Azәrbaycanda inflyasiyanın ikirәqmli hәddә çatması makroiqtisadi tarazlıq vә



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə2/24
tarix20.09.2018
ölçüsü1,4 Mb.
#69412
1   2   3   4   5   6   7   8   9   ...   24

 

5 

 

nәhayәt, (iii) Alternativ metodologiyaları  әsas götürmәklә 



Azәrbaycan Respublikasında alternativ qiymәt müşahidәsi 

aparmaq vә sonda ölkә üçün alternativ İQİ hesablamaq 

istiqamәtindә fәaliyyәtlәr hәyata keçirilib. 

 

Layihә çәrçivәsindә aşağıdakı nәticәlәr әldә olunub: 



•  Azәrbaycanda ilk dәfә olaraq Dövlәt Statistika Komitәsinә 

alternativ  şәkildә qiymәtlәrin statistik müşahidәsi 

aparılmış  vә  rәsmi göstәricilәrlә müqayisәyә  gәlәn 

inflyasiya sәviyyәsi hesablanmışdır; 

•  Dövlәt Statistika Komitәsi 2007-ci ildә Azәrbaycanda 

ikirәqәmli inflyasiyanın olduğunu etiraf edib; 

•  Nazirlәr Kabinetinin 2007-ci  ilin 1-ci rübünün vә yarım 

ilin sosial-iqtisadi yekunlarına hәsr olunan müşavirәsindә 

ölkәdә ikirәqәmli inflyasiya problemı prezident tәrәfindәn 

hәlli vacib vәzifә kimi qoyulmuş  vә hökümәtә anti-

inflyasiya tәdbirlәrini güclәndirmәk tapşırığı verilmişdir;  

•  Hәyata keçirilmiş ictimai maariflәndirmә kampaniyaları iş 

adamlarının,  әhalinin inflyasiya vә onun sosial –iqtisadi 

tәsirlәri barәdә  mәlumatlılıq sәviyyәsini artırmış  vә 

rasional gözlәmә imkanlarını genişlәndirmişdir;  

•  Layihә  çәrçivәsindә hazırlanmış  vә aidiyyatı orqanlara 

göndәrilmiş tövsiyәlәr paketinә  bır sıra qurumlardan, o 

cümlәdәn  İqtisadi  İnkişaf,  Әmәk vә  Әhalinin Sosial  

Müdafiәsi nazirliklәrindәn  cavab alınmış  vә    tәqdim 

olunmuş bәzi tövsiyәlәr artıq qәbul edilmişdir;  

•  Alternativ qaydada hesablanmış inflyasiya göstәricisi  

mәtbuatın, tәdqiqatçıların, iş adamlarının, ev 

tәsәrrüfatlarının istinad mәnbәyinә çevrilmişdir. Hәtta  

Londonda nәşr olunan mәşhur “The Economist” 

jurnalının 8 mart 2007-ci il tarixli sayında Britaniyanın 

nüfuzlu araşdırma mәrkәzlәrindәn olan  “Economist 

Intelligence Unit” tәrәfindәn hazırlanaraq dәrc olunmuş 

“Boom and gloom: Azerbaijan's economy, drunk on oil, is 

suffering rapid inflation” adlı mәqalәdә USAİD-in dәstәyi 



6 

 

 



ilә  hәyata keçirilmiş layihәnin yanvar ayı üzrә  İQİ 

nәticәlәrinә istinad  edilib; 

•  Layihәnin nәticәlәrinә istinadların çoxalması onun 

әsasında hesablanmış alternativ inflyasiya göstәricisinin   

nәinki tanınması, eyni zamanda  qәbul edilmәsindә 

әhәmiyyәtli rol oynayıb ki, bu da son illәr hökümәt üçün 

psixoloji baryer olan birrәqәmli inflyasiyadan ikirәqәmli 

inflyasiyaya keçid problemini hәll edib. 



 

 

 

 

 

 

 

 

 

 


 

7 

 

FӘSİL 1. İNFLYASİYA: SӘBӘB-



NӘTİCӘ SPİRALI  

 

Azәrbaycanda inflyasiyanın hesablanmasına alternativ 



baxış hansı  zәrurәtdәn doğdu? Bu sualı  hәlә 2000-ci ilin 

әvvәllәrindә Polşada fәaliyyәt göstәrәn yerli tәdqiqat mәrkәzi 

cavablandırmışdı: makro-iqtisadi tarazılığı qorumaq üçün. Bu, 

sadәcә, inflyasiya dәrәcәsi ilә bağlı  cәmiyyәtdә yaranan 

şübhәlәrә son qoymağa deyil, hәmçinin hökumәtin sosial-

iqtisadi siyasәtinә düzәlişlәr etmәk üçün әhәmiyyәtlidir. 

Mәrkәzi vә Şәrqi Avropada ilk dәfә Polşanın Sosial vә İqtisadi 

Araşdırma Mәrkәzinin başladığı bu tәdqiqat sonradan 

Ukraynanın  İqtisadi Tәhsil vә Araşdırma Alyansının 

ekspertlәrinin diqqәt mәrkәzindә oldu. Nәhayәt, Azәrbaycanda 

bu mәsәlәni ABŞ Beynәlxalq  İnkişaf Agentliyinin maliyyә 

dәstәyi ilә İqtisadi Tәdqiqatlar Mәrkәzinin ekspertlәri gündәmә 

gәtirdilәr. 

Azәrbaycanda inflyasiyanın ikirәqәmli hәddә çatması 

problemin nә  qәdәr aktual vә mübahisәli olduğunu bir daha 

tәsdiq etdi. İnflyasiya vә sosial mühit indiqatorları arasındakı 

mәnfi korelyasiya sübut olunmuş hipotezdir. Belәliklә  dә, 

ölkәdә mövcud olan inflyasiya sәviyyәsi haqqında gerçәk 

mәlumata malik olmaq hәmin ölkәdә hәyat sәviyyәsini düzgün 

qiymәtlәndirmәk vә iqtisadi inkişafın real xarakteristikasını 

müәyyәn etmәk baxımından xüsusi әhәmiyyәt kәsb edir. 

Azәrbaycan iqtisadiyyatının model ssenarilәrinin 

hazırlanması  vә adekvatlığı statistikanın, başda inflyasiya 

göstәricilәri olmaqla, dәqiq hesablanmasını  tәlәb edir. 

İqtisadçılar Valdes vә Engelin neft qazancının  “dәyişmәz 

gәlirlәr” hipotezinә uyğun nәsillәr arasında bölgüsü dә İQİ-nin 

nә dәrәcәdә adekvat olmasından xeyli asılıdır.  

Dövlәt Statistika Komitәsi tәrәfindәn inflyasiyanın 

hesablanması beynәlxalq metodologiyaya uyğun hәyata 

keçirilir. “Azәrbaycanda alternativ inflyasiya metodologiyasının 

hazırlanması” layihәsi çәrçivәsindә inflyasiya bütün ölkәlәrdә 



8 

 

 



olduğu kimi Laspeyres metodu ilә hesablanıb. Odur ki, bir çox 

ölkәlәrdә olduğu kimi, Azәrbaycanda da hәmin metodika 

әsasında inflyasiya sәviyyәsi hesablanarkәn eyni bir istehlak 

sәbәtinin cari dövrdә (ayda, kvartalda vә ildә) qiymәtlәri 

hәmin istehlak sәbәtinin keçәn dövrdәki qiymәtlәrinә 

bölünmәklә tapılır. Mәntiqә  әsaslanaraq verilәn “әgәr eyni 

düstur istifadә edilәcәksә, bәs onda alternativlik özünü nәdә 

göstәrәcәk” sualının cavablandırılması mәqsәdilә aşağıda qeyd 

olunanları diqqәtinizә çatdırırıq. 

Әvvәla, nәzәrdәn qaçırmayaq ki, Laspeyres metodu 

inflyasiyanın hesablanmasının çox ümumilәşmiş  vә yekun 

formuludur. Daha doğrusu, bu hesablanmaya qәdәr vә 

hesablanmadan sonra istifadә edilәn metodologiyalardan asılı 

olaraq inflyasiya sәviyyәsini xarakterizә edәn nәticәlәr kәskin 

fәrqlәnә bilәr. 

İkincisi, mәqsәd sadәcә, Laspeyres metoduna deyil

hәmçinin ölkәmizdә  tәtbiq edilәn metodologiyanın tәtbiqi 

üsullarına alternativliyin axtarılmasıdır. Elә  mәşhur iqtisadçı 

Skot Rogerin “problem inflyasiyanı hesablayarkәn hansı 

metodologiyanın tәtbiqindә deyil, onun necә  tәtbiq 

olunmasındadır” fikirlәri dә bu qәnaәti güclәndirir.  

Birinci alternativ yanaşma inflyasiyanın hesablanması 

mәqsәdilә seçilәn (müşahidә edilәn)  әmtәә  vә xidmәtlәrin 

qiymәtlәrinin müşahidәsi üsulu vә müşahidә aparılacaq 

regionların seçilmәsi vә yekunda ölkә üçün hesablanan istehlak 

qiymәtlәri indeksindә  әks etdirilmәsi qaydası ilә bağlıdır. Bu 

yanaşmada әsas mәqsәd istehlak sәbәtinә daxil olan әmtәә vә 

xidmәtlәrin qiymәt müşahidәsinin hansı obyektlәrdә  vә necә 

aparılmasını müәyyәn etmәkdәn ibarәtdir. Digәr tәrәfdәn isә 

әmtәә  vә xidmәtlәrin qiymәtlәrinin qeydә alınması  nәzәrdә 

tutulan coğrafi yerin seçilmәsinin alternativ üsulları da bu 

yanaşmanın  әsas elementlәrindәndir. Belә ki, dünya 

tәcrübәsindә qiymәt müşahidәsi aparılacaq regionlar әsasәn iki 

meyarın – a) region әhalisinin ümumi ölkә әhalisinin tәrkibindә 

tutduğu xüsusi payın vә b) regionun pәrakәndә  әmtәә 

dövriyyәsinin ölkәnin ümumi әmtәә dövriyyәsindәki xüsusi 




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə