Azәrbaycanda inflyasiyanın ikirәqmli hәddә çatması makroiqtisadi tarazlıq vә



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix20.09.2018
ölçüsü1,4 Mb.
#69412
1   2   3   4   5   6   7   8   9   ...   24

 

9 

 

çәkisinin – әsasında müәyyәn edilir. Hazırda DSK tәrәfindәn 



İstehlak Qiymәtlәri  İndeksi hesablanarkәn bu meyarlardan 

birincisindәn istifadә olunur. 

Odur ki, tәdqiqat qrupu alternativliyi fәrqlәndirәn  әsas 

mәqamlardan biri kimi regionların seçim meyarını  әhalinin 

sayına müvafiq deyil, BVF, BӘT vә digәr beynәlxalq tәşkilatlar 

tәrәfindәn tәtbiqi tәklif olunan әmtәә dövriyyәsindәki payına 

müvafiq çәkilәrә görә müәyyәnlәşdirib. Bu yanaşmaya bir 

qәdәr dә aydınlıq gәtirәk. Belә ki, DSK-nın tәtbiq etdiyi vә 

әhalinin sayı  әsasında müәyyәnlәşdirdiyi metodiki yanaşma 

üzrә  rәsmi olaraq Bakı  şәhәrindә 2 milyonadәk  әhalinin 

yaşadığını  әsas götürәndә, paytaxtda qiymәtlәrin vә  әmtәә 

dövriyyәsinin regionlara nisbәtdә yüksәk olmasına 

baxmayaraq, son nәticәdә onun tәdqiqata cәlb edilәn 

obyektlәr arasında çәkisi aşağı olur. Bu isә öz növbәsindә 

yüksәk qiymәtlәrin vә geniş  әmtәә dövriyyәsinin mövcud 

olduğu әsas regionun ümumi göstәriciyә tәsirinin azaldılmasına 

gәtirib çıxarır.  Әks halda, daha çox әhalinin yaşadığı, lakin 

aşağı qiymәt sәviyyәsinә malik olan region daha böyük çәkiyә 

malik olur ki, bu da ümumi indeksin aşağı düşmәsinә  gәtirir. 

Mәrkәzin tәdqiqat qrupu tәrәfindәn tәtbiq edilәn yanaşmada 

isә hәmin regionda yaşayan әhalinin sayından asılı olmayaraq, 

orada mövcud qiymәtlәrlә qeydiyyatdan keçәn  әmtәә 

dövriyyәsi  әsas götürülür ki, bu da reallığa daha yaxın 

nәticәlәrin әldә olunmasına şәrait yaradır. 

İkinci alternativ yanaşma toplanmış qiymәtlәrin  İstehlak 

Qiymәtlәri  İndeksindә  (İQİ)  әks etdirilmәsi vә ümumilikdә 

indeksin interpretasiyası ilә bağlıdır.  İstehlak Qiymәtlәri 

İndeksinin alternativ metodologiyası problemi qeyd edilәn 

yanaşma baxımından da әhәmiyyәtlidir. Belә ki, reallıqda elә 

qeyri-monetar  şoklar baş verir ki, bunlar öz növbәsindә 

hesablanan inflyasiya göstәricisindә öz әksini tapır. Bu şoklar 

içәrisindә: mövsümi tәsirlәr ucbatından bәzi  әmtәә  vә 

xidmәtlәrin qiymәtlәrindә baş verәn dәyişikliklәr, enerji 

mәhsullarının qiymәtlәrindәki dәyişikliklәri xüsusi qeyd etmәk 

olar. Qeyd edilәn amillәrin yüksәk tәrәddüdlü, qısamüddәtli 



10 

 

 



xarakterә malik olmasını nәzәrә alaraq, hәr bir ölkәdә olduğu 

kimi, Azәrbaycanda da tәyinatlı inflyasiya göstәricisindәn 

istifadә edilmәsi lazımdır. Qeyd edәk ki, bu gün Azәrbaycan 

Respublikası Milli Bankı qeyd edilәn göstәricini yalnız daxili 

istifadә mәqsәdilә hesablayır. 

Ümumiyyәtlә, ikinci yanaşma ilә bağlı qeyd edilәn bütün 

mәsәlәlәrdә  әsas mәqsәd ölkәdә  mәhz xalis inflyasiyanın 

hesablanması ilә bağlıdır. Yәni  әsasәn  İstehlak Qiymәtlәri 

İndeksinin hesablanmasında istifadә edilәn bәzi 

komponentlәrin (hansılarının ki, qiymәtlәri dövr әrzindә 

birdәfәlik  şoklara daha çox mәruz qalır vә daha çox qeyri-

iqtisadi amillәr  әsasında formalaşır) çıxarılması  nәticәsindә 

yerdә qalan komponentlәr әsasında hesablanan xalis inflyasiya 

göstәricisi ölkәnin Mәrkәzi Bankının antiinflyasiya siyasәtinin 

formalaşdırılmasına vә ölkәdә baş verәn qiymәt artımının hansı 

hissәsinin mәhz monetar amillәr hesabına baş vermәsini 

müәyyәn etmәyә kömәklik edir. Bir sözlә, ölkәdә xalis 

inflyasiyanın hesablanmasında  әsas mәqsәd dayanıqlı bir 

inflyasiya göstәricisi әldә etmәkdir. 

“Alternativ inflyasiya metodologiyasının işlәnilmәsi” 

layihәsi çәrçivәsindә inflyasiyanın sosial rifaha tәsiri 

qiymәtlәndirilib.  Yoxsulluq mәsәlәsi  әn kәskin sosial 

problemlәrdәn olan Azәrbaycanda inflyasiya dәrәcәsinin 

yüksәlmәsindәn  әhalinin böyük hissәsi narahat olur. Bu, 

onların real gәlirlәrinә neqativ tәsir göstәrir - mәsәlәnin çox 

sadә tәrәfi belәdir. Amma “inflyasiyanın sosial-iqtisadi tәrәflәri” 

daha mürәkkәb vә  dәrindir. Belә ki, inflyasiya istehlakçıların 

real xәrclәrinin artmasına, yığımların dәyәrsizlәşmәsinә, 

istehsalçıların rәqabәt qabliyyәtinin azalmasına, investisiya 

iqliminin pislәşmәsinә  vә son nәticәdә  dә yerli istehsalçıların 

keyfiyyәtli mәhsul istehsalına olan maraqlarının azalmasına 

gәtirib çıxarır. 

İnflyasiyanın tәkcә iqtisadi fenomen olmadığı, onun 

hәmçinin sosial tәsirlәrә malik olduğu vә o cümlәdәn bu 

faktorların tәsirinә  mәruz qaldığı  dәfәlәrlә qeyd edilmişdir. 

Tәbii ki, inflyasiyaya kobud şәkildә “pulların dәyәrsizlәşmәsi” 




 

11 

 

kimi tәrif verilәrsә, bu halda, әsas diqqәtin әhalinin gәlirlәrinә 



birbaşa, dolayısı ilәsә rifah sәviyyәsinә yönәlmәsi qaçılmazdır. 

Әvvәllәr dә qeyd etdiyimiz kimi, inflyasiyanın sosial aspektdә 

mәnfi tәsirlәrinin qarşısının alınmasında  әsas addım  әhalinin 

real gәlirlәrinin qorunması, başqa sözlә desәk, әhalinin gәlirlәr 

әldә etmә imkanlarının qiymәtlәrin artımı ilә 

mәhdudlaşdırılmasının qarşısının alınmasından ibarәt olmalıdır. 

Burada hәr  şey “artım marafonunda” әhalinin gәlirlәrinin, ya 

da inflyasiyanın irәlidә olmasından asılıdır. 

İlk olaraq әhalinin pul gәlirlәrinin dinamikasina diqqәt 

yetirәk.  Azәrbaycan Respublikasında  әhalinin pul gәlirlәri 

2005-ci ildә 1991-ci illә müqayisәdә 19 min 316 dәfә artmışdır.  

Bu artımın iqtisadiyyatda müsbәt effektinin vә  hәyat 

sәviyyәsinә pozitiv tәsirinin qiymәtlәndirilmәsi, tәbii ki, 

yuxarıda qeyd etdiyimiz kimi, әhalinin on min dәfәlәrlә 

yüksәlәn gәlirlәrinin müqabilindә qiymәtlәrin artımının nә 

qәdәr “irәlidә” olmasından asılıdır.  Әmәk haqqı artımının 

әhalinin gәlirlәrinin çoxalmasında başlıca rol oynadığını nәzәrә 

alsaq, hәr iki göstәricinin müqayisәsinin dә  tәdqiqat 

baxımından  әhәmiyyәtini görә bilәrik. Azәrbaycanda 2003-

2004-cü illәrdә nominal әmәk haqqının keçәn illәrlә 

müqayisәdә artmasına baxmayaraq, İQİ  nәzәrә alınmaqla bu 

göstәrici eyni sәviyyәdә qalmışdır. Belә ki, hәmin illәr üzrә 

baxmayaraq ki, әmәk haqqının nominal baxımdan artımı  İQİ 

nәzәrә alınmaqla artımından çoxdur, lakin İQİ  nәzәrә 

alınandan sonra mәlum olur ki, 2003-2004-cü illәrdә  әmәk 

haqqının artım dinamikasında heç bir dәyişiklik müşahidә 

edilmәmişdir. 2005-ci ildә isә  hәr iki göstәrici – hәm  әmәk 

haqqının nominal baxımdan artımı  vә  hәm dә  İQİ  nәzәrә 

alınmaqla artımı - keçәn ilin artımı ilә müqayisәdә  aşağı 

olmuşdur.  İndi isә  әhalinin adambaşına pul gәlirlәri vә 

pensiyaların da İQİ  nәzәrә alınmaqla vә nominal baxımdan 

müqayisәsini nәzәrdәn keçirәk (bax: Cәdvәl 1) 




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə