Azərbaycanda “Açıq Hökumətin Təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/28
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7782
1   2   3   4   5   6   7   8   9   ...   28

13 
 
olunub.  Beləliklə,  sorğunu  cavablandıran  26  dövlət  qurumundan 
yalnız  15-i  (57.7%)  sorğuda  qoyulan  suallara  qismən,  yaxud 
bütünlüklə  cavab  verib.  Sorğu  göndərilən  43  mərkəzi  dövlət 
orqanından  sorğuda  qoyulan  suallara  qismən,  yaxud  bütünlüklə 
cavab verənlər isə cəmi 34.9% təşkil edir. 
 
Qiymətləndirmənin  icrası  zamanı 89 mərkəzi  və yerli  icra 
orqanlarına  göndərilmiş  sorğularla  yanaşı,  ümumilikdə  94 
qurumun internet səhifələri, o cümlədən onlayn mətbuat resursları 
təhlil  olunub,  internet  axtarış  sistemlərinin  üstünlüklərindən 
istifadə olunub. 
 
Fəaliyyət Planının 2.5-ci bəndinin (Dövlət proqramlarının 
əhatə  etdiyi  sahələr  üzrə  internet  portallarının  yaradılması  İcra: 
mərkəzi  icra  hakimiyyəti  orqanları  –  2012-2014-cü  illər) 
monitorinqi  məqsədilə  sorğu  cavablarından  əlavə,  monitorinqə 
cəlb  olunmuş dövlət qurumlarının  İnternet saytları da  araşdırılıb. 
Nəticədə,  müxtəlif  sahələri  əhatə  edən  40  dövlət  və  tədbirlər 
proqramının  siyahısı  tərtib  olunub,  onların  əhatə  etdiyi  sahələr 
üzrə  internet  portalların  yaradılması  vəziyyəti  öyrənilib.  Ötən 
hesabat  dövründən  bəri  icra  müddəti  bitən  proqramlar  siyahıdan 
çıxarılıb, yeni qəbul olunanlar isə əlavə edilib. 
 
 
Birinci  monitorinq  zamanı  9  istiqamət  üzrə  bütün 
fəaliyyətlərin  monitorinqi  aparılsa  da,  hazırkı,  ikinci  monitorinq 
yalnız  1-ci,  2-ci,  4-cü,  5-ci  və  8-ci  istiqamətləri  əhatə  edir.  Bu 
dəfəki qiymətləndirmə zamanı Milli Fəaliyyət Planının 53 əsas və 
sub  fəaliyyət  istiqamətindən  26-sı  monitorinqə  cəlb  edilib. 
Monitorinqin  nəticəsi  olaraq,  hər  bir  istiqamət  üzrə  orta  bal 
çıxarılıb.  
 
Diaqramdan 
göründüyü 
kimi, 
“İnformasiya 
əldə 
edilməsinin  asanlaşdırılması”  istiqaməti  üzrə  orta  bal  1.40, 
“Dövlət  orqanlarının  öz  fəaliyyətləri  barəsində  ictimaiyyətə 


14 
 
müntəzəm  məlumat  verməsi”  üzrə  1.50,  “Dövlət  orqanlarının 
fəaliyyətində  ictimaiyyətin  iştirakının  genişləndirilməsi”  üzrə 
2.00,  “Elektron  xidmətlərin  təkmilləşdirilməsi”  üzrə  2.00  və 
“Mineral  ehtiyatların  hasilatı  ilə  məşğul  olan  sənaye  sahələrində 
şəffaflığın artırılması” üzrə isə 1.66-dır. 
 
Monitorinqə  cəlb  edilmiş  istiqamətlər  üzrə  ən  yüksək  bal 
(2.00)  4-cü  (“Dövlət  orqanlarının  fəaliyyətində  ictimaiyyətin 
iştirakının  genişləndirilməsi”)  və  5-ci  istiqamət  üzrə  (“Elektron 
xidmətlərin  təkmilləşdirilməsi”)  qeydə  alınmışdır.  Ümumilikdə 
monitorinq  edilmiş  26  istiqamət  üzrə  orta  bal  isə  1.71 
olmuşdur. 
Monitorinqin  yekunlarına  görə,  qiymətləndirməyə  cəlb 
edilmiş ümumi 26 istiqamətdən 9-u üzrə maksimum (34.6%), 10-
u üzrə ortadan yüksək (38.5%), 3-ü üzrə orta (11.54%), 2-si üzrə 
ortadan  aşağı  (7.69%),  2-si    üzrə  isə  minimum  (7.7%)  nəticə 
qeydə alınıb
5

                                                           
5
 Bax: Əlavə 3 


15 
 
 
İSTİQAMƏTLƏR ÜZRƏ İCRANIN 
QİYMƏTLƏNDİRİLMƏSİ 
 
1-ci istiqamət:  
İnformasiya əldə edilməsinin asanlaşdırılması 
ORTA BAL: 1.40 
 
Görülməli işlər:  
 
1.1
 
Dövlət qurumlarında informasiya azadlığı üzrə məsul  şəxslərin 
müəyyən edilməsi (01),  
informasiya  azadlığı  ilə  bağlı  daxili  icraat  qaydalarının  qəbul 
edilməsi (02) və bu barədə ictimaiyyətin məlumatlandırılması 
 
Məsul  dövlət  orqanları:  Mərkəzi  və  yerli  icra  hakimiyyəti 
orqanları 


16 
 
İcra müddəti: 2012-2014-cü illər 
 
Ölçmə üçün indikatorlar:  

 
İnformasiya işinə məsul şəxsləri təyin etmiş yerli və mərkəzi icra 
hakimiyyəti orqanlarının sayı (1.1.1 üzrə) və 

 
İnformasiyaya əlçatanlıq  məsələlərinin tənzimlənməsi  üzrə daxili 
icra  qaydalarına  malik  olan  yerli  və  mərkəzi  icra  hakimiyyəti 
orqanlarının sayı (1.1.2 üzrə) 
 
Metodoloji əsas (1.1.1 üzrə):  
3  -  yerli  və  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  70  faizindən 
çoxu informasiya işinə məsul şəxsləri təyin edib 
2  -  yerli  və  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  20  faizindən 
çoxu, 70 faizindən azı informasiya işinə məsul şəxsləri təyin edib 
1 - yerli və mərkəzi icra hakimiyyəti orqanlarının 20 faizindən azı 
informasiya işinə məsul şəxsləri təyin edib 
0 – planlaşdırılan tədbirlərin reallaşdırılmasını təsdiq edən hallar 
aşkara çıxarılmayıb 
 
Metodoloji əsas (1.1.2 üzrə):  
3-Yerli və mərkəzi icra hakimiyyəti orqanlarının 70 faizindən çoxu 
informasiyaya  əlçatanlıq  məsələlərinin  tənzimlənməsi  üzrə  daxili 
icra qaydalarına malikdir. 
2  -  Yerli  və  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  20  faizindən 
çoxu,  70  faizindən  azı  informasiyaya  əlçatanlıq  məsələlərinin 
tənzimlənməsi üzrə daxili icra qaydalarına malikdir. 
1 - Yerli və mərkəzi icra hakimiyyəti orqanlarının 20 faizindən azı 
informasiyaya  əlçatanlıq  məsələlərinin  tənzimlənməsi  üzrə  daxili 
icra qaydalarına malikdir. 
0 – planlaşdırılan tədbirlərin reallaşdırılmasını təsdiq edən hallar 
aşkara çıxarılmayıb. 
 
İcra vəziyyəti 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə