Azərbaycanda “Açıq Hökumətin Təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/28
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7782
1   2   3   4   5   6   7   8   9   ...   28


 
 
I.
 
MONİTORİNQİN METODOLOJİ ƏSASLARI  
 
“2012-2015-ci illərdə  Açıq  Hökumətin Təşviqi  üzrə Milli 
Fəaliyyət 
Planı”nın  icrasının  monitorinqi  metodologiyası 
“Şəffaflıq  Azərbaycan”  təşkilatının  sifarişi  ilə  Rusiyanın  Sankt-
Peterburq  şəhərində  fəaliyyət  göstərən  İnformasiya  Azadlığının 
İnkişafı  İnstitutunun  ekspertləri  tərəfindən  hazırlanıb  və 
Moldovanın  Açıq  Hökumət  İnstitutunun  eksperti  Veronika  Kretu 
tərəfindən  təkmilləşdirilib.  2012-2015-ci  illərdə  Açıq  Hökumətin 
Təşviqi üzrə Milli Fəaliyyət Planı”nın icrasının gedişi ilə əlaqədar 
ikinci qiymətləndirici monitorinq aşağıdakı məqsədləri daşıyır: 
 
- 2013-cü ilin sentyabr ayından 2014-cü ilin dekabr ayınadək olan 
dövr  üçün  AHMFP-də  planlaşdırılan,  öhdəliklərin  icra 
səviyyəsinin qiymətləndirilməsi
-  MFP-nin  icrasının  bir  hissəsi  üzrə  öhdəliklərin  icrasına  təsir 
göstərən  başlıca  çətinliklərin  müəyyənləşdirilməsi  və  növbəti 
mərhələlər üçün xüsusi tövsiyələrin hazırlanması; 
-  2013-cü  ilin  ilk  monitorinq  mərhələsində  ekspertlər  tərəfindən 
verilmiş tövsiyələrin icrası üzrə davam etmək. 
 
Qiymətləndirmə  metodologiyası  həm  kəmiyyət,  həm  də 
keyfiyyət 
alətlərini 
özündə 
ehtiva 
edir. 
Kəmiyyət 
qiymətləndirməsi  komponentinə  bütün  öhdəliklərin  nə  dərəcədə 
yerinə 
yetirilməsinin 
müəyyənləşdirilməsi, 
keyfiyyət 
qiymətləndirməsi  komponentinə  isə  həm  hökumət  və  həm  də 
vətəndaş  cəmiyyətinin  ekspertlərinin  mövqeyinin  öyrənilməsi 
daxildir. 
 
Qiymətləndirmə aşağıdakı mərhələləri əhatə edib: 
 



 
•  AHTMFP-nin  reallığının,  uyğunluğunun  və  yenilik  dərəcəsinin 
nəzərdən keçirilməsi
•  AHTMFP-də  əksini  tapan  bütün  öhdəlik  üzrə  nailiyyət 
səviyyəsinin 
müəyyənləşdirilməsi  üçün  müxtəlif  səviyyəli 
qiymətləndirmə dərəcələrinin işlənib hazırlanması; 
•  Mərkəzi  və  yerli  icra  hakimiyyətlərinin  (MYİH)  şəbəkə 
saytlarının  monitorinqini  aparmaqla  ora  yerləşdirilmiş  zəruri 
məlumatların,  MYİH-ə  göndərilən  sorğular  vasitəsilə  əldə  edilən 
cavabların,  hüquqi-normativ  aktların,  Nazirlər  Kabinetinin  illik 
hesabatının,  Hüquqi  Aktların  Dövlət  Qeydiyyatının  elektron 
versiyasının təhlil olunması; 
• 
Toplanmış 
ümumi 
məlumatların 
sistemləşdirilməsi, 
qruplaşdırılması və təhlil olunması; 
•  Tapıntıların,  nəticələrin  ümumiləşdirilməsi  və  tövsiyələrin 
işlənib hazırlanması. 
 
Yuxarıda  qeyd  olunduğu  kimi,  AHTMFP  9  öhdəlik 
qrupundan  ibarətdir.  Hər  bir  öhdəlik  qrupunun  əsas  və  köməkçi 
fəaliyyət  növləri  mövcuddur.  Odur  ki,  AHTMFP  üzrə  hər  bir 
fəaliyyət növləri uyğun bal göstəriciləri əsasında qiymətləndirilir. 
Onlar  icra  səviyyəsini  xarakterizə  etməklə  hər  bir  xal 
göstəricisinin ifadə etdiyi nəticələr aşağıda təsvir olunur: 
 
a)  0-3  bal  şkalası  əsasında  fəaliyyət  növləri  üzrə  icra 
səviyyəsinin qiymətləndirilməsi: 
-  0  bal  –  hər  hansı  əsas  və  ya  köməkçi  fəaliyyət  növünün  icra 
edilmədiyini bildirir
-  1  bal  –  əsas  və  ya  köməkçi  fəaliyyət  növünün  20%-dən  az 
hissəsinin icra olunduğunu bildirir
- 2 bal – əsas və ya köməkçi fəaliyyət növünün 20-70% aralığında 
icra olunduğunu bildirir
-  3  bal  –  əsas  və  ya  köməkçi  fəaliyyət  növünün  70%-dən  çox 
hissəsinin icra olunduğunu bildirir. 



 
 
b)  0-2  bal  şkalası  əsasında  fəaliyyət  növləri  üzrə  icra 
səviyyəsinin qiymətləndirilməsi: 
- 0 bal – hər hansı fəaliyyət növünün icra edilmədiyini bildirir
-1  bal  –  icraatının  ləngidiyini,  lakin  artıq  bəzi  hazırlıq  işlərinin 
görüldüyünü bildirir; 
- 2 bal – fəaliyyətin icrasının tamamlandığını bildirir. 
 
Əsas  və  ya  köməkçi  fəaliyyət  növləri  üzrə  ballar 
toplanaraq,  eyni  öhdəliklər  qrupunun  bal  şkalası  əsasında  orta 
qiymət hesablanır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
II.
 
AÇIQ  HÖKUMƏTİN  TƏŞVİQİNƏ  DAİR  2012-2015-Cİ 
İLLƏR 
ÜÇÜN 
MİLLİ 
FƏALİYYƏT 
PLANI 
ÇƏRÇİVƏSİNDƏ 
ÖHDƏLİKLƏRİN 
İCRASININ 
QİYMƏTLƏNDİRİLMƏSİ 
(hesabat  dövrü  2013-cü  il  sentyabrından  2014-cü  ilin 
dekabrının sonuna kimi olan müddəti əhatə edir) 
 
Milli  Fəaliyyət  Planında  ümumilikdə  9  öhdəlik  üzrə  37 
əsas  və  16  sub  (alt)  fəaliyyət  nəzərdə  tutulur.  Sub  fəaliyyətlər 
mövcud metodologiyaya əsasən qiymətləndirmənin dərinliyini və 
keyfiyyətini  artırmaq  üçün  metodologiya  müəllifləri  tərəfindən 
işlənib hazırlanmışdır
2

 
Milli  Fəaliyyət  planının  9  öhdəlik  üzrə  24  fəaliyyət 
istiqaməti 2012-ci ildə, 13-ü isə 2013-cü ildə başlayıb. 8 istiqamət 
üzrə  fəaliyyətlərin  mütəmadi  olaraq  2015-ci  ilin  sonuna  kimi 
həyata  keçirilməsi  nəzərdə  tutulub.  17  fəaliyyət  istiqaməti  üzrə 
işlər yekunlaşıb, 20 istiqamət üzrə işlər davam edir. 
 
Cədvəl  1.  Fəaliyyətlərin  başlamasının  və  davamlılığının 
statistikası
3
 
Fəaliyyət istiqamətləri  2012-
ci 
ildə 
başla
yanla

2013
-cü 
ildə 
başl
ayan
lar 
Mütə
madi 
fəaliy
yətlər 
Bitə
nlər 
Dav
am 
edən
lər 





1.İnformasiya əldə 
edilməsinin 





                                                           
2
 Bax. Əlavə 2 
3
 A və B sütunlarınn cəmi həm şaquli, həm də üfiqi istiqamətdə D və E sütunlarına 
cəminə bərabərdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə