Azәrbaycanda inflyasiyanın ikirәqmli hәddә çatması makroiqtisadi tarazlıq vә



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə14/24
tarix20.09.2018
ölçüsü1,4 Mb.
#69412
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

46 

 

 



hansının isә “model” kateqoriyaları üzrә  tәsnif edilmәsi) ilә 

bağlı  qәrarı Rusiya Federasiyasının Statistika Komitәsinin 

yerlәrdәki nümayәndәliklәri çıxarır. 

 

Qiymәt vә tariflәrin qeydiyyatı 

 

İQİ-nin hesablanması üçün mәlumatın toplanması 



konkret  әmtәә  vә xidmәtlәrә olan qiymәtlәrin aylıq  әsasda 

(hesabat ayının müәyyәn tarixindә, ölkәdәki qanunvericilikdәn 

asılı olaraq) qeydiyyatı vasitәsilә aparılır. Mәsәlәn, Rusiya 

Federasiyasının qanunvericiliyindә  tәsbit olunub ki, mәlumatın 

toplanması aylıq әsasda hesabat ayının 23-dәn 25-i tarixlәrinә 

qәdәr aparılır. 

 

Gürcüstanda isә qiymәtlәrlә bağlı ilkin mәlumatın 



yığılması ayın 10-cu günündәn 20-ci gününә  qәdәr olan 

müddәt  әrzindә aparılır. Bir ay әrzindә istehlak vә qeyri-

istehlak mallarının qiymәti paytaxt vә iri şәhәrlәrdә 4-6 dәfә, 

orta  şәhәrlәrdә isә 2-4 dәfә qeydiyyata alınır. Ödәnişli 

xidmәtlәr üzrә tariflәr isә bütün şәhәrlәrdә ay әrzindә 1-3 dәfә 

qeydiyyata alınır. 

 

Tәdqiq edilәn hәr bir ölkәdә maneәsiz vә nağd pula 



alınıb-satılan  әmtәәnin (güzәştli  şәrtlәr  әsasında alınıb-satılan 

mallar uçota alınmamaqla) faktiki qiymәti qeydiyyata düşür. 

İstehlak qiymәtinә  ӘDV, aksiz vergisi, satışdan (satış 

dövriyyәsindәn) tutulan vergi vә digәr vasitәli vergilәr

hәmçinin tәşkilatların gәlir vә xәrclәri daxil edilir. 

 

 



 

 



 

47 

 

İSTEHLAK QİYMӘTLӘRİ İNDEKSİNİN 



HESABLANMASI ÜÇÜN “XÜSUSİ ÇӘKİ” 

SİSTEMİNİN FORMALAŞDIRILMASI 

 

İstehlak zәnbilinin “xüsusi çәki” strukturu 

Postsovet ölkәlәrindә  әhalinin istehlak xәrclәrinә dair 

informasiya mәnbәyi ev tәsәrrüfatlarının büdcәsinin 

araşdırılması nәticәsindә hәr il әldә edilәn mәlumat toplusudur. 

Rusiyada ayrı-ayrı mal vә xidmәtlәri  әks etdirәn 

bәndlәrin istehlak zәnbilindәki xüsusi çәkisini müәyyәn etmәk 

üçün qanunvericilikdә  әlavә  mәlumatdan (pәrakәndә mal 

dövriyyәsinin strukturuna vә ya ayrı-ayrı  әmtәә növlәrinin 

istehsalına dair mәlumatdan, digәr mәnbәlәrdәn, ekspertlәr 

tәrәfindәn qiymәtlәndirilmәdәn) istifadә hüququ tәsbit 

edilmişdir. Belarusda da ev tәsәrrüfatlarının monitorinqi vә milli 

hesablara dair statistik qiymәtlәndirmәdәn istifadә edilir. 

Ukraynada istehlak zәnbilinin “xüsusi çәki” strukturunu 

formalaşdırmaq üçün monitorinq mәqsәdilә seçilmiş ev 

tәsәrrüfatlarının xәrclәrinә  dair    nәticәlәrdәn heç bir korrektә 

olmadan istifadә edilir. 

Ayrıca bir faktı qeyd etmәk lazımdır ki, Rusiyada (әhali 

tәrәfindәn istehlak edilәn  әmtәә  vә xidmәtlәr çeşidinin 

subyektlәr üzrә  fәrqlәnmәsini nәzәrә alaraq) İQİ-dә malların 

“xüsusi çәkisi” regional sәviyyәdә müvafiq region üçün 

hesablanmış  әhalinin istehlak xәrclәri strukturu әsasında, 

federal sәviyyәdә isә Rusiya Federasiyasında istehlak xәrclәri 

strukturunun әvvәlki il üzrә bazası әsasında müәyyәn edilir.  

Hazırda Qırğızıstan Respublikasında da İQİ-nin vilayәtlәr 

üzrә diferensiallaşdırılmış “xüsusi çәki” әsasında hesablanması 

metodologiyası  tәtbiq edilir; bu ölkәdә  dә  mәhz vilayәt 

miqyasında istehlak zәnbilinә dair bәzi mövqelәrin qeyri-

mövcudluğu (mәsәlәn, bәzi vilayәtlәrdә qaz şәbәkәsi 

qurulmamışdır) müşahidә olunur. 

İstehlak zәnbilindә “xüsusi çәki” strukturunun 

yenilәşdirilmәsi fasilәsi ölkәdәn-ölkәyә  fәrqlәnir. Belә ki, 

istehlak zәnbilinin hәm kәmiyyәt, hәm dә keyfiyyәt baxımından 




48 

 

 



dәyişmәsi ölkәdәki sosial-iqtisadi inkişafın sürәtindәn asılıdır. 

Rusiyada qanunvericiliyә uyğun olaraq, istehlak zәnbili vә 

konkret olaraq bu zәnbildәki “xüsusi çәkilәr” hәr il tәkrarәn 

nәzәrdәn keçirilir, Ermәnistanda müvafiq fasilә 3-5 il, 

Qırğızıstanda isә 1 il davam edir. 

 

Bölgәlәrin “xüsusi çәkisi” 

Gürcüstan istisna olmaqla, bütün postsovet mәkanında 

әmtәә vә xidmәt növlәrinin qiymәt vә tariflәrinin ölkә üzrә orta 

mәxrәci nәzәrә alınmaqla bölgәlәrin xüsusi çәkisi әhalinin sayı 

әsasında hesablanır. Gürcüstanda әmtәә  vә xidmәt növlәrinin 

hesablanmış orta mәxrәc qiymәti tәtbiq edilir ki, bu da 

ölkәdәki qiymәtlәrin vәziyyәtini tam obyektiv şәkildә  әks 

etdirmir. 

 

İstehlak qiymәtlәri indeksinin hesablanması 

 

Postsovet ölkәlәrinin hamısında  İQİ-nin hesablanması 



Laspeyres formulu әsasında aparılır. 

Tәdqiq edilәn ölkәlәr üçün sәciyyәvi xüsusiyyәt ondan 

ibarәtdir ki, indekslәr aylıq  әsasda  әvvәlki ay, әvvәlki ilin 

müvafiq ayı, keçmiş ilin dekabr ayı üzrә hesablanır. Rüblük 

әsasda qiymәtlәr indeksi әvvәlki rübün sonuna, әvvәlki ilin 

müvafiq rübü, çıxış (baza) ilinin müvafiq rübü, çıxış ili üzrә 

müәyyәn edilir. 

Daxil edilmiş  әmtәәlәrin (xidmәtlәrin) ayrı-ayrı növlәri 

üzrә qiymәtlәr indeksinin, hәmçinin rüb, ilin әvvәlindәn olan 

dövr, bir neçә ili әhatә edәn birlәşdirilmiş indekslәrin 

hesablanması  әmәli olaraq hәmişә “zәncirvarı” üsul әsasında 

aparılır ki, bu da müvafiq olaraq, aylıq, rüblük vә ya illik 

indekslәrin bir-birinә vurulması demәkdir. 

Beynәlxalq miqyasda müqayisәni tәmin etmәk üçün 

postsovet mәkanında indekslәrin hesablanması zamanı  fәrdi 

istehlakın tәyinatı üzrә  tәsnifatı  tәtbiq edilir ki, bu da Milli 

Hesablar Sisteminin tәrkib hissәsidir. 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə