztəminatlı ailənin məskunlaşmasına baxmayaraq onların

oradan  məcburi  çıxarıldığını,  bu  işdə  yerli  strukturlarının  iştirak  etdiyini  bildirərək  yerli  icra

qurumlarını tənqid etmişdir

42

. Müsahibəsinin efirə verilməyən hissəsində o icra başçısı və sabiq



Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  nazirinin  oğlunun  bu  hadisələrdə  günahkar  olduğunu

bildirmişdir.

Cənab  İbrahimov  etirazlar  və  qarşıdurmalarda  birbaşa  iştirak  etməmiş  və  o,  ilk  günlər  deyil,

t

a



və ona qarşı ittihamlar irəli

hadisədən 1 ay sonra yerli icra struk url rının təkidi ilə həbs edilmiş

sürülmüşdür.

Şəki  Ağır  Cinayətlər  Məhkəməsinin  17  mart  2014‐cü  il  qərarı  ilə  8  il  müddətinə  azadlıqdan



məhrumetmə cəzasına məhkum edilmişdir.



91.

 

İsmayıllı Elşən Səməd oğlu

Saxlanma

:

2013


tarixi 

4 fevral



İttiham:

CM‐nin  220.1  (zorakılıqların,  talanların,  yanğınların  törədilməsi,  əmlakın  məhv



edilməsi,  odlu  silahın,  partlayıcı  maddələrin  və  ya  qurğuların  tətbiq  edilməsi,  yaxud  hakimiyyət

nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və

ya  belə  iğtişaşlarda  iştirak  etmə)  və  315.2‐ci  (xidməti  vəzifələrini  yerinə  yetirməsi  ilə  əlaqədar

hakimiyyət  nümayəndəsinə  zor  tətbiq  etmə,  zor  tətbiq  etməklə  müqavimət  göstərmə  və  ya  onun

yaxın qohumlarına qar

n  əhlükəli olmayan zor tətbiq etmə və ya be

or

tətbiq etmə hədəsi il

şı həyat və sağlamlıq üçü t





lə z

ə hədələmə) maddələri

Saxlandığı yer:

Şəki Penitensiar Müəssisəsi  



İş

üzrə  qısa  arayış:

Cənab Elşən İsmayıllı bölgədə jurnalist fəaliyyəti ilə məşğul olan, tənqidi

“Azadlıq” qəzeti, o cümlədən Azadlıq Radiosu ilə əməkdaşlıq edən və İsmayıllıda yaşayan bölgə

jurna


aşı  və  müxalif  AXCP  rayon  şöbəsinin  üzvlərindən  biridir.

J

yıllı,  həm  də  qonşu rayonlarda olan  problemləri  işıqlandırdığı



listi  Elçin  İsmayıllının  qard

u

 İsma



rnalist  uzun  müddət  həm

42

http://bit.ly/1mb5UIx




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə