Azərbaycanda “Açıq Hökumətin Təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/28
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7782
1   2   3   4   5   6   7   8   9   ...   28

17 
 
1.1.1 üzrə: 
Monitorinq balı: 2  
(Yerli və mərkəzi icra hakimiyyəti orqanlarının 20 faizindən çoxu, 
70 faizindən azı informasiya işinə məsul şəxsləri təyin edib) 
 
Bu bənd üzrə monitorinq olunan 92 mərkəzi  və yerli icra 
hakimiyyəti orqanlarından 34-də informasiya azadlığı üzrə məsul 
şəxs təyin olunub. Bu da, monitorinq olunan mərkəzi və yerli icra 
hakimiyyətlərinin 31,28 faizi deməkdir. 
 
Ancaq  qeyd  etmək  lazımdır  ki,  əksər  dövlət  orqanlarında 
informasiya azadlığı üzrə məsul şəxs olaraq elə mətbuat katibləri 
təyin  olunub.  Az  sayda  orqanlarda  bu  iş  başqa,  adətən, 
hüquqşünasa  həvalə  olunub.  Dövlət  qurumlarının  demək  olar  ki, 
hamısında    mətbuat  katiblərinin  vəzifə  və  funksiyalarını 
müəyyənləşdirən hüquqi normativ sənəd mövcud deyil və ya olsa 
da,  əlçatan  deyil.  Buna  görə  də  mətbuat  katibi  ilə  informasiya 
azadlığı üzrə məsul şəxsin vəzifə və yerinə yetirdikləri funksiyalar 
baxımından fərqini müəyyənləşdirmək mümkün deyil.  
 
1.1.2. üzrə: 
 Monitorinq balı: 2  
(Yerli və mərkəzi icra hakimiyyəti orqanlarının 20 faizindən çoxu, 
70  faizindən  azı  informasiyaya  əlçatanlıq  məsələlərinin 
tənzimlənməsi üzrə daxili icra qaydalarına malikdir) 
 
Bu bənd üzrə monitorinq olunan 92 mərkəzi  və yerli icra 
hakimiyyəti  orqanlarından  26-da  informasiyaya  əlçatanlıq 
məsələlərinin  tənzimlənməsi  üzrə  daxili  icraat  qaydaları  qəbul 
olunub
6
. Bu isə ümumi sayın 23,9 faizi deməkdir. 
                                                           
6
  Bax:  Əlavə  5.  Azərbaycan  Respublikası  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi 
Nazirliyində  
informasiya  azadlığı  ilə  bağlı  daxili  icraat  Qaydaları.  Daxili  icraat  qaydaları  ilə  bağlı 


18 
 
 
1.2  “İnformasiya  azadlığının  təmin  edilməsi  məqsədi  ilə  məsul 
dövlət qulluqçuları üçün ətraflı təlimlərin keçirilməsi 
 
Məsul  dövlət  orqanları:  Mərkəzi  və  yerli  icra  hakimiyyəti 
orqanları 
İcra müddəti: 2012-2014-cü illər 
 
Ölçmə  üçün  indikatorlar:  Müvafiq  işçi  heyəti  informasiyaya 
çıxışın təmin edilməsi mövzusunda təlimlərə cəlb edilmiş mərkəzi 
və yerli icra hakimiyyəti orqanlarının sayı 
 
Metodoloji əsas:  
3  -  mərkəzi  və  yerli  icra  hakimiyyəti  orqanlarının  70  faizındən 
çoxunda müvafiq işçi heyəti informasiyaya çıxışın təmin edilməsi 
mövzusunda təlimlərə cəlb edilmişdir.  
2  -  mərkəzi  və  yerli  icra  hakimiyyəti  orqanlarının  20  fazindən 
çoxunun,  70  faizındən  azının  müvafiq  işçi  heyəti  informasiyaya 
çıxışın təmin edilməsi mövzusunda təlimlərə cəlb edilmişdir.  
1  -  mərkəzi  və  yerli  icra  hakimiyyəti  orqanlarının  20  faizındən 
azının  işçi  heyəti  informasiyaya  çıxışın  təmin  edilməsi 
mövzusunda təlimlərə cəlb edilmişdir. 
0 – planlaşdırılan tədbirlərin reallaşdırılmasını təsdiq edən hallar 
aşkara çıxarılmayıb. 
 
İcra vəziyyəti 
Monitorinq balı: 2 
                                                                                                                                 
nümunələrlə 
elektron 
formada 
bu 
linklərdə 
tanış 
olmaq 
mümkündür: 
http://www.sspf.gov.az/view.php?lang=az&menu=380&id=1337, 
http://www.stat.gov.az/menu/2/freedom_info/freedom_info.pdf, 
http://www.csc.gov.az/index.php/home/post/1487, 
http://www.migration.gov.az/images/pdf/cd6f8da4c63bdc042950657538677038.pdf 


19 
 
(Mərkəzi  və  yerli  icra  hakimiyyəti  orqanlarının  20  fazindən 
çoxunun,  70  faizındən  azının  müvafiq  işçi  heyəti  informasiyaya 
çıxışın təmin edilməsi mövzusunda təlimlərə cəlb edilmişdir) 
Monitorinq  olunan  92  mərkəzi  və  yerli  icra  hakimiyyəti 
orqanından 24-də informasiya azadlığının təmin edilməsi məqsədi 
ilə  məsul  dövlət  qulluqçuları  üçün  ətraflı  təlimlər  keçirilib
7
.  Bu 
faiz ifadəsində 22,08 faiz xüsusi çəki deməkdir. 
 
1.3
 
“İnformasiya  əldə  etmək  haqqında”  Azərbaycan  Respublikası 
Qanununun  tələblərinin  icrasına  nəzarətin  həyata  keçirilməsi 
məqsədi  ilə  Azərbaycan  Respublikasının  İnsan  Hüquqları  üzrə 
Müvəkkilinin 
(Ombudsmanın) 
Aparatının 
strukturunun 
təkmilləşdirilməsi  (1.3.1),  aidiyyatı  əməkdaşların  ixtisaslaşmış 
təlimlərə cəlb edilməsi (1.3.2) 
 
Məsul  dövlət  orqanı:  İnsan  Hüquqları  üzrə  Müvəkkil 
(Ombudsman) 
İcra müddəti: 2013-2014-cü illər 
 
Ölçmə üçün indikatorlar:  

 
Azərbaycan 
Respublikası 
Ombudsmanının 
strukturlarının 
təkmilləşdirilməsi vəziyyəti (13.1) 

 
və  aidiyyəti  əməkdaşların  ixtisaslaşmış  təlimlərə  cəlb  edilməsi 
vəziyyəti (1.3.2) 
Metodoloji əsas (1.3.1 üzrə): 
3  -  Azərbaycan  Respublikası  Ombudsmanının  strukturları 
təkmilləşdirilmişdir.  
1  –  Azərbaycan  Respublikası  Ombudsmanının  strukturlarının 
                                                           
7
  Sorğularımıza  verilən  cavablarda  və  təlimi  keçməyə  məsul  dövlət  qurumlarının 
İnternet  resurslarında  təlimin  kimlərə  keçilməsi,  onların  məzmunu,  gündəliyi  və 
gələcəkdə belə təlimlərin kimlərə və nə  zaman  keçirilməsi ilə bağlı detallı məlumatlar 
açıqlanmır.  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə