Azәrbaycanda inflyasiyanın ikirәqmli hәddә çatması makroiqtisadi tarazlıq vә



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə5/24
tarix20.09.2018
ölçüsü1,4 Mb.
#69412
1   2   3   4   5   6   7   8   9   ...   24

 

15 

 

büdcәsinin sosial xәrclәrinin realizasiyası  әhalinin pul 



gәlirlәrinin artmasında vә  fәrdi istehlakın genişlәnmәsindә  dә 

mühüm rol oynamışdır. Dövlәt xәrclәrinin artımı hesabına 

qaynaqlanan yüksәk iqtisadi artım vә  işgüzar fәallıq 

iqtisadiyyatda kreditә olan tәlәbatı artırmış, artan tәlәbata 

uyğun olaraq bank sistemi kredit resurslarının tәklifini 

genişlәndirmişdir.  

Son illәr  әrzindә Azәrbaycan iqtisadiyyatında işgüzar 

fәallığın qeyri-әnәnәvi yüksәlişi  әsasәn neft gәlirlәrinin sosial-

iqtisadi inkişaf mәqsәdlәri üçün istifadәsinin davam etmәsi

özәl sektorun vә qeyri-neft sektorunun inkişafına dövlәtin 

maliyyә  dәstәyinin artırılması  vә genişmiqyaslı sosial 

proqramların reallaşması  nәticәsindә iqtisadiyyatda mәcmu 

xәrclәrin (istehlak, invesitisiya vә dövlәt xәrclәri) genişlәnmәsi 

ilә  әlaqәdar olmuşdur. Bütün bunlar  pula tәlәbi  әhәmiyyәtli 

dәrәcәdә artırmışdır. Nәticәdә M2 aqreqatının artım tempi 

Ümumi Daxili Mәhsulun artım tempinin dәfәlәrlә üstәlәmişdir. 

Bu prosesi әyani formada izlәmәk üçün aşağıdakı qrafikә 

müraciәt edәk.  



Şәkil 1. 

 

ÜDM  artımı & M2 artımı

20

40



60

80

100



120

140


160

180


2001

2002


2003

2004


2005

2006


ÜDM artımı

M2 Artımı

 

Mәnbә: Azәrbaycan Respublikası Dövlәt Statistika 

Komitәsi vә  Milli Bankı 

 



16 

 

 



Pula tәlәbin göstәricisi olan M2 aqreqatı  2006-cı il 

әrzindә  2,6 dәfә artmış, onun müqabilindә ÜDM-in artım 

tempi 34,5 faiz olmuşdur. Dövr әrzindә  pul kütlәsinin orta illik 

artım tempi isә 58,6 faiz olmuşdur.   

Hazirda narahatçiliq doğuran problemlәrdәn biri dә 

ümumi pul kütәsinin tәrkibindә nağd dövriyyәnin (M0) üstün 

xüsusi çәkisinin mövcudluğudur. Milli Bankin son 

mәlumatlarına görә, 2007-ci ilin mart ayında müvafiq göstәrici 

61 faiz tәşkil edib. Aşağıdakı diaqram vasitәsilә mövcud 

vәziyyәti daha aydın şәkildә  tәsvir edәk.  



Şәkil 2. 

2007-ci ilin martında M2 pul aqreqatının strukturu, faizlə

Özəl sektorun 

depozitləri; 15%

Fərdi şəxlərin depozitləri; 

12%

Nağd pul; 61%



Dövlət müəssisələrinin 

depozitləri; 11%

 

Mәnbә: Azәrbaycan Respublikasının Milli Bankı  

 

Milli Bankin mәlumatına görә, 2007-ci ilin mart ayında 



ötәn ilin müvafiq dövrünә nәzәrәn manatla müddәtli әmanәtlәr 

vә depozitlәr 5.3 dәfә, o cümlәdәn manatla uzunmüddәtli 

әmanәtlәr 4 dәfә artdığı halda, manatla nağd pul kütlәsi (M0) 

2.6 dәfә artmışdır.  Bu  tendensiya  rәsmi mövqelәrdәn M2 pul 

aqreqatının strukturunda müәyyәn keyfiyyәt dәyişikliklәri kimi 

tәqdim olunsa da, istәnilәn halda nağd pul kütlәsinin dә artımı 

mütlәq mәnada gizli pul axınlarının genişlәnmәsinә  vә  

inflyasiya yaradıcı amillәrin fәallaşmasına gәtirib çıxarır. Bu hal  

inflyasiyaya tәsir edәn monetar vә qeyri-monetar amillәrin 

tәsir paylarının dәyişmәsi trendindә dә özünü göstәrir. Belә ki, 

Milli Bankın hesablamalarına görә, 2006-cı ildә inflyasiyanın 

77.2 faizi monetar, 22.8 faizi isә qeyri-monetar faktorların 




 

17 

 

tәsiri ilә formalaşıb. Müqayisә üçün, 2005-ci ildә monetar 



faktorların inflyasiyada payı  cәmi 36,5 faiz tәşkil etmişdir. 

Monetar faktorların payının artması  pula  fiskal  tәlәbin 

әhәmiyyәtli dәrәcәdә    genişlәnmәsinin göstәricisi sayıla bilәr. 

Proqnozlara görә, 2007-ci ildә pula tәlәbin  әn azı 50-60 faiz 

hәddindә çoxalması  vә  tәdiyә balansının cari hesabı üzrә 

profisitinin  әsasәn neft sektorunun ixracının genişlәnmәsı ilә 

2.3 dәfә artaraq   9 mlrd. ABŞ dollarına çatması gözlәnilir. Neft 

gәlirlәrinin artımının inflyasiya ilә    әlaqәsini müşahidә etmәk 

üçün növbәti qrafikә müraciәt edәk. 

Şәkil 3. 

Neft hasilatı & İnflyasiya

0

5



10

15

20



25

30

35



2000

2001


2002

2003


2004

2005


2006

M

ln.

 Ton

0

2



4

6

8



10

12

Fa



iz

(%

)

Neft Hasilatı(mln ton)

İnflyasiya (%)

 

Mәnbә: Azәrbaycan Respublikası Dövlәt Statistika Komitәsi 

 

Qrafikdәn göründüyü kimi, 2000-2003-cü illәrdә neft 



hasilatı    әsasәn dәyişmәz qalmış, hәmin dövr әrzindә  

inflyasiya sәviyyәsi 5 faiz әtrafında olmuş,  lakin 2004-cü ildәn 

etibarәn inflyasiya әyrisi artıma doğru meyllәnmişdir. 2005-

2006-cı illәrdә isә neft hasilatının artımı ilә iqtisadiyyatda 

inflyasiyanın   yüksәlmәsi arasında düz mütәnasiblik hökm 

sürmüş vә bü mütәnasiblik dünya bazarında neftin qiymәti ilә 

dә әlaqәdar olmuşdur.  

Belәliklә  dә, iqtisadiyyatda  milli  valyutanın 

mәzәnnәzinin bahalaşması, dövlәt xәrclәrinin kәskin artımı  vә 

inflyasiyaının ikirәqәmli әdәdlә ifadә olunması  ilk növbәdә öz 

mәnfi tәsirini qeyri-neft sektorunun inkişafina göstәrmәkdәdir. 

Buna görә dә Azәrbaycan iqtisadiyyatının qarşısında duran hәlli 




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə