18
vacib mәsәlәlәrdәn biri dә yaxın
vә orta müddәtli dövrdә bu
göstәricilәrin artim tempinin optimal sәviyyәsini
müәyyәnlәşdirmәk vә ona uyğun dövlәt siyasәtini qurmaqdan
ibarәtdir. Bu istiqamәtdә mövcud olan yeganә tәdqiqat
(ARDNF-Oksford modeli) göstәrir ki, yaxın müddәtli dövr üçün
7-8 faizlik inflyasiya sәviyyәsi, 23-25 faizlik dövlәt xәrclәrinin
artımı vә manatın 1 AZN/$ABŞ nәzәrәn nominal
mәzәnnәsinin 5-6 faizlik möhkәmlәnmәsi qeyri-neft
sektorunun 7-8 faizlik artımını tәmin edә bilәr.
Nәzәrә alsaq ki, son iki il әrzindә dövlәt xәrclәri 2
dәfәdәn çox artıb, manatin nominal mәzәnnәsi ABŞ dollarina
nisbәtdә orta hesabla 5-6 faiz möhkәmlәnib, bu halda hәmin
dövrdә inflyasiya sәviyyәsi ilә qeyri-neft sektorunun artım
tempi arasındaki әlaqә maraq doğurur. Bu asılılığın qrafiki
tәqdimatını verәk:
Şәkil 4.
Qeyri-Neft ÜDM artımı & İnflyasiya
9,9
8,7
13,8
14,9
13,6
8,3
12,1
1,8
1,5
2,8
2,2
6,7
9,6
11,4
0
2
4
6
8
10
12
14
16
2000
2001
2002
2003
2004
2005
2006
F
aiz
(
%
)
0
2
4
6
8
10
12
F
aiz
(
%
)
Qeyri-Neft ÜDM artımı
İnflyasiya (%)
Mәnbә: Azәrbaycan Respublikası Dövlәt Statistika Komitәsi
Qrafikdәn göründüyü kimi, ötәn iki il әrzindә
inflyasiyanın sәviyyәsi qeyri-neft sektorunun artım tempindәn
yüksәk olmuşdur. Nәzәrә alsaq ki, bu il әrzindә asılılıq tәrs
mütәnasiblik formasında daha qabarıq olacaq, onda bu
problem hökümәti daha çox düşündürmәli, Milli Bankı
sterilizasiya әmәliyyatlarını intensivlәşdirmәyә sövq etmәlidir.
19
Qeyd edәk ki, streilizasiya mineral resurslarla zәngin olan
ölkәlәrdә valyuta hasilatının monetar tәsirlәrini azaltmaq
mәqsәdilә tәtbiq edilәn aparıcı tәcrübәlәrdәndir. Streilizasiya
әmәliyyatlarının tәtbiqindә mәqsәd yalnız valyuta hasilatının
daxili bazara mәnfi tәsirini neytallaşdırmaq üçün onun girişinin
qarşısını tamamilә almaq vә bununla da xarici valyutanın
dövriyyәdәn çıxarılması nәticәsindә yaranmış likvidliyin
neytrallaşdırılması deyildir. Bu, әsasәn açıq bazar
әmәliyyatlarından istifadә etmәklә, ölkәnin monetar siyasәtinә
uyğun olaraq, mübadilә bazarına müdaxilәlәrin effektlәrini
neytrallaşdırmaq mәqsәdi daşımalıdır. ABŞ Xәzinәdarlıq
İdarәsinin araşdırmalarına görә, bәzi neft ölkәlәri malik
olduqları xarici valyuta ehtiyatlarının böyük hissәsini xarici
bazara investisiya şәkilindә yönәldәrәk vәsaitlәrin inflyasiya
yaradıcı tәsirlәrini azaltmağa çalışırlar. Bununla belә,
sterilizasiyaya uğursuz cәhdlәr inflyasiya yaradıcı faktorların
güclәnmәsinә tәsir edә bilәr. Amma hәtta sterilizasiyanın
uğurlu hәyata keçirildiyi halda da problemlәrin olması
mümkündür: bu zaman bazara böyük hәcmdә istiqrazların
axını baş vermәsi uçot dәrәcәsinin artmasına sәbәb ola bilәr,
bununla, xarici kapital axınları güclәnәr vә bu da inflyasiya
yaradıcı faktorları daha da aktivlәşdirәr.
Buna görә dә streilizasiya formalarının düzgün seçimi
xüsusi әhәmiyyәt kәsb edir. Belә formalar arasında açıq bazar
әmәliyyatları, mәcburi ehtiyat normalarının tәnzimlәnmәsi vә
faiz dәrәcәlәri xüsusi әhәmiyyәt kәsb edir. Bu formaların
seçimi vә intensivliyi daha çox dünya bazarında neftin
qiymәtlәrinin artımı, Mәrkәz Bankın yeritdiyi pul-kredit
siyasәtinin hәdәflәri vә dövr әrzindә valyuta daxilolmalarının
miqyasından asılıdır.
Azәrbaycan inflyasiyanı hәm dә idxal edir. Xüsusәn dә iri
ticarәt partnyorları Türkiyә, Rusiya vә İranda inflyasiyanın
tempi Azәrbaycanın bu ölkәlәrdәn idxal etdiyi mal vә
xidmәtlәrin sәviyyәsinә tәsir göstәrir. Milli Bankın mәlumatına
görә, neft sektoru istisna olmaqla 2000-ci ilin dekabrına
nәzәrәn ötәn il real effektiv mәzәnnәnin aşağı düşmәsi tempi
20
ümumi ticarәt dövriyyәsi üzrә 11.2 faiz, idxal üzrә 9.1 faiz,
ixrac üzrә isә 21.6 faiz tәşkil edib. 2001-2007-ci illәrdә
Azәrbaycanda inflyasiya sәviyyәsi 53.8 faiz olduğu halda,
ticarәt partnyoru olan ölkәlәrdә qiymәtlәr orta hesabla 74.1
faiz artıb. Hәlә vaxtilә fransız merkantilisti Antuan Monkretyen
hesab edirdi ki, xaricdәn gәtirilәn mallar baha olduqca, yerli
istehsalın canlanması üçün şәrait yaranır.
İnflyasiya insan orqanizmindә qan tәzyiqini xatırladır.
Necә ki, qan tәzyiqi normalda 120/80 olur, tәzyiq bundan
aşağı vә yuxarı hәrәkәt edәndә fәsadlar yaranır, inflyasiya da
normal tempdәn uzaqlaşanda iqtisadiyyata mәnfi tәsir göstәrir,
ekonometrik olaraq sübut edilmiş normal sәviyyәdә
qәrarlaşanda isә iqtisadiyyata stimul verir. İnfyasiyanın aşağı
düşüb deflyasiyaya çevrilmәsi, onun sürәtlәnәrәk hiper hәddә
çatması qәdәr tәhlükәlidir. Normadan kәnar qan tәzyiqi vә
inflyasiyanın bir oxşar cәhәti dә onların bәdәndә vә ya
iqtisadiyyatda mövcud xәstәliklәrdәn törәnmәsidir. İstәnilәn
halda inflyasiyanın müalicәsi dәqiq diaqnozdan keçir...