İyun 2016 “Azərxalça”ya rəhbər təyin olunub



Yüklə 346,58 Kb.
səhifə1/6
tarix15.03.2018
ölçüsü346,58 Kb.
#31497
  1   2   3   4   5   6

Xəbər bülleteni № 35

http://transparency.az/cnews/



Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az

İyun 2016


“Azərxalça”ya rəhbər təyin olunub


13.06.2016

vidadi_muradov 1Prezident İlham Əliyev sərəncam imzalayaraq Vidadi Aydın oğlu Muradovu “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edib.

Transparency.az bildirir ki, Vidadi Muradov 1956-cı ildə Bərdə şəhərində anadan olub. Moskva Kooperativ İnstitutunun iqtisadiyyat fakültəsini bitirib. 1980-ci ildən müxtəlif müəssisələrdə iqtisadçı kimi fəaliyyət göstərib. 1998-2002-ci illərdə “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyində baş direktorun müavini vəzifəsində çalışıb. 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin məsləhətçisi olub.

Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Avrasiya Universitetinin professorudur.

Səhmləri dövlətə məxsus olan “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ötən ay yaradılıb. Mayın 5-də imzalanan sərəncamla “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyi ləğv olunub. ASC Azərbaycanda xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

2015-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun təsdiqlənib

13.06.2016



prezident - ferman
2015-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun prezidentin imzası ilə təsdiqlənərək dərc olunub. Qanuna görə, dövlət büdcəsinin gəlirləri 17 milyard 497 milyon 964, 7 min manat, xərcləri 17 milyard 784 milyon 535,2 min manatdır.

Transparency.az xatırladır ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin gəlir hissəsinin 90 faiz icra olunduğunu açıqlayıb. Rəsmi hesabata əsasən, büdcə gəlirlərinin 41,6 faizini qeyri-neft sektorundan gəlirlər təşkil edib, bu da 2014-cü illə müqayisədə 7,6 faiz-bənd, 2013-cü illə müqayisədə 14,7 faiz-bənd çoxdur.

Büdcənin xərcləri 84,3 faiz icra edilib. Xərclərin 9 milyard 763,1 milyon manatı və ya 54,9 faizi cari xərclərə, 7 milyard 316,9 milyon manatı və ya 41,1 faizi əsaslı xərclərə, 704,5 milyon manatı və ya 4 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Mərkəzi Bank dolların kursunu dəyişməyib

13.06.2016

amb 1İyunun 13-də dolların kursu dəyişməz qalıb. Transparency.az-ın məlumatına görə, 1 ABŞ dollarının rəsmi kursu ötən həftənin son iş günündə olduğu kimi 1,5114 manatdır.

Mərkəzi Bank avro və Rusiya rublunu ucuzlaşdırıb. 1 avronun rəsmi məzənnəsi 1,7070 manatdan 1,7005 manata, 1 rublun kursu isə 0,0235 manatdan 0,0231 manata enib.

Bir neçə valyutanın, o cümlədən İsveçrə frankının (1 frank 1,5671 manata satılır) kursunda artım var.

İyunun 13-də 1 gürcü larisi 0,7073 manata, 1 türk lirəsi 0,5156 manata təklif olunur (Məzənnələr).


Dövlət Sosial Müdafiə Fondunda hesabı olan əcnəbilərin sayı açıqlanıb

13.06.2016



dsmf binaMayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu 634 nəfər əcnəbiyə fərdi şəxsi hesab açıb. Beləliklə, sistemdə qeydiyyatda olan xarici vətəndaşların sayı 30628 nəfərə çatıb. Onların 26 972 nəfəri (88,1 faiz) kişi, 3 656 nəfəri (11,9 faiz) qadındır.

Rəsmi məlumata əsasən, fərdi uçot sisteminin əhatə etdiyi əcnəbilər ümumilikdə 120 ölkəni təmsil edir. Onların arasında Türkiyə (14 428 nəfər), Gürcüstan (3 132 nəfər), Rusiya (1 803) vətəndaşları daha çoxdur.

Sistemdə qeydiyyatda olan əcnəbilərin sayına görə sonrakı yerləri Hindistan (1 285), İran (1 016), Çin (891), Banqladeş (695), Böyük Britaniya (622), Pakistan (579), Ukrayna (509), Filippin (274), ABŞ (270), Almaniya (264), Qazaxıstan (236), Türkmənistan (225), İtaliya (208) tutur.

Sel fəsadlar törədib

13.06.2016

İyunun 12-si saat 14-dən başlayaraq 3 saat davam edən güclü leysan və dolu İsmayıllıda ciddi dağıntılara səbəb olub. Rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-a verilən məlumatda bildirilir ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 8-ci kilometrindən 23-cü kilometrinədək olan hissəsində körpülər, suötürücülər və yol təsərrüfatına aid olan bütün qurğular yararsız vəziyyətə düşüb.

Enişdibi kəndində 35 kilovoltluq elektrik xəttində dayağın aşması nəticəsində 15 kəndə elektrik enerjisinin verilişi, Talış qazpaylayıcı stansiyasından 11 kəndi qazla təchiz edən daşıyıcı kəmərin qırılması nəticəsində isə kəndlərə qaz verilişi kəsilib.

Qarakolluq kəndində 4, Kürdmaşı kəndində 3 körpü və kəndiçi yollar dağılıb. Sel suları Əhən kəndinə gedən yolu da sıradan çıxarıb.

Buynuz, Kəlbənd, Kürdmaşı, Aşıqbayramlı, Quşencə, Balik, Talış, Enişdibi, Hapıtlı, Qarakolluq və Təzəkənd kəndlərində fərdi təsərrüfatlara, əkin sahələrinə ciddi zərər dəyib, mal-qara tələfatı da var. Quşencə, Zoğallıq, Kürdmaşı, Topçu və Buynuz kəndlərində həyətlərə və evlərə sel suları dolub.

APA-nın məlumatına görə, Göyçay rayonunda güclü leysan nəticəsində yaranan sel suları evlərə və əkin sahələrinə ciddi ziyan vurub. Dağlardan gələn sel rayonun Yekəxana, Şahsoltanlı, Qaraməryəm, İnçə, Qarayazı kəndlərində fəsadlar törədib.

Sel həyətyanı sahələrə, evlərin zirzəmilərinə, tövlələrə dolub, bostan və otlaq sahələrinə xeyli ziyan vurub, kənd sakinlərinə məxsus ev quşlarını, meyvə ağaclarını, xırda buynuzlu heyvanları və bir ədəd minik avtomobilini aparıb.

Həyətlərdə gölməçələr yaranıb, beton və metal suötürücüləri, eləcə də su arxları üzərindəki kiçik körpülər dağılıb. Sel suları küçələrdə dərin yarğanlar əmələ gətirib, hektarlarla taxıl sahəsinə ciddi ziyan vurub.

Sel sularının Dəvəbatan çayı, Aşağı Qaraməryəm və İnçə kəndləri ərazisindən keçən xırda adsız dağ çayları üzərindəki körpüləri də dağıtdığı bildirilir.

Şamaxıda da güclü yağışdan sonra əmələ gələn sel suları rayonun bəzi ucqar dağ kəndlərində ciddi fəsadlar törədib, fərdi təsərrüfatlara, əkin sahələrinə, taxıl və otlaq sahələrinə xeyli ziyan dəyib, 10-a yaxın xırda buynuzlu heyvan və ev quşu tələf olub.

Bir həftədir yağan yağışlar çaylarda suyun səviyyəsinin artmasına səbəb olub. Rayonun əsasən Pirsaat çayı ətrafındakı kəndlərini sel basıb. Dəmirçi, Zaratxeybəri və Səfalı kəndlərinə gedən yolda, çayın üzərində yerləşən körpüləri sel aparıb. Kəndlərin rayon mərkəzi ilə avtomobil əlaqəsi kəsilib.

sel 01

sel 02

Prezident sərhəd gözətçi gəmisinə və sürətli qayıqlara baxış keçirib

13.06.2016

gemi
İyunun 13-də prezident, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan ikinci dərəcəli sərhəd gözətçi gəmisinə və yeni istifadəyə verilən sürətli qayıqlara baxış keçirib.

Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev prezidentə bildirib ki, yeni gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı kompleks, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib.

Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələri yerinə yetirə bilən və sürətli qayıqla təchiz olunmuş sərhəd gözətçi gəmisinin uzunluğu 62 metrdir. Dəniz şəraitində göyərtəsinə helikopterin enməsi mümkün olan gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə ediləcək.

Dövlət başçısı gəmidə yaradılan şəraitlə tanış olub, sonra sərhəd gözətçi gəmilərinin keçidinə baxıb.

Xəbəri AZƏRTAC yayıb.

Problemli kreditlərin həcmi 54,8 milyon manat artıb

13.06.2016

kredit 1Bu il mayın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 381,3 milyon manata çatıb. Transparency.az-ın məlumatına görə, Mərkəzi Bankın kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşları hesabatında belə göstərilir.

Aprelin 1-nə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 326,5 milyon manat idi. Bir ayda problemli kreditlərin həcmi 54,8 milyon manat artıb.

Vaxtı keçmiş kreditlərin 655,1 milyon manatı xarici valyutada olan kreditlərdir.

Ümumilikdə bu ilin dörd ayının yekununa əsasən, kreditlərin həcmi 18 milyard 758,7 milyon manat olub (Hesabat).

Ötən hesabatda martın 1-nə olan göstərici ilə müqayisədə vaxtı keçmiş kreditlərin məbləğinin 3 milyon manat azaldığı yer almışdı.

Yanvarda vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 314,6 milyon manat olub, fevralda 1 milyard 329,5 milyon manata qalxıb.

Əmanətlərin həcmi 203,6 milyon manat azalıb

13.06.2016



manat 1Mərkəzi Bankın hesabatına görə, bu il mayın 1-nə əhalinin banklardakı əmanətinin həcmi 7 milyard 685 milyon manat olub. Bu, bir ay əvvəlki göstərici ilə müqayisədə 203,6 milyon manat azalma deməkdir.

Transparency.az xəbər verir ki, fiziki şəxslərin əmanətləri ilə bağlı hesabata əsasən, 2016-cı ilin yanvar ayında əhalinin banklarda 8 milyard 643,3 milyon manat əmanəti olub, fevralda əmanətlərin həcmi 8 milyard 77,3 milyon manata, martda 7 milyard 888,9 milyon manata enib.

İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə müraciətlərin sayı 54 mini ötüb

13.06.2016



195-chagri
May ayında İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 1200-dən çox müraciət edilib. Rəsmi məlumata görə, indiyədək olan müraciətlərin sayı ümumilikdə 54 mindən çoxdur.

Müraciətlər əsasən sahibkarlığın inkişafı, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, lisenziyalar, investisiya təşviqi sənədi, qeyri-neft məhsullarının ixracının dəstəklənməsi barədə olub.

195-2 Çağrı Mərkəzinin xidmətlərindən istifadə etmək üçün bütün telefonlardan heç bir koddan istifadə etmədən 195 nömrəsinə zəng edilərək 2 düyməsi yığılır.

Stasionar nömrələrdən 195-2 nömrəsinə edilən zənglər, Çağrı Mərkəzinin göstərdiyi bütün xidmətlər ödənişsizdir.

Dövlət komitəsi ticarət statistikası yayıb

13.06.2016



dsk-yeni 1Dövlət Statistika Komitəsi pərakəndə ticarət dövriyyəsi haqqında hesabat yayıb. Transparency.az xəbər verir ki, hesabata görə, 2016-cı ilin yanvar-may aylarında istehlakçılara 10 milyard 999,2 milyon manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz çox məhsul satılıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 2,5 faiz artaraq 5 milyard 479,4 milyon manata, qeyri-ərzaq məhsulları üzrə isə 0,7 faiz artaraq 5 milyard 519,8 milyon manata bərabər olub.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,8 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,5 faizi elektrik malları və mebelin, 5,8 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,4 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf edilib.

Xarici ticarət əlaqələri haqqında hesabata əsasən, 2016-cı ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 152 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 92 ölkəyə məhsul ixrac olunub, 143 ölkədən mal alınıb.

Yanvar-aprel aylarında xarici ticarət dövriyyəsi 6 milyard 453,9 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 3 milyard 859,7 milyon dollar, idxalın dəyəri 2 milyard 594,2 milyon dollar olub, 1 milyard 265,5 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ticarət dövriyyəsinin 42,3 faizi Avropa İttifaqı ölkələri, 10,7 faizi MDB üzvü dövlətləri, 47 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.

5 ayda sənaye necə işləyib?

13.06.2016

senaye1Yanvar-may aylarında 12,1 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz az sənaye məhsulu istehsal edilib. Dövlət Statistika Komitəsinin hesabatında bildirilir ki, buna xam neft hasilatının 0,7 faiz, qaz hasilatının 9,9 faiz, elektrik enerjisi istehsalının 6,8 faiz, habelə bir sıra emal sənayesi məhsullarının istehsalının azalması səbəb olub.

Qeyri-neft sektorunda məhsul istehsalı 3,5 faiz artıb, neft sektorunda isə 0,8 faiz azalıb.

Sənaye məhsulunun 64,5 faizi mədən sektorunda istehsal olunub. Bu sektorda azalma 0,3 faizdir.

Hesabata görə, 5 ayda qida məhsullarının istehsalı 3%, içki istehsalı 6,2%, tütün məmulatları istehsalı 33,9% artıb, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 73%, poliqrafiya məhsullarının istehsalı 7,5%, kimya sənayesi məhsullarının istehsalı 18,8%, rezin və plastik kütlə məmulatlarının istehsalı 22,6%, tikinti materiallarının istehsalı 26,2%, metallurgiya məhsullarının istehsalı 9,4%, maşın və avadanlıqların istehsalı 29,3%, mebel istehsalı isə 8,3% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,8 faiz düşüb.

Prokurorluğa qəbul: 432 namizəddən 207-si mərhələ adlayıb

13.06.2016

bash prokurorluq1
Prokurorluq orqanlarına qəbulla bağlı test imtahanının nəticələri açıqlanıb. Baş Prokurorluğun məlumatına görə, müsabiqənin ilkin mərhələsinə qatılan 432 namizəddən 207-si yazılı mərhələdə iştirak hüququ qazanıb.

Test imtahanının nəticələri Dövlət İmtahan Mərkəzi (www.tqdk.gov.az) və Baş Prokurorluğun (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) internet saytlarında yerləşdirilib.

Yazılı imtahanın keçiriləcəyi yer və vaxt barədə əlavə məlumat veriləcək.

Hesabata görə, 2002-ci ildən başlayaraq müsabiqə yolu ilə işə qəbul edilən 656 gənc mütəxəssis hazırda prokurorluğun kadr korpusunun 58 faizini təşkil edir. Xidmətdə fərqləndiklərinə və vəzifələrini nümunəvi icra etdiklərinə görə onlardan 35 nəfəri prokurorluğun müxtəlif struktur qurumlarında məsul vəzifələrə irəli çəkilib.

Hakimliyə namizədlərin siyahısı

13.06.2016



meh-huqMəhkəmə-Hüquq Şurası hakimliyə namizəd kimi ikinci mərhələyə çıxmış şəxslərin siyahısını açıqlayıb.

İyunun 9-da Bakı Kristal Zalında hakimliyə qəbulla bağlı test imtahanı keçirilib. Məhkəmə-Hüquq Şurasının məlumatına görə, 806 namizəddən 359-u (Siyahı) 60 baldan yüksək nəticə əldə edib və müsabiqənin növbəti mərhələsinə buraxılıb.

Rusiyada araq bahalaşdı

13.06.2016



araq 1İyunun 13-dən Rusiyada arağın pərakəndə satış qiyməti 5 rubl (12 qəpiyə yaxın) artırılıb. Transparency.az xəbər verir ki, Maliyyə Nazirliyinin qərarı ilə yarım litr arağın minimal satış qiyməti 190 rubl müəyyən edilib (4 manat 40 qəpiyə yaxın).

Konyak və brendinin satış qiyməti dəyişməyib. Yarım litr konyak 293 rubla (6 manat 80 qəpiyə yaxın), brendi 322 rubla (7 manat 45 qəpiyə yaxın) satılır.

Arağa minimal qiyməti dövlət 2009-cu ildən, ucuz satılan saxta məhsulun qarşısını almaq məqsədilə tətbiq edir.

Müharibə əlilləri və şəhid ailələrinə yaşayış evləri təqdim olunub

13.06.2016

Zaqatala rayonunda inşa olunan 13 fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 iyun məlumatına görə, evlərdən 5-i Qarabağ müharibəsi əlilləri, 8-i isə şəhid ailələrinin istifadəsinə verilib.

Bu il ümumilikdə 193 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin edilib. Ötən il isə bu təbəqədən olan 281 vətəndaş ev alıb.

ev

ev2

SOCAR dövlət büdcəsinə 563 milyon manata yaxın vəsait ödəyib

13.06.2016

socarSOCAR dövlət büdcəsinə ötən ay ödədiyi vəsaitin həcmini açıqlayıb. Rəsmi məlumata görə, may ayında dövlət büdcəsinə 117 milyon 806 min manat ödənib.

Dövlət Neft Şirkətinin yanvar-may aylarında büdcəyə ödədiyi ümumi məbləğ isə 562 milyon 781 min manatdır.

Bundan əlavə ötən ay Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 251 min manat vəsait köçürülüb. Bu göstərici ötən ilin may ayı ilə müqayisədə 1 milyon 3 min manat çoxdur.

Yanvar-may aylarında fonda 57 milyon 359 min manat ödəniş edilib.

Mərkəzi Bank hərracda 129 milyon manat depozit cəlb etdi

13.06.2016



mb 1
Mərkəzi Bank hərraclar çərçivəsində depozit əməliyyatlarına başlayıb. İyunun 13-də keçirilmiş hərracın nəticələrinə görə, cəlb edilmiş depozitlərin həcmi 129 milyon manat, orta ölçülmüş faiz dərəcəsi 6,49% olub.

Rəsmi məlumata görə, hərraclar çərçivəsində depozit əməliyyatları pul bazarının inkişafına, pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşməsinə yönəlib.

Ermənistanda büdcə kəsiri artıb

13.06.2016



dram 1İyunun 13-də Ermənistan parlamenti 2015-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı hesabatı qəbul edib. Novator.az-ın məlumatına görə, 88 deputat hesabatı dəstəkləyib, 15 nəfər sənədin əleyhinə çıxıb, 14 nəfər bitərəf qalıb.

Hesabata əsasən, 2015-ci ildə dövlət büdcəsinin xərcləri 1,4 trilyon dram (2 milyard 933,2 milyon ABŞ dolları) olub, proqnoza 99,6% əməl edilib.

Ötən il ümumi daxili məhsulun (ÜDM) 4,2% artması fonunda xərclər 14,1% çoxalıb. ÜDM-ə nisbətdə xərclər 25,5%-dən 27,9%-ə qədər artıb. Nəticədə 2015-ci ildə büdcə kəsiri 4,8%-ə çatıb. 2014-cü ildə büdcə kəsiri 1,9% olmuşdu.

2015-ci ildə Ermənistanda gözləndiyindən (4,1%) az – 3% iqtisadi artım qeydə alınıb.

Masallı Sənaye Məhəlləsinin yaradılmasına sərəncam verilib

14.06.2016



prezident-11Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin yaradılmasına sərəncam verib. İyunun 13-də imzalanan sərəncama əsasən, Masallı Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri, habelə xidmət müəssisələri yaradılır. Masallı Sənaye Məhəlləsinin idarə olunmasını, inkişafını, fəaliyyətinin təşkilini və tənzimlənməsini “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti həyata keçirir.

Dövlət başçısı Nazirlər Kabinetinə Masallı Sənaye Məhəlləsinin fəaliyyəti üçün Masallı rayonu ərazisində 10 hektar torpaq sahəsinin ayrılması üçün üç ay müddətində zəruri tədbirlər görməyi tapşırıb. İqtisadiyyat Nazirliyinə Masallı Sənaye Məhəlləsinin xarici və daxili infrastrukturunun yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görmək həvalə olunub.

Dollar və avronun kursu qalxıb

14.06.2016



dollar ve avro 1Mərkəzi Bank ABŞ dolları və avronu bahalaşdırıb. İyunun 14-də 1 dolların kursu 1,5114 manatdan 1,512 manata, 1 avronun rəsmi məzənnəsi 1,7005 manatdan 1,707 manata qalxıb.

Transparency.az-ın məlumatına görə, Rusiya rublu ucuzlaşıb. 1 rubl 0,023 manata satılır. Ötən gün rəsmi kurs 0,0231 manat olub (Tam siyahı).

“Multikulturalizm” jurnalı işıq üzü görüb

14.06.2016



multikulturalizm jurnaliAzərbaycanda yeni jurnal — “Multikulturalizm” jurnalı işıq üzü görüb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan jurnal 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi haqqında prezident sərəncamı ilə nəzərdə tutulan tədbirlər planı çərçivəsində çap olunub. Nəşrin məqsədi Azərbaycanda əsrlərdən bəri formalaşmış tolerantlıq ənənələrini təbliğ etmək, ölkədə hökm sürən multikultural mühitə töhfə verməkdir.

Jurnalda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycançılıq — milli ideologiyanın kamil nümunəsi”, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin “Точная идеологическая цел-мультикультурализм”, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayevin “Azərbaycan multikulturalizmi bu gün: Portuqaliyadan İndoneziyayadək…”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “Azərbaycan multikulturalizm modeli dünya səviyyəsində ən mükəmməl örnək kimi qəbul olunur” məqalələri yer alıb.

Bundan başqa jurnalda tanınmış yazarlar — Aqşin Yenisey, Qan Turalı, Sevda Sultanova, Ramilə Qurbanlının müxtəlif mövzularda maraqlı yazılarını, Alikin, Feyziyyənin, Günel Şamilqızının, Rəbiqə Nazimqızının şeirlərini də oxumaq mümkündür.

Jurnalın “Höte zalı” bölməsində Amerika yazıçısı Harri Harrisonun “Aşkelon küçələri” fantastik hekayəsi çap edilib.

Tədris ilində nazirliyə 99 min 981 zəng daxil olub

14.06.2016

tn-yeni
2015-2016-cı tədris ilində Təhsil Nazirliyinin telefon məlumat mərkəzinə (“Qaynar xətt”: 146)  99 min 981 zəng daxil olub. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, mərkəzdə 20 min 282 vətəndaşa xidmət göstərilib.

Hesabata görə, 4 min 365 vətəndaş sorğularına uyğun olaraq elektron qaydada nazirliyin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vəzifəli şəxslərin qəbuluna yazılmaq üçün elektron poçt vasitəsilə 762 müraciət daxil olub və onlara müvafiq cavablar verilib.



Yüklə 346,58 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə