Azərbaycanda “Açıq Hökumətin Təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/28
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7782
1   2   3   4   5   6   7   8   9   10   ...   28

24 
 
(Güc nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu, Diasporla İş üzrə 
Dövlət  Komitəsi,  Satınalmalar  üzrə  Dövlət  Agentliyi,  Gömrük 
Komitəsi və sair və əksər yerli icra hakimiyyətləri) rast gəlinib.  
 
Öz fəaliyyətləri barəsində informasiyaları internet vasitəsi 
ilə  mütəmadi  açıqlayan  qurumlar  içərisində  xüsusi  olaraq  2 
qurumu  qeyd  etmək  yerinə  düşər.  Azərbaycan  Respublikasının 
Təhsil  Nazirliyi  müxtəlif  fəaliyyətlərini  əlaqələndirmək  və 
tanıtmaq  məqsədi  ilə  www.edu.gov.az,   www.portal.edu.az, 
 http://mektebli.president.az/,   http://www.nostrifikasiya.edu.az , 
http://xaricdetehsil.edu.gov.az/   saytlarını  yaradıb.  Azərbaycan 
Respublikasının  Vergilər  Nazirliyinin    www. taxes.gov.az   və  
www.e-  taxes.gov.az    saytları  da  geniş  informativ  fəaliyyət 
göstərir.    İnformasiyanın  saytda  açıqlanması  sarıdan  fəaliyyəti 
mənfi 
qiymətləndirilən 
qurum 
kimi 
İnsan 
Hüquqları 
Ombudsmanını (www. ombudsman.gov.az ) göstərmək olar. 
 
Bir sözlə, monitorinqin nəticələri sübut edib ki, ən açıq və 
ən  qapalı  qurum  arasında  məsafə  həddindən  artıq  genişdir.  Bəzi 
mərkəzi  icra  hakimiyyəti  orqanları  hər  gün  bir  neçə  informasiya 
yaymaqla,  öz  fəaliyyətləri  haqqında  məlumatları  sosial  şəbəkədə 
paylaşmaqla,  press-relizlər  vasitəsilə,  görüntülü  və  yazılı 
informasiyalar  paylaşmaqla  informasiyanın  daha  geniş  dairədə 
yayılmasında maraqlı olduqlarını əməli şəkildə göstəriblər.  
 
Mövcud qanunvericilik “İnformasiya əldə etmə haqqında” 
Azərbaycan  Respublikası  Qanununun  tələblərinə  əməl  etməyən 
informasiya  sahibləri  üçün  inzibati  məsuliyyət  müəyyənləşdirir. 
İnzibati  Xətalar  Məcəlləsinə  20  oktyabr  2006-cı  il  tarixli  167-
IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  ilə 181-3-cü 
maddə əlavə edilmişdir. Həmin maddə ilə
 
1.   İnformasiya  sahibi  tərəfindən  açıq  informasiyanı  əldə  etmək 


25 
 
hüququnun məhdudlaşdırılması və ya sorğuçuya bilərəkdən yanlış 
informasiya verilməsinə görə; 
2.  İnformasiya sahibi tərəfindən informasiyanın əldə olunmasının 
təşkil edilməməsinə görə; 
3.   İnformasiyanın  əldə  edilməsi  haqqında  yazılı  sorğunun  qəbul 
edilməsindən imtina olunmasına görə; 
4.   İnformasiya  sahibi  tərəfindən  malik  olduğu  sənədlərin 
qanunvericiliklə müəyyən olunmuş saxlanma, komplektləşdirilmə 
və mühafizə qaydalarının pozulmasına görə; 
5.  İctimaiyyətdə  maraq  doğuran  hüquq  pozuntuları  barəsində 
məlumatı açıqladığı üçün vəzifəli şəxsin təqib olunmasına görə; - 
 -  fiziki şəxslər iyirmi  manatdan iyirmi beş manatadək miqdarda, 
vəzifəli  şəxslər  səksən  manatdan  doxsan  manatadək  miqdarda, 
hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda 
inzibati qaydada cərimə edilirlər
9

 
Yerli  icra  hakimiyyəti  orqanlarında  bu  baxımdan  durum 
daha  problemlidir.  Belə  ki,  2012-ci  ildə  bütün  yerli  icra 
hakimiyyəti orqanlarına internet  səhifəsi  yaradılsa da, onların  bir 
çoxu  informasiyanı  yeniləməkdə  maraqlı  görünmürlər.  Kiçik 
istisnaları nəzərə almasaq, heç bir yerli icra hakimiyyəti orqanının 
rəsmi  internet  səhifəsində  elektron  xidmətlər  aktiv  deyil. 
Xarakterik  hal  kimi  onu  qeyd  etmək  olar  ki,  yenilənən  saytların 
xəbərlər bölümündə ay ərzində bir neçə informasiya yerləşdirilir. 
Bunlar  isə  icra  hakimiyyətinin  hüquqi  fəaliyyətinə  həsr  olunan 
məlumatlar  deyil,  rayon  və  ya  şəhər  ərazisində  keçirilən  kütləvi 
tədbirlərdən,  yaradıcılıq  gecələrindən,  hansısa  mərkəzi  icra 
hakimiyyəti  orqanının  rəhbərinin  rayon  sakinləri  ilə  görüşündən 
bəhs edir. Paylaşılan məlumatlar istifadəçilərin faydalanmasından 
çox,  qurumun  PR-na  hesablanmış  xəbər  görüntüsü  yaradır. 
Vətəndaşların 
qəbuluna,  sosial-iqtisadi  problemlərin  həlli 
                                                           
9
 Mənbə: http://e-qanun.az/code/13 


26 
 
yollarına  və  fəaliyyət  sferalarına  dair  informasiyalara  nadir 
hallarda rast gəlinir. 
 
Yerli  icra  hakimiyyətinin  hüquqi  əsasını  təşkil  edən 
Azərbaycan  Respublikası  Prezidentinin  6  iyun  2012-ci  il  tarixli 
Fərmanı  ilə  təsdiq  edilmiş  “Yerli  İcra  Hakimiyyəti  haqqında 
Əsasnamə”də  ümumi  vəzifələr  də  daxil  olmaqla,  bu  strukturlara 
ərazilərin  sosial-iqtisadi  inkişafı,  aqrar,  büdcə,  istehlak,  sosial 
müdafiə,  əmək  münasibətləti,  şəhər  və  mənzil  kommunal 
təsərrüfatları,  ətraf  mühit,  təmir-tikinti,  memarlıq,  təhsil  və 
mədəniyyət,  uşaq,  gənclər  və  bədən  tərbiyyəsi,  idman,  turizm, 
kütləvi  informasiyalar  vasitəsi,  qanunçuluq,  asayiş  və 
təhlükəsizlik,  dövlət  əmlakının  idarə  olunması,  sağlamlıq  və  sair 
sahələr  üzrə  təxminən  100-dək  vəzifə  verilib.  Bununla  yanaşı, 
səlahiyyətlər daha da genişləndirilərək onların sayı yuxarıda qeyd 
edilən sahələr üzrə 180-dən artıq göstərilib.  
 
Təəssüf ki, yerli icra hakimiyyətlərinin heç birinin internet 
səhifəsində  bu  sahələr  üzrə  fəaliyyəti  göstərən  başlıqlar  və 
məlumatlar  nəzərə  çarpmır.  Xüsusilə,  büdcəyə  və  onun 
xərclənməsinə dair informasiyalar çox məhdud şəkildə paylaşılır.  
 
Mərkəzi  və  yerli  icra  hakimiyyəti  orqanlarının 
fəaliyyətlərinin  ciddi  bir  hissəsini  normativ  xarakterli  aktların 
qəbul  edilməsi  tutur.  Lakin,  saytlarda  ümumi  qanunvericiliyin 
bəzi  məqamları  olsa  da,  konkret  yerli  icra  hakimiyyəti 
orqanlarının  normativ  xarakterli  aktları-qərarları  yer  almır. 
Halbuki,  Əsasnamənin  6.4-cü  bəndinə  görə,  “Yerli  icra 
hakimiyyəti  orqanlarının  qəbul  etdikləri  normativ  xarakterli 
aktların  icrası  onun  ərazisində  yaşayan  fiziki  şəxslər  və  onun 
ərazisində yerləşən hüquqi şəxslər üçün məcburidir”. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə