Azәrbaycanda inflyasiyanın ikirәqmli hәddә çatması makroiqtisadi tarazlıq vә



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə7/24
tarix20.09.2018
ölçüsü1,4 Mb.
#69412
1   2   3   4   5   6   7   8   9   10   ...   24

 

21 

 

FӘSİL 2. İNFLYASİYA 



DӘRӘCӘSİNİN HESABLANMASI 

ÜZRӘ  BEYNӘLXALQ STANDARTLAR 

 

 

Beynәlxalq standartların yaranması 

 

Beynәlxalq standartların hazırlanmasında ilk addım 1925-



ci ildә  Әmәk Statistiklәrinin II Beynәlxalq Konfransı    (İCLS) 

zamanı Beynәlxalq  Әmәk Tәşkilatının qәtnamәsinin qәbulu 

olmuşdur. Daha sonra bu qәtnamә bir daha nәzәrdәn 

keçirilәrәk VI (1947), X (1962), XIV (1987) vә XVII (2003) 

beynәlxalq konfranslarda yenidәn tәsdiq edildi. 

 

İQİ üzrә son tövsiyәlәr metod üzrә  mәcmuәdә  әks 



olunub. 2003-cü ilin Qәtnamәsindә indikatorların müxtәlif 

istifadәçilәrin tәlәblәrinә cavab vermәsi, müxtәlif mal vә 

xidmәtlәri әhatә etmәsi,  coğrafi vә ev tәsәrrüfatları әhatәliliyi, 

hәmçinin qiymәtlәrdәki dәyişikliklәrin ölçülmәsi üzrә düstur әks 

olunub.  Bu mәcmuә  İQİ-nin hesablanması üçün milli 

metodologiyaların formalaşdırılması istiqamәtindә “dayaq 

nöqtәsi” sayılır. Onun әksәr  hissәsi BӘT-in rәsmi  İnternet 

sәhifәsindә yerlәşdirilib. 

 

Mütәrәqqi tәcrübәlәrin mübadilәsi vә mövcud 



problemlәrin hәll edilmәsi üçün güclәrin sәfәrbәr edilmәsi 

mәqsәdilә keçirilәn bir sıra beynәlxalq konfranslarda da İQİ-

nin hesablanması zamanı  tәtbiq edilmәsi tövsiyә olunan 

qәrarlar qәbul edilmişdir.  

 

İQİ-nin hesablanması üçün beynәlxalq standartların 



mövcud olmasına baxmayaraq, hәr bir ölkәdә  tәtbiq edilәn 

metodologiya unikaldır vә digәr ölkәlәrdәki metodo-

logiyalardan fәrqlәnir. Bunun әsas sәbәbi hәmin meto-

dologiyaların milli iqtisadiyyatların xüsusiyyәtlәrinә uyğun-

laşdırılmasıdır. Mәhz bu sәbәbdәn dә bir ölkәdә  tәtbiq edilәn 



22 

 

 



uğurlu metodologiya başqa bir ölkәdә reallığın tam tәhrif 

olunmasına gәtirib çıxara bilәr.  

 

Beynәlxalq standartlara görә,  İQİ-nin hesablanmasında 



tәtbiq edilәn ümumi yanaşmalar aşağıdakılardan ibarәtdir: 

İstehlaka görә

 hesablanmış  İQİ ev tәsәrrüfatları 

tәrәfindәn istifadә olunan istehlak mәhsulları  vә xidmәtlәrinin 

qiymәtlәrindә baş verәn dәyişikliyi göstәrir. Bir sıra ölkәlәrdә 

(Kanada, Böyük Britaniya, İslandiya, Finlandiya, İsveç) bu 

konsepsiya  әsasında  İQİ hesablandıqda mәnzil kimi әsas 

kapitala xidmәtlә bağlı dәyәrlәrin axını da hәmin indeksә daxil 

edilir.  



Malik olma

. Bu konsepsiya әsasında hesablanmış İQİ ev 

tәsәrrüfatının mәhsul vә ya xidmәtlәrin dәyәrini tam ödәyib-

ödәmәmәyindәn vә istifadә edib-etmәmәyindәn asılı 

olmayaraq, sahib olduğu bütün әmtәә  vә xidmәtlәrin 

qiymәtindә baş verәn dәyişikliyi göstәrir. Qeyd edәk ki, 

Avstraliya vә Yeni Zelandiyada bu konsepsiyadan istifadә 

edilәrәk  İQİ hesablanarkәn ev tәsәrrüfatlarının sahib olduğu 

mәnzilin dәyәrindә baş verәn dәyişikliklәr dә nәzәrә alınır. 

 

Ödәnişә görә

. Bu yanaşma bazasında 

İQİ 

hesablanarkәn statistik müşahidә dövründә ev tәsәrrüfatı 



tәrәfindәn ödәniş edilәrәk  әldә olunan mәhsul vә xidmәtlәrin 

qiymәtlәrindә baş verәn dәyişiklik nәzәrә alınır. Bu konsepsiya 

İrlandiya vә Böyük Britaniyada geniş tәtbiq olunur.  

 

İQİ-nin hesablanması  



 

İQİ-nin hesablanmasında Laspeyres, Paşe vә Fişer 

indekslәrindәn istifadә edilir.    

Laspeyres indeksindәn faydalanan ölkәlәrdә  әmtәә  vә 

xidmәtlәrdәn ibarәt olan qarışıq zәnbilin qiymәti konkret 

müddәt  әrzindә ölçülür. Belә ki, İQİ hesablanarkәn eyni bir 

istehlak sәbәtinin cari dövrdә (ayda, kvartalda vә ildә) 

qiymәtlәri hәmin istehlak sәbәtinin keçәn dövrdәki 

qiymәtlәrinә bölünmәklә tapılır. Bu müddәt sözügedәn region 



 

23 

 

ölkәlәri üzrә müxtәlifdir vә o 1 ildәn 10 ilәdәk dәyişir. Әslindә 



Laspeyres indeksindәn istifadә edәn ölkәlәr bu suala cavab 

axtarır: baza dövründә istehlakçıların xәrclәrindәn ibarәt olan 

әmtәә vә xidmәtlәrin bugünkü qiymәti necә olmalıdır. 

Paşe formulunda da qarışıq zәnbildәn istifadә edilir, lakin 

onun Laspeyresdәn fәrqi ondan ibarәtdir ki, әvvәlki dövrün 

qiymәtlәrinә bölgü aparılmır. Paşe indeksinin cavab axtardığı 

sual isә belәdir: bugünkü orta istehlaka әsasәn  әmtәә  vә 

xidmәtlәrin baza dövründә qiymәti necә olmalıdır?  

Bir sıra ölkәlәrdә Fişer indeksindәn dә istifadә edilir vә bu 

formul hәr iki indeksin müxtәlif elementlәrindәn faydalanaraq 

hәndәsi model tәklif edir. 

Laspeyres metodu 



beynәlxalq standartlarda  

әsas 


metodologiya kimi götürülsә  dә, bu düstur әsasında 

hesablanan İQİ bәzi çatışmazlıqlara da malikdir. Bunlardan әn 

әsaslarına aşağıdakılar aiddir: 

 

İstehlak sәbәtinә daxil olan mәhsulların hәr 



birinin ümumi zәnbildәki xüsusi çәkisi göstәricisinin 

köhnә olması

. Bildiyimiz kimi, cari ay üçün İQİ 

hesablanarkәn hәr bir mәhsulun xüsusi çәkisi göstәricisi kimi 

keçәn ayın (çox zaman isә keçәn 1, 2 vә ya 3 ilin) 

rәqәmlәrindәn istifadә edilir. Bu isә o demәkdir ki, cari ay üzrә 

İQİ hesablanarkәn hәmin ay әrzindә  әhalinin istehlak 

davranışında baş verәn hәr hansı bir dәyişiklik nәzәrә alınmır 

vә demәli, cari ay üçün hesablanmış İQİ hәmin ay üzrә reallığı 

dәqiq әks etdirmir.  

 

Standart  İQİ metodologiyasının  әmtәәlәrin 



keyfiyyәtindә baş verәn dәyişikliyi müşahidә etmәyә 

imkan vermәmәsi

. Bu problem müasir dövrdә daha da 

aktualdır. Belә ki, ötәn  әsrlә müqayisәdә indiki әsrdә 

bazarlarda rәqabәt mühitinin daha da güclәnmәsi firmaları 

mәhsulun keyfiyyәtindә  dәyişiklik etmәyә vadar edir vә bu 

proses çox sürәtlә gedir. Ona görә  dә  İQİ-nin standart 

metodologiyasında mәhsulların keyfiyyәtindә baş verәn 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə