Fənn: Azərbaycan dili Sinif: VI mövzu



Yüklə 13,67 Kb.
tarix21.04.2018
ölçüsü13,67 Kb.
#39614
növüDərs

Dərsin planı

Fənn: Azərbaycan dili

Sinif: VI

Mövzu: Zərf və digər nitq hissələri

Gözlənilən nəticələr:

Standartlar: 4.1.2. Sözün qrammatik mənasını kontektsə uyğun izah edir.

Dərsin tipi: induktiv

Dərsin forması: kollektiv iş, fərdi və qruplarla iş

Dərsin üsulu: beyin həmləsi, müsahibə, müzakirə, təqdimat, əqli oyunlar

Mövzu ilə bağlı inteqrasiya: Ədəbiyyat 1.1.1.

Resurslar:

Metodiki resurslar: 6-cı sinif Azərbaycan dili dərsliyi, müəllim üçün metodiki vəsait

İnternet resursları: Promethean Planet.ru; www.pedsovet.su; http://zakraski.ru/play/49/Paryaschie_ostrova; https://biteable.com/watch/hecer-abdurzaqova-2-1576240


; www.google.com ; http://learningapps.org/logout.php

Texniki resurslar: Promethean interaktiv lövhə, kompüter, proyektor, iş vərəqləri



Dərsin gedişi:

Dərsin əvvəlində şagirdlər 4 qrupa bölünür.



Motivasiya: (3dəqiqə) Aşağıdakı filipçatda öz əksini tapmışdır.

Şagirdlər suala cavab verdikdən sonra tədqiqat sualı verilir.

Tədqiqat sualı:

Bu cür sözlərin qrammatik mənasını necə müəyyənləşdirmək olar?


Tədqiatın aparılması: (11 dəqiqə) Bu mərhələdə tədqiqat üçün nəzərdə tutulmuş tapşırıqlar üzərində iş aparılır. Tapşırıqlardan biri aşağıda göstərilmiş flipçarda əks olunmuşdur.

İnformasiya mübadiləsi: (6 dəqiqə) Bu mərhələdə şagirdlər üzərində iş

apardıqları tapşırıqları təqdim edirlər.



İnformasiyanın müzakirəsi: (7 dəqiqə) Qrup iştirakçıları üzərində iş apardıqları tapşırıqları müzakirə edirlər və tədqiqat sualını cavablandırırlar.

Nəticə: (3 dəqiqə)

Bu cür sözlərin qrammatik mənası yalnız konteks daxilində müəyyənləşdirilir. Sözün zərf və ya isim olması onun cümlədəki sualında asılıdır. Zərf, say və sifət olması isə həmin sözlərin cümlədə əşyaya və ya hərəkətə aid olmasına ngörə müəyyənləşir.



Tətbiqetmə: (10 dəqiqə) Bu mərhələdə şagirdlər əldə etdikləri bilikəri Promethean interaktiv lövhəsində Activİnspire proqramının köməyi ilə mövzuya aid hazırlanmış tapşırıqlar üzərində icra edirlər. Bu mərhələ üçün nəzərdə tutulmuş tapşırıqların bir neçəsi aşağıda göstərilmişdir.

Qiymətləndirmə və refleksiya: (4 dəqiqə) Bu mərhələdə şagirdlər zərf və digər nitq hissələri haqqında öyrəndikləri bilikləri kiçik bir yarışma və testlər vasitəsi ilə nümayiş etdirir. Təyin olunmuş meyarlar əsasında qiymətləndirmə aparılır. Aşağıda göstərilmiş flipçartlardan biri refleksiya, digəri isə qiymətləndirmə üçün hazırlanmışdır.





Ev tapşırığı: (1 dəqiqə) İçərisində həm zərf, həm də digər nitq hissəsi olan sözlər işlənmiş bir neçə şeir bəndi bəndi yazın.
Yüklə 13,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə