Azərbaycanda “Açıq Hökumətin Təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/28
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7782
1   2   3   4   5   6   7   8   9   ...   28


 
asanlaşdırılması 
2.Dövlət orqanlarının öz 
fəaliyyətləri barəsində 
ictimaiyyətə müntəzəm 
məlumat verməsi 





3. Normativ hüquqi 
aktların vahid elektron 
bazasının fəaliyyətinin 
təkmilləşdirilməsi 





4. Dövlət orqanlarının 
fəaliyyətində 
ictimaiyyətin iştirakının 
genişləndirilməsi 





5. Elektron xidmətlərin 
təkmilləşdirilməsi 





6. Maliyyə nəzarətini 
həyata keçirən 
orqanların fəaliyyətində 
şəffaflığın artırılması 





7. Vergi nəzarəti və 
yoxlamaları prosesində 
şəffaflığın artırılması 





8. Mineral ehtiyatların 
hasilatı ilə məşğul olan 
sənaye sahələrində 
şəffaflığın artırılması 





9. Açıq hökumətin 
təşviqi üçün görülən 
tədbirlərlə bağlı 
maarifləndirmənin və 
əməkdaşlığın həyata 
keçirilməsi 





CƏMİ: 
24 
13 

17 
20 


10 
 
 
Milli  Fəaliyyət  Planının  monitorinq  olunan  bəndlərində 
nəzərdə  tutulan  fəaliyyətlərin  böyük  əksəriyyətində  icraçı 
qismində  “mərkəzi  və  yerli  icra  hakimiyyəti  orqanları” 
müəyyənləşdirildiyi 
üçün 
layihə 
heyəti 
monitorinq 
metodologiyasına 
uyğun  olaraq  ötən  hesabat  dövründə 
monitorinqə cəlb ediləcək mərkəzi və yerli icra hakimiyyətlərinin 
seçim  metodologiyasını  hazırlayıb.  Metodologiya  monitorinqə 
bütün  mərkəzi  icra  hakimiyyətləri  (nazirliklər,  dövlət  komitələri, 
agentliklər  və  s.),  Bakı  Şəhər  İcra  Hakimiyyəti  və  paytaxtın 
rayonlarının  icra  hakimiyyətləri,  respublika  əhəmiyyətli  şəhərlər 
və  hər  iqtisadi  regiondan  3  yerli  icra  hakimiyyətinin  cəlb 
olunmasını  nəzərdə  tutur.  Ötən  hesabat  dövründən  fərqli  olaraq, 
bu  dəfə  Milli  Fəaliyyət  Planının  icrasına  qoşulan  iki  qurum  - 
Səfərbərlik  və  Hərbi  Xidmətə  Çağırış  üzrə  Dövlət  Xidməti  və 
Nəqliyyat  Nazirliyinin  Nəqliyyatı  İntellektual  İdarəetmə Mərkəzi 
də monitorinq olunub. Beləliklə, monitorinqə cəlb olunan mərkəzi 
və yerli icra hakimiyyətlərinin ümumi sayı 94 olub. 
 
Monitorinq  müddətində  rəsmi  sorğu  göndərilən  46  yerli 
icra hakimiyyəti orqanından cəmi 6-sı, başqa sözlə desək, 13 faizi 
sorğuya  cavab  göndərib.  Bunlar  Astara,  İsmayıllı,  Lənkəran, 
Qobustan,  Qusar  və  Sabunçu  rayon  icra  hakimiyyətləridir. 
Onlardan  2-si  (Lənkəran  və  Sabunçu)  fəaliyyət  planının  icrasına 
dair  hesabatın  ildə  bir  dəfə  qanunvericilikdə  nəzərdə  tutulan 
orqanlara  (Nazirlər  Kabineti  və  Azərbaycan  Respublikası 
Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına) təqdim olunduğunu 
əsas  gətirərək  informasiya  verməkdən  imtina  edib.  İnformasiya 
verməkdən imtina etmiş qurumlarla telefon danışıqları aparılıb və 
yenidən  onlara  məktubla  müraciət  olunsa  da,  müsbət  nəticələr 
əldə  edilməyib.  Dörd  yerli  icra  hakimiyyəti  orqanı  (Astara, 
İsmayıllı,  Qusar  və  Qobustan)  isə  görülən  işlərə  dair  ümumi 
xarakterli  hesabatı  təqdim  ediblər.  Beləliklə,  iki  rayon  məlumat 


11 
 
verməkdən  imtina  etdiyinə  görə  onlar  və  digər  40  yerli  icra 
hakimiyyəti  üzrə  qiymətləndirmə  yalnız  onların  internet 
resurslarında olan məlumatlar əsasında aparılıb. 
 
Monitorinq  çərçivəsində  AHT  üzrə  Fəaliyyət  Planını  icra 
etməli  olan  ümumilikdə  40  mərkəzi  icra  hakimiyyəti  orqanına, 
eyni zamanda, Mərkəzi Bank, Hesablama Palatası və Azərbaycan 
Respublikasının  İnsan  hüquqları  üzrə  müvəkkilinə  (Ombudsman) 
yazılı  sorğu  ilə  müraciət  olunub.  Qeyd  edək  ki,  ötən  hesabat 
dövründə  2013-cü  ilin  birinci  yarısına  dair  məlumatlar 
istənildikdə dövlət orqanları Milli Fəaliyyət Planında hesabatların 
yalnız ildə 1 dəfə, özü də ilin yekunlarına dair tərtib olunmasının 
nəzərdə  tutulduğunu  əsas  gətirərək,  məlumatı  təqdim  etməkdən 
imtina  etmişdilər.  Buna  görə  də  bu  hesabat  dövründə  2013-cü  il 
ərzində AHT üzrə fəaliyyətlərinə dair məlumat, həmçinin 2014-cü 
il üçün müvafiq iş planı istənilib. 
 
Bundan  əlavə,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış  üzrə 
Dövlət  Xidməti  və Nəqliyyat  Nazirliyinin  Nəqliyyatı  İntellektual 
İdarəetmə  Mərkəzi  Fəaliyyət  Planının  icrasına  qoşulduqları  üçün 
onlar  sonradan  monitorinq  olunan  mərkəzi  icra  hakimiyyəti 
orqanlarının siyahısına əlavə olunub. Hər iki qurum planın icrası 
sahəsində  görülən  işlərə  dair  məlumatı  internet  saytlarında 
yerləşdiriblər. Digər iki qurum  - Mərkəzi  Bank  yanında Maliyyə 
monitorinqi  xidməti  və  Auditorlar  Palatası  planın  1  və  2-ci 
bəndlərində  nəzərdə  tutulan  əsas  tədbirləri  əvvəlki  hesabat 
dövründə  həyata  keçirdikləri  üçün  onlara  sorğu  göndərilməyib. 
Fəaliyyət Planının 2.6-cı (dövlət orqanlarının internet səhifələrinin 
müasir  standartlara  uyğun  olaraq  vahid  nümunəvi  formasının  və 
minimum  şərtlərinin  müəyyən  edilməsi)  bəndinin  icrasına  məsul 
olan  Xüsusi  Dövlət  Mühafizə  Xidməti  ötən  hesabat  dövründə 
üzərinə düşən tədbiri icra etdiyinə görə bu hesabat dövründə ona 
da sorğu göndərilməyib.  


12 
 
 
Beləliklə,  ümumilikdə,  20  nazirlik,  11  dövlət  komitəsi,  3 
dövlət  komissiyası,  3  dövlət  agentliyi,  2  fond,  1  dövlət  xidməti, 
Mərkəzi  Bank,  Hesablama  Palatası,  Nazirlər  Kabineti, 
Azərbaycan  Respublikasının  İnsan  Hüquqları  üzrə  Müvəkkili 
(Ombudsman)  də  daxil  olmaqla  43  dövlət  qurumuna  sorğu  ilə 
müraciət  olunub.  Sorğunun  əhatə  etmədiyi  müddət  üzrə 
faəliyyətlər  qurumların  saytlarının  monitorinqi  yolu  ilə 
qiymətləndirilib
4

 
Sorğu  göndərilən  43  mərkəzi  dövlət  orqanından  26-sı, 
başqa  sözlə,  60.5  faizi  ona  rəsmi  cavab  göndərib.  Bu  cavabların 
11-də  (42.3%)  Milli  Fəaliyyət  Planında  hesabatın  Korrupsiyaya 
qarşı  Mübarizə  üzrə  Dövlət  Komissiyasına  təqdim  olunmasının 
nəzərdə tutulduğu əsas gətirilərək, məlumat verilməsindən imtina 
                                                           
4
 Bax Əlavə 3. Monitorinqə cəlb olunmuş mərkəzi və yerli icra hakimiyyəti orqanlarının 
siyahısı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə