Qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında konvensiya



Yüklə 95,03 Kb.
Pdf görüntüsü
tarix16.11.2017
ölçüsü95,03 Kb.
#10441


Qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarının 

 ləğv edilməsi haqqında konvensiya 

 

Baş Məclisin 34 /180 saylı 18 dekabr 1979-cu il tarixli qətnaməsi ilə 

qəbul  

edilmiş, imzalanmaq, təsdiq edilmək və qoşulmaq üçün 

açıqdır QÜVVƏYƏ  MİNMƏSİ: 27(1)-ci maddəyə müvafiq olaraq 3 

sentyabr 1981-ci il  

Bu Konvensiyanın iştirakçı dövlətləri, Birləşmiş Millətlər Təşkilatı 

Nizamnaməsinin əsas insan hüquqlarına, insan şəxsiyyətinin ləyaqətinə 

və  dəyərinə, kişilərdə qadınların hüquq bərabərliyinə inamını bir daha 

təsdiq etdiyini nəzərə alaraq,  

İnsan hüquqları haqqında ümumi bəyannamənin ayrı-seçkiliyik 

yolverilməzliyini təsdiq etdiyini, bütün insanların ləyaqət və hüquqi 

cəhətdən azad və bərabər doğulduğunu elan etdiyini və hər hansı fərq, o 

cümlədən cinsə görə fərq qoyulmadan onun elan etdiyi bütün hüquq və 

azadlıqlara malik olmalı olduğunu nəzərə alaraq,  

insan hüquqları haqqında Beynəlxalq paktların üzv-dövlətlərin üzərinə 

kişi və qadınların bütün iqtisadi, sosial, mədəni, mülki və siyasi 

hüquqlardan istifadə etməkdə hüquq bərabərliyini təmin etmək vəzifəsi 

qoyduğunu nəzərə alaraq,  

kişi və qadınların hüquq bərabərliyinə yardım göstərmək məqsədilə 

Birləşmiş Millətlər Təşkilatının və ixtisaslaşdırılmış idarələrin himayəsi 

altında bağlanmış beynəlxalq konvensiyaları nəzərə alaraq,  

həmçinin, Birləşmiş Millətlər Təşkilatının və ixtisaslaşdırılmış idarələrin 

kişi və qadınların hüquq bərabərliyinə yardım göstərmək məqsədilə 

qəbul etdikləri qətnamə, bəyannamə və tövsiyələri nəzərə alaraq,  

bütün bu müxtəlif sənədlərə baxmayaraq, yenə də əvvəlki kimi qadınlar 

barəsində xeyli dərəcədə ayrı-seçkiliyin mövcudluğundan narahat olaraq,  

qadınlara ayrı-seçkilik qoyulmasının hüquq bərabərliyi və insan 

ləyaqətinə hörmət prinsipini pozduğunu, qadınların öz ölkəsinin siyasi, 

sosial, iqtisadi və  mədəni həyatında kişilərlə  bərabər iştirakına  əngəl 

törətdiyini, ailənin və  cəmiyyətin rifahının yüksəlişinə mane olduğunu, 

qadınların öz ölkəsinə  və  bəşəriyyətə xidmət etmək imkanlarının tam 

açılmasını daha da çətinləşdirdiyini xatırladaraq,  

yoxsulluq şəraitində qadınların ərzaq əldə etmək, səhiyyə xidməti, təhsil, 

peşə hazırlığı, işə düzəlmək, eləcə  də digər tələbatlarını ödəmək 

imkanlarının daha az olmasından narahatlanaraq,  

 

1




bərabərliyə  və  ədalətə  əsaslanan yeni beynəlxalq iqtisadi nizamın 

bərqərar olmasının kişi və qadınlar arasında bərabərliyə  əhəmiyyətli 

kömək göstərəcəyinə əmin olaraq,  

 

aparteidin, irqçilik, irqi ayrı-seçkilik, müstəmləkəçilik, yeni 



müstəmləkəçilik, təcavüz, xarici işğal, ağalıq və dövlətlərin daxili işlərinə 

qarışmağın bütün formalarının ləğv edilməsinin kişi və qadınların 

hüquqlarının həyata keçirilməsi üçün zəruri olduğunu qeydedərək,  

 

beynəlxalq sülh və  təhlükəsizliyin möhkəmləndirilməsinin, beynəlxalq 



gərginliyin azaldılmasının, sosial və iqtisadi sistemlərindən asılı 

olmayaraq bütün dövlətlərin qarşılıqlı  əməkdaşlığının, ciddi və  təsirli 

beynəlxalq nəzarət altında ümumi və tam, xüsusilə nüvə silahları 

sahəsində, tərksilahın, ölkələr arasında münasibətlərdə  ədalət, 

bərabərlik və qarşılıqlı fayda prinsiplərinin bərqərar olmasının, əcnəbi və 

müstəmləkə  ağalığı  və xarici işğal altında olan xalqların öz 

müqəddəratını  təyin etmək hüququnun həyata keçirilməsinin, eləcə  də, 

dövlətlərin milli suverenliyinə  və  ərazi bütövlüyünə hörmət edilməsinin 

sosial tərəqqiyə  və inkişafa kömək edəcəyini və  nəticə etibarilə kişilərlə 

qadınlar arasında tam bərabərlik  əldə olunmasına imkan yaradacağını 

qeydedərək,  

 

ölkələrin tam inkişafının, bütün dünyanın rifahının və sülh işinin 



qadınların bütün sahələrdə kişilərlə  bərabər maksimal iştirakını  tələb 

etdiyinə əmin olaraq,  

 

qadınların ailənin rifahı  və  cəmiyyətin inkişafına verdiyi, indiyədək tam 



etiraf olunmamış töhfələrin əhəmiyyətini, analığın sosial əhəmiyyətini və 

hər iki valideynin ailədə  və övladlarının tərbiyəsində rolunu nəzərə 

alaraq,  

 

qadınların nəslin davam etdirilməsindəki rolunun ayrı-seçkiliyə  səbəb 



olmalı olmadığını — belə ki, uşaqların tərbiyəsi kişi və qadınların, eləcə 

də bütövlüklə cəmiyyətin birgə məsuliyyətini tələb edir - dərk edərək,  

 

kişi və qadınlar arasında tam bərabərliyə nail olmaq üçün kişilərin, eləcə 



də qadınların cəmiyyətdə və ailədə ənənəvi rolunu dəyişdirməyin zəruri 

olduğunu yadda saxlayaraq,  

 

qadınlar barəsində ayrı-seçkiliyin ləğv edilməsi haqqında Bəyannamədə 



 

2



elan edilmiş prinsipləri həyata keçirmək və bu məqsədlə belə ayrı-

seçkiliyin bütün forma və  təzahürlərini ləğv etmək üçün bütün zəruri 

tədbirləri görmək əzmiilə aşağıdakılar barəsində razılaşdılar:  

 

I HİSSƏ 



Maddə 1 

Bu Konvensiyanın məqsədləri üçün qadınlar barəsində ayrı-seçkilik 

anlayışı qadınların ailə  vəziyyətlərindən asılı olmayaraq, kişi və 

qadınların hüquq bərabərliyi  əsasında insan hüquqlarının və siyasi, 

iqtisadi, sosial, mədəni, mülki və  hər hansı digər sahələrdə  əsas 

azadlıqların zəiflədilməsinə, yaxud tanınmasını, qadınların onlardan 

istifadə etməsini, yaxud onları  həyata keçirməsini heçə endirməyə 

yönəldilmiş cinsi əlamətə görə  hər hansı  fərqləndirmə, istisna, yaxud 

məhdudiyyət deməkdir.  

Maddə 2  

İştirakçı-dövlətlər qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarını 

məhkum edir və  təxirə salınmadan bütün müvafiq vasitələrlə qadınlar 

barədə ayrı-seçkiliyin ləğv edilməsi siyasəti yeritməyi razılaşır, bu 

məqsədlə aşağıdakıları öhdələrinə götürürlər:  

a) kişi və qadınların hüquq bərabərliyini öz milli konstitusiyalarına və 

digər müvafiq qanunvericiliklərinə daxil etmək,  əgər bu, indiyə  qədər 

edilməyibsə, bu prinsipin qanunun və digər müvafiq vasitələrin köməyi ilə 

praktik olaraq həyata keçirilməsini təmin etməyi;  

 

b) lazım olan yerlərdə qadınlar barəsində hər cür ayrı-seçkiliyi qadağan 



edən müvafiq qanunvericilik tədbirləri və digər tədbirlər görməyi; 

  

c) qadınların hüquqlarının kişilərlə  bərabər  əsasda hüquqi müdafiəsini 



bərqərar etmək və  səlahiyyətli milli məhkəmələrinin və digər dövlət 

idarələrinin köməyi ilə qadınların bütün ayrı-seçkilik hərəkətlərindən 

təsirli müdafiəsini təmin etməyi;  

d) qadınlar barəsində  hər hansı ayrı-seçkilik hərəkətlərindən, yaxud 

fəaliyyətindən imtina etməyi, dövlət orqanlarının və idarələrinin bu 

təəhhüdə müvafiq hərəkət etməsinə 

təminat verməyi;  

e) qadınlar barəsində  hər hansı bir şəxs, təşkilat, yaxud müəssisə 

tərəfindən ayrı-seçkiliyin ləğv edilməsi üçün bütün müvafiq tədbirləri 

görməyi;  

f) qadınlar barəsində ayrı-seçkilik demək olan qüvvədəki qanunların, 

qərarların, adətlərin və  təcrübənin dəyişdirilməsi, yaxud ləğv edilməsi 

üçün bütün tədbirləri, qanunvericilik tədbirləri daxil olmaqla, görməyi;  

 

3




g) özünün cinayət qanunvericiliyində qadınlar barəsində ayrı-seçkilik 

sayıla bilən bütün müddəalarını ləğv etməyi.  



Maddə 3  

İştirakçı-dövlətlər, bütün sahələrdə, o cümlədən, siyasi, sosial, iqtisadi və 

mədəni sahələrdə qadınların insan hüquqlarını  və  əsas azadlıqları 

kişilərlə  rəhbər  əsasda həyata keçirmələrinə  və onlardan istifadə 

etmələrinə təminat vermək üçün onların hərtərəfli inkişafını və tərəqqisini 

təmin edən bütün müvafiq tədbirləri, qanunvericilik tədbirləri daxil 

olmaqla, qəbul edirlər.  

Maddə 4  

1.  İştirakçı-dövlətlərin kişilərlə qadınlar arasında faktiki bərabərliyin 

bərqərar olmasının sürətləndirilməsinə yönəldilmiş müvəqqəti tədbirlər 

qəbul etməsi, bu Konvensiyada müəyyən edildiyi kimi, ayrı-seçkilik 

sayılmır, lakin o, qətiyyən bərabər hüquqlu olmayan, yaxud differensial 

standartlara gətirib çıxarmamalıdır; bu tədbirlər imkanların bərabərliyi və 

bərabər hüquqlu münasibətlərin məqsədləri  əldə edildikdən sonra ləğv 

edilməlidir.  

2. İştirakçı-dövlətlərin analığın mühafizəsinə yönəldilmiş xüsusi tədbirləri, 

bu Konvensiyada nəzərdə tutulan tədbirlər daxil olmaqla, ayrı-seçkilik 

sayılmır.  

Maddə 5  

İştirakçı-dövlətlər aşağı  məqsədlərlə bütün müvafiq tədbirləri görürlər:  

a) cinslərdən birinin naqisliyi, yaxud üstünlüyü ideyasına, yaxud kişilərin 

və qadınların roluna dair stereotiplərə  əsaslanan xurafatın kökünün 

kəsilməsinə, adətlərin və hər cür başqa praktikanın ləğv edilməsinə nail 

olmaq məqsədilə kişi və qadınların sosial və  mədəni davranış modelini 

dəyişdirmək;  

b) ailə tərbiyəsində analığın sosial funksiyasının düzgün dərk edilməsini, 

kişi və qadınların öz övladlarının tərbiyəsinə  və inkişafına, uşaqların 

mənafeyi bütün hallarda üstün tutulmaq şərtilə, birgə  məsuliyyət 

daşımalarının etiraf olunmasını təmin etmək.  

Maddə 6  

İştirakçı-dövlətlər qadın alverinin bütün növlərinin və qadınların 

fahişəliyindən istifadənin kökünü kəsmək üçün bütün müvafiq tədbirlər, 

qanunvericilik tədbirləri daxil olmaqla, görürlər.  



II HİSSƏ  

Maddə 7  

İştirakçı-dövlətlər qadınların ölkənin siyasi və ictimai həyatında iştirakı 

barəsində ayrı-seçkiliyin ləğv edilməsi üçün bütün müvafiq tədbirləri 

görür, o cümlədən qadınlara kişilərlə  bərabər  əsasda aşağıdakı 

hüquqları 

təmin edirlər:  

 

4



a) bütün seçkilərdə  və açıq referendumlarda səs vermək və bütün açıq 

seçkili orqanlara seçilmək;  

b) hökumət siyasətinin formalaşdırılmasında və  həyata keçirilməsində 

iştirak etmək və dövlət vəzifələri tutmaq, eləcə  də bütün dövlət 

idarəetməsi səviyyələrində bütün dövlət funksiyalarını yerinə yetirmək;  

c) ölkənin ictimai və siyasi həyatının problemləri ilə  məşğul olan qeyri-

hökumət təşkilatlarının və assosiasiyaların fəaliyyətində iştirak etmək.  

Maddə 8  

İştirakçı-dövlətlər qadınları kişilərlə  bərabər  şəraitdə  və heç bir ayrı-

seçkilik qoyulmadan öz hökumətlərini beynəlxalq səviyyədə  təmsil 

etmək, beynəlxalq təşkilatların işində  iştirak etmək imkanı ilə  təmin 

etmək üçün bütün müvafiq tədbirləri görürlər.  

Maddə 9  

1.  İştirakçı-dövlətlər qadınlara vətəndaşlıq almaq, onu dəyişdirmək, 

yaxud saxlamaq barəsində kişilərlə bərabər əsasda hüquqlar verirlər. O 

cümlədən, onlar təmin edirlər ki, nə əcnəbi ilə nikaha daxil olmaq, nə də 

nikahda ikən  ərin vətəndaşlığının dəyişməsi arvadın vətəndaşlığının 

avtomatik surətdə  dəyişməsinə  səbəb olmur, onu vətəndaşlığı olmayan 

şəxsə çevirmir və onu ərinin vətəndaşlığını  qəbul etməyə vadar edə 

bilməz.  

2.  İştirakçı-dövlətlər qadınlara övladlarının vətəndaşlığı barəsində 

bərabər hüquqlar verir.  



III HİSSƏ 

Maddə 10  

İştirakçı-dövlətlər qadınları  təhsil sahəsində kişilərlə  bərabər hüquqlarla 

təmin etmək məqsədilə onlar barəsində ayrı-seçkiliyi ləğv etmək, o 

cümlədən kişi və qadınların bərabərliyi  əsasında aşağıdakıları  təmin 

etmək üçün bütün müvafiq tədbirləri görürlər:  

 

a) peşə, ixtisas seçimi yönümündə, təhsilə çatmaqda və istər kənd, 



istərsə  də  şəhər rayonlarındakı bütün kateqoriyalardan olan təhsil 

müəssisələrində diplom almaq üçün eyni şərait; bu bərabərlik 

məktəbəqədər müəssisələrdə, ümumi, xüsusi və ali texniki təhsildə, 

eləcə bütün peşə hazırlığı formalarında təmin olunur; 

 

b) eyni təlim proqramlarından istifadə etmək, eyni imtahanlar vermək, 



eyni ixtisaslı müəllim heyətinə, bərabər keyfiyyətli məktəb binalarına və 

avadanlığa malik olmaq; 

 

c) kişi və qadınların rolu barədə  hər cür stereotip konsepsiyaları bütün 



səviyyələrdə  və bütün təhsil formalarında bu məqsədə çatmağa kömək 

edən birgə  təhsili və digər təhsil növlərini təşviq etməklə, o cümlədən 

dərs vəsaitlərinə  və  məktəb proqramlarına yenidən baxmaq və  təlim 

metodlarını uyğunlaşdırmaq yolu ilə aradan qaldırmaq;  

d) təqaüd və  təhsil üçün digər vəsait almaqda eyni imkanlar; 

 

 



5


e) savadı yaşlılar arasında yaymaq proqramları daxil olmaqla təhsili 

davam etdirmək proqramlarına, o cümlədən kişi və qadınlar arasındakı 

hər cür bilik uyğunsuzluğunu mümkün qədər tez bir zamanda azaltmağa 

yönəldilmiş funksional savad proqramlarına yol tapmaq üçün eyni 

imkanlar;  

f) məktəbi bitirməmiş  qızların sayının azaldılması  və  məktəbi vaxtından 

əvvəl buraxmış  qızlar və qadınlar üçün proqramlar hazırlamaq;  

g) idman məşğələlərində  və fiziki hazırlıqda iştirakda eyni imkanlar;  

h) ailənin sağlamlığının və rifahının təmin olunmasına yardım göstərmək 

məqsədilə  təhsil xarakterli xüsusi informasiyalara, ailənin həcmini 

planlaşdırmağa dair informasiya və  məsləhətlər daxil olmaqla, yol 

tapmaq.  



Maddə 11  

1.  İştirakçı-dövlətlər məşğulluq sahəsində qadınlar barəsində ayrı-

seçkiliyi ləğv etmək məqsədilə kişi və qadınların bərabərliyi  əsasında 

qadınların bərabər hüquqlarını, o cümlədən aşağıdakı hüquqları  təmin 

etmək üçün bütün müvafiq tədbirləri görürlər: 

 

a) bütün insanların ayrılmaz hüququ olan əmək hüququ; 



 

b) işə götürülərkən eyni imkanlara malik olmaq, o cümlədən işə 

götürülərkən eyni meyarların tətbiq edilməsi hüququ; 

 

c) azad surətdə peşə, yaxud iş növü seçmək, vəzifədə irəli çəkilmək və 



məşğulluğunun təminatı hüququ, eləcə  də  iş  şəraitinin bütün 

güzəştlərindən istifadə etmək,  şagirdlik, yüksək səviyyəli peşə hazırlığı, 

ixtisasını müntəzəm artırmaq daxil olmaqla, peşə hazırlığı  və ixtisasını 

təkmilləşdirmə hüququ; 

 

d) güzəştlər daxil olmaqla, bərabər haqq almaq, bərabər dəyərli əməyə 



görə  bərabər  şərtlər, həmçinin işin keyfiyyətinin qiymətləndirilməsinə 

bərabər yanaşma hüququ; 

 

e) sosial təminat o cümlədən pensiyaya çıxarkən, işsizlik, xəstəlik, əlillik, 



qocalıq və  əmək qabiliyyətini itirdiyi digər hallarda hüququ, həmçinin, 

ödənişli məzuniyyət hüququ; 

 

f) sağlamlığının mühafizəsi və təhlükəsiz əmək şəraiti, o cümlədən nəsil 



davamı funksiyasının saxlanması üzrə hüququ; 

 

2. Qadınlar barəsində  ərə getməyə  və analığa görə ayrı-seçkiliyin 



qarşısını almaq və onların  əmək hüququna təsirli təminat vermək üçün 

iştirakçı-dövlətlər aşağıdakı müvafiq tədbirləri görürlər: 

 

a) hamiləliyə, yaxud hamiləliyə və doğuşa görə məzuniyyətə görə işdən 



azad etməyi, yaxud işdən çıxarılarkən ailə vəziyyətinə görə ayrı-seçkilik 

qoyulmasını, sanksiya tətbiq etmək təhdidi ilə, qadağan etmək;  

b)  əvvəlki iş yerini, vəzifə üstünlüyünü, yaxud sosial müavinətini 

itirmədən ödənişli məzuniyyətlər, yaxud hamiləliyə və doğuşa görə sosial 

müavinətlərlə müqayisə edilə bilən məzuniyyətlər tətbiq etmək;  

 

6




c) valideynlərin ailədəki vəzifələrini yerinə yetirməklə yanaşı,  əmək 

fəaliyyətini və ictimai həyatda iştirakını uyğunlaşdırmalarına o cümlədən 

uşaqlara qulluq üzrə müəssisələr  şəbəkəsinin yaradılması  və 

genişləndirilməsi ilə imkan verən  əlavə sosial xidmətləri təşviq etmək; 

d) qadınları, xüsusilə hamiləlik dövründə, onların sağlamlığı üçün zərərli 

olduğu sübut olunmuş 

işlərdə müdafiə etmək;  

3. Bu maddədə  bəhs edilən hüquqların müdafiəsinə dair qanunvericilik 

elmi-texniki biliklər baxımından vaxtaşırı gözdən keçirilir, eləcə də lazım 

olduğu qədər yenidən baxılır, ləğv edilir, yaxud genişləndirilir.  



Maddə 12  

1.  İştirakçı-dövlətlər qadınların kişi və qadınların bərabərliyi  əsasında 

tibbi xidmət almasını o cümlədən, ailənin həcmi məsələsini 

planlaşdırılmasına dair təmin etmək üçün qadınlar barəsində  səhiyyə 

sahəsində ayrı-seçkiliyin ləğv edilməsi üçün bütün müvafiq tədbirləri 

görürlər.  

2. İştirakçı-dövlətlər bu maddənin 1-ci bəndindən asılı olmayaraq, lazım 

gəldikdə, pulsuz xidmətlər, eləcə  də hamiləlik və  əmizdirmə dövründə 

müvafiq qida məhsulları ilə təchiz etməklə qadınlara hamiləlik, doğuş və 

doğuşdan sonrakı dövrlərdə müvafiq xidmətlər göstərilməsini təmin 

edirlər.  

Maddə 13  

İştirakçı-dövlətlər qadınların kişilərlə  bərabərliyi  əsasında bərabər 

hüquqlarını, o cümlədən aşağıdakı hüquqları  təmin etmək məqsədilə 

qadınlar barəsində iqtisadi və sosial həyatın digər sahələrindəki ayrı-

seçkiliyin ləğv edilməsi üçün bütün müvafiq tədbirləri görürlər:  

a) ailə uçun müavinət hüququ; 

 

b) daşınmaz  əmlak üçün istiqraz, ssuda və digər formalarda maliyyə 



krediti almaq hüququ; c) istirahətlə, idmanla məşğul olmaq və  mədəni 

həyatın bütün sahələri ilə bağlı olan tədbirlərdə iştirak etmək hüququ.  



Maddə 14  

1.  İştirakçı-dövlətlər kənd yerlərində yaşayan qadınların qarşılaşdıqları 

xüsusi problemləri və ailələrinin iqtisadi rifahını  təmin edilməsində 

oynadıqları mühüm rolu, o cümlədən təsərrüfatın qeyri-əmtəə 

sahələrindəki fəaliyyətini nəzərə alırlar və bu Konvensiyanın 

müddəalarının kənd yerlərində yaşayan qadınlar barəsində tətbiqi təmin 

etmək üçün bütün lazımi tədbirləri görürlər.  

2.  İştirakçı-dövlətlər kişi və qadınların bərabərliyi  əsasında qadınların 

kənd rayonlarının inkişafında iştirak etmələrini və bu inkişafdan 

faydalanmalarını  təmin etmək məqsədilə  kənd rayonlarında yaşayan 

qadınlar barəsində ayrı-seçkiliyin ləğv edilməsi üçün bütün müvafiq 

tədbirləri görür, o cümlədən onların aşağıdakı hüquqlarını təmin edirlər: 

 

a) bütün səviyyələrdə inkişaf planlarının işlənib hazırlanmasında iştirak 



 

7



etmək;  

b) ailənin həcminin planlaşdırılması  məsələlərinə dair, informasiya, 

məsləhətlər və xidmət daxil olmaqla, müvafiq tibbi xidmətə yol tapmaq;  

c) sosial sığorta proqramlarından bilavasitə 

bəhrələnmək;  

d) hazırlıq və funksional savad daxil olmaqla, bütün formal və qeyri-

formal təhsil növlərinə yiyələnmək, həmçinin icma xidmətinin bütün 

xidmət vasitələrindən, kənd təsərrüfatına dair o cümlədən texniki 

səviyyələrini artırmaq üçün məsləhət xidmətindən istifadə etmək;  

e) muzdlu iş, yaxud müstəqil əmək fəaliyyəti vasitəsilə iqtisadi imkanlara 

bərabər yol tapmağı  təmin etmək üçün özünə yardım qrupları  və 

kooperativlər təşkil etmək;  

f) kollektiv fəaliyyətin bütün növlərində 

iştirak etmək;  

g) kənd təsərrüfatı kreditlərinə və istiqrazlarına, satış sisteminə, müvafiq 

texnologiyaya yol tapmaq, torpaq islahatlarında, aqrar islahatlarda və 

torpaqların yenidən məskunlaşdırılması planlarında bərabər statusa 

malik olmaq; 

 

h) lazımi həyat  şəraitindən, xüsusilə  mənzil  şəraitindən, sanitar 



xidmətindən, elektrik enerjisindən və su təchizatından, eləcə  də 

nəqliyyatdan və rabitə vasitələrindən istifadə etmək.  



IV HİSSƏ 

Maddə 15 

1.  İştirakçı-dövlətlər qadınların qanun qarşısında kişilərlə  bərabərliyini 

etiraf edirlər.  

2.  İştirakçı-dövlətlər qadınlara kişilərlə eyni mülki hüquq səlahiyyəti və 

onu gerçəkləşdirmək üçün eyni imkanlar verirlər. Onlar, o cümlədən, 

qadınlara müqavilə bağlamaqda və  əmlakı idarə etməkdə, həmçinin 

onlara məhkəmə  və tribunal təhqiqatının bütün mərhələlərində  bərabər 

münasibəti təmin edirlər.  

3.  İştirakçı-dövlətlər razılaşırlar ki, hüquqi nəticələri qadınların hüquq 

səlahiyyətinin məhdudlaşdırılmasına səbəb olan bütün müqavilələr və 

hər cür digər xüsusi sənədlər etibarsız sayılır.  

4.  İştirakçı-dövlətlər  şəxslərin yer dəyişməsinə, yaşamaq və daimi 

yaşayış yerini azad surətdə seçməsinə dair qanunvericiliyə münasibətdə 

kişilərə və qadınlara eyni hüquqlar verirlər.  



Maddə 16  

1. İştirakçı-dövlətlər nikah və ailə münasibətlərinə dair bütün məsələlərlə 

qadınlar barəsində ayrı-seçkiliyin ləğv edilməsi üçün bütün müvafiq 

tədbirləri görür, o cümlədən kişilərlə qadınların bərabərliyi  əsasında 

aşağıdakıları 

təmin edirlər:  

 

a) nikaha daxil olmaqda eyni hüquqlar



 

b) azad surətdə  ər seçməkdə  və nikaha yalnız özünün azad və tam 

razılığa ilə daxil olmaqda eyni hüquqlar; 

 

 



8


c) nikah dövründə  və o pozularkən eyni hüquq və  vəzifələri olmaq;  

d) kişi və qadınların, ailə vəziyyətlərindən asılı olmayaraq, valideyn kimi 

övladları ilə əlaqədar məsələlərlə eyni hüquq və vəzifələri olması; bütün 

hallarda uşaqların mənafeyi üstün tutulur; 

 

e) uşaqların sayı və onların doğum illəri arasında fasilə məsələsini azad 



və  məsuliyyətlə  həll etməkdə eyni hüquqa, informasiyaya və  təhsilə, 

həmçinin bu hüququ həyata keçirməyə imkan verən vasitələrə malik 

olmaq;  

f) qəyyum, hami, vəkil olarkən və  uşaqları övladlığa götürərkən, yaxud 

milli qanunvericilikdə  nəzərdə tutulan analoji funksiyaları  həyata 

keçirərkən eyni hüquq və  vəzifələri olmaq; bütün hallarda uşaqların 

mənafeyi üstün tutulur; 

 

g)  ər və arvadın eyni şəxsi hüquqları, o cümlədən soyadı, peşə  və 



məşğuliyyət seçmək hüququ; 

 

h)  ər və arvadın mülkiyyətə pullu, yaxud pulsuz şəkildə sahib olmaq, 



onları almaq, idarə etmək və onlar barəsində  sərəncam verməkdə eyni 

hüquqları.  

 

2. Uşağın nişanlanması  və nikahı hüquqi qüvvəyə malik deyil, minimal 



nikah yaşının müəyyənləşdirilməsi və nikahların mütləq vətəndaşlıq 

vəziyyəti aktlarında qeydiyyatdan keçirilməsi üçün, qanunvericilik 

tədbirləri daxil olmaqla, bütün lazımi tədbirlər görülür.  

V HİSSƏ Maddə 17 

1. Bu Konvensiyanın həyata keçirilməsinin gedişini yoxlamaq üçün 

qadınlar barəsində ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitə (bundan 

sonra Komitə adlandırılacaq) yaradılır. O, Konvensiya qüvvəyə mindiyi 

vaxt on səkkiz, onu təsdiq edəndən, yaxud ona otuz beşinci dövlət 

qoşulandan sonra iyirmi üç yüksək əxlaqi keyfiyyətlərə və Konvensiyanın 

əhatə etdiyi məsələlərdə  səriştəyə malik ekspertdən ibarət olur. Bu 

ekspertlər iştirakçı-dövlətlər tərəfindən onların öz vətəndaşları arasından 

seçilir və özlərinin  şəxsi keyfiyyətlərində  çıxış edirlər; həm də  ədalətli 

coğrafi bölgü və müxtəlif sivilizasiya formalarının, həmçinin  əsas hüquq 

sistemlərinin təmsil olunması 

nəzərə alınır.  

2. Komitə üzvləri iştirakçı-dövlətlərin irəli sürdükləri şəxslərin daxil edildiyi 

siyahıdan gizli səsvermə yolu ilə seçilir. Hər iştirakçı-dövlət öz 

vətəndaşları arasından yalnız bir nəfərin namizədliyini irəli surə bilər.  

3.  İlk seçkilər bu Konvensiya qüvvəyə mindiyi gündən altı ay sonra 

keçirilir. Hər seçkinin keçirilməsinə, heç olmasa, üç ay qalmış Birləşmiş 

Millətlər Təşkilatının Baş katibi iştirakçı-dövlətlərə iki ay müddətində öz 

namizədlərini təqdim etmək, təklifi ilə  məktub göndərir. Baş katib 

namizədlikləri beləliklə irəli sürülmüş bütün şəxslərin  əlifba sırası ilə 

siyahısını onların namizədliyini irəli sürmüş 

iştirakçı-dövlətlər 

göstərilməklə hazırlayır və bu siyahını  iştirakçı-dövlətlərə  təqdim edir.  

4. Komitə üzvlərinin seçkisi İştirakçı-dövlətlərin Birləşmiş Millətlər 

 

9



Təşkilatı Baş katibinin Birləşmiş  Mİllətlər Təşkilatının Mərkəzi 

idarələrində çağırdığı iclasında keçirilir. İştirakçı-dövlətlərin üçdə ikisinin 

yetərsay olduğu bu iclasda ən çox səs alan və  iştirakçı-dövlətlərin 

iclasda və  səsvermədə  iştirak edən nümayəndələrinin mütləq 

əksəriyyətinin səsini qazanan namizədlər Komitəyə üzv seçilmiş 

sayılırlar.  

5. Komitə üzvləri dörd il müddətinə seçilir. Lakin ilk seçkilərdə seçilmiş 

doqquz üzvün səlahiyyət müddəti iki ildən sonra bitir; bu doqquz üzvün 

familiyası Komitə  Sədrinin seçkilərdən dərhal sonra keçirdiyi püşk 

vasitəsilə müəyyən edilir. 

 

6. Komitənin əlavə beş üzvünün seçilməsi bu maddənin 2-ci, 3-cü və 4-



cü bəndlərinə müvafiq olaraq Konvensiyanı otuz beşinci dövlət təsdiq 

edəndən, yaxud ona qoşulandan sonra keçirilir. Beləliklə, seçilmiş əlavə 

üzvlərdən ikisinin səlahiyyət müddəti iki ildən sonra bitir; həmin üzvlərin 

familiyalarını püşk vasitəsilə Komitə 

Sədri müəyyən edir. 

 

7. Gözlənilməz vakansiyanı tutmaq üçün, eksperti Komitə üzvü 



funksiyalarına xitam vermiş  iştirakçı-dövlət öz vətəndaşları arasından, 

Komitənin bəyənməsi 

şərtilə, yeni ekspert təyin edir. 

 

8. Komitə üzvləri Birləşmiş Millətlər Təşkilatının vəsaitindən, Komitənin 



vəzifələrinin  əhəmiyyəti nəzərə alınmaqla, Baş  Məclis tərəfindən 

müəyyən edilmiş qayda və  şərtlərlə Baş  Məclisin təsdiq etdiyi haqq 

alırlar.  

9. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Komitənin bu Konvensiyaya 

müvafiq olaraq funksiyalarını  səmərəli yerinə yetirməsi üçün lazımi 

sayda personal və maddi vəsait ayırır.  



Maddə 18  

1.  İştirakçı-dövlətlər baxılmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş 

katibinə bu Konvensiyanın müddəalarının yerinə yetirilməsi üçün 

gördükləri qanunvericilik və məhkəmə tədbirləri, inzibati və digər tədbirlər 

və bununla bağlı əldə edilmiş tərəqqi barəsində məruzələr təqdim etməyi 

öhdələrinə götürürlər:  

 

a) maraqlı dövlət üçün bu Konvensiya qüvvəyə mindiyi gündən sonra bir 



il 

ərzində;  

b) ondan sonra, ən azı, dörd ildə bir dəfə  və daha sonra Komitə  tələb 

etdikdə.  

 

2. Məruzələrdə bu Konvensiyanın təəhhüdlərinin yerinə yetirilmə 



dərəcəsinə təsir göstərən amillər və çətinliklər göstərilə bilər.  

Maddə 19  

1. Komitə 

məxsusi prosedura qaydalarını müəyyən edir. 

 

2. Komitə iki il müddətinə vəzifəli şəxslərini seçir.  



Maddə 20  

 

10




1. Komitə bu Konvensiyanın 18-ci maddəsinə müvafiq olaraq təqdim 

edilən məruzələrə baxmaq üçün, adətən, iki həftədən çox davam 

etməyən iclaslar keçirir. 

 

2. Komitənin iclasları, bir qayda olaraq, Birləşmiş Millətlər Təşkilatının 



Mərkəzi idarələrində, yaxud Komitənin müəyyən etdiyi hər hansı digər 

münasib yerdə keçirilir.  



Maddə 21  

1. Komitə hər il Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinə İqtisadi və 

Sosial  Şura vasitəsilə öz fəaliyyəti haqqında məruzə  təqdim edir və 

iştirakçı-dövlətlərdən aldığı  məruzə  və informasiyaların öyrənilməsi 

əsasında ümumi xarakterli təklif və tövsiyələr verə bilər. Bu cür ümumi 

xarakterli təklif və tövsiyələr iştirakçı-dövlətlərin qeydləri (əgər varsa) ilə 

yanaşı Komitənin məruzəsinə daxil edilir. 

 

2. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Komitənin məruzələrini 



məlumat üçün qadınların vəziyyətinə dair Komissiyaya göndərir.  

Maddə 22  

İxtisaslaşdırılmış idarələr bu Konvensiyanın onların fəaliyyət dairəsinə 

daxil olan müddəalarının yerinə yetirilməsi məsələlərinə baxılarkən 

təmsil olunmaq hüququna malikdir. Komitə ixtisaslaşdırılmış idarələrə 

Konvensiyanın onların fəaliyyət dairəsinə daxil olan sahələrdə yerinə 

yetirilməsi barədə məruzə təqdim olunmasını təklif edə bilər.  



VI HİSSƏ 

Maddə 23 

Bu Konvensiyada heç nə: 

 

a) iştirakçı-dövlətin qanunvericiliyində olan; yaxud 



 

b) həmin dövlət üçün qüvvədə olan hər hansı digər beynəlxalq 

konvensiyada, müqavilədə, yaxud sazişdə rast gəlinə bilən kişi və 

qadınların hüquq bərabərliyinə kömək edən müddəalara toxunmur.  



Maddə 24  

İştirakçı-dövlətlər bu Konvensiyada tanınan hüquqların tam 

gerçəkləşməsi uçun milli səviyyədə bütün lazımi tədbirləri görməyi 

öhdələrinə götürürlər.  



Maddə 25  

1. Bu Konvensiya onu bütün dövlətlərin imzalaması uçun açıqdır.  

2. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Konvensiyanın 

depozitarisi təyin edilir. 

 

3. Bu Konvensiya təsdiq edilməlidir. Təsdiqetmə  fərmanları saxlanmaq 



üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə  təhvil verilir. 

 

4. Bu Konvensiya bütün ölkələrin ona qoşulması uçun açıqdır. Qoşulma, 



 

11



qoşulma haqqında sənədin saxlanmaq üçün Birləşmiş Millətlər 

Təşkilatının Baş katibinə təhvil verilməsi isə həyata keçirilir.  



Maddə 26  

1. Hər hansı iştirakçı-dövlət istənilən vaxt Birləşmiş Millətlər Təşkilatı Baş 

katibinin adına yazılı  məlumatla, bu Konvensiyaya yenidən baxılmasını 

xahiş edə bilər.  

2. Birləşmiş Millətlər Təşkilatının Baş  Məclisi hər hansı  tədbirin 

görülməsini lazım saysa, bu xahiş barəsində  məhz hansı  tədbirlərin 

görülməsinin zəruriliyi haqqında qərar qəbul edir.  

Maddə 27  

1. Bu Konvensiya iyirminci təsdiqetmə fərmanı, yaxud qoşulma haqqında 

sənəd saxlanmaq uçun Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil 

veriləndən sonra otuzuncu gün qüvvəyə minir. 

 

2. Bu Konvensiyanı iyirminci təsdiqetmə  fərmanı, yaxud qoşulma 



haqqında sənəd saxlanmağa veriləndən sonra təsdiq edən, yaxud ona 

qoşulan hər bir dövlət uçun, o, həmin dövlət öz təsdiqetmə  fərmanını, 

yaxud qoşulma haqqında sənədini saxlanmağa təhvil verəndən sonra 

otuzuncu gün qüvvəyə minir.  



Maddə 28  

1. Birləşmiş Millətlər Təşkilatının Baş katibi dövlətlərin təsdiq, yaxud 

qoşulma zamanı etdiyi qeyd-şərtlərin mətnlərini alır və bütün dövlətlərə 

göndərir.  

2. Bu Konvensiyanın məqsəd və  vəzifələrinə uyğun gəlməyən qeyd-

şərtlərə yol verilmir. 

 

3. Qeyd-şərtlər istənilən vaxt Baş katibin adına göndərilmiş müvafiq 



bildirişlə geri götürülə bilər. Baş katib sonra bu haqda bütün iştirakçı-

dövlətlərə xəbər verir. Belə bildiriş alındığı gündən qüvvəyə minir.  



Maddə 29  

1. Bu Konvensiyanın  şərhi və  tətbiqi barəsində iki, yaxud bir neçə 

iştirakçı-dövlət arasında danışıqlar yolu ilə  həll edilməyən hər hansı 

mübahisə  tərəflərdən birinin xahişi ilə arbitraj təhqiqatına verilir. Əkər 

arbitraj təhqiqatı haqqında ərizə veriləndən sonra altı ay ərzində tərəflər 

arbitraj təhqiqatının təşkili barəsində razılıq  əldə edə bilməsələr, bu 

tərəflərdən hər hansı biri həmin mübahisəni Beynəlxalq Məhkəməyə 

Məhkəmənin Statusuna müvafiq ərizə ilə verə bilər.  

2. Hər bir iştirakçı-dövlət Konvensiyanı imzalayarkən, yaxud təsdiq 

edərkən, yaxud ona qoşularkən özünü bu maddənin 1-ci bəndindəki 

müddəalarla bağlı saymadığını  bəyan edə bilər. Digər iştirakçı-dövlətlər 

bu cür qeyd-şərt qoymuş  hər hansı  iştirakçı-dövlət barəsində bu 

maddənin göstərilən bəndindən irəli gələn təəhhüdlər daşımırlar.  

3. Bu maddənin 2-ci bəndinə müvafiq olaraq qeyd-şərt qoymuş hər hansı 

 

12



iştirakçı-dövlət öz qeyd-şərtini istənilən vaxt Birləşmiş Millətlər 

Təşkilatının Baş katibinə yazılı bildirişlə geri götürə bilər.  



Maddə 30  

Rus, ingilis, ərəb, ispan, Çin və fransız dillərindəki mətnləri eyni qüvvəyə 

malik olan bu Konvensiya saxlanmaq üçün Birləşmiş Millətlər 

Təşkilatının Baş katibinə 

təhvil verilir. 

 

BUNUN TƏSDİQİ OLARAQ, lazımı qaydada müvəkkil edilmiş  aşağıda 



imza edənlər bu Konvensiyanı imzaladılar.  

 

 



13

Yüklə 95,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə