Mühazirə 1 Nəqliyyat vasitələrində alternativ yana­caq­ların istifadəsi və inkişaf pers­pek­tivləri



Yüklə 33,76 Kb.
səhifə1/7
tarix16.01.2022
ölçüsü33,76 Kb.
#82927
növüMühazirə
  1   2   3   4   5   6   7
muh 1



Mühazirə 1

Nəqliyyat vasitələrində alternativ yana­caq­ların istifadəsi və inkişaf pers­pek­tivləri
Son dövrlərdə dünya ölkələri özlərinin yanacaq – energetik balansına yeni enerji mənbələrinin cəlb edilməsinə çalışırlar. Bu yarışda külək, günəş, dalğa, qabarma – çəkilmə, kiçik çayların hidroloji enerjisi kimi qeyri-ənənəvi enerji mənbələri xüsusi yer tutur. Bu tip alternativ (bərpa olunan) enerji mənbələrinin potensial imkanları sonsuzdur. Onların ekoloji təmizliyi heç kəsdə şübhə doğurmur.

Bir tərəfdən, bu enerji mənbələrinin təsərrüfat dövriyyəsinə qatılması üzvi (neft – qaz, torf, daş kömür, odun və s.) yanacaqların istifadəsini azaldır, enerjiyə qənaət edir, ekoloji şəraiti yaxşılaşdırır. Digər tərəfdən, müasir dövrdə dünya ictimaiyyətini narahat edən suallardan biri də budur ki, bəşəriyyət enerjiyə getdikcə artan tələbatı necə ödəyəcək? Hətta enerji böhranı həll edilsə belə, dünya gec – tez bu problemlə – bərpa olunmayan enerji mənbələri olan neft, qaz, daş kömürün tükənməsi problemi ilə  üz-üzə dayanacaq. Bu mənbələrdən nə qədər aktiv istifadə ediriksə, onlar bir o qədər azalır və bahalaşır. Hesablamalara görə hələ bu günkü istismar tempi ilə daş kömür 400 – 500, neft və qaz isə maksimum 100 ilə çatacaq. Digər tərəfdən, Yer təkinin istismarı və yanacağın yandırılması planeti eybəcərləşdirir, onun ekologiyasını getdikcə pisləşdirir. Başqa sözlə, bəşəriyyət qarşısında ekoloji təmiz, bərpa olunan alternativ enerji mənbələrinin mənimsənilməsi məsələsi getdikcə aktuallaşır. Bunların içərisində yalnız günəş və külək enerjisi, bioloji resurslar tükənməz və təbiətə tam təsirsizdir.

Alternativ energetika təkcə ətraf mühitin mühafizəsi üçün vacib deyil. O, ölkələrin, ərazilərin, təsərrüfat sistemlərinin neftdən və onun qiymətindən asılılığını yumşaldır.

Regionun xüsusiyyətindən asılı olaraq alternativ enerjidən istifadənin strukturunda bu və ya digər mənbə üstünlük təşkil edir. Məsələn, İslandiya, Danimarka və ABŞ-ın bəzi ştatlarında alternativ enerji istehsalında üstünlük geotermal mənbələrə verilir. Norveçdə, əsasən, kiçik gücə malik hidroenergetik qurğulardan istifadə edilir. Düzən ərazilərdə külək elektrostansiyalarından, cənub regionlarda günəş batareyalarından istifadə edilir. Zəngin meşə ehtiyatlarına malik ölkələrdə biokütlənin (yonqar, talaşa) yanma texnologiyasından geniş istifadə edilir. Göründüyü kimi qeyri-ənənəvi enerji mənbələrindən istifadə iki vacib şərtə əsaslanır:yanacaq mənbəyinin bərpa olunan olması; verilmiş ərazidə mövcudluğu.

Qeyri – ənənəvi (alternativ) bərpa olunan enerji mənbələri aşağıdakılardır:


  • Biokütlə enerjisi (bioqaz);

  • Külək enerjisi;

  • Günəş enerjisi;

  • Hidroelektrik enerjisi;

  • Geotermal enerji;

  • Dalğa enerjisi;

  • Nüvə parçalanmasından yaranan enerji;

  • Termonüvə sintezi enerjisi;

  • Hidrogen yanacağı enerjisi;

  • Qabarma-çəkilmə enerjisi;

  • Dünya okeanının termik enerjisi;

Azərbaycan günəşli və küləkli günlərin miqdarına görə tükənməz enerji potensialı baxımından əlverişli imkanlara – bərpa olunan təbii sərvətlərə malikdir. Günəş enerjisindən istifadə sahəsində 3000 Kvt-a qədər gücə malik elektrik stansiyaları qurmaqla ildə 13 min ton şərti yanacağa qənaət etmək, atmosferdə karbon qazını 23 min ton azaltmaq olar. Ölkəmizdə külək enerjisinin illik potensial gücü 800 Mvt, başqa sözlə, 4 mlrd kvt/saat tərtibindədir. Bu da öz növbəsində ildə 1 milyon ton şərti yanacağa, 3.7 mln. ton karbon qazına qənaət deməkdir. Bundan əlavə respublika bioqaz, termal sular və dəniz dalğası kimi digər qeyri-ənənəvi enerji ehtiyatlarına malikdir.

Yuxarıda qeyd edildiyi kimi, alternativ enerji mənbələrinin istifadəsi bu potensialın yük­sək olduğu və ənənəvi yanacaq resurslarının   çatışmadığı rayonlarda daha pers­pektivlidir. Azərbaycanda bu tip yerlər ucqar dağ kəndləri və dağlıq ərazilər, xüsusi mühafizə olunan təbiət əraziləri ola bilər. Azərbaycanın demək olar ki, bütün əraziləri zəngin alternativ enerji resurslarına malikdir. Ölkəmizin cənub rayonları və Naxçıvan çox yüksək günəş enerjisi resurslarına malikdir. Dəniz neftçıxarma sahələrində, dənizçilikdə, Şirvan Milli Parkı və Ağgöl dövlət təbiət qoruğuna dalğa energetikası effektiv tətbiq oluna bilər. Ab­şe­ron-Qobustan ərazisi yüksək külək energetikası potensialına malikdir.

Azərbaycanda bu imkanlar artıq diqqət mərkəzinə çevrilməkdədir. Azərbaycan Res­pub­li­ka­sının Prezidentinin 21.10.2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə dövlət proqramı” vardır.Alternativ enerji mənbələrindən istifadə edilməsi ölkəmizdə istilik elektrik stansiyalarında yandırılan yanacağa qənaət edəcək, ətraf mühitə atılan zərərli tullantıların miqdarını azaldacaq, insanlara əlavə qazanc gətirəcəkdir.

Dünya ölkələrinin uzun illər ərzində istifadə etdikləri ənənəvi enerji mənbəyi sayılan kar­bo­hidrogen ehtiyatları getdikcə tükənməkdədir. Neft-qaz ehtiyatlarının tükənməsi dünyada al­ternativ və bərpa olunan enerji mənbələrindən istifadə zərurətini yaradır. Buraya mü­əy­yən qurğuların yardımı ilə sudan, küləkdən, günəşdən, bioloji tullantılardan, hətta dənizin dalğalarından alınan, heç bir tullantısı olmayan enerji resursları daxildir. Bu enerjidən istifadə olunmasının üstünlüyü ondan ibarətdir ki, o, ekoloji cəhətdən heç bir problem ya­rat­mır, təbiəti heç bir zərərli tullantı ilə çirkləndirmir. 

Artıq bu sahənin inkişafı Azərbaycan dövlətinin diqqətindədir. Yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti Azərbaycanda ekoloji cəhətdən təmiz alternativ (bərpa olunan) enerji mənbələrindən geniş istifadə edilməsinə imkan verir. Ölkənin təbii potensialından istifadə etməklə alternativ enerji mənbələrinin elektrik və istilik enerjisi istehsalına cəlb edilməsi elektroenergetikanın gələcək inkişaf istiqamətlərində mütərəqqi dəyişikliklər etməyə imkan yaradar. Odur ki, 2004-cü ildə "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı" qəbul edilib.

Proqramın əsas vəzifələri elektrik enerjisinin istehsalında alternativ (bərpa olunan) enerji mənbələrinin potensialını müəyyənləşdirmək, bərpa olunan enerji mənbələrini istismara cəlb etməklə, ölkənin enerji resurslarından istifadənin səmərəliliyini yüksəltmək, yeni enerji istehsalı sahələrinin yaradılması hesabına əlavə iş yerlərinin açılmasını təmin etmək, Azərbaycanda ənənəvi enerji mənbələrinin mövcud ümumi gücü nəzərə alınmaqla, alternativ enerji mənbələrinin hesabına enerji gücünün artırılması və bununla da ölkənin enerji təhlükəsizliyinin təminatının yüksəldilməsinə nail olmaqdır.

Proqramda Azərbaycanın alternativ (bərpa olunan) enerji potensialı kimi külək, günəş, biokütlə, geotermal (termal sular) enerjisi, kiçik su elektrik stansiyaları göstərilib. Proqramdan irəli gələn vəzifələrlə bağlı xeyli iş görülüb. İlk növbədə real resurslar, mövcud potensial müəyyənləşdirilmişdir. Aparılan hesablamalara görə, Azərbaycanda tam şəkildə bu enerjidən istifadə etmək üçün real imkanlar mövcuddur.  

Ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə 2013-cü ildə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb. 2015-2018-ci illər üçün agentliyin strateji planı hazırlanıb. Bu planda hədəf-alternativ və bərpa olunan enerji resurslarının istehsalının artırılması və ondan səmərəli istifadə olunması, məqsəd-bərpa olunan enerji potensialının müəyyən olunması və ondan istifadənin genişləndirilməsi, fəaliyyət olaraq isə ölçü-müşahidə stansiyalarının qurulması göstərilib.


Yüklə 33,76 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə